Məhkəmə qərarları › İş №2-1(112)-3377/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3377/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3377/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona ailə başçısını itirməyə görə ərinin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə başçısını itirməyə görə həyat yoldaşı, mərhum X2 təminat xərcliyinin 80 faizi miqdarında ona əmək pensiyasının təyin edilməsindən imtinasını onun hüququnu pozan hərəkət hesab edib, həyat yoldaşı, mərhum X2 təminat xərcliyinin 80 faizi miqdarında ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin və xx.xx.2017-ci il tarixdən etibarən əlavə olaraq ona verilməli olan əmək pensiyasının ödənilməsinin cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və xx.xx.2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum əri X3 ilə 14 dekabr 1974-cü ildə rəsmi nikaha daxil olmuşdur. X3 30 avqust 2016-cı il tarixdə vəfat etmişdir. O, daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı mərhum ərinin təminat xərcliyinin 35 faizi məbləğində əmək pensiyası alır. İddiaçıya görə o, həmin məbləğin 80 faizi məbləğində əmək pensiyası almalıdır. Bu barədə cavabdeh orqana ərizə ilə müraciət edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 26 dekabr 2019-cu il tarixli **********9 saylı məktubunda göstərilir ki, 30 noyabr 2Ü16-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq ailə başçısını itirməyə görə mərhum X2 təminat xərcliyinin 35 faiz miqdarında ona əmək pensiyası təyin edilmişdir. Mürşüdov Fuadın vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş vəzifə və rütbə maaşlarına əsasən verilən maaş, rütbə maaşı, xidmət illərinə görə vəzifə və rütbə maaşının əlavəsi, məharət dərəcəsinə görə vəzifə maaşının əlavəsi və ərzaq payı əvəzinə verilən kompensasiya hesablanaraq cəmi təminat xərcliyi 1097.20 manat təşkil etmişdir. Onun da 35 faizi, yəni 384.02 manat məbləğində pensiya iddiaçının kart hesabına köçürülür. Məktubda əlavə olaraq qeyd edilmişdir ki, sözügüdən qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. İddiaçının pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının (sonrakı artımlar da nəzərə alınmaqla) təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi «Əmək pensiyaları haqqında» Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir. İddiaçının pensiya hüququ Qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin Qanunda edilmiş dəyişiklik qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. 21 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - xx.xx.2003-cü il tarixdə Gəncə - Kəpəz RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə Şəmkir rayonu, Dəllər Cəyir kəndinə qeydiyyatdadır. - AЭ seriyalı, 284140 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X3 ilə İddiaçı arasında xx.xx.1974-cü ildə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrəsi ilə lazımi qeydiyyat aparılmışdır. - xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 829817 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1493 nömrəsi ilə qeydiyyat aparılmışdır. İşdə olan sənədlərdən və cavabdehin imtina məktubundan müəyyən edilir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanun ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə dəyişiklik edilməmişdən əvvəl ailə başçısını itirməyə görə mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. 1 sentyabr 2019-cu il tarixindən F.İ.Mürşüdovun vaxtilə sonuncu xidmət keçdiyi orqandan idarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhumun vəzifə üzrə vəzifə maaşı - 508,00 manat, rütbə maaşı - 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi – 177,80 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1097,20 manat təşkil etmişdir. Mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi – 384,02 manat məbləğində pensiya iddiaçının müvafiq kart hesabına köçürülür. İddiaçının pensiya hüququ sözügedən Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyin qüvvəyə mindiyi 1 iyul 2017-ci il tarixindən əvvəl yarandığından həmin dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. Aşağıdakı hüquqi məsələlərə əsasən məhkəmə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla əlavənin müəyyən edildiyi qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ildən qüvvədə olan 20.17.2-ci maddəsinin hazırkı redaksiyasına əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr edir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin xx.xx.2017-ci ilədən sonra qüvvəyə minmiş hazırkı redaksiyası bu kateqoriyadan olan şəxslərin (iddiaçının) pensiya təminatı ilə bağlı sosial vəziyyətini yaxşılaşdırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Cavabdeh tərəfindən, ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçıya xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin tətbiq edilməməsi iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, iddiaçının konstitusion hüququ pozulmuşdur. Yuxarıda qeyd olunan qanunvericilin normalarına əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci ildən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin redaksiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına xx.xx.2017-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və xx.xx.2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və xx.xx.2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar