Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3377/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X28, X8, X21, X9, X29, X14, X30, X17) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh X18 və onun ailə üzvləri olan arvadı X2, qızı X10, nəvəsi X3, oğlu X16, qızı X5, qızı X19, nəvəsi X6 ünvan 1 ünvanında yerləşən ona məxsus evdən qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ailəsi ünvan 2 unvanında yaşayır. Qardaşı cavabdeh X4 ata mülkündə da, ata yurdundan valideynləri tərəfindən onların sağlığında ata mülkündən pay verilmiş və o ailəsi ilə qanuni bölgüsü aparıldıqdan sonra ünvan 3 unvanında yaşayır. Beləliklə, keçmiş ata mülkü qanuni əsaslarla 2 ünvana bölünmüş və hərə ona ayrılan hissəsində yaşayır. Onun yaşadığı ev anası X20 tərəfindən ona vəsiyyət edilmişdir. Anasının vəfatından sonra o mülkü qanuna uyğun şəkildə sənədləşdirərək öz adına keçirmişdir. Daşınmaz əmlak üzərində hüquqlarım dövlət qeydiyyatına alınaraq iddiaçıya xx.xx.2015-ci il tarixində RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın Dövlət reyesterindən əmlak üzərində hüquqlarımı sübüt edən çıxarış veriımişdir. X1 da evinə o öz vəsaiti hesabına dövlət reyesterindən çıxarış alaraq ona vermişdir. Yəni, onların ortaq mülkləri yoxdur. Lakin, ünvan 2 ünvanında yerləşən mənzil onun tam mülkiyyətindədir. Hal-hazırda isə həmin yaşayış sahəsində ondan başqa X1 özünün, ailə üzvlərinin və aşağıda adları çəkilən nəvələrinin də qeydiyyatı mövcuddur: X28,X11, X21, X9, X29, X14, X30,X17. Adıçəkilən şəxslər ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdırlar. Cavabdeh bu günə kimi bilə bilə onun evindən qeydiyyatdan çıxmamışdır. Cavabdehin ünvan 3 ünvanında ona məxsus evi var. Həmin evə daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınaraq xx.xx.2013-cü il tarixində RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış veriımişdir. Onun özünün evi olduğuna görə mülkiyyətimdə olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı o ona dəfələrlə desə də o, ailəsini onun mülkündən qeydiyyatdan çıxarmaq istəmir. Onun mülkündə iddiası olduğunu dəfələrlə bildirmişdir. Hal hazırda cavabdeh və ailə üzvləri qeydiyyatda olduğu ünvanda deyil, hər biri onlara məxsus şəxsi evlərində, qardaşı Əli isə ünvan 3 ünvanında yerləşən mənzildə öz evlərində yaşayırlar. Lakin, evləri ola ola pasport qeydiyyatında onun evindədirlər. Bu da, hər ay ona əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Hər ay ona maddi ziyan vurulur. Onların onun evində qeydiyyatı isə formal olaraq qalıb. Heş birinin mənzildən istifadə etmək hüququ da mövcud deyil. Cavabdehin və ailə üzvlərinin onun mülkiyyətində olan mənzildən çıxarılması ilə bağlı Binəqədi rayon Polis İdarəsinə də müraciət etmişdir. Həmin orqan tərəfindən ona göndərilən cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdeh X18 əsl cavabdeh Azərbaycan Respublikası Binəqədi Rayon Polis İdarəsi ilə əvəz olunması və X28, X8, X21, X9, X29, X14, X30, X6 ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iş üzrə əsl olmayan cavabdeh X28 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi ilə əvəz edilməsi, İddiaçı “X28, X8, X21, X9, X29, X14, X30, X6 ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilməsi, X28, X8, X21, X9, X29, X14, X30, X6 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X29 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışda göstərilmişdir ki, ünvan 5 ünvanında üçüncü şəxslər X28, X8, X21, X9, X29, X14, X30, X17 İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-47944/2024 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan şəxsin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.01462 ha torpaq sahəsi üzərində inşa edilən ümumi sahəsi 116.4 kv.m olan **********80-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli kitabının 21858 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2015-ci il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X7 vərəsəsi İddiaçı şəhadətnamədə verilən miras əmlak- ünvan 4 ünvanında 0.01462 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116.4 kv.m, yaşayış sahəsi 75.8 kv.m, yardımçı sahəsi 40.6 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən pay almalıdır. - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.01462 ha torpaq sahəsi üzərində inşa edilən ümumi sahəsi 116.4 kv.m olan **********80-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 236 nömrəli kitabının 21858 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-32395/2024 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1ci Mədən küçəsi, 37-ci korpus, ev 305 ünvanında X31 2002-ci il, X12, X28, X22 2005-ci il, övladları X9 2015-ci il, X17 2019-cu il, X29 2011-ci il və X15 2013-cü il tarixdən halhazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 0.00874 ha torpaq sahəsi üzərində inşa edilən ümumi sahəsi 67.5 kv.m, yaşayış sahəsi 33.6 kv.m, yardımçı sahəsi 33.9 kv.m olan 2 otaqlı **********79-10301 reyestr nömrəli fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X18 adına daşınmaz əmlakın dövlət reyestrində 232 nömrəli kitabının 21552 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-46/2-A-40639 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X28, X12, X21, X9, X29, X15, X31, X6 ünvan 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 37-ci korpus, ev 305 ünvanında yerləşən əmlak xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X13 adına qeydiyyatda olmuş, daha sonra sonuncu həmin ünvanda yerləşən A tikilisini öz mülkiyyətində saxlamaqla B tikilisini oğlu X23 xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi əsasında bağışlamışdır. Bundan sonra xx.xx.2013-cü il tarixdə X13 mülkiyyətində qalan A tikilsinə dair çıxarış verilərkən əmlakın ünvanı ünvan 10nvanı olaraq xx.xx.2013-cü il tarixdə X13 adına qeydiyyata alınmış, B tikilisi isə ünvan 7 ünvanı olaraq xx.xx.2013-cü ildə X18 adına qeydiyyatdan keçmişdir. X13 vəfatından sonra adıçəkilən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə keçmiş və iddiaçının adına xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Hazırda iddiaçının mülkiyyətində olan yaşayış evinin ünvanı ünvan reyestrində və daşınmaz əmlakın dövlət reyestrində ünvan 10nvanı olaraq qeydiyyatdan keçir. İddiaçı özü və üçüncü şəxslər (qardaşı X28 və ailəsi) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 37-ci korpus, ev 305 ünvanında qeydiyyatda olsalar da hər iki tərəfin mülkiyyət sənədində mülkiyyətlərində olan evlərin ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 37-ci korpus, ev 305 olaraq qeyd edilməmişdir. Başqa sözlə, iddiaçı Bakı şəhəri, ünvan 12 bağlı hüquqmüəyyənedici sənədi təqdim etməmişdir. İddiaçının adına verilmiş hazırkı çıxarışda, eləcə də bundan öncə sonuncu dəfə mərhum G.Abdullayevanın adına olan mülkiyyət sənədində evin ünvanı ünvan 11 qeyd edildiyindən, iddiaçının mülkiyyətində olmayan ünvana- ünvan 12 bağlı subyektiv hüquqa, o cümlədən həmin ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə hüququ müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan evdən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Nəzərə alınmalıdır ki, ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva edir. Beləliklə, iddiaçının həmin ünvanda qeydiyyatda olan digər şəxslərdən ünvana dair hüquqi cəhətdən üstünlüyü olmamaqla bərabər həmin ünvanla bağlı hüquqlarını müdafiə etmək, o cümlədən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə də subyektiv hüququ mövcud deyildir. Belə olan halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri (subyektiv hüquq) pozulmasını əsaslandıra bilmədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3377/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3377/2025
21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver