Məhkəmə qərarları › İş №2-1(112)-3376/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3376/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3376/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər İbrahimova (Baxşiyeva) Nüşabə Sənham qızı və X11) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X16, X12, İbrahimova (Baxşiyeva) Nüşabə Sənham qızı, X11, X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evindən X10, X4, İbrahimova (Baxşiyeva) Nüşabə Sənham qızının, X5 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilmsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İbrahimova (Baxşiyeva) Nüşabə Sənham qızının və X5 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Demyan Bedni (Zakir Bəhmanov) küçəsi, 1 saylı evi İddiaçı təxminən 33 il əvvəl almışdır. İddiaçı mənzili aldıqdan sonra üçüncü şəxslərin pasport qeydiyyatına düşməyə evləri olmadığı üçün iddiaçının razılığı ilə onun həmin ünvandakı evinə pasport qeydiyyatına düşmüşlər. Üçüncü şəxslərdən X9 iddiaçının qardaşı X7, yəni iddiaçının nümayəndəsi olaraq onun keçmiş həyat yoldaşı, X11 isə övladıdır. Baxşıyev Qoşqar və Baxşıyeva Nüşabə arasındakı nikah uzun müddətdir ləğv olunmuşdur. Bu səbəbdən də X9 uşaqları da götürərək həmin evdən çıxmışlar. Artıq uzun müddətdir ki, X1 Federasiyasında yaşayır. Lakin bütün bunlara baxmayaraq, indiyənə qədər iddiaçının mənzilində pasport qeydiyyatındadırlar. Mənzilin bütün kommunal xərclərini iddiaçı ödəyir. Baxşıyev İlqar, Baxşıyeva Firuzə, Baxşıyeva Lamiyə qeydiyyatdan çıxmışlar, lakin İbrahimova Nüşabə və Baxşıyev Cavid isə bugünədək həmin ünvanda qeydiyyatda qalmışlar. Üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalmaları ona maddi cəhətdən ziyan vurduğundan iddiaçı əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır və mənzilinə mülkiyyət hüquqlarından istifadə edə bilmir. Ona görə də X6 və X11 iddiaçıya məxsus evdən pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün Bakı şəhər Sabunçu Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 25.10.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Sabunçu RPİ-nə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, ərizənizdə qeyd etdiyiniz vətəndaşlar X10, X4, X2, X5 və X3 Sizə məxsus olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zakir Bəhmanov (Demyan Bedniy) küçəsi, ev 1 saylı evdən pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.01.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi ünvan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.01.2022-ci il tarixli məktubdan da görünür ki, həmin ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı həmin ünvanın ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş texniki pasport isə başqa şəxsin adına tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan evin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar