Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3370/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borcun ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MTK) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın şəxsi hesab vərəqəsində muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 75.056,87 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə 1791,24 manat və icbari tibbi sığorta haqları üzrə 513,20 manat yəni toplamda 77361,31 manat borc məbləğinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, müəssisənin şəxsi hesab vərəqəsində muzdla işləyənləri işə götürən siğortaedənlər (MDSS) üzrə 75056.87 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə 1791.24 manat və icbari tibbi sığorta haqqları üzrə 513,20 manat yəni toplamda 77361,31 manat borc məbləği yaranmışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən həmin borc məbləği qanunsuz və əsassız olaraq hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi aşağıdakı formada müəyyən edilmişdir: Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi anlayışı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən: Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən: 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə Bakı şəhəri LGBİ-nin iddiaya dair yazılı vəsatəti daxil olmuşdur. İddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli **********815500 saylı vəsatətdə göstərilmişdir ki, Cəmiyyətin xx.xx.2021-ci il tarixə Muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) vərəqəsi 2021-ci ilin 3-cü rübü üçün 2857,5 manat, 2-ci rübü üçün analoji qaydada hesablanmış 2857,5 manat, 1 -ci rübü üçün 2857,5 manat, 2020-ci ilin 4- cü rübü üçün 2732,04 manat, 3-cü rübü üçün 3821,73 manat, 2-ci rübü üçün 3622,53 manat. 1 -ci rübü üçün 2257,5 manat, 2019-cu ilin 4-cü rübü üçün 2257,5 manat, 3-cü rübü üçün 2024,02 manat, Muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik) vərəqəsi üzrə 2021-ci ilin 3-cü rübü üçün 114,3 manat, 2-ci rübü üçün analoji qaydada hesablanmış 114,3 manat, 1- ci rübü üçün 114,3 manat, 2020-ci ilin 4-cü rübü üçün 109,3 manat, 3-cü rübü üçün 152,84 manat, 2-ci rübü üçün 144,86 manat, 1 -ci rübü üçün 90,3 manat, 2019-cu ilin 4-cü rübü üçün 90,3 manat, 3-cü rübü üçün 80,96 manat, İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsi üzrə 2021-ci ilin 3-cü rübü üçün 228,6 manat, 2-ci rübü üçün 228,6 manat, 1 -ci rübü üçün 228,6 manat borcu vardır. Belə ki, iddia tələbi Vergi Məcəlləsinin 85-ci maddəsinə istinad edilərək, məcburi dövlət sosial sığorta haqları üzrə hesablamanın və tutulmanın müddətlərinə istinad edilməklə əsaslandırılmışdır. Vergi Məcəlləsinin istinad edilən normasında müəyyən edilmiş müddətlər sosial sığorta ilə bağlı münasibətlərə şamil olunmur. Mülki qanunvericilik normalarının inzibati münasibətlərə tətbiq edilməsini istisna edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələblərinə zidd olaraq formalaşmış məhkəmə təcrübəsi həmin Məcəllənin iddia müddəti ilə bağlı 373.2, 373.3, 527.1,550, 551.2.1, 553.1 və 554.2-ci maddələrinin məcburi dövlət sosial sığorta haqları üzrə yaranan borc münasibətlərinə tətbiq edilməsinə və bu əsasla borcların silinməsinə yol verirdi. Başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər hansı müddətlə məhdudlaşmır. Müvafiq qanunvericiliyə əsasən, yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə pensiya, pensiya kapitalı və sosial sığorta stajı əsasında formalaşır. Pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsasında formalaşdığını nəzərə alaraq, iddia müddətinin ötməsini əsas gətirərək sığortaedənin borclarının silinməsi sığortaolunanın pensiya təminatından məhrum olmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1997-ci il tarixli 568 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni xx.xx.2019-cu il tarixdən (xx.xx.2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı) Dövlət Vergi Xidməti həyata keçirir. Vergi Məcəlləsinin 85.4 və 85.5-ci maddələrinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bu Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı (və ya vəkili-nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X2 vəsatətə uyğun izahat verərək, vəsatətdə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyat idarəsi tərəfindən verilmiş Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MTK xx.xx.2004-cü il tarixdə 0104-P67-40664 qeydiyyat nömrəsi (hazırda VÖEN **********) ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin hüquqi ünvanı ünvan 1dən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığota haqqı üzrə borcun ödənilməsinə dair” **********2 №li bildirişdə xx.xx.2021-ci il tarixinə ümumilikdə 75,056.87 manat, o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 55,673.02 manat, faizlər üzrə 19,383.85 manat, “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə” dair xx.xx.2021-ci il tarixli , ********** №-li bildirişdə xx.xx.2021-ci il tarixinə ümumilikdə 1,791.24 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 1,401.15 manat, faizlər üzrə 390,09 manat borc, 19 oktyabr 2021-ci il tarixli “İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair” bildirişlə 19 oktyabr 2021ci il tarixinə ümumilikdə 513.20 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 457.20 manat borc hesablandığı qeyd olunmuşdur. Hazırda iddiaçı inzibati orqan tərəfindən barəsində hesablanmış vergi borcunun ləğv olunmasını xahiş etmişdir. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və ’’Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 2-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci və 3.0cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmamışdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət olunmamışdır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı borcun ləğv olunması barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3370/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3370/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver