Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3378/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi X8 kаtibliyi, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı üçüncü şəxs qismində X12 cəlb edilməklə “iddiaçının şəhid ailəsi olmasını nəzərə alınmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A, 23 nömrəli mənzilə daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “iddiaçının şəhid ailəsi olmasını nəzərə alınmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A, 23 nömrəli mənzilə daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında hal-hazırda iddiaçı və qaynı X12 daimi qeydiyyatdadırlar. İddiaçının qaynatası X5 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2011-ci il tarixli, 15 nömrəli sərəncamı əsasında iddiaçının qaynanasının adına Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil verilmişdir. X3 30 oktyabr 2020-ci ildə vəfat etmişdir. Həmin müddətə qədər və halhazırda da sərəncamla verilən mənzil üçün daimi əsaslarla sosial kirayə müqaviləsi bağlanmamış, sərəncam yenilənməmişdir, baxmayaraq ki, mənzil iddiaçının yoldaşı və qaynına aiddir. Bütün məsələlərlə bağlı Nizami rayon Məhkəməsi 04 may 2021-ci il tarixli, 2(007)-1505/2021 nömrəli qətnamə, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022 –ci il tarixli, 2- (010)-1318/2022 nimrəli , Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 9860/2022 nömrəli saylı qərarlarında öz əksini tapır. İddiaçının əri və azyaşlı oğlunun iddia ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9860/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və onlar mübahisəli mənzilə qeydiyyata alınmışlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
5. İnzibati Prosessual Məcəlləsinə əsasən:
-2.2.3-cü bəndinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır.
8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə üçüncü şəxsin izahat və çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
İş materiallarında olan
AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhər Nizami rayonu İcra Hakimiyyəti başçısının 15 nömrəli, 21 fevral 2011-ci il tarixli Sərəncamına əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m olan 2 otaqlı 23 nömrəli mənzil 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü oğlu X12, 1988-ci il təvəllüdlü oğlu X13), 1960-cı il təvəllüdlü şəhid ailə X1 adına rəsmiləşdirilmişdir. Suraxanı rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 26 dekabr 2022-ci il tarixli, 30xxxx-1222 nğmrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçının hal-hazırda yaşadığı ünvanında daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsi yoxdur. Bu səbəbdən həmin ünvana qeydiyyata alınması mümkün deyildir. Odur ki, məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə” ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən, X13, X19 ünvan 3 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 132430 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. AZ 129307 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 14 fevral 1994-cü ildə ölmüşdür. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 1/520 nömrəli məktubundan görünür ki, Suraxanı rayon MKTB-nin 103 saylı mənzil istismarı sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli 105 saylı arayışa əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14a saylı evin 23 saylı mənzili Suraxanı rayon MKTB-nin balansında olmaqla, Nizami RİHB-nın xx.xx.2011-ci il tarixli 15 saylı sərəncamına əsasən vətəndaş X2 adına rəsmiləşdirilmişdir. Az-İİ 377061 nömrəli “nikah haqqında şəhadətnamə”dən görünür ki, X13 ilə X10 23 noyabr 2019-cu ildə nikahlarını bağlamışlar.Nikah bağladıqdan sonra arvada Əfəndiyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X13 cavabdeh X9 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun və ailəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A nömrəli binanın, 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddiaçı X7 xx.xx.2021-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 202172/22-18-11 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9860/2022 saylı icra sənədi xx.xx.2022-ci il tarixdə icra olunaraq icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş Suraxanı rayon İcra şöbəsinin 15 noyabr 2022-ci il tarixli aktından görünür ki, X13 övladı X19 ilə birlikdə ünvan 5 ünvanına köçürülmüşlər. ünvan 7ilmiş xx.xx.2022-ci il tarixli Qərarına əsasən, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü X7 və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X15 ünvan 5 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir.
11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . -5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
12. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab edilmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir.
13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.
14. Mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeydiyyata düşmək istədiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A ünvanında yerləşən 23 saylı mənzildən istifadə hüququ vardır. Belə ki, iddiaçının əri və azyaşlı övladı Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən mübahisəli ünvana köçürülmüşdür. Bundan əlavə ünvan 7ilmiş xx.xx.2022-ci il tarixli Qərarına əsasən iddiaçının əri və azyaşlı uşağı ünvan 5 ünvanına qeydiyyata alınmışlar. Hazırki vəziyyətdə iddiaçı özünün həmin ünvana qeydiyyata alınma tələbini irəli sürməkdə haqlıdır və cavabdeh inzibati orqanın imtinası yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Belə ki, iddiaçı qeydiyyatda olan şəxsin ailə üzvü olması, onunla birlikdə yaşaması onun həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. Cavabdeh isə qeyd edilən halları nəzərə almaqdan imtina etmişdir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanın: - 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.
16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının ərizəsi əsasında inzibati icraat aparılmamış, əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmadan iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A, 23 nömrəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməlidir.
19. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi 14A, 23 nömrəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova