Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3374/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı Fruit» MMC-nin 14, 15 və 16 mart 2017-ci il tarixlərində bəyan etdiyi (GB **********2199, **********2214, **********2238, **********2260, **********2281), 15 mart 2022-ci tarixdə bəyan etdiyi (GB **********3660, **********3669, **********36677, **********3683, **********3687, **********3696) və 16 mart 2022-ci il tarixdə bəyan etdiyi (GB **********4303, **********4326, **********4344, **********4361, **********4374, **********4383, **********4403, **********4405, **********4414, **********4422) malların məhv edilməsinin təsdiq etməsi öhdəliyinin qoyulması barədə” tələbinə dair mübahisənin aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı MMC-nin 14, 15 və 16 mart 2017-ci il tarixlərində bəyan etdiyi (GB **********2199, **********2214, **********2238, **********2260, **********2281), 15 mart 2022ci tarixdə bəyan etdiyi (GB **********3660, **********3669, **********36677, **********3683, **********3687, **********3696) və 16 mart 2022-ci il tarixdə bəyan etdiyi (GB **********4326, **********4344, **********4361, **********4374, **********4383, **********4403, **********4405, **********4414, **********4422) malların məhv edilməsinin təsdiq etməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru və təsisçisi X3 2016-2017-ci illlərdə pomidor alqı-satqısı ilə meyvəli bazarında məşğul olub. 2017-ci ilin mart ayında Safet adında bir tük vətəndaşı İddiaçı MMC-nin direktouna yaxınlaşaraq Rusiyaya pomidor aparmaq istədiyini, Rusiya ilə Türkiyə arasında yaranan siyasi və iqtisadi böhran səbəbindən pomidorun idxalına Rusiya Federasiyası tərəfindən maneə yarandığına görə apara bilmədiyinə və məhz bu səbəbdən Azərbaycanda satıb Türkiyəyə qayıtmaq istədiyini bildirib. İddiaçı MMC-nin direktoru həddən çox sərfəli qiymətə pomidor təklif edildiyi üçün onları almağa razılıq vermişdir. Bundan sonra mallar İddiaçı MMC ilə alqı-satqı əməliyyatları aparılmış, 14, 15 və 16 mart 2017-ci il tarixlərində mallar gömrük saxlancına verilmişdir. Mallar meyvəli terminalında saxlanca verildikdə xarab olduğu məlum olur. Mart ayının sonu, aprel ayının əvvəllərində malların xarab olması ilə əlaqədar Gömrük orqanına müraciət edilir, mallara baxış keçirilir və gömrük orqanının razılığı ilə maşınlara doldurularaq Sumqayıtda yerləşən Zibil poliqonunda yer qazılaraq məhv edilir. Malların məhvindən 5 il keçdikdən sonra şirkətin təsisçisi və direktouna malların məhv edilməsi ilə bağlı lazımi sənədlərin təqdim edilməsi tələb edilir. Hazırda şirkət öz fəaliyyətini dayandırdığı və mühasib işdən azad edildiyi üçün həmin vaxtı tərtib edilmiş sənədləri tapa bilinmir. Malların məhv edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlanılan müraciətə hər hansı bir cavab verilməyib. Hüquq mühafizə orqanlarına müraciət edilərək şirkət barəsində cinayət işi qaldırılıb. Əgər həqiqətəndə mallar məhv edilmədən sərbəst dövriyyəyə buraxılıbsa o zaman bu barədə beş ildən artıq keçən müddət ərzində gömrük vergi və digər ödənişlərinin ödənilməsi barədə xəbər verilməli idi. Artıq məhv edilmiş malların sənədlərini tapmaq şirkət üçün də çətinləşibdir. Belə ki şirkət fəaliyyətin dayandırdığından, məhv edilmə ilə bağlı sənədlərə ehtiyac olmadığından onlar qeyri-müəyyən şəraitdə mühasib tərəfindən itirilmişdir. Hazırda malların məhv edilməsi ilə bağlı gömrük orqanlarına edilən müraciət cavabsız qaldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Dövlət Gömrük Komitəsi xx.xx.2023-cü il tarixli 3-33/2-002939/2023 nömrəli məktubunda Şimal Ərazi Baş Gömrük İdarəsinə ünvanlanaraq İddiaçı MMC-nin 14-16 mart 2017-ci il tarixdə 21 ədəd gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddəti bitdikdən sonra digər gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddəti bitdikdən sonra digər gömrük proseduru altında yerləşdirilməsi, həmçinin qeyd olunan malların məhv edilib-edilməməsi barədə məlumatların Dövlət Gömrük Komitəsinə göndərilməsi qeyd olunmuşdur. Şimal Ərazi Baş Gömrük xx.xx.2023-cü il tarixli, 1700-012/0xx-xx/001250 nömrəli məktubunda qeyd edilən dövr ərzində İddiaçı MMC tərəfindən 21 gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq İddiaçı MMC tərəfindən həmin malların digər gömrük prosedurunda yerləşdirilməsi barədə İddiaçı MMC-nin müraciətinin olmadığıni qeyd etmişdir. Dövlət Gömrük Komitəsinin X1 Sistemində (VAİS) aparılmış araşdırma zamanı 14-16 mart 2017ci il tarixdə İddiaçı MMC tərəfindən 21 ədən gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş pomidor yükünün saxlanc müddətinin bitməsinə baxmayaraq İddiaçı MMC tərəfindən həmin malların digər gömrük prosedurunda yerləşdirilməsi həmçinin, qeyd olunan malların məhv edilməsi barədə iddiaçının müraciətinin Dövlət Gömrük Komitəsinin təşəbbüsünün olmadığı müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC 14016 mart 2017-ci il tarixdə bəyan etdiyi malların məhv edilməsinə dair sənədlər Dövlət Gömrük Komitəsində mövcud deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə təqdim edərək, iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı yönəldilməsi və iddia tələbinin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1957/2023 saylı işi üzrə qəbul etdiyi 12 aprel 2023-cü il tarixli qərardadı ilə, cavabdehin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi kimi göstərilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2.2.3-cü bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır;8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı ilə cavabdeh arasında yaranmış hazırki mübahisə üzrə ərazi aidiyyət məsələsi Azərbaycan Respublikasının İPM-nin 8.1.2-ci maddəsinə uyğun tənzimlənir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növündədir; cavabdehin yerləşdiyi yer Xaçmaz şəhəridir. Cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olmayan inzibati orqandır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir: “İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Xaçmaz şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İPM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə təqdim edərək, inzibati işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2, 8-ci, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı Fruit» MMC-nin 14, 15 və 16 mart 2017-ci il tarixlərində bəyan etdiyi (GB **********2199, **********2214, **********2238, **********2260, **********2281), 15 mart 2022-ci tarixdə bəyan etdiyi (GB **********3660, **********3669, **********36677, **********3683, **********3687, **********3696) və 16 mart 2022-ci il tarixdə bəyan etdiyi (GB **********4303, **********4326, **********4344, **********4361, **********4374, **********4383, **********4403, **********4405, **********4414, **********4422) malların məhv edilməsinin təsdiq etməsi öhdəliyinin qoyulması barədə” iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3374/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3374/2023
11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver