Məhkəmə qərarları › İş №2-1(112)-3377/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3377/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3377/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oa pensiya hüququnun yarandığı 22 sentyabr 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 22 sentyabr 2018-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1961-ci ildə Ermənistanın Sisian rayonunda anadan olmuşdur. 01 avqust 1980-ci ildən əmək fəaliyyətinə başlamış və bu günədək fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmaqdadır. Onun bugünki gündə günə-gün 40 il 17 gün ümumi iş stajı vardır. 40 il 17 günlük əmək fəaliyyətinin (ümumi iş stajının) 24 il 05 gününü zərərli və ağır işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı) çalışmışdır. Belə ki, əmək fəaliyyətinə başladığı 01.08.1980-ci ildən bu günədək fəaliyyət göstərdiyi iş yerləri, məşğul olduğu vəzifə və fəaliyyət göstərdiyi müddətlər aşağıdakı kimi olmuşdur (əmək kitabçasına və işlədiyi idarə və müəssisələrdən verilmiş arayışlara əsasən): 1. SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi DOMNA Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırmaxxxx- dülgər vəzifəsi (əmək kitabçasına əsasən) 01.08.1980-16.10.1980-ci illər - ümumilikdə 2 ay 16 gün (ümumi iş stajı);

2. Hərbi xidmət: 19.11.1980 - 16.12.1982-ci illər - ümumilikdə 2 il 27 gün (ümumi iş stajı). 3. SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi DOMNA Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırmaxxxx- montajçı vəzifəsi (əmək kitabçası): 11.02.1983 - 13.04.1984-cü illər ümumilikdə 1 il 2 ay 3 gün (ümumi iş stajı). 4. “Cənubenerjimexanizasiya”xxxx- kompressor qurğularının maşinisti vəzifəsi (əmək kitabçasına, “xxxx mexanizasiya” firmasının X13 arayışına və “Cənubenerjimexanizasiya ” İdarəsinin Əmək Şəraiti üzrə İş yerinin Attestasiya Xəritəsinə əsasən 3-4cü sinif təhlükəli və zərərli iş) 26.04.1984 - 31.12.1991-ci illər - ümumilikdə 7 il 8 ay 05 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"-nın 35-ci bölməsinin 36cı abzası: təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri). 5. “xxxxmexanizasiya” İdarəsinin Kiçik Mexanizasiyaxxxx- qırçı-izolyatorçu və çilingər vəzifəsi (əmək kitabçası və “Azərenerii mexanizasiya” firmasının isin xarakteri haqqında Arayışı) 02.01.1992 – 01.07.1993-cü illər - qırçı-izolyatorçu - ümumilikdə 1 il 6 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin “a” bəndinin 1, 2, 3 və 7-ci abzasları: asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, bitumçular və izolyasiyaçılar) 01.07.1993 - 01.07.1995-ci illər - çilingər - ümumilikdə 2 il (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli is. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” bəndinin 26-cı abzası: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri). 6. “xxxx” Azərbaycan-X12 - qazan avadanlığının təmiri üzrə çilingər (əmək kitabçası və “xxxx” Azərbaycan-X9 17.12.2016-cı il tarixli, 81 nömrəli Güzəştli arayışı) 03.07.1995 - 01.04.1996-cı illər - ümumilikdə 9 av (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” bəndinin 26-cı abzası: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri). 7. “xxxx” SG Eİ və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsi - çilingər və usta vəzifəsi (əmək kitabçası və “xxxx” MMC-nin 18.09.2019-cu il tarixli. 201-26 nömrəli “Arxiv Arayışı”) 01.04.1996 - 01.05.1996-cı illər - Qazan-Turbin Quraşdırma sexində çilingər - ümumilikdə 1 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ”nın 24cü bölməsinin “a ” bəndinin 26-cı abzası: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri); 01.05.1996 - 01.09.1999-cu illər – Qazan -Turbin Quraşdırma sexinin Qazan şöbəsində usta - ümumilikdə 3 il 4 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’nın 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasları: avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları) 01.09.1999 - 02.07.2001-ci illər - Kimya sexində böyük usta - ümumilikdə 1 il 10 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli is. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “b ” bəndinin 4 və 5-ci abzasları: avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları). 8. “xxxx” - Qazan təmiri sexində böyük usta. Qazan və Turbin sexlərində yerləşən X7 Duzsuzlaşdırma Qurğularında, Reagent Təsərrüfatında, Qazan və Turbin Sexlərinin turşu ilə yuyulma sahələrində təmir üzrə usta və böyük usta vəzifələri (əmək kitabçası, “xxxx” MMC-nin 18.09.2019-cu il tarixli. 205-43 nömrəli “İsin xarakteri haqqında Arayış "ı və “xxxx” MMC-nin 15.05.2020-ci il tarixli, 100/02-01-124 nömrəli “Arayıs”ı): 02.08.2001 - 01.09.2001-ci illər - Qazan təmiri sexində böyük usta - ümumilikdə 1 ay (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasları: avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları); 01.09.2001 - 28.06.2004-cü illər - Qazan və Turbin sexlərində yerləşən Kimyəvi Avadanlıqların Xüsusi Təmiri sexində İİ qrup usta - ümumilikdə 2 il 9 av 28 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli is. AR NK-nın 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasları: avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları); 28.06.2004 - 30.05.2008-ci illər - Qazan və Turbin sexlərində İİ qrup böyük usta - ümumilikdə 3 il 11 av 2 gün (güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş. Bu müddətin 1 il 6 aylıq hissəsi “Əmək pensiyaları haqqında” AR Qanununun qüvvəyə mindiyi günədək - 01.01.2006-cı il tarixinədək olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “b” bəndinin 4 və 5-ci abzasları: avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları); 30.05.2008-ci ildən - hal-hazıradək - X2 və Təmiri sexində rəis müavini - ümumilikdə 12 il 4 ay 22 gün (ümumi iş stajı). 4 və 5-ci bəndlərə dair yazılı sübutlar: “xxxx mexanizasiya” Firması tərəfindən verilmiş “X13 Arayış”a əsasən müəyyən edilir ki, “Verilir, İddiaçı (xx.xx.1961- ci il təvəllüdlü) ondan ötrü ki, o, 26.04.1984-cü il tarixdən 01.07.1987-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsinə 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsinə (Əmr № 37, 01.06.1984), 01.07.1987-ci il tarixdən 26.04.1989-cu il tarixədək həmin İdarədə 3-cü dərəcəli səyyar kompressor qurğuları maşinisti vəzifəsində (Əmr № 78/K 25.06.1987), 26.04.1989-cu il tarixdən 31.12.1991-ci il tarixədək 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində (Əmr №60/K, 20.04.1989) işləmişdir. 31.12.1991ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu “xxxxmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsinə keçdiyi üçün işdən azad edilmişdir. 02.01.1992-ci il tarixdən 01.07.1993-cü il tarixədək köçürmə yolu ilə “xxxxmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsində 4-cü dərəcəli qırçı izolyatorçu vəzifəsində, 01.07.1993-cü il tarixdən 01.07.1995-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempxxxxturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 26.04.1984-cü il tarixindən 01.07.1995-ci il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir”. “Cənubenerjimexanizasiya” İdarəsinin Əmək Şəraiti üzrə İş yerinin Attestasiya Xəritəsinə əsasən müəyyən edilir ki, “Kompressor qurğuları maşinisti peşəsi (vəzifəsi) 3-4-cü sinif təhlükəli iş olub əmək şəraitinə görə 12% güzəşt tətbiq edilir”. 6-cı bəndə dair yazılı sübut: “xxxx” Azərbaycan- X12 tərəfindən verilmiş 17.12.2016-cı il tarixli, 81 nömrəli “Güzəştli arayış”a əsasən müəyyən edilir ki, “ Verilir, İddiaçı ondan ötrü ki, o həqiqətən “xxxx” Azərbaycan-X10 03.07.1995-ci il tarixindən (ƏMR № 21-KŞ 03.07.95) qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. 01.04.1996-cı ildə ƏM-nin 36 maddəsinə əsasən köçürmə yolu ilə işdən azad edilib (ƏMR № 28.KŞ 21.08.96)”. 7-ci bəndə dair yazılı sübutlar: Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin 18.09.2019-cu il tarixli, 201-26 nömrəli “xxxx” MMC-nin “Arxiv Arayış”ına əsasən müəyyən edilir ki, “Verilir, İddiaçı ondan ötrü ki, o həqiqətən 01.04.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-X5-Turbin Quraşdırma sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (01.04.1996-cı il, əmr № 03/K). 01.06.1996-cı il tarixdə Qazan-Turbin Quraşdırma sexinin Qazan şöbəsinə usta vəzifəsinə keçirilmişdir (30.04.1996-cı il, əmr № 10/K). 01.09.1999-cu il tarixdə Kimya sexinə baş usta vəzifəsinə keçirilmişdir (01.09.1999-cu il, Əmr № 94/K). 02.07.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur (xxxx SCEİB 21.06.2001-ci il, əmr № 80)”. Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin 15.05.2020-ci il tarixli, 100/02-01-124 nömrəli “Arayış”ına əsasən müəyyən edilir ki, “Verilir, İddiaçı ondan ötrü ki, həqiqətən 01.09.1999 - 02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” SG El və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində və 01.09.2001 - 30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”-də işlədiyi müddət Qazan və Turbin sexlərində yerləşən X7 Duzsuzlaşdırma Qurğularında, Reagent Təsərrüfatında, Qazan və Turbin sexlərinin turşu ilə yuyulma sahələrində təmir üzrə usta və böyük usta vəzifəsində çalışmışdır”. 8-ci bəndə dair yazılı sübutlar: Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin 18.09.2019-cu il tarixli, 205-43 nömrəli “X13 Arayış”ına əsasən müəyyən edilir ki, “Verilir, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) ondan ötrü ki, o, 02.08.2001-ci il tarixdən 01.09.2001-ci il tarixədək “xxxx” - Qazan Təmiri sexində usta vəzifəsində, 01.09.2001-ci il tarixdən 28.06.2004-cü il tarixədək Kimyəvi Avadanlıqların Xüsusi Təmiri sexində İİ qrup usta vəzifəsində, 28.06.2004-cü il tarixdən 30.05.2008-ci il tarixədək həmin sexdə İİ qrup böyük usta vəzifəsində, 30.05.2008-ci il tarixdən hal- hazıradək X2 və Təmiri sexində rəis müavini vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində 02.08.2001-ci il tarixdən halhazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempxxxxturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 02.08.2001-ci il tarixdən halhazıradək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir''’ (Əmək Şəraiti üzrə X14 Xəritələri əlavə edilir). Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin 10.01.2020-ci il tarixli, 02 nömrəli “Arayış”ına əsasən müəyyən edilir ki, “Verilir İddiaçı ondan ötrü ki, o 02.08.2001-ci ildə 301 saylı əmrlə (əmrin surəti əlavə edilir) Qazan təmiri sexində böyük usta vəzifəsində işləmişdir”. Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC-nin 15.05.2020ci il tarixli, 100/02-01-124 nömrəli “Arayış”ına əsasən müəyyən edilir ki, “Verilir, İddiaçı ondan ötrü ki, həqiqətən 01.09.1999 - 02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” SG El və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində və 01.09.2001 - 30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”-də işlədiyi müddət Qazan və Turbin sexlərində yerləşən X7 Duzsuzlaşdırma Qurğularında, Reagent Təsərrüfatında, Qazan və Turbin sexlərinin turşu ilə yuyulma sahələrində təmiri üzrə usta və böyük usta vəzifəsində çalışmışdır”. İzah edilmiş işin faktiki hallarından da göründüyü kimi 01.08.1980-ci ildən əmək fəaliyyətinə başlamış və “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minən günədək - 01.01.2006-cı il tarixinədək onun ümumi əmək stajı 25 il 21 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minən günədək - 01.01.2006-ci İl Tarixədək olan ümumi əmək stajının 21 il 7 ay 5 gününü (yuxarıda 4, 5, 6, 7 və 8 rəqəmləri ilə detallı şəkildə qeyd edilmiş müddətlərin cəmi) məhz əmək şəraiti ağır və zərərli olan işlərdə (kompressor qurğularının maşinisti, qırçı-izolvatorçu, qazan avadanlığının təmiri üzrə çilingər, Qazan-turbin sexində çilingər, usta, böyük usta vəzifələrində) çalışmışdır. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq, o, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 Regional “Asan xidmət” Mərkəzi vasitəsilə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəsinə cavab olaraq ona göndərilmiş 03 mart 2020-ci il tarixli, **********1 saylı məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmiş və imtinanın səbəbi kimi aşağıdakılar göstərilmişdir: “İdarəyə təqdim etdiyi 01.08.1980-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçanızda 01.07.1987-26.04.1989-cu il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompresorların maşinisti vəzifəsində, 01.09.1999-02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də Kimya sexində baş usta vəzifəsində, 30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”də Kimyəvi avadanlıqların xüsusi təmiri sexində usta və böyük usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi işlədiyi Sahələr qeyd olunan sahələrə uyğun deyil. Həmçinin 26.04.1984-01.07.1987 və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində kompressor qurğuları maşinisti peşəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, bundan sonra tərəfindən yuxarıda qeyd edilən iradlarla bağlı işlədiyi müəssisə və təşkilatlardan əmək fəaliyyəti ilə məşğul olduğu sahələrin zərərli və ağır sahələrə aid olduğunu və həmin sahələrin təhlükəlilik sinifinə dair müvafiq sənədlər əldə edilərək, 22 oktyabr 2020-ci il tarixində (məktub İdarədə 26 oktyabr 2020-ci il tarixində qeydiyyata alınıb) cavabdeh orqana geniş və hərtərəfli izah edilmiş ərizə ilə müraciət etmiş və ona 22.09.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini bir daha xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış 26 noyabr 2020-ci il tarixli, **********4 saylı məktubda güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmiş və imtinanın səbəbi kimi yenə də göstərilmişdir ki, “İdarəyə təqdim etdiyi 01.08.1980-ci il tarixli HT-10449310 nömrəli əmək kitabçasında 01.07.1987 - 26.04.1989-cu il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompresorlarm maşinisti vəzifəsində, 01.09.1999- 02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də Kimya sexində baş usta vəzifəsində, 01.09.2001-30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”də Kimyəvi avadanlıqların xüsusi təmiri sexində usta və böyük usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, işlədiyi Sahələr qeyd olunan sahələrə uyğun deyil (halbuki cavabdehə ünvanladığı 22.10.2020-ci il tarixli ərizənin 4, 7 və 8-ci bəndlərində, o cümlədən də, həmin bəndlərə dair sübutları özündə ehtiva edən 4cü, 7-ci və 8-ci bəndlərə dair yazılı sübutlar hissəsində işlədiyi sahələrin zərərli sahələrə aid olmasını təsdiq edən sübutlara açıq-aşkar istinad etmişdir. Hazırkı iddia ərizəsinin də 4, 7 və 8-ci bəndlərində, o cümlədən də həmin bəndlərə dair sübutları özündə ehtiva edən 4-cü, 7-ci və 8-ci bəndlərə dair yazılı sübutlar hissəsində də işlədiyi sahələrin zərərli sahələrə aid olmasını təsdiq edən sübutları açıq-aşkar göstərmişdir. Həmçinin, 26.04.1984-01.07.1987 və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” idarəsində kompressor qurğuları maşinisti peşəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır” (cavabdehə ünvanlanmış 22.10.2020-ci il tarixli ərizəsinin 4 və 5-ci bəndlərə dair yazılı sübutlar hissəsində cavabdehin irad olaraq bildirdiyi bu hala dair sübutlar izah edilmiş və həmin sübutlar ərizəyə əlavə edilmişdir) (hazırki iddia ərizəsinin də 4 və 5-ci bəndlərə dair yazılı sübutlar hissəsində də cavabdehin irad olaraq bildirdiyi bu hala dair sübutlar izah edilmiş və həmin sübutlar iddia ərizəsinə əlavə edilmişdir). Cavabdeh tərəfindən tərtib edilmiş hər iki məktuba nəzər saldıqda aydın olur ki, cavabdeh ikinci müraciətini (ərizəsini) cavablandırarkən birinci müraciətindən fərqli olaraq təqdim etdiyi sənədləri ümumiyyətlə araşdırmamış, sadəcə olaraq eyni məzmunlu, müraciətlərinəə baxaraq bir daha bildirilib ki, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh əsassız və qanunsuz bir cavab vermişdir. Bütün bunlar pensiya təyini üçün təqdim edilmiş sənədlərin cavabdeh tərəfindən tam və obyektiv araşdırılmadığının bariz sübutudur. Çünki ikinci dəfə müraciətinə əlavə etdiyi əmək fəaliyyəti ilə məşğul olduğu idarə və təşkilatlar tərəfindən verilmiş X13 arayışlara, iş yerinin attestasiya xəritələrinə baxmış olsaydılar ona mütləq qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməli olacaqdılar. Bildirir ki, cavabdeh orqanın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi ilə bağlı qərarından razı olmadığından, bu qərarı qanunsuz və əsassız hesab etdiyindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək Pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən “Axırıncı iş yerindən asılı olmayaraq yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində söstərilən islərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 06 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Axırıncı is verindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə pensiya hüququna aşağıdakılar malikdir: əmək şəraiti zərərli və ağır olan digər islərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 57 yasına çatdıqda və azı 25 il is stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin islərdə çalışarsa”. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən “hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. “Əmək Pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsinə əsasən “Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa sörə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın: a) “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı 24-cü bölməsinin “a” bəndinin 26-cı abzasına əsasən “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri”, “b” bəndinin 4 və 5-ci abzaslarına əsasən “avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları”. b) “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölməsinin “a” bəndinin 1,2,3 və 7-ci abzaslarına əsasən “asfalt-beton döşəyənlər, asfalt-beton bişirənlər, bitumçular və izolvasiyaçılar”; c) “Ümumi peşələr” adlı 35-ci bölməsinin 36-cı abzasına əsasən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə islərdə kompressor qurğularının maşinistləri” vəzifələri bu sahədə çalışanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri barədə aşağıdakıları diqqətə çatdırırlar: iddiaçı 26 oktyabr 2020-cu il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə görə yxxxxltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı (10) bölməsində səyyar kompressorların maşinistləri vəzifəsi; Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsində qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifəsi; Ümumi peşələr bölməsində (35) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri; qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 01.08.1980-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçanızda qeyd olunan 01.07.1987-26.04.1989-cu il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompressorların maşinisti vəzifəsində, 01.09.1999-02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-də Kimya sexində baş usta vəzifəsində, 01.09.2001-30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”-də Kimyəvi Avadanlıqların Xüsusi Təmir sexində usta və böyük usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Bundan başqa, 26.04.1984- 01.07.1987-ci il və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya" İdarəsində iddiaçının kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən idiaçının müraciətinə cavab olaraq verilmiş 26 noyabr 2020-ci il tarixli, **********4 nömrəli imtina məktubunun surətindən görünür ki, Mərkəzi Filialı tərəfindən 4 mart 2020-ci il tarixli, **********1 nömrəli və 9 iyun 2020-ci il tarixli, **********2 nömrəli məktublarla cavablandırılmış eyni məzmunlu müraciətlərinə baxaraq bir daha bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yxxxxltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı təərfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yxxxxltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsində səyyar kompressorların maşinistləri vəzifəsi; Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsində qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük istaları vəzifəsi; Ümumi peşələr bölməsində (35) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama); -təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri; -qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 01.08.1980-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.07.1987- 26.04.1989-cu il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompressorların maşinisti vəzifəsində, 01.09.1999-02.07.2001-ci il tarixli arasındakı dövr ərzində “xxxx” MMC-də Kimya sexində baş usta vəzifəsində, 01.09.2001-30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”-də Kimyəvi Avadanlıqların Xüsusi Təmir sexində usta və böyük usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, işlədiyi sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Bundan başqa 26.04.1984-01.07.1987-ci il və 26.04.1989-31.12.1991-ci il tarixləri arasındakı dövlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsaəsn müəyyən olunması qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01.09.1979-cu ildən 17.07.1980-ci il tarixədək təhsil almış (attestata əsasən), 01.08.1980-ci ildən – 16.10.1980-ci il tarixədək SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi Domna Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsində dülgər vəzifəsində işləmiş, 19.11.1980-ci ildən 16.12.1982-ci il trixədək hərbi xidmətdə olmuş, 11.02.1983-cü ildən 13.04.1984-cü il tarixədək SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi Domna Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsində montajçı vəzifəsində, 26.04.1984-cü il tarixdən 31.12.1991-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsində kompressor qurğularının maşinisti vəzifəsində, 02.01.1992-ci ildən 01.07.1993-cü il tarixədək “xxxxmexanizasiya” İdarəsinin Kiçik Mexanizasiya İdarəsində qırçı-izalyatoruçu və çilingər vəzifəsində, 01.07.1993-cü ildən 01.07.1995-ci il tarixədək isə həmin İdarədə çilingər vəzifəsində, 03.07.1995-ci ildən 01.04.1996-cı ilədək “xxxx” Azərbaycan-X3 avadanlığının təmiri üzrə çilingər vəzifəsində, 01.04.1996-cı ildən 01.05.1996-cı il tarixədək “xxxx” SG Eİ və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində çilingər və usta vəzifəsində, 01.05.1996-cı ildən 01.09.1999-cu il tarixədən həmin müəssisədə Qazan-Turbin Quraşdırma sexinin Qazan Şöbəsində usta, 01.09.1999-cu ildən 02.07.2001-ci il tarixədək həmin müəssisədə kimya sexində böyük usta vəzifəsində, 02.08.2001-ci il tarixdən 01.09.2001-ci il tarixədək “xxxx” Qazan təmiri sexində böyük usta vəzifəsində, 01.09.2001-ci il tarixdən 28.06.2004-cü il tarixədək Qazan və Turbin sexlərində yerləşən Kimyəvi Avadanlıqların Xüsusi Təmiri sexində İİ qrup usta vəzifəsində, 28.06.2004-cü il tarixdən 30.05.2008-ci il tarixədək qazan və turbin sexlərində İİ qrup böyük usta vəzifəsində, 30.05.2008-ci ildən hal-hazıradək X2 və təmiri sexində rəsi müavini vəzifəsində işləmişdir. İşdə olan “xxxx mexanizasiya” Firması tərəfindən verilmiş “X13” arayışdan görünür ki, İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1987-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsində 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində, 01.07.1987-ci il tarixdən 26.04.1989-cu il tarixədək həmin idarədə 3-cü dərəcəli səyyar kompressor qurğuları maşinisti vəzifəsində, 26.04.1989cu il tarixdən 31.12.1991-ci il tarixədək 4-cü dərəcəli kompressor qurğuları maşinisti vəzifəsində işləmişdir. 31.12.1991-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu “Azərenerijmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsinə keçdiyi üçün işdən azad edilmimşdir. 02.01.1992-ci i ltarixdən 01.07.1993-cü il tarixədək köçürmə yolu ilə “Azərenerijmexanizasiya” İdarəsinin kiçik Mexanizasiya İdarəsində 4-cü dərəcəli qırçı izolyatorçu vəzifəsində, 01.07.1993-cü il tarixdən 01.07.1995-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. 01.07.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən (işçinin öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 26.04.1984-cü il tarixdən 01.07.1995-ci il tarixədən aylıq məvacibinin 12 %-i miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanununvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. 30.08.1993cü il tarixli, 21/K nömrəli əmrə əsasən “xxxxmexanizasiya”xxxx“xxxxtikintiquraşdırma Dövlət Şirkətinin” Kiçik Mexanizasiyaxxxxadalandırılmışdır. 1997-ci il tarixdən “xxxxtikintiquraşdırma Dövlt Şirkətinin” Kiçik Mexanizasiyaxxxx– “xxxx mexanizasiya” Firması adlandırılmışdır. İşdə olan “xxxx” Azərbaycan-X15 tərəfindən verilmiş 81 nömrəli, 17.12.2016-cı il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “xxxx” Azərbaycan-X10 03.07.1995-ci il tarixdən qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. 01.04.1996-cı ildən ƏM-nin 36-cı maddəsinə əsasən köçürmə yolu ilə işdən azad edilmişdir. Bu vəzifələr Azərbaycan Rspublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı, 21.06.1993-cü il tarixli Qərarının 2 saylı Siyahısının Xİİİ yarımbölməsinin 1-ci bəndinə əsasən güzəştli sayılır (kod 2140100a- 18455). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 122 saylı, 23.01.2007-ci il tarixli, Qərarının 24-cü bəndində qeyd edildiyi kimi bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququna malikdir. İşdə olan “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 201-26 nömrəli, 18.09.2019-cu il tarixli “xxxx” MMC-nin arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 01.04.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-X5-Turbin Quraşdırma sexinə 3-cü dərəcəli çilingər vəzifəsində işə qəbul edilmişdir. 01.06.1996-cı il tarixdə Qazan-turbin Quraşdırma sexinin Qazan şöbəsinə usta vəzifəsinə keçirilmişdir. 01.09.1999-cu il tarixdə Kimya sexinə baş usta vəzifəsinə keçirilmişdir. 02.07.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. İşdə olan “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 100/02-01-124 nömrəli, 15.05.2020-ci il tarixli arayışın surətindən görünür ki, həqiqətən 01.09.1999-02.07.2001-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” SG Eİ və OB Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində və 01.09.2001- 30.05.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “xxxx”-də işlədiyi müddət Qazan və Turbin sexlərində yerləşən X7 Duzsuzlaşdırma Qurğularında, Reagent Təsərrüfatında, Qazan və Turbin sexlərinin turşu ilə yuyulma sahələrində təmir üzrə usta və böyük usta vəzifəsində çalışmışdır. İşdə olan “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 205-43 nömrəli, 18 sentyabr 2019-cu il tarixli “X13” arayışdan görünür ki, İddiaçı 02.08.2001-ci il tarixdən 01.09.2001-ci il tarixədək “xxxx” Qazan Təmiri sexində usta vəzifəsində (əmr № 301/k, 21.08.2001), 01.09.2001-ci il tarixdən 28.06.2004-cü il tarixədək Kimyəvi Avadanlıqların Xxüsusi Təmir sexində İİ qrup usta vəzifəsində (əmr № 326/k, 05.09.2001), 28.06.2004-cü il tarixdən 30.05.2008-ci il tarixədək həmin sexdə İİ qrup böyük usta vəzifəsində (əmr № 577/KŞ, 28.06.2004), 30.05.2008-ci il tarixdən hal-hazıradək X2 və Təmiri Sexində rəis müavini vəzifəsində (əmr № 140/ş, 23.05.2008), işləyir. 01.04.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X2 və Təmiri X1 sexi adlandırılmışdır (əmr № 28, 30.03.2009). İddiaçı işdədiyi müddət ərzində 02.08.2001-ci il tarixədən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3-təhlükəlilik sinfi 3-4, hal-səs-küy, hava hərəkətinin surəti, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 02.08.2001-ci i ltarixdən hal-hazıradək aylıq məvacibinin 08 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. “xxxx” ASC-nin 5.04.2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” – “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. “xxxx” ASC-nin 05.01.2006-cı il tarixli, AÜ/002saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “xxxx” MMC – “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İşdə olan xxxx, xxxx MMC və “Cənubenerjimexanizasiya”xxxxtərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsinin surətindən görünür ki, iddiaçıya həmin müəssisələrdə güzəştli əmək şəraitində işlədiyinə görə 12 % miqdarında əlavə əmək haqqı hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən güzəştli iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, xx.xx.1961-ci il təvəllü iddiaçının 22.09.2018-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçınn işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə eləcə də, iddiaçının 22 sentyabr 2018-ci il tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun müddaəalarına əsasən iddiaçıya keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmadığından iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı, 22.09.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 22 sentyabr 2018-ci il tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar