Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3369/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi və vəkili X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16 Xüsusi Şərtlərlə X2rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən, 52 yaşdan ona, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə anadan olmuşdur. Hal-hazırda 62 yaşı vardır. O, qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı kimi 25 ildən artıq müddətdə zərərli iş sahəsində işləmişdir. xx.xx.2014-cü il tarixdən 57 yaşından yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Lakin onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, xx.xx.1978-ci il tarixdə “xxxxxxxxxxxxxxx” quraşdırma idarəsində 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.1980-cı il tarixdə “xxxxxxxxxxxxxxx” quraşdırma idarəsinin bazasında Abşeron quraşdırma idarəsi yaradılmışdır. 2001-ci ildə X5 adı dəyişdirilərək xxxxxxxxxxxxxxxxxxxx ASC adlanmışdır. O, uzun müddət qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə 52 yaşından pensiya hüququ vardır. Onun işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda XXİİİ. Ümumi peşələr bölməsinin (12100000), Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları bəndinə aiddir (12100000-19905). xxxxxxxxxxxxxxxxxxxx ASC xx.xx.2019-cu il tarixli arayışına əsasən işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi qapalı şəaritdə zərərli peşə sənətinə aid olduğu üçün onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququna malikdir. Beləliklə iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi onun 52 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o, 52 yaşının tamam olan vaxtdan, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hesablanması barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçıya 2014-cü il tarixdən 57 yaşdan Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensişa hüququna malikdirlər. Lakin iş materiallarından da göründüyü kimi iddiaçının işləmiş olduğu peşə (elektrik qaynaqçı) ilə Nazirlər Kabinetinin Qərarındakı 1 nömrəli siyahıdakı peşə (12100000-19906 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl qaynaq elektrik qaynaqçıları). Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə oldudu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X13 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuşdur. - İş materiallarına əlavə edilmiş İddiaçı aid pensiya işinin materiallarında görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli, 176 №-li qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 02/14 №-li, xx.xx.2014-cü il tarixli arayış nəzərə alınmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında **********6 №-li, xx.xx.2019-cu il tarixli qərara əsasən İddiaçı xx.xx.2019-cu ildən ömürlük 583.24 manat pensiya təyin edilmişdir. - İddiaçı məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci idən xx.xx.1996-cı ilədək “xxxxxxxxxxxxxxx” Firmasında 3-cü dərəcəli elektro-qaynaqçı, 4 cü dərəcəli elektro-qaynaqçı, 5-ci dərəcəli elektro-qaynaqçı və 6-cı dərəcəli elektro-qaynaqçı, xx.xx.1996-xx.xx.2002-ci il tarixədək X4 (xx.xx.2001-ci il tarixdə X5 adı dəyişdirilərək Energiquraşdırma KEM ATSC adlandırılmışdır) 6-cı dərəcəli elektroqaynaqçı, xx.xx.2002-xx.xx.2007-ci il tarixədək “xxxxx” Birgə Müəssisəsində qaynaqçı, xx.xx.2007-xx.xx.2007-ci il tarixədək “xxxxx” Birgə Müəssisəsində qaynaqçı, xx.xx.2007xx.xx.2008-ci il tarixədək “xxxxx” Birgə Müəssisəsində usta, xx.xx.2010-xx.xx.2010-ci il tarixədək “xxxxx” Birgə Müəssisəsində usta, xx.xx.2010-xx.xx.2013-cü il tarixədək “xxxxx” Birgə Müəssisəsində qaynaq ustası, xx.xx.2013-xx.xx.2014-cü il tarixədək “xxxxx” Birgə Müəssisəsində qaynaq ustası, xx.xx.2014-xx.xx.2016-cı il tarixədək “xxxxx” Birgə Müəssisəsində qaynaq ustası, xx.xx.2016-xx.xx.2018-ci il tarixədək “xxxxx” Birgə Müəssisəsində qaynaq ustası vəzifələrində işləmiş, xx.xx.2019-cu il tarixdən “xxxxx” Birgə Müəssisəsində qaynaq ustası vəzifəsinə qəbul edilmişdir. - “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 010/k №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X10 xx.xx.1978-ci il tarixində “xxxxxxxxxxxxxxx” quraşdırma idarəsində 3-cü dərəcəli əl ilə el.qaynaqçısı işinə qəbul edilmişdir (əmr 131 Ak 4.08.1978). xx.xx.1980-cı il tarixində “xxxxxxxxxxxxxxx” quraşdırma idarəsinin bazasında Abşeron quraşdırma idarəsi yaradılıb (əmr. 445. xx.xx.1980) İxtisas artırma kurslarında müxtəlif illərdə ixtisas dərəcəsini artırıb. xx.xx.1985-ci il 5-ci dərəcə el qaynaqçısı (əmr. 180\k xx.xx.1985). xx.xx.1987-ci il 6-cı dərəcəli e.lqaynaqçısı (əmr 5\k xx.xx.1987). Azərbaycan Respublikası ƏM 37-ci bəndinə əsasən işdən azad edilmişdir. Öz ərizəsinə əsasən (əmr 23\k xx.xx.1996). Əl ilə el.qaynaqçısı qapalı şəraitdə zərərli peşə sənətinə aid olduğu üçün İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 №-li qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. X5 adı dəyişdiriləcək xxxxxxxxxxxxxxxxxxxx ASC adlanmışdır (əmr 24/k xx.xx.2001). - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli (cavabdehə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur) ərizənin surətindən görünür ki, iddiaçı pensiyasının düzgün hesablanmadığını bildirərək ona 52 yaşının tamam olduğu 2009-cu il tarixdən, 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, ərizədə qeyd edilən məsələlərlə bağlı tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə sorğu verilmiş, cavab olaraq pensiya işi İdarəyə göndərilmişdir. Pensiya işinə aid sənədlərdə onun həmin şöbə tərəfindən xx xxxx 2010-ci il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 li 6 ayini güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar ona 57 yaşdan əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Ümumi peşələr” bölməsində (23) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1978-xx.xx.1996-ci il tarixləri arasındakı dövr ərzində “Abşeron quraşdırma idarəsi”ndə elektrik qaynaqçısı peşesində işlədiyi qeyd olunmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu elektrik qaynaqçısı peşəsi yuxarıda qeyd olunan Siyahının 23-cü bölməsində göstərilən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə aid deyil. Bu səbəbdən də ona 52 yaşdan əmək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər -istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi “əl ilə elektrik qaynaqçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının XXİİİ bölməsinin 12100000 şifrinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 29 il 2 ay 27 gün ümumi və 17 il 9 ay 2 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “pensiya təyin edilərkən yaranmış fərqin hesablanaraq bir dəfəlik ödənilməsi” hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2009-cu il tarixdən 52 yaşdan 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2009-cu il tarixdən 52 yaşdan 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X16 X11 X14 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova