Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-337/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı Cavabdeh Tibbi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilməklə “aldığı travmanın “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh Tibbi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçıya 14.10.1991-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidməti vəzifəsinin yerinə yetirərkən aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi vəzifəsinin Daxili İşlər Nazirliyini Tibbi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarı ilə iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh Tibbi İdarəsi qarşı “aldığı travmanın “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi” barədə iddiası təmin edilmişdir. Daha sonra Cavabdeh səlahiyyətli nümayəndəsi X3 tərəfindən (dəftərxana vasitəsi ilə) məhkəməyə vəsatət ünvanlanaraq, ünvan 1li qərarının tam ləğv edilərək Cavabdeh hazırki iş üzrə icraata cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasını təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.10.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərardadı ilə iş üzrə Cavabdeh üçüncü şəxs qismində cəlb edilmiş, Bakı İnzibati Məhkəməsinin 18.06.2020-ci il tarixli 2-1(112)-473/2020 saylı qərarı ləğv edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 12.07.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1982-1985-ci illərdə keçmiş SSRİ ordusunda həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışdır. Azərbaycan Ermənistan münaqişəsinin başlanılması ilə əlaqədar könüllü olaraq DİN-in təkərbində yaradılmış XTPD-də xidmət etmək arzusunda olduğu üçün onlara müraciət edərək 1990-ci ildə iddiaçı xidmətə daxil olmuşdur. İddiaçının bu orqanda xidməti 1995-ci ilin mart ayına qədər olmuşdur. Xidmət etdiyi müddətdə erməni quldur dəstələrinə və silahlı birləşmələrinə qarşı ilk döyüşən qüvvəklərdən olublar. Azərbaycanın ermənistan sərhədində və daxilindəki kəndlərdə gedən döyüş əməliyyatlarda aktiv iştirak etmişdir. 1991-ci ilin oktyabr ayında Goranboy rayonu Todan kəndi istiqamətində gedən ağır döyüşlərdə ermənilərin odlu silahdan açdığı atəş nəticəsində Sağ yuxarı ətrafın çoxsaylı qəlpə yaraların, alın hissəsinin yumşaq toxumalarından dəlib keçən qəlpə yarası, sağ bazunun və biləyin yuxarı 1/3 hissəsindən çoxsaylı qəlpə yaraları diaqnozu ilə ağır bədən travması almışdır. Yaralanandan sonra döyüşçü polis yoldaşlarının tərəfindən ilkin tibbi yardım yerində göstərildi və oradan birbaşa Gəncə şəhər X10 Xəstəxanasına təxliyyə olunaraq orada stasionar şəraitdə müalicədə olmuşdur. Müalicə bitdikdən sonra yenidən orqanlara qayıdaraq xidmətini davam etdirmişdir. Həmin vaxtı iddiaçı ilə birlikdə eyni orqanda xidmət edən cəbhə yoldaşları da iddiaçının xidmət keçməyi və yaralanmağını təsdiq edə bilərlər. Döyüşlərdə aldığı travmanın səbəb əlaqəsinin tibbi şəhadətləndirilməsi üçün tibbi sənədlərini DİN-in Xüsusi Həkim Komissiyasına təqdim etmişdir. Lakin komissiya iddiaçını bu günə kimi şəhadətləndirməmişdir. Səbəbini isə onunla izah edir ki, iddiaçının döyüşlərdə yaralanmağı barədə travma haqqında arayış yoxdur. Lakin iddiaçı həmin dövrdə polis nəfəri olmuş və heç bir sənədləşməyə cavabdehlik daşımamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X5 məhkəməyə (dəftərxana vasitə ilə) iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək iş üzrə cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19 fevral 2021-ci il tarixli 2-1(112)-337/2021 saylı qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə təmin edilərək, iş üzrə Cavabdeh Tibb İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin 19 fevral 2021-ci il tarixli 2-1(112)-337/2021 saylı qərardadı ilə Cavabdeh Tibb İdarəsi hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 07 aprel 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında 3-cü şəxs Daxili İşlər Nazirliyinin Tibb İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidməti vəzifəsinin yerinə yetirməsi ilə aldığı travmanın xidməti vəzifələrin icrası ilə bağlı olub-olmadığı Daxili işlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən xidməti araşdırma aparıldıqdan sonra DİN-nin ümumiləşdirilmiş mövqeyi ilə münasibət bildirilməklə həll edilə bilər. Araşdırma zamanı iddiaçının daxili işlər orqanlarında xidmət etdiyi müddətdə döyüş bölgəsində yaralanmasına dair qeydiyyat və xidməti xasiyyətnamə aşkar edilməmişdir. İddiaçının travma haqqında arayışı mövcud olmamış, bundan başqa 31.11.1991-ci il tarixli Goranboy rayon Prokurorluğu Qərarı əsasında Göranboy rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən tərtib olunan 40İ№ ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı bədəni üzərində aşkar edilən xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddət pozan yüngül dərəcəli bədən xəsarətlərinə aiddir. Bu səbəbdən iddiaçının aldığı travmanın “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 02.10.2019-cu il tarixli, 029-2979Ş- 3219 saylı imtina məktubundan görünür ki, iddiaçının döyüş bölgəsində aldığı xəsarətin səbəb əlaqəsinin təyin edilməsi ilə bağlı təqdim etdiyi sənədlər araşdırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.3-cü maddəsinə uyğun olaraq onun xəsarəti ilə bağlı travma haqqında arayış (xidməti rəy) təqdim edilmədiyindən və aldığı xəsarətin “sağlamlığı qısa müddətdə pozan yüngül dərəcəli bədən xəsarəti” olduğundan xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasının mümkün olmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin İddiaçı ünvanladığı 08.11.2019-cu il tarixli, 022/22-54578Ş-3219 saylı cavab məktubunun surətindən görünür ki, İddiaçı arxiv şəxsi işinə baxış keçirilən zaman, onun döyüş bölgələrinə ezam edilməsi və travma alması barədə qeydiyyat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, DİN-in 25.06.1991-ci il tarixli 311 nömrəli; DİN-in 03.09.1991-ci il tarixli 2169ş/h nömrəli; DİN-in 11.10.1991-ci il tarixli 2496ş/h nömrəli; DİN-in 30.12.1991-ci il tarixli 3315ş/h nömrəli və 26.01.1994-cü il tarixli 289ş/h nömrəli əmrləri ilə Dağlıq Qarabağ və ətraf rayonlarında gedən doyüş əməliyyatlarında iddiaçı iştirakına görə pulla mükafatlandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Təcili X4 Travmatologiya Şöbəsinin s/t № 6010/863 saylı, 05 aprel 2018-ci il tarixli arayışdan görünür ki, həmin arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən 14-20.10.1991-ci ildə xəstəxananın travma şöbəsinə müraciət etmiş, Gəncə şəhər T.T.Y.X-nın travmatologiya şöbəsinə “sağ yuxarı ətrafın çox saylı qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X8 filialına sorğu göndərilmiş və sorğuya verilmiş 06.05.2020-ci il tarixli, 412/3 №-li cavab məktubundan görünür ki, Gəncə şəhər Təcili X4 arxiv sənədləri X8 filialına təhvil verilmədiyindən, İddiaçı 1991-1992-ci illərdə Gəncə şəhər Təcili X4 travmatologiya şöbəsində stasionar müalicə alıb-almaması barədə məhkəmənin sorğusunu müsbət cavablandırılmaq mümkün deyildir. 31.11.1991-ci il tarixli Goranboy rayon Prokurorluğu Qərarı əsasında Göranboy rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən tərtib olunan 40İ№ ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı bədəni üzərində aşağıdaki xəsarətlər vardır: sağ yuxarı ətrafın çoxsaylı, kör, alın nahiyyəsinin yumşaq toxumalarından dəlib keçən qəlpə odlu silah yaraları. Bu xəsarətlər iriçaplı odlu silahlardan atılmış mərminin patlaması nəticəsində əmələ qəlmənin təsirindən törədilə bilər, müddəti qərarın təsviri hissəsində göstərilən 14.10.1991-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddət pozan yüngül dərəcəli bədən xəsarətlərinə aiddir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət etibarılə əsassızdır və rədd edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh onun xəsətlinin səbəb əlaqəsinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina etmişdir. İşdə olan Cavabdeh Daxili Təhqiqatlar İdarəsi haqqında əsasnamədən çıxarışdan görünür ki, 3.1.7-ci maddəsinə əsasən idarənin vəzifələri sırasına əməkdaşın vəfat etməsi, həlak olması, eləcə də əmək qabiliyyətini itirməsinə səbəb olan xəsarət alması faktları üzrə daxili təhqiqatın aparılması daxildir. Məhkəmə hesab edir ki, hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində irəli sürülməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırki iddia tələbi ilə 01.11.2019-cu il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mahiyyət etibarılə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə”nin 1.8-ci maddəsinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini nəticələrinə görə həkim vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Həmin Əsasnamənin 5.1-ci maddəsinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Həmin Əsasnamənin 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət edən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin səbəb-əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Həmin Əsasnamənin 7.3-cü bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4-cü bəndinə əsasən, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasındaçıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbuledilirki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrəAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəritərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin sabiq polis nəfəri İddiaçı daxili işlər orqanlarında xidmət etdiyi müddətdə döyüş bölgəsində yaralanmasına dair qeydiyyat və xidməti xasiyyətnamə aşkar edilməmişdir. Bundan əlavə iş materiallarına daxil edilmiş 31.11.1991-ci il tarixli Goranboy rayon Prokurorluğu Qərarı əsasında Göranboy rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən tərtib olunan 40İ№ ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı bədəni üzərində aşkar edilən xəsarətlər ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddət pozan yüngül dərəcəli bədən xəsarətlərinə aiddir. Belə olan halda, travma haqqında arayış mövcud olmadığına və aldığı xəsarətin sağlamlığı qısa müddət pozan yüngül dərəcəli bədən xəsarətləri olduğuna görə hazırda iddiaçı xəstəliyinin hərbi xidmət dövründə bağlanması barədə heç bir sübut təqdim edə bilmədiyindən və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, habelə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati mübahisələrə dair üzrə məhkəmə vasitəsi ilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, və 85.1-ci maddələrini rəhbər tuturaq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-337/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-337/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver