Məhkəmə qərarları › İş №2-1(112)-3365/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3365/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3365/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X2 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı xx xxxxxx 2018-ci ildən 63,6 yaşdan dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın yenidən hesablablanaraq ödənilməsi öhdəliyini cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. 1991-ci ildən 2019-cu ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində məsləhətçi vəzifəsində işləmişdir. 28 il il dövlət qulluğu stajı var. xx xxxxxx 2018-ci ildə 63,6 yaşı tamam olmuşdur. Həmin tarixdən də dövlət qulluqçusu kimi pensiyaya çıxmaq hüququ yaranmışdır. Lakin dövlət qulluqçusu kimi əmək pensiyasına xx xxxxxx 2019-cu ildə çıxmışdır.Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən pensiyası düzgün hesablanmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə istinad olunaraq qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına ödənişlər nəzərə alınmamışdır. O, hüququnun yarandığı xx xxxxxx 2018-ci ildən 63,6 yaşından ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və həmin dövrdə qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pensiyanın hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdehin xx xxxxxx 2020- ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun x xxxxxx 2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədən kənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.Eyni zamanda xx xxxxxx 2019-cu il tarixində öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona x xxxxxxx 2019- cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2- ci maddəsinə uyğun olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi - 730,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir.Dövlət qulluqçusu kimi əmək pensiyası hüququ xx xxxxxx 2019-cu il tarixində yarandığından ərizədə qeyd etdiyi büdcədənkənar vəsaitlər hesabına ona verilən pul təminatının sabiq dövlət qulluqçusu kimi əmək pensiyasına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Cavabdehin imtinasını mövcud qanunvericiliyə zidd hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsi 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Onun isə dövlət qulluqçusu kimi pensiya hüququ 63,6 yaşdan 2018-ci ilin 04 fevral tarixindən yaranmışdır.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən uyğun olaraq dövlət qulluqçusunun pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanununa uyğun olaraq həyata keçirilir.“Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər.Həmin maddənin 32.1-1- ci maddəsinə görə isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə ödənilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçıya görə onun dövlət qulluqçusu kimi pensiya hüququ xx xxxxxx 2018-ci ildə yaranmışdır. Dövlət qulluqçusu kimi əmək pensiyasına xx xxxxxx 2019-cu ildə çıxmışdır. Dövlət qulluqçusu kimi pensiyaya çıxarkən onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə istinad edərək əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişləri nəzərə almamışdır. Halbuki iddiaçının pensiya hüququ sözgedən maddənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsindən, xx xxxxxx 2019-cu ildən əvvəl yaranıb, ona görə də həmin maddə iddiaçıya şamil edilə bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanununun 37.3.4-cü maddəsinə görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) sadalanan vəzifələrdə işlədikdə, onlara qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. xx xxxxxx 2018-ci il tarixli, 1362-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30cu maddə əlavə edilmiş və xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Beləliklə x xxxxxx 2018-ci il tarixdə iddiaçıya dövlət qulluqçusu kimi deyil, ümumi əsaslarla pensiya təyin edilmişdir. Çünki iddiaçı x xxxxxx 1954-cü il təvəllüdlüdür. x xxxxxx 2018-ci ildə kişilər üçün pensiya yaşı 64 yaş olduğu üçün ona ümumi əsaslarla pensiya təyin edilə bilmişdir. Daha sonra, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən, xx xxxxxx 2019cu ildə iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya xx xxxxxxx 2019-cu ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.2-ci maddəsinə müvafiq olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi - 730.6 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, xx xxxxxx 2018-ci ildə iddiaçı dövlət qulluğunda olmuşdur. İddiaçının dövlət qulluğunda olarkən dövlət qulluğuna görə əmək pensiyasına əlavələri almaq hüququ olmamışdır. İddiaçının həmin əlavələri almaq hüququ yalnız xx xxxxxx 2019-cu ildə, yəni dövlət qulluğuna xitam verildiyi andan yaranmışdır. Bu tarixdə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.30-cu maddəsi artıq qüvvədə idi. Odur ki, cavabdeh idarənin imtinası tamamilə əsaslı və qanunidir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X4 Dövlət Nəzarəti Müfəttişliyində baş müfəttiş, aparıcı müfəttiş, baş məsləhətçi – baş müfəttiş vəzifəsində, xx.xx.2008-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Departamentində baş məsləhətçi-müfəttiş, baş məsləhətçi vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən verilmiş ərizəyə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabr 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları sadalanan vəzifələrdə işlədikdə onlara qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2019-cu il tarixdən qüvvədə olan 20.30-cu maddəsinə əsasən dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Nəzərinə çatdırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixində öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar ona xx xxxxxxx 2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə uyğun olaraq 26 il dövlət qulluğu stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (913,25 manat) 80 faizi – 730,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun xx xxxxxx 2019-cu il tarixində yarandığından qeyd olunan büdcədənkənar vəsaitlər hesabına ona verilən pul təminatlarının sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən pensiya işinin surəti məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin Əmək pensiyasının yenidən hesablanması haqqında xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə yaşa görə təyin edilmiş əmək pensiyası məbləği artırılmışdır. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 5/M-669-10 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühfizəsi departamentinin baş məsləhətçi vəzifəsində çalışmış İddiaçı üçün 2018-ci ilin mart ayında “X7nə dövlət nəzarətini həyaya keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi barədə” Nazirliyin xx.xx.2018-ci il tarixli 94/ü nömrəli əmrinə əsasən 12030,60 manat aylıq vəzifə maaşına əlavə hesablanmışdır. Beləliklə işdə olan sənədlərdən, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatları əsasında müəyyən edildi ki, xx xxxxxx 1954-cü il təvəllüdlü iddiaçıya pensiya hüquqununun yarandığı xx xxxxxx 2018-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Yaşa görə pensiya təyin edildikdən sonra iddiaçı dövlət qulluğu vəzifəsində işini davam etdirmiş və xx xxxxxx 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən onun öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Buna görə də həmin tarixdən ona 26 il dövlət qulluğunda olan stajına görə qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının 80 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı dövlət qulluqçusu kimi pensiya hüququnun xx xxxxxx 2018-ci ildə yarandığını bildirərək, ona həmin dövrdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməli olduğunu və buna görə də dövlət qulluqçusu kimi xx xxxxxx 2019-cu il tarixdə pensiyaya çıxarkən onun pensiyasının düzgün hesablanmadığını bildirərək, pensiyasına əlavələrin xx xxxxxx 2018-ci ildə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hesablanmalı olduğunu göstərmişdir. Tələbinin əsası olaraq dövlət qulluqçusu kimi pensiya hüququ xx xxxxxx 2018-ci il tarixdə yarandığı halda, xx xxxxxx 2019-cu il tarixdə dövlət qulluqçusu kimi əmək pensiyası hesablanarkən xx xxxxxx 2019-cu il tarixdən yeni məzmunda qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin tələblərinə əsasən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan, cavabdeh tərəfindən iddiaçının pensiyası dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığından, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş əmək pensiyaçılarına «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər 20.1.7-ci maddəsində sadalanan vəzifələrdə çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə yaşa görə əmək pensiyasına çıxsa da, lakin iş materiallarında olan əmək kitabçasından göründüyü kimi dövlət qulluğunda işlədiyi vəzifədə işləməsini davam etdirmiş, yəni dövlət qulluğunda olmuşdur. Buna görə də ona xx xxxxxx 2018-ci il tarixdə yaşa görə pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmamışdır. İddiaçı öz arzusu ilə xx xxxxxx 2019-cu il tarixdə dövlət qulluğuna xitam verdiyindən, həmin tarixdən ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş və onun dövlət qulluğundan qulluq stajına uyğun olaraq qulluq keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarından əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələrin hesablanması hüququ dövlət qulluğuna xitam verildiyi xx xxxxxx 2019-cu il tarixdən yaranmışdır. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə dövlət qulluğunda olduğundan, onun yaşa görə əmək pensiyası almaq hüququ yaransa da, dövlət qulluğuna görə əmək pensiyasına əlavələr almaq hüququ olmamışdır. İddiaçının həmin əlavələri almaq hüququ yalnız xx xxxxxx 2019-cu il tarixdən, yəni dövlət qulluğuna xitam verdiyi andan yaranmışdır və həmin dövrdə qüvvədə olan qanunvericliyin tələblərinə əsasən iddiaçının əmək pensiyasına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna xx xxxxxx 2018-ci il tarixli, 1362-VQD nömrəli Qanununla yeni məzmunda 20.30-cu maddəsi əlavə edilmiş və xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. Həmin maddəyə əsasən bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Beləliklə, iddiaçıya xx xxxxxx 2018-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildiyi, dövlət qulluqçusu kimi pensiya hüququnun xx xxxxxx 2019-cu il tarixdə yarandığı, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu kimi pensiyasına əlavələrin hesablandığı müəyyən edildiyindən, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar