Məhkəmə qərarları › İş №2-1(112)-3365/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3365/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3365/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh1nə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdeh1nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək soyadının “Abazova” - dan nikahdan əvvəlki soyadı olan “Əlirzayeva”- ya dəyişdirilməsi üçün müsbət rəy verməsi vəzifəsinin AR Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin, rəyə əsasən isə soyadının dəyişdirilməsi vəzifəsinin 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası vətəndaşı olan X3 ilə nikaha daxil olmuşu. Nikahları 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Həyat yoldaşıyla nikaha daxil olan zaman onun soyadını qəbul etmiş. Bu hüquqi fakt 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ 283361 nömrəli nikah haqqında şəhadətnamədə də öz əksini tapmışdır. Lakin iddiaçı şəxsiyyət vəsiqəsindədə soyadını dəyişməmiş və soyadı “Əlirzayeva” olaraq qalmışdır. Beləki iddiaçı xarici pasportunu da şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Əlirzayeva” soyadı ilə almışdır. 2018-ci ildə İsveçin Malmö şəhərinə getmişlər. Daha sonra isə Kristianstad şəhərinə köçmüşlər. X5 20 fevral 2020-ci ildə İsveçin Kristianstad şəhərində dünyaya gəlmilşdir. 2023-cü ildə İsveçdən deportasiya edilmişlər və bu səbəbdən də Bakıya qayıtmışlar. İddiaçı Bakıya qayıtdıqdan sonra ümumvətəndaş pasportunun müdətinin bitməsi səbəbi ilə “X1” yazılan şəxsiyyət vəsiqəsilə xx.xx.2023-cü ildə ümumvətəndaş pasportunu yeniləmişdir. Beləliklə hal-hazırda olan ümumvətəndaş pasportunda soyadı “Əlirzayeva” olaraq qeyd edilmişdir. Ümumvətəndaş pasportu yenilədikdən sonra isə müdətinin bitməsi səbəbindən şəxsiyyət vəsiqəsini də yeniləmişdir. xx.xx.2024-cü ildə əldə etdiyi FİN xxxxxxx- AA******* seriyalı şəxsiyyət vəsiqəsində soyadı nikah haqqında şəhadətnamədə olan soyad dəyişikliyinə uyğun olaraq “Abazova” kimi yazılmışdır. İddiaçı soyadının “Abazova” - dan “Əlirzayeva”-ya qaytarılması üçün 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş. Lakin 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinin ona vermiş olduğu xx.xx.2024-cü il tarixli imtina cavabına əsasən, soyadının “Abazova”-dan “Əlirzayeva”-ya qaytarılması məqsədəmüvafiq olmamışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.15-ci bəndinə əsasən, 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Beləki iddiaçının soyad dəyişikliyilə bağlı 2 saylı Bakı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi aidiyyatı üzrə AR Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Beləki iddiaçı barədə hər hansı bir təqsirləndirici material olmasa da İsveçdən deportasiya olunmağı səbəbi ilə Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Qeydiyyat şöbəsi tərəfindən soyadının “Əlirzayeva”-ya qaytarılması mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinə müraciət etməkdə məqsədi nikahdan əvvəlki soyadı olan “Əlirzayeva”-nı bərpa etməkdir. Çünki övladı İsveçdə doğulmuşdur və doğum haqqında şəhadətnaməsi İsveçdə verilmişdir. Qızının doğum haqqında şəhadətnaməsində anasının adı və soyadı qrafasında “X1” yazılmışdır. Lakin onun şəxsiyyət vəsiqəində İddiaçı yazılması sənəddə uyğunsuzluq yaradacaqdır. İddiaçı məhz qızının təhsil və digər sənədləşdirmə işlərində anasının soyadında uyğunsuzluq yaranmaması üçün əvvəlki soyadı olan “Əlirzayeva”-nı bərpa etmək istəyir. Beləki qızının doğum haqqında şəhadətnaməsində onun soyadının “Abazova” kimi yazılması üçün İsveçə getməli və sənədləşdirmə işləri aparmalıydır. İddiaçının isə bu problemlə bağlı İsveçə getməyə imkanı yoxdur. Övladının gələcək həyatında doğum haqqında şəhadətnaməsindəki soyad fərqliliyi ilə bağlı problem yaşamaması üçün sənədlərlə birlikdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək iddiaçının soyadının Abazovadan nikahdan əvvəlki soyadı olan Əlirzayevaya dəyişdirilməsi vəzifəsinin 2 saylı Bakı Cavabdeh1 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə doğulmuşdur. -xx.xx.1990-cı il tarixdə verilmiş 456285 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 2528 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 283361 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə X4 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar, nikah bağlandıqdan sonra ərə Abazov, arvada Abazova soyadı verilmiş, bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 1690 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 32458/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Abazova (Əlirzayeva) Günel Dursun qızının soyadı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bazasına uyğun olaraq “Əlirzayeva”-dan “Abazova”-ya dəyişdirilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı “Abazova” soyadı ilə ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. Qeyd olunan şəxsə şəxsiyyət vəsiqəsinin və “Əlirzayeva” soyadı ilə verilmiş ümumvətəndaş pasportunun verilməsinə əsas olmuş sənədlər Sizə göndərilir. Göndərilmiş sənədlərdən görünür ki: -xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 16301972 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinə əsasən X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - xx.xx.2009-cu il tarixdə verilmiş pasportdan müəyyən edilir ki, iddiaçının soyadı “Əlirzayeva” qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13- 11636/2024 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -xx.xx.1990-cı il tarixli, 2528 nömrəli Doğum haqqında akt qeydinə əsasən, X1 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Nikah haqqında xx.xx.2018-ci il tarixli 1690 nömrəli akt qeydindən görünür ki, nikahdan sonra iddiaçının soyadı İddiaçı olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1011/2024 nömrəli məktubla göndərilmiş vətəndaş İddiaçı adın, ata adının və soyadın dəyişməsi haqqında müraciət ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin sürətindən görünür ki: -Binəqədi rayon Polis İdarəsinin sentyabr 2024-cü il tarixli rəyində bildirilmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlarının adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları haqqında vəsatətin baxılması” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının 6cı bəndinə uyğun olaraq vətəndaş İddiaçı soyadının dəyişdirilməsi haqqında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsindən daxil olmuş sənədlərə RPİ-də baxılmışdır. Yoxlama zamanı İddiaçı barəsində təqsirləndirici material müəyyən edilməmiş, lakin onun İsveç dövlətindən deportasiya olunduğu müəyyən edilmiş və sonuncunun soyadının dəyişdirilməsinə etiraz olunmuşdur. - Uşağın doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə İsveç, Kristianstad şəhərində Abazov Pərvanə doğulmuş, ana qrafasında “Əlirzayeva Günel” göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdeh1 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-12-55/24 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli ,79 nömrəli qərarı ilə təsdiq edilmiş” Adın, ata adın və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.15-ci bəndinə əsasən Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Binəqədi rayon Polis idarəsinin tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Sizin soyadınızın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəllər adı, soyadı və ata adı “Əlirzayeva” olmuş, nikahdan sonra soyadı “Əlirzayeva”dan “Abazova”ya dəyişdirmiş və bu barədə akt qeydləri kitabında qeyd aparılmışdır. Hazırkı iddia tələbi üzrə iddiaçı növbəti dəfə adının “Əlirzayeva”ya dəyişdirilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1- ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli olaraq bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın və soyadın növbəti dəfə dəyişdirilməsinə ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla, yalnız yuxarıda qeyd edilən Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşin hallarından müəyyən olunur ki, iddiaçının qızlıq soyadı Əlirzayeva, nikahdan sonra isə Abazova olmuş, iddiaçının soyadı nikah haqqında şəhadətnamədə və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində “Abazova”, ümumvətəndaş pasportunda və övladının doğum haqqında şəhadətnaməsində ana qrafasında “Əlirzayeva” kimi qeyd edilmişdir. İddiaçı sənədlərindəki soyadında olan uyğunsuzluğu aradan qaldırmaq üçün soyadının yenidən nikahdan əvvəlki soyadına dəyişdirilməsini tələb edir. Bununla bağlı bildirilir ki, soyadının növbəti dəfə dəyişdirilməsi yalnız yuxarıda sadalanan Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş konkret hallardan birinin olduğu halda mümkün hesab edilsə də, hazırkı iş üzrə iddiaçıya münasibətdə 6.3-cü bənddə qeyd edilən istisna hal, yəni “ər- arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla” halı möcuddur. Həmçinin, iddiaçının nikahdan əvvəlki soyadına qayıtması halı işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının adının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddiaçı barəsində Binəqədi rayon Polis İdarəsinin tərəfindən iddiaçının İsveç dövlətindən deportasiya olunduğundan soyadın dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilməməsi hazırkı halda iddiaçının soyadının dəyişdirilməsinə mane hesab olunmur. Qeyd edildiyi kimi qanunvericilikdə iddiaçının nikahdan əvvəlki soyadına qayıtmasına mane olan hal mövcud deyildir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı nikahdan əvvəlki qızlıq soyadı ilə ümumvətəndaş pasportu ilə xarici ölkədə olmuş, deportasiya olunduqdan sonra yenə də həmin qızlıq soyadına qayıtmağı mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı soyadının “Abazova”dan nikahdan əvvəlki soyadı olan “Əlirzayeva”ya dəyişdirilməsi öhdəliyi 2 saylı Bakı Cavabdeh1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar