Məhkəmə qərarları › İş №2-1(112)-337/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-337/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-337/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinə qarşı iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar başqa işdə qalması müddətinin üzadılması ilə bağlı Biləcəri lokomotiv deposu rəisinin xx.xx.2016-ci il tarixli 294 saylı əmrin qanunsuz hesab edərək, X5 İddiaçı yeniləşdirilmiş əmək müqaviləsi olmadan (uzadılmadan), işəgötürənin yalnız daxili xx.xx.2016-ci il tarixli 294 saylı əmri əsasında, qüvvədə olan müddətsiz əmək müqaviləsi ilə əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə İddiaçı məcbur etməsinin əmək qanunvericiliyinə zidd olması barədə müvafiq qərar qəbul etməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 25 ildən çox, 1991-ci ildən 2016-ci ilin oktyabr ayına kimi fasiləsiz “Azərbaycan Dəmir Yolları" QSC-nin X5 lokomotivlərin radiorabitə təmiri üzrə çilingər vəzifəsində çalışıb. 2016-ci ilin iyun ayında cərrahiyyə əməliyyatından sonra öz xahişi və razılığı ilə səhhətilə bağlı 2 aylıq müddətinə yüngül işə (inzibati binanın gözətçisi vəzifəsinə) keçirilib. Başqa işə kecirilməyi ilə bağlı xx.xx.1999-cu il tarixdə onunla depo arasında bağlanmış müddətsiz əmək müqaviləsinə dəyişiklik edildi və dəyişikliyin müddəti - 2 ay idi: xx.xx.2016-ci il tarixdən xx.xx.2016-ci il tarixə kimi. Başqa işə keçirilməyi ilə bağlı tərtib olunmuş 2 aylıq əmək müqaviləsinin müddəti bitəndən və xx.xx.1999-cu il tarixdə bağlanmış müddətsiz əmək müqaviləmin əvvəlki şərtləri yenidən qüvvəyə minəndən sonra, xx.xx.2016-ci il tarixdə o, əvvəlki işinə (çilingər vəzifəmə) qayıtmalıydım. Lakin depo rəhbərliyi: müddəti bitmiş, qanuni qüvvədən düşmüş əmək müqaviləsinə əsaslanaraq: razılığım olmadan, həmin müqavilənin müddətini uzadılmadan, yalnız öz 22.07. 2016-ci il tarixli 294 saylı inzibati əmri ilə onu məcburi qaydada xx.xx.2016-ci il tarixə kimi 1 ay da gözətçi vəzifəsində saxlayıb. Beləliklə, qüvvədə olan əmək müqaviləsi üzrə - əmək funksiyası çilingər olsa da, işəgötürənin inzibati əmrinə tabe olub, müvafiq əmək müqaviləsi olmadan, gözətçi vəzifəsinin əmək funksiyasını icra etməyə məcbur olub. Ona qarşı qanunsuzluqlarla bağlı narazılığını bildirdiyinə görə, depo rəhbərliyi bütün inzibati resurslardan istifadə edərək 02-xx.xx.2016-ci il tarixdə onu iş yerində (gözətçi vəzifəsini gecə növbəsində icra edərkən) yatmaqda əsassız ittiham etdi və əvvəllər heç bir xəbərdarlığı, heç bir tənbehi olmadığına baxmayaraq, xx.xx.2016-ci il tarixdə (gözətçi vəzifəsinə aid olan əmək müqaviləsi olmayan dövrdə) onu birdən-birə "sonuncu xəbərdarlıqla şiddətli töhmət"lə cəzalandırdı. Bu qədər haqsızlığa dözməyib gözətçi vəzifəsini məcburi icra etdiyinə görə, üstəlik bu vəzifəyə görə ona "şiddətli töhmət"in verilməsi onu məcbur etdi ki, pozulmuş əmək hüquqlarının müdafiəsi üçün xx.xx.2016-ci il tarixdə X11 Xidmətinə müraciət etsin. O vaxt yoxlamanı keçirən 6 saylı region üzrə X11 işəgötürənin yalnız əmək haqqının düzgün (aylıq normadan artıq və gecə iş saatlarının 1 faizləri hesaba alınmırdı) hesablanmaması ilə bağlı işəgötürənə göstəriş verdi. İstəmədiyi vəzifədə məcburi saxlanmağını araşdırmadan dedilər ki, əmək müqaviləsi - formal bir sənəddir və əsas sənəd - işəgötürənin əmridir. Məsləhət etdilər ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etsin. Lakin məhkəməyə həmin vaxt müraciət edə bilmədi, cünki iddia ərizəsinə əlavə etmək istədiyi müəssisədə olan, əmək fəaliyyətinə aid olan sənədlərin surətləri ona verilmədi. Bir aydan sonra, çox xırda xətaya görə (iş yoldaşlarına xəbər verib, gecikdirilmiş maaşımı bankomatdan almaq üçün işdən yarım saat tez çıxmışdı), həmin "sonuncu xəbərdarlıqla şiddətli töhməti" əsas tutaraq depo rəhbərliyi əmək fuksiyasını yerinə yetirmədiyinə və əmək nizam-intizamını dəfələrlə kobud pozması əsası ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xx.xx.2016-ci il tarixdə müddətsiz əmək müqaviləmə xitam verilib. Yalnız onu işdən azad edəndən sonra bir ay əvvəl məhkəməyə müraciət etmək üçün istədiyi sənədlərin bir hissəsi ona verildi. Beləliklə, gözətçi vəzifəsinə aid olan əmək müqaviləsi olmadan istəmədiyi vəzifədə onu məcburi saxlayan depo rəisinin imzaladığı xx.xx.2016-ci il tarixli 294 saylı inzibati əmr şərait yaratdı ki, xx.xx.2016-ci il tarixdə ona əsassız "sonuncu xəbərdarlıqla şiddətli töhmət" verilsin. xx.xx.2016-ci il tarixdə ona verilmiş "sonuncu xəbərdarlıqla şiddətli töhmət" isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xx.xx.2016-ci il tarixdə müddətsiz əmək müqaviləmə xitam verilməsinə əsas oldu. İşdən azad ediləndən sonra işə bərpa iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etdi. Bu məhkəmə prosesində əmək müqavilələri - mübahisə predmeti kimi qeyd olunmamışdı və buna görə də müzakirə olunmadı. 6 ay ərzində işəgötürən ona iki töhmət verdiyinə görə məhkəmə işdən azad olmağını qanuni saydı və iddiası təmin olunmadı. Apellyasiya və kassasiya şikayətləri də təmin olunmadı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişilmədən saxlanıldı. 2019-cu ilin ortalarında təsadüfən bildi ki, işəgötürənlə işçinin arasında əmək münasibətlərini tənzimləyən yeganə sənəd - əmək müqaviləsidir və əmək müqaviləsi olmadan, işəgötürənin əmri qadağandır və heç bir hüquqi qüvvəyə malik deyildir.

3. Bakı İnzibati Məhkəməsini hazırki iş üzrə (işin əvvəlki nömrəsi 2-1(112)-6062/2020) qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandıırlmışdır ki: “iş materiallarından məlum olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4648/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında X11 Xidmətinin 6 saylı region üzrə X4rşı 3-cü şəxs "xxxx" QSC-nin X6maqla əmrlərin etibarsız hesab olunması tələbinə dair iddiası mümkün sayılmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-569/20 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2112/2020 nömrəli qərardadı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(103)-569/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, iş materialarından görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-nin X1rşı “işə bərpa və qanunsuz olaraq işdən məhrum olması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə də məhkəmə müstəvisində mahiyyəti üzrə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, hazırkı tələbin irəli sürülməsində əsas məqsəd nəticə etibarı ilə məhz xx.xx.2016-cı il tarixli, 430 saylı əmrin qanunsuz hesab olunaraq ləğv edilməsindən ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı eyni tələblə həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Halbuki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4648/2019 saylı, 02 dekabr 2019-cu il tarixli qərardadı da yekun məhkəmə aktı hesab olunur. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri sırasına daxildir. Buna baxmayaraq, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının hansı formada pozulmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmiş, belə bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati-hüquqi mübahisə inzibati orqanla fiziki şəxs arasında qanunla qorunan maraqların münaqişəsindən, hüquqların pozulmasından irəli gələn ziddiyyətlərin mövcudluğu ilə xarakterizə olunan kompleks maddi-prosessual inzibati hüquq münasibətidir. Onun yaranması istənilən halda konkret inzibati hüquq münasibəti tərəflərinin birində digər tərəfin hərəkəti (hərəkətsizliyi) ilə özünün hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulması, yaxud gələcəkdə pozulacağı barədə təsəvvürün formalaşması ilə əlaqədardır.

4. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2-1(112)-6062/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “səhhəti ilə əlaqədar başqa işdə qalması müddətinin uzadılması ilə bağlı X10 rəisinin xx.xx.2016-cı il tarixli, 294 saylı əmrinin qanunsuz hesab edilərək, X10nda yeniləşdirilmiş əmək müqaviləsi olmadan, işəgötürənin yalnız daxili xx.xx.2016-cı il tarixli, 294 saylı əmri əsasında qüvvədə olan müddətsiz əmək müqaviləsi ilə əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə onu məcbur etməsinin əmək qanunvericiliyinə zidd olması barədə müvafiq qərar qəbul edilməsinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Qərardad onunla əsaslandırılmışdır ki: “hazırkı tələbin irəli sürülməsində əsas məqsəd nəticə etibarı ilə məhz xx.xx.2016-cı il tarixli, 430 saylı əmrin qanunsuz hesab olunaraq ləğv edilməsindən ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı eyni tələblə həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir.” Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu mövqeydən çıxış etsə də, AR İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsini təklif etməmişdir... ...Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində təsbit edilmiş, məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə müvafiq təklif edilməli və onun həmin bildiriş (təklif) barədə məlumatlı olmasını təsdiq edən sənəd sübutlar iş materiallarına əlavə edilməlidir”.

6. İşin birinci instansiya məhkəməsində təkrar araşdırılması zamanı iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin formal tələblərinə uyğunlaşdırılması və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı bildirdi ki, hazırki iddianı qaldırmaqda məqsədi işəgötürən tərəfindən onun barəsində verilmiş əmrin qanunsuzluğunun təsdiq edilməsidir və əmək hüquqlarının qorunmasına nəzarəti həyata keçirən qurum kimi cavabdeh həmin əmrin qanunsuzluğunu təsdiq etməlidir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, hazırki tələb mümkün sayılmamalıdır. Belə ki, qurumun hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Belə ki, "xxxx" QSC-nin X5 əmək hüquqlarının pozulması barədə müraciəti üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, onun iddiası ilə bağlı Binəqədi rayon Məhkəməi tərəfindən baxıldığı və 2(001)-16058/2016 saylı qətnamə qəbul olunduğu məlum olmuşdur. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllə ilə və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz.

II. İddianın mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

19. İddiaçının hazırki iddianı qaldırmaqda məqsədi onun barəsində verilmiş əmrin qanunzuluğunu müəyyən etməklə işə bərpa olunmaqdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-16058/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" QSC-nin X2rşı “işə bərpa və qanunsuz olaraq işdən məhrum olması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məhkəmə müəyyən edir ki, iddia cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Bununla bağlı iddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə cavab məktubu ünvanlanmışdır. Odur ki, X11 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar