Məhkəmə qərarları › İş №2-1(112)-3370/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3370/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3370/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə iddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «maneələrin aradan qaldırılması və tikilinin sökülməsinin qadağan edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RİH-ə qarşı «maneələrin aradan qaldırılması və tikilinin sökülməsinin qadağan edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ilə Bakı şəhəri, Nizami Bələdiyyəsi arasında bağlanmış 38 saylı 1 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev 9-9a və T.Abbasov 2/15 ünvanında yerləşən avtomobil dayanacağı istifadəyə götürülmüş və bələdiyyə üçün yerli vergilər vaxtlı-vaxtında ödənilmişdir. Həmin dayancaqdan yaxınlıqda yerləşən binanın sakinləri istifadə edir və bu xidmətdən (istifadədən) razıdırlar. Dayanacağın işinə nəzarət etmək üçün artıq 2003-cü ildə tikilmiş və istifadədə olan kiçik tikili (3 kv.m sahəli) vardır, həmin tikilidən dayanacağa nəzarət edən şəxs istifadə edir. Hazırda durumda (mühairibədən sonrakı dövr, COVİD-19 koronavirus pandemiyasının təhlükəsi qalmadadır) istifadədə olan dayanacaq və onun içərisində yerləşən kiçik bir tikilini söküb dağıtmaqla hədələyən Bakı şəhəri Nizami RİH və onun struktur bölmələrinin, xüsusilə də 28-ci MKTB-nin hərəkətləri təəssüf hissi doğurur. Birincisi, bələdiyyə ərazisində yerləşən sahəyə və tikiliyə dair yerli icra hakimiyyətinin heç bir səlahiyyəti olmadığı halda, söküntü aparmaq hədəsi nə Azərbaycan Respublikasının Konstitusiyasına, nə qanunların normalarına cavab vermir. Bu hərəkətlər onun (iddiaçının) hüquq və azadlıqlarını kobud şəkildə pozur. Bundan başqa, icra hakimiyyətinin göstərişi ilə 3 – 4 nəfər şəxs dayanacağın qarşısına dəmir zincirlər vurmaqla həmin sahəni mənimsəmək istəyirlər. Halbuki, o (iddiaçı), artıq xeyli müddətdir ki, həmin dayanacaqdan istifadəyə görə yerli vergi və ödənişləri vaxtlı-vaxtında edir. İddiaçı hesab edir ki, Bakı şəhəri Nizami RİH-ə dayanacaqdakı tikilinin sökülməsi istiqamətində etdiyi qanunsuz hərəkətlərə görə son qoyulması, ona qadağan edilməsi vacibdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, İPM-in 2, 30-cu maddələrinə əsaslanaraq, Bakı şəhəri Nizami RİH-ə Ə.Vəliyev 9-9a və T.Abbasov 2/15 ünvanında yerləşən avtomobil dayanacağından iddiaçı tərəfindən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması, dayanacaqda nəzarətçi üçün kiçik tikilinin sökülməsinin qadağan edilməsi və Bakı şəhəri Nizami Bələdiyyəsi ilə bağlanmış müqavilənin icrasına qanunsuz maneələrin qadağan edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Müdafiə Nazirliyi Mənzil-İstismar Hissəsinin 4 nömrəli Mənzil-İstismar Sahəsinin rəisi İ.Dünyamalıyev Bakı şəhəri Nizami RİH-ə məktubla müraciət edərək, Ə.Vəliyev küçəsi, 9 nömrəli binanın sakinlərinin tələbi əsasında binanın yan tərəfində quraşdırılmış gözətçi köşkünün götürülməsini xahiş etmişdir. RİH-ə daxil olmuş məktub aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərmişdir. Qeyd edilən ünvanda hər hansı bir tədbirin görülməsi həmin qurumun səlahiyyətləri daxilindədir. Mənzil Kommunal Təsərrüfatı Birliyi Rayon İcra Hakimiyyətinin strukturuna daxil deyildir. Məhz bu səbəbdən İddiaçı iddiası mümkün sayılmamalıdır. Beli ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 7 və 17-ci bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə craat qaydasında işlərə baxmaq səlab yyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, iddiada iddiaçı mübahisə predmeti olan gözətçi köşkü ilə bağlı hər hansı hüquqa malik deyil. Belə ki, Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 3 oktyabr 2007-ci il tarixli 37 nömrəli müqaviləyə əsasən qeyd edilən əraziyə hər hansı bir köşkün qoyulması və ya tikinti işlərinin aparılması öz əksini tapmamış və buna icazə verilməmişdir. Müqavilədə nəzərdə tutulan fəaliyyətə nə Bakı şəhəri Nizami RİH tərəfindən, nə də ki, Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən hər hansı bir maneə yaradılmamışdır. Bu səbəbdən də onun özbaşına əraziyə qoyduğu gözətçi köşkü ilə bağlı inzibati məhkəmə icraatında hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yaranmır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün saydı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnaməyə görə yerli icra hakimiyyəti başçısı: (3.1.3) müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir; (3.9.1) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; (3.9.4) küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirir. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə iddiaçının Nizami rayonu, Ə.Vəliyev 9-9a (T.Abbasov 2/15) ünvanında müvafiq (istər qanuni, istərsə də qanunsuz) fəaliyyətinə hazırkı cavabdeh Bakı şəhəri Nizami RİH tərəfindən müdaxilə edilməsi, maneələr yaradılması öz təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, “müəyyən hərəkətləri etməkdən çəkinmə haqqında” iddialar inzibati orqanların səlahiyyətləri çərçivəsində gözlənilən, ehtimal olunan, eləcə də bu səlahiyyətlərlə əsaslandırılmaqla müşayiət olunan hərəkətlərinin qiymətləndirilməsini əhatə edir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Nizami RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar