Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3367/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının “X7” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ”Azərbaycan Respublikasının X7” publik hüquqi şəxsinə qarşı “test tapşırığının cavabının düzgün kimi qəbul edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 08 oktyabr 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X7 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında В variantı üzrə 50-ci test tapşırığının cavabının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 08 oktyabr 2023-cü il tarixində dövlət qulluğunun В kateqoriyası üzrə X7 (bundan sonra DİM) tərəfindən keçirilən imtahanda iştirak etmişdir. İmtahanda təqdim olunmuş suallar arasında В variantı üzrə 50-ci sualın cavabı DİM tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə iddiaçının və digər tələbələrin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, suallar düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul balı toplayacaq namizədlər, məhz DİM-in səhvi nəticəsində yetərli balı toplaya bilməmişlər. Bu barədə tərəfimdən DİM-ə rəsmi qaydada müraciət edilmiş və ona xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi- metodiki qüsurlar aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Doğrudur, imtahanda istifadə olunmuş tapşırıqlarda heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var. Belə ki, Qanunvericilik üzrə imtahanda istifadə olunmuş açıq tipli test tapşırığında 50-ci sualda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən doğru müddəaları seçmək tələb olunmuş, cavab variantları arasında: 1.Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində digər məhkəmələrin yaradılmasına yol verilir kimi ifadələr qeyd olunmuş və DİM bu ifadəni doğru variant kimi qəbul etmişdir. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 19-cu maddələrini rəhbər tuturam: Maddə 1. Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması “Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİ hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimlərinin statusu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur”. Maddə 19. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən “Ədalət mühakiməsini məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər: rayon (şəhər) məhkəmələri; ağır cinayətlər məhkəmələri; Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi; hərbi məhkəmələr; inzibati məhkəmələr; kommersiya məhkəmələri; Naxçıvan Muxtar Respublikasının Ali məhkəməsi; apellyasiya məhkəmələri; Azərbaycan Respublikasının Ali məhkəməsi Məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər. Məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir. Hər bir məhkəmə müstəqil hüquqi şəxsdir və onun Dövlət gerbinin təsviri olan möhürü vardır”. Yuxarıdan qeyd edilən 1 və 19-cu maddəyə əsaslanaraq bildirilmişdir ki, məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada məhkəmələr yaradıla bilər. “Qanunla müəyyən edilmiş qaydada” ifadəsi olmadıqda cümlə natamam sayılmalı və doğru variant kimi qəbul edilməməlidir. Hesab edilmişdir ki, qeyd olunan suallarda namizədlərin düzgün götürdüyü cavab variantları əsassız olaraq DİM tərəfindən səhv cavab kimi hesablanmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 27.1.Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. 28.1.Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2.Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. X7 publik hüquqi şəxsin Nizamnaməsi: 1.1.Azərbaycan Respublikasının X7 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”: 2.2.Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X3 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3.Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4.Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1.qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2.açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3.sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.6.Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1.test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2.hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3.test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4.test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. 2.7.Açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. 2.8.Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü ildə istəyinizə uyğun olaraq iddiaçı ilə telefon əlaqəsi yaradılmış, müvafiq sahə üzrə mütəxəssis tərəfindən ərizədə qeyd edilmiş 50 saylı (BA vəzifə qrupu В variantı üzrə) test tapşırığı və onun doğru cavabları barədə ona izah verilmişdir. Qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunur, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilir. xx.xx.2023-cü il tarixində keçirilmiş imtahanda istifadə olunmuş test tapşırıqlarının təkrar ekspertizası zamanı onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Ərizədə göstərilmiş digər məsələ ilə bağlı qeyd edilmişdir ki, imtahan nəticələrinin emalı hər bir namizədin ona məxsus cavab kartında qeyd etdiyi cavablara əsasən aparılır. İmtahan nəticəsinin dəyişdirilməsinə təsir göstərə biləcək bir hal aşkar olunmadığından müraciəti təmin olunmamışdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırığının cavab verməli olduğu tələblər qeyd edilən Qaydaların 2.6-cı bəndində müəyyən edilmişdir. Açıq və esse tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Nəzərinizə çatdırılmışdır ki, qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında BA4 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən-70% (84 bal) aşağı nəticə - 68.33% (82 bal) əldə etdiyinə görə BA4 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupunun В variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 50 və 99 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir, iddiaçının apellyasiya şikayəti komissiya tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixində əlaqə saxlanılaraq müvafiq izahat verilmişdir. Eyni zamanda Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-F-4391-42-817/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BA vəzifə qrupu В variantı üzrə test imtahanında istifadə olunan 50 saylı test tapşırığı ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert rəyinə əsasən İddiaçı mübahisələndirdiyi qanunvericilik proqramına aid olan 50 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 50 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 70% (84 bal) toplamış və ona BA4 sertifikatının verilməsinə razılıq verilmişdir. İddiaçı ərizəsində qeyd etdiyi məqsədə çatmış, yəni dövlət qulluğu sertifikatının əldə edilməsinə razılıq verilmişdir. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün artıq hüquqi marağa malik deyildir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi test tapşırığında heç bir elmi-metodiki qüsur olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi sual məhkəməyə təqdim edilmişdir: - “50. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən doğru müddəaları müəyyən edin. 1.Məhkəmələrin üzərinə "Məhkəmələr və hakimlər haqqında" qanunla müəyyən edilmiş vəzifələrdən başqa digər vəzifələrin qoyulması mümkündür. 2.Hər hansı bir şəxs tərəfindən bilavasitə məhkəmə icraatına məhdudiyyət qoyulması yolveriləndir. 3.Məhkəmələrdə işlərin icraatının qapalı aparılması mümkündür. 4.Hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ heç bir halda təmin edilmir. 5.Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə sisteminə daxildir. 6.Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində digər məhkəmələrin yaradılmasına yol verilir.”
6. Cavabdeh tərəfindən təqdim edilmiş dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023cü il tarixində keçirilən test imtahan mərhələsində BA vəzifə qrupu üzrə 50 saylı test tapşırığına dair rəydə qeyd edilmişdir ki, cavabları təhlil edərkən müəyyən etmək olur ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından İ, 2. 4-cü cavab bəndləri səhvdir. Belə ki, adı çəkilən qanunun 3-cü maddəsinə görə “Məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir." Göründüyü kimi, məhkəmələrin üzərinə yalnız Konstitusiya və “Məhkəmələr və hakimlər haqqında" qanunla müəyyən edilmiş vəzifələr qoyula bilər, onların üzərinə bu iki aktda təsbit edilmiş vəzifələrdən başqa digər vəzifələrin qoyulması yolverilməzdir və məhz bu səbəbdən də 1-ci bənddə göstərilən fikir səhv cavab kimi qiymətləndirilməlidir. Barəsində danışılan Qanunun 9-cu maddəsinə görə hər hansı bir şəxs tərəfindən, bilavasitə məhkəmə icraatına məhdudiyyət qoyulması yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Sualda 2-ci cavab variantı həmin müddəanın inkarı olması səbəbindən həmin bənd səhv kimi götürülməlidir. Eyni mülahizələri 4-cü cavab variantı üçün də göstərmək olar. Belə ki, Qanunun 14- cü maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmu, hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir. "Hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ heç bir balda təmin edilmir" müddəası isə qanunvericilikdə hər kəsə bu hüququn şamil edildiyi hallarda onun təmin edilməsinin inkarıdır ki. bu halı da 14-cü maddədə təsbit olunmamışdır. Mübahisə xarakteri alan "6. Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində digər məhkəmələrin yaradılmasına yol verilir" bəndinə gəldikdə isə nəzərə almaq vacibdir ki, Qanunun 19-cü maddəsinin məzmununa əsasən həmin maddədə göstərilən məhkəmələrdən başqa Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər. Məhz bu səbəbdən də "Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində digər məhkəmələrin yaradılmasına yol verilir” müddəası doğru müddəa kimi qəbul edilməlidir. Formal məntiq qaydalarına əsasən də, bir mülahizənin ya inkarı ya da təsdiqi düzgün mülahizə kimi qiymətləndirilməlidir. Əgər "Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində digər məhkəmələrin yaradılmasına yol verilir” bəndini iddia olunduğu kimi səhv kimi qiymətləndirilsə, onda onun inkarı gərək doğru müddəa olsun. Bu mülahizənin inkarı isə qanuna açıq-aşkar ziddir. Beləliklə də, qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlmək olar ki. barəsində danışılan test sualının doğru cavabları 3,5,6-ci cavab variantlardır və test suallarında səhv yoxdur.
7. Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində keçirilmiş imtahan nəticəsində test imtahanından müvəffəqiyyət əldə etməmişdir. (Yekun bal: 82 (68,33%))
8. Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixində keçirilmiş imtahan nəticəsində yekun 84 bal toplamışdır. (BA4)
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
15. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan yoxlama ilə bağlıdır.
16. X9 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X8rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X6rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
17. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixində keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 70% (84 bal) toplamış və ona BA4 sertifikatının verilməsinə razılıq verilmişdir. Odur ki, iddiaçıya münasibətdə iddia tələbi təmin olunduğu təqdirdə iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmayacaq, yəni hüquqi vəziyyətində dəyişiklik baş verməyəcəkdir. Nəticə etibarilə iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığından hüquqi marağı yoxdur.
19. Odur ki, iddia mümkün sayılmamalıdır.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva