Məhkəmə qərarları › İş №2-1(112)-3380/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3380/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3380/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X41 Ağa qızının katibliyi, İddiaçı X15, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğvi, işə bərba edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X28 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən azad olunmasının qanunsuz hesab edilməklə cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilib, onu əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinə baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsi və 27.11.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19.01.1998-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində işləyir. Cavabdehin **********3 saylı, 27 noyabr 2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi əsasında (Qanunun 25.2.6-cı maddəsinə (intizam tənbehi) uyğun olaraq dövlət qulluğundan azad edildikdə) işdən azad edilmişdir. Bildirir ki, cavabdeh tərəfindən guya onun əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara (müraciətlərin vaxtında icra edilməməsi və gecikdirilməsi) görə çağrılıb izahatı alınmış və o, 23.11.2020-ci il tarixində yazdığı izahatında müraciətlərin gecikmə səbəblərini qeyd edərək araşdırılmasını tələb etmişdir. Lakin, heç bir araşdırılma aparılmadan Xidmət rəisi tərəfindən işdən azad edilməsi barədə 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzə verilmişdir. Sözügedən yazılı məruzəni tanış olmaq üçün tələb etsə də, təqdim edilməmişdir. O, dövlət qulluqçusu olaraq əmək müqaviləsindən irəli gələn əmək funksiyasını və əmək vəzifələrini vicdanla yerinə yetirmişdir. Bu səbəbdən onunla bağlanan əmək müaviləsinə işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş və onun işdən azad olunması qanunsuzdur. Buna görə də, o, məcburi iş buraxma üçün pul ödənilməkə işə bərpa edilməlidir. Bundan başqa, o, işlədiyi müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən X2 üzvü olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına habelə prokurorluq polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlara həmin qulluqçuların əmək sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikə və “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi ürə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar İttifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarnı işə götürənə təqdim etməlidir. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin bu zəruri tələblərinə riayət edilməmiş onunla olan əmək müqaviləsinin ləğvi zamanı cavabdeh Əmək Məcəlləsinin 80-ci maddəsinin göstərişlərini pozaraq üzvü olduğu həmkarlar təşkilatına bu barədə hər hansı təqdimatla müraciət etməmiş və onun əmək müqaviləsinə xitam verilməsi barədə həmkarlar ittifaqından razılıq alınmamışdır. Baxmayaraq ki, onunla olan əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsasında xitam verilsə də, hazırki məsələdə Əmək Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən əməl edilməli idi. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin 25.3-cü bəndinə əsasən “Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Qanunun bu maddəsi hətta izahat tələb etsə də, məhəl qoyan olmamışdır. Bu Qanunun 19-cu maddəsinin 19.0.2-ci bəndinə əsasən “Dövlət qulluqçusunun vəzifəyə təyin və vəzifədən azad etmək hüquna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək” hüququna malikdir. DƏMX-nin rəisinin adına yazdığı izahatında bunları tələb etdiyi üçün işdən azad edildiyini düşünür. 27.11.2020-ci il tarixində beşinci gün saat 17:00-da nazirliyin kadrlar şöbəsinə dəvət edilmiş və kadrların rəisi öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ondan təqdimat yazıldığını və 2020ci il ərzində onun icraatında olan 40-a yaxın işə imtina verildiyini bildirərək işdən çıxma ərizəsini yazmasını tələb etmişdir. DƏMX-nin rəhbərliyi ondan müraciətləri vaxtında icra etmədiyini əsas gətiərərək, izahat tələb edir, nazirliyin rəhbərliyi isə tamamilə başqa işə görə imtinanın olmasını əsas gətirərək ondan işdən çıxma ərizəsi tələb edir. Tərəfindən gecikmələrin və imtinaların əsas səbəblərinin nazirliyin və DƏMX-nin rəhbərliyinin yarıtmaz fəaliyyəti və qanunsuz əməlləri nəticəsində olduğunu bildirsə də, Nazirliyin Kadrlar Şöbəsinin rəisi ciddi cəhdlə ərizə yazmağını tələb etdi və əks təqdirdə maddə ilə işdən çıxarılacağın nəzərinə çatdırdı. Milyonlarla işçinin əmək hüquqlarına nəzarət edən orqanın işçisi kimi, belə bir haqsız hərəkəti ona çox pis təsir etmiş və o da, öz növbəsində ərizə yazmayacağını və nə başarırsınızsa edin, cavabını verərək otaqdan çıxmışdır. 30.11.2020-ci il tarixində həmişəki qaydada işə gəlmiş və portala baxış keçirərəkən məlum olmuşdur ki, onu 27.11.2020-ci il tarixindən işdən azad ediblər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza görə, iddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 noyabr 2020-ci il tarixli, **********3 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 27 noyabr 2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir (əmrin surəti əlavə edilir). Ə.Baxşıyevin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X22 Xidmətinin 24 noyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur (surəti əlavə olunur). Məruzədən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə 17.11.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma başlamışdır. Məruzədə göstərilir ki, Xidmət rəhbərliyin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırılması aparılmış və İdarənin əməkdaşı-baş əmək müffəttişi X19 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdiyi, müraciətlərin icra edilməsi zamanı qanunvericliyin tələblərini pozduğu müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşı Ə.Baxşıyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq dərkənarla icrası ona tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericilikə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda məruzədə göstərilir ki, Elektron sənəd Dövriyyəsi alt sisteminə baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adı keçən Ə.Baxşıyev tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Ə.Baxşıyevin 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1,4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50-dir. Məruzədə qeyd olunan pozuntuları nəzərə alaraq, X22 Xidməti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1 -ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən,yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq, baş məsləhətçi baş əmək müfəttişi Ə.Baxşıyev barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11 -ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanununun 18.0.1-ci maddəsinə əsasən qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirmək, 18.0.5-ci maddəyə əsasən vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələri kimi müəyyən edilmişdir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. “Vətəndaşların müraciətləri haqqında’Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Göründüyü kimi, Ə.Baxşıyev sənədlərin icra müddətini gecikdirmiş və bunun səbəbləri ilə bağlı təşkilat rəhbərinə məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 123-cü hissəsinə əsasən təşkilat rəhbərinin sənədin icra müddətini icraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə uzatmaq hüququ vardır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq Ə.Baxşıyevin 23.11.2020-ci il tarixli izahatı alınmışdır və izahatında müraciətlərin baxılması müddətinin gecikdirilməsini etiraf etmişdir. Bundan əlavə, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 -ci hissəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1 (102)-225/2020 və 23.09.2020-ci il tarixli 2-1 (102)-105/2020 nömrəli qərarlarına istinadən qeyd edirlər ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında Qanunun 33.1.6-cı maddəsi ilə «xitam verildiyindən Həmkarlar İttifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin razılığı təqdim edilmişdir (surəti əlavə edilir). İddiaçı tərəfindən cavabdehin etirazına qarşı yazılı münasibət təqdim edərək bildirmişdir ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsinə qəti etirazını bildirir. İddia ərizəsinə etiraz yazan ƏƏSMN-nin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini işlədiyi nazirliyin tabeçiliyində olan xidmətlərin adlarını belə düzgün yaza bilmədiyi halda onun iddia ərizəsinə etiraz yazır. O, 1998-ci ilin yanvar ayının 16-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 işə qəbul edilmişdir. İşlədiyi müddətdə 5 nazir, 10 xidmət rəisi ilə işləmiş və işlərində heç bir nöqsanı olmayıb. Ancaq nədənsə indiki rəhbərliyin fikrinə görə işi onları qane etmir. Nəzərə çatdırır ki, məzuniyyətdə olduğu müddətdə rəhbərlik tərəfindən 2 gün qabaqcadan imtahan verəcəklərini bildirdilər. Nazir müavini, Nazirliyin kadrlar şöbəsinin rəisi, DƏMX-nin rəisi və DƏMX-nin sektor müdürünün iştirakı ilə Bakı şəhər müfəttişlərinin bilikləri yoxlanıldı və nəticəsi barədə heç kimə məlumat verilmədi. Bunun attestasiya, biliklərin yoxlanılması və imtahan olduğu barədə heç kimin məlumatı olmadı. Bir həftədən sonra 15-ə yaxın müfəttiş nazirliyə (kadrlar şöbəsinə) çağırılaraq işdən çıxma ərizələri tələb edildi. Bəzi müfəttişlər işdən çıxma ərizəsi (öz xahişləri ilə) yazsa da, digərləri buna etiraz edərək nazirliyin rəhbərliyinin dövlət qulluqçularını attestasiya edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu bildirdilər və ərizə yazmaqdan qəti şəkildə imtina etdilər. Belə olan təqdirdə, nazirliyin və xidmətin rəhbərliyi ərizə yazmayan müfəttişlərə işdən çıxma ərizəsi yazmasalar icraatlarında olan müraciətlərin gecikdirilməsini əsas gətirəcəklərini və bu səbəbdən işdən azad ediləcələri mesajı verdilər. 2020-ci ilin noyabr ayının 12-də məzuniyyəti sona çatdı və işə çıxdı. 2020ci ilin noyabr ayının 19-u ya da 20-si elektron qaydada 10-a yaxın müfəttişin gecikdirilmiş ərizələrini əsas gətirərək izahat tələb edildi. Bunu elektron qaydada DƏMX-nin daxili nəzarət şöbəsinin əməkdaşı Kamran müəllim elektron qaydada DƏMX-nin rəhbərliyinin göstərişi əsasında göndərmişdir. 2020-ci ilin noyabr ayının 23-də izahat yazaraq DƏMX-nin daxili nəzarət şöbəsinə göndərmiş və gecikmələrin səbəblərini yazdığı izahatda geniş şəkildə izah etmişdir. Əfsuslar olsun ki, izahat araşdırılmadan (yəqin ki, yazdığım izahat rəhbərliyin xoşuna gəlməyib) fikri öyrənilmədən onu 27 noyabr 2020-ci il tarixdə, saat 17:00-da nazirliyin kadrlar şöbəsinin rəisi Nərmin xanım onu yanına çağıtdıraraq, ondan təqdimat yazıldığını və vəzifə səlahiyyətindən sui istifadə edərək, öz xahişi ilə işdən çıxma ərizəsini yazmasını ondan tələb etdi. O, isə öz növbəsində yazılan təqdimatdan xəbəri olmadığını, bu təqdimatın hansı səbəbdən və hansı faktlar əsasında yazıldığını soruşduqda, o ona təqdimatın ona aid olan sənədlərə 2020-ci il tarixində 40-a yaxın imtinanın olduğunu əsas gətirdi. DƏMX-nin rəhbərliyi gecikmiş müraciətləri əsas gətirərək izahat tələb edir, təqdimat yazır, nazirlik imtinanı əsas gətirir. O, qəti şəkildə işdən çıxma ərizəsi yazmayacağını bildirərək, necə istəyirsə elə də, et demiş və həmin gün də, onu qanunsuz olaraq işdən azad etdilər. Bunu eşidən bir neçə müfəttiş ehtiyatlanaraq nazirliyin rəhbərliyinin qanunsuz tələblərinə tabe olaraq öz xahişləri ilə işdən çıxma ərizələrini yazdılar. Azərbaycan Respublikasının Prezidentinin pandemiya dövründə işçilərin işdən azad edilməməsi barədə tövsiyyələrinə bu işə nəzarət edən Nazirliyin və DƏMX-nin rəhbərliyi riayət etmirlər. 2020-ci ilin oktyabr-noyabr aylarında onlarla müfəttişi qanunsuz olaraq işdən azad etmişlər. Ancaq hansısa özəl bir müəssisədə pandemiya dövründə 2-3 işçi işdən çıxarıldıqda onlarla əlaqə saxlayırlar və cənab prezidentin tövsiyyələrini onlara izah edərək pandemiya dövründə işçilərin işdən azad edilməsinin düzgün olmadığını bildirirlər. Müraciətlərin gecikmə səbəblərini və imtinaların hansı səbəbdən olmasını izahatında geniş şəkildə qeyd etmişdir. Əlavə olaraq bildirir ki, bu halların baş verməsinin səbəbləri DƏMX-nin rəhbərliyində təmsil olunan şəxslərin qanunsuz tələblərinin və qanunlara zidd olaraq atdıqları addımların nəticəsidir. Belə ki, xidmətin rəhbərliyi öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək DƏMX-nin Bakı şəhər idarəsinin sektor müdürünün, rəis müavininin viza verdiyi və idarənin rəisinin imzaladığı müraciətlərə vaxtında baxmaması hazır olan işlərin baxılmasına bir ay vaxt verməsi və müraciətə aid olmayan halları əsas gətirərək bir aydan sonra imtina verərək geri qaytarması və müəssisədən şikayətə aidiyyəti olmayan əlavə sənədlərin tələb edilməsidir. Bildirir ki, əgər işə sektor müdüri, rəis müavini viza verirsə və idarə rəisi imza edirsə bu artıq müraciətə qanuna uyğun olaraq baxılması deməkdir. DƏMX-nə məlumat üçün göndərilir ki, ey baş idarə bu müraciətə baxıldı xəbəriniz olsun. DƏMX-nin rəhbərliyi öz vəzifə səlahiyyətlərindən sui istifadə edir və 2-3 ay işə baxmayaraq saxlayır xidmətdə və kefləri istəyəndə ya heç bir əsas olmadan imtina verərək geri qaytarır ya da işə tikilsin verir. Bu halların qanunsuz olması barədə dəfələrlə Nazirliyin və Xidmətin rəhbərliyinə bildirilsə də, buna məhəl qoymamışlar. 2020-ci ilin dekabr ayının 12-dən etdiklərinin qanunsuz olduğunu, DƏMX-nin Bakı şəhər İdarəsinin rəisinin imzaladığı sənədin işə tikilmə olduğunu başa düşüb və buna razılıq veriblər. DƏMX-nin rəhbərliyi müraciətlərə baxılması qaydalarına riayət etsələr daha yaxşı olar. Bu iradları bildirdikdə, tələb budur deyirlər. DƏMX-nin rəhbərliyi hələ bilmirlər ki, tələb bu dövlətin qanunları olmalıdır. DƏMX-nin rəhbərliyində təmsil olunanlar hərəsi qapısına bir sekret qoyaraq öz işçilərindən belə gizlənirlər, ona görə ki, onlar öz vəzifələrini icra edə bilmirlər. Bağlanmış elə işlər var ki, 5-7 aydır DƏMX-i bunları qəbul etmir və dəfələrlə imtina verirlər. Bu barədə o, viza verilmiş və imzalanmış sənədlərin sonunda qeydlər də yazmış yazdığı bu qeydlərə görə xidmətin rəhbərliyi ona irad tutub ki, bu qeydlər nə deməkdir. Bu qeydlər o deməkdir ki, gözlərinizi yaxşı açıb diqqətlə oxuyun. DƏMX-nin Bakı şəhər İdarəsində 75 müfəttiş ştatı təsdiq edilib. Hal-hazırda neçə müfəttiş işləyir. Bu ştatların yarıdan çoxu boşdur. Bir müfəttiş 3-4 müfəttişin işini görə bilərmi. Onlar bu şəraitdə və bu vəziyyətdə işləmişlər. Bu sualı DƏMX-nin rəisi Fuad Heydərova, müavini Orxan Hüseynzadəyə və sektor müdüri Elşən Tağıyevə vermək lazımdır. Təqdimat yazmamışdan əvvəl bunlar nəzərə alınmalı idi. Şikayətçi özəl təşkilatda işlədiyini və qanunsuz olaraq işdən azad edilməsi barədə müraciət edir (son haqq hesab barədə ərizədə heç nə göstərilmədiyi halda) DƏMX-nin rəhbərliyi son haqq hesab sənədləri tələb edir və son haqq hesabın bir gün gecikdirilməsinə görə qanunsuz cərimələr tətbiq etdirir. Bildirir ki, o, qanunsuz olaraq 27.11.2020-ci il tarixdən işdən azad edilmişdir. Qanunvericiliyin (Azərbaycan Respublikasının Əmək Məcəlləsi) tələblərinə uyğun olaraq sonuncu iş günü yəni 27.11.2020-ci il tarixində onun son haqq hesabı, əmək kitabçası və əmrin surəti ona verilməli idi. Bildirir ki, son haqq hesabı ona 03.12.2020-ci il tarixində bank hesabına köçürülmüşdür. Əmək kitabçası 07.12.2020-ci il tarixində, əmrin surəti isə 08.12.2020-ci il tarixində ona təqdim edilmişdir. Şikayət ərizəsində tələb etmişdir ki, İnzibati Xətalar Məcəlləsinə uyğun tədbir görülsün. Ancaq heç bir nəticəsi olmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və DƏMX-də görün vəziyyət necə bərbad gündədir ki, 27.11.2020-ci il tarixindən işdən azad edilməsinə baxmayaraq, bu günə qədər ondan nə Xidməti vəsiqəni, nə də asan imzanı tələb edən olmayıb. Asan imzası bu günə qədər işləkdir. ƏƏSMN-nin nazir müavini İdris İsayev az qalıb 3 il olsun Təhsil Nazirinin müavini vəzifəsini tutmasına baxmayaraq bu günə qədər onun imzaladığı vəsiqə ilə işləyirlər. DƏMX-nin BŞİ-si 1 ilə yaxındır fəaliyyət göstərməsinə baxmayaraq, hələ də, işçilərin xidməti vəsiqəsi dəyişdirilməyib. Bir ilə yaxın işləyən işçilərin belə ümumiyyətlə xidməti vəsiqəsi yoxdur. Bu Nazirliyin və DƏMX-nin rəhbərliyinin ümumiyyətlə öz tabeçiliyində işləyən işçilərdən nə isə tələb etmələrinə haqqları yoxdur. Çünki, özləri xırda işlərin öhdəsindən gələ bilmirlər. DƏMX-də gecikdirilmiş müraciətlərlə əlaqədar, 2020-ci ilin noyabr ayında nazir müavini Anar Kərimovun rəhbərliyi altında gecikdirilmiş ərizələrin səbəbləri barədə DƏMX-nin və DƏMX-nin BŞl-nin rəhbərliyinin iştirakı ilə iclas keçirilməsi nəzərdə tutulan gündən bir gün əvvəl BŞİ-nə aid 350 müraciətə DƏMX tərəfindən işə tikilsin verildi. Soruşan yoxdur ki, aylardır DƏMX-də yığılıb qalan işlərə bir gün ərzində hansı səbəbdən işə tikilsin verildi və həmin günə qədər bu müraciətlərə hansı səbəblərdən baxılmırdı. Buna səbəb Nazirlik qarşısında DƏMX-nin rəhbərliyinin özünü təmizə çıxarmasıdır. Bu sənədlərin iyirmisi onun icraatında olan sənədlər olub, (əgər hər nömrə bir iş kimi qəbul edilirsə onda bu işlərin 40-50-si ona aid işlərdir.). O, qanunsuz olaraq işdən azad edilmiş və ona qarşı irəli sürülən iddiaların heç bir hüquqi əsası yoxdur. Şikayət ərizələrinin gecikdirilməsinin və imtinaların səbəbi DƏMX-də təmsil olunan rəhbərliyin yerində olmaması, tutduqları vəzifələrin öhdəsindən gələ bilməməsi və qanunlara zidd olaraq irəli sürdükləri tələblərdir. ƏƏSMN-nin iddia ərizəsinə olan etirazı ilə əlaqədar olaraq bildirir ki, Nazirliyin etirazında bildirilir ki, o, işdən azad edilərkən, ƏƏSMN-nin Bakı şəhər üzrə X5 Komitəsinin razılığı alınmışdır. 23.11.2020-ci il tarixində ondan izahat alınıb. 24.11.2020-ci il tarixində DƏMX-nin rəisi ondan Nazirin adına yazılı məruzə edib. 27.11.2020-ci il tarixində o, işdən azad edilmişdir. Nazirlik Həmkarlar təşkilatına hansı tarixdə məktub ünvanlayıb, bu barədə həmkarlar təşkilatı ona iclasın hansı tarixdə keçirilməsi barədə hansı tarixdə xəbərdarlıq məktubu ünvanlayıb, Həmkarlar təşkilatı onunla bağlı işə nə vaxt baxıb, nəticəsi barədə nazirliyə nə vaxt məktub ünvanlayıb, həmkatlar təşkilatının cavabı nazirliyə nə vaxt daxil olub bunlardan onun heç bir xəbəri və məlumatı olmayıb, ona bu barədə heç bir xəbərdarlıq edilməyib və o, həmkarlar təşkilatının iclasında iştirak etməmişdir. O, bu xidmətdə 20 ildir ki, həmkarlar təşkilatının üzvüdür. Həmkatlar təşkilatının borcu təşkilatın üzvünün hüquqlarını qorumaqdan ibarətdir. Qısa bir müddət ərzində yuxarıda qeyd edilənləri tənzimləmək mümkün deyil və onunla bağlı həmkarlar təşkilatının belə bir yığıncağı keçirilməyib. ƏƏSMN-nin etirazında göstərilir ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar İttifaqının rəyinin alınmasının zəruri olmadığını bildirmiş və bununla belə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar Komitəsinin razılığının təqdim edildiyi qeyd edilmişdir. Nəzərə çatdırır ki, ƏƏSMN-nin rəhbərlikdə təmsil olunan şəxslər HİK-nin razılığının olmasının vacib olduğunu yaxşı bilir. Nazirliyin etirazında və DƏMX-nin rəisinin Nazirin adına yazdığı yazılı məruzəsində barəsində şikayətçilər tərəfindən Nazirliyin 142 Çağrı Mərkəzinə, elektron poçt ünvanına, sosial şəbəkələr və yazılı ərizələr vasitəsi ilə Xidmətə çoxsaylı şikayətlərin daxil olduğu bildirilmişdir. Şikayətlərin olmasından onun xəbəri yoxdur: a) əgər şikayətlər olubsa hər bir şikayət barəsində DƏMX-də araşdırmalar aparılmalı və ondan izahatlar alınmalı idi. Bu vaxta qədər belə bir hal mövcud olmamışdır; b) ola bilər ki, hansısa şikayətçi müraciətinə baxılmasından narazı ola bilər bu təbii haldır. Əgər ondan şikayətlər olubsa, hər halda DƏMX-də bununla bağlı şikayətçinin ərizəsinə baxılıb və şikayətçinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun cavab verildiyindən ondan izahatlar alınmayıb və ona qarşı hər-hansı tənbeh növü tətbiq edilməyib. Əgər tərəfindən araşdırma natamam və səthi aparılıbsa, o halda, hansı səbəbdən araşdırmanın nəticəsi rəhbərlik tərəfindən qəbul edilib. Nəzərə çatdırır ki, hazırladığı işə ondan sonra rəhbərlikdə təmsil edilən 6 nəfər nəzarət edərək viza və imza verir; v) Əgər haqlı şikayətlər olubsa və DƏMX tərəfindən ona qarşı hər hansı bir tədbir görülməyibsə bu DƏMX-nin vəzifəli şəxslərinin yerində olmaması deməkdir; q) Ümumiyyətlə belə hallar olmamışdır. Vətəndaşların müraciətlərinə baxılarkən gecikmələrin və imtinaların səbəbləri: ƏƏSMN-nin etiraz məktubunda qeyd edilir ki, Vətəndaşların müraciətləri haqqında “Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətinə ən geci 15 iş günü , əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır” və tərəfindən müraciətlərə baxarkən gecikmələrə yol verdiyi bildirilir. 02.07.2013-cü il tarixli 714-1VQ nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli, 1410-1VQ saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununa əsasən yoxlama, nəzarət, araşdırma və reyd qadağan edilmişdir. Bu qanunun 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən “Bu qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların heç bir hüquqi əsası yoxdur”. Qanuna əsasən müfəttişlərin müəssisədə araşdırma aparması mümkün deyildir. Şikayət məktubu müfəttişin icraatına verilən gündən iki gün müddətinə şikayətçinin işlədiyi müəssisəyə müraciətlərə baxılması haqqında qanuna əsasən şikayət ərizəsində göstərilən faklara əsaslanaraq, müəssisədən lazımi sənədləri təqdim etməsi üçün məktub göndərilir. 10 gün müddətinə məktub müəssisəyə çatır, 20 günə müəssisə məktuba cavab verir, 10 günə məktub müfəttişliyə çatır, əgər inzibati xətanın mövcudluğu aşkarlanırsa yenidən müəssisəyə məktub yazılaraq müəssisə rəhbəri və yaxud səlahiyyətli nümayəndə 10 gün müddətinə müfəttişliyə dəvət edilir və inzibati xəta haqqında protokol yazılır. Tərtib edilmiş protokol məktub vasitəsi ilə müəssisəyə göndərilir və 15 gün ərzində qərarın qəbul ediləcəyi ilə əlaqədar müəssisə rəhbəri xəbərdarlıq edilir. Ərizə müfəttişin icraatına verildikdən 65 gün sonra ərizə müfəttiş tərəfindən hazırlanaraq qəbul edilməsi üçün göndərilir. Bir ayda DƏMX-nin başbilənləri ərəzəyə baxılması üçün vaxt verir. Bir çox hallarda da heç bir əsas olmadan müəyyən bəhanələrlə ərizəyə imtina verilir. Pandemiya dövründə müəssisələrin 70-80 faizi işləməyib. Belə olan halda, müəssisənin ünvanına göndərilən məktubların böyük əksəriyyəti geri qayıdıb. Belə olan təqdirdə işəgütürənlə telefon əlaqəsi yaradaraq məsələni işəgütürənin nəzərinə çatdırdıqda o, pandemiya ilə əlaqədar işləmədiklərini və nə vaxt işə başlayarlarsa məktubu cavablandıracaqlarını bildirirlər. Bildirir ki, protokol yazıldıqdan sonra cavabın gecikdirilməməsi üçün şikayətçiyə cavab hazırlayıb baxılması üçün göndərilirdi. Sonradan göstəriş gəldi ki, qərar qəbul edildikdən sonra şikayətçiyə cavab məktubu göndərilsin. Bunu ona görə etdilər ki, protokol yazıldıqdan sonra şikayətşiyə cavab məktubunda qeyd edirlər ki, hüquqlarınızın pozulduğu üçün tərəfinizdən müəssisə rəhbərinə İnzibati xətalar məcəlləsinə üyğun olaraq İnzibati xəta haqqında Protokol tərtib edilmiş və pozulmuş hüquqlarınızın bərpa edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. Məktub şikayətçinin adına poçt vasitəsi ilə göndərildikdən sonra ağaların göstərişi əsasında yazılmış protokol ləğv edilirdi və şikayətçiyə yazılan məktubla sonradan protokolun ləğv edilməsi anlaşılmamazlıq yaradırdı. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan X22 Xidməti Bakı şəhər İdarəsinin rəisi tərəfindən X22 Xidmətinin rəisinə verilmiş 17.11.2020-ci il tarixli, **********7 nömrəli təqdimatdan görünür ki, Azəbraycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin rəhbərliyinin iştirakı ilə keçirilmiş iclasda verilmiş tapşırıqlar əsasında Xidmətin Bakı şəhər İdarəsində icra müddəti gecikdirilmiş müraciətlər üzrə ilkin araşdırma aparılmışdır. Bildirir ki, X22 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları baş məsləhətçi-baş əmək müfəttişi X21, X24, X10, X11, X25, X4, X12, əmək müfəttişi X13 və X26 ayrı-ayrı vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol vermiş, müraciətləri araşdırılmanın icra müddəti bitməsinə baxmayaraq bu günədək vətəndaşlara cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən işçilərin icra fəaliyyətinin Xidmətin Daxili Nəzarət Şöbəsində araşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir. Təqdimata qoşma şəklində icra müddəti bitmiş müraciətlərin sayı əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin Rəyasət Heyəti iclasının 20 noyabr 2020-ci il tarixli, 35 nömrəli protokolundan görünür ki, iclasda 12 nəfər iştirak etmiş, iclasın gündəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhəri üzrə X5 təşkilatı komitəsi Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri X1 yazılı müraciəti əsasında Nazirlik yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X28 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi olmuşdur. İclasda eşidilmişdir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X28 barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi, gündəlikdəki məsələ ilə bağlı X5 Komitəsinin sədri B.Əzizov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi-baş əmək müfəttişi X28 barəsində Azəbraycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndini rəhbər tutaraq, Azəbraycan Respublikası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi məsələsinə münasibət bildirməklə bağlı Azərbbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məktub daxil olmuşdur. Eyni zamanda, həmin məsələ X22 Xidmətinin İlk Həmkarlar İttifaqı təşkilatında da, müzakirə edilib və qəbul olunmuş müvafiq qərar protokollaşdırılaraq təqdim edilmişdir. İclasda müzakirə olunmuşdur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin ilk Həmkarlar Təşkilatı Komitəsinin sədri X9 çıxış edərək bildirmişdir ki, X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X32 qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, vəzifə səlahiyyətlərini düzgün həyata keçirməmişdir. Bunları nəzərə alaraq, X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X15 əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair razılıq verilməsini xahiş etmişlər. Müzakirədən sonra məsələ səsə qoyulmuş, leyhinə 8, əleyinə 0 səs verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən və “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin Rəyasət Heyəti qərara almışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X28 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmə məsələsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 Komitəsi etiraz etmir. İşdə olan iddiaçı – X22 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunun məsləhətçisi – baş əmək müfəttişi X28 tərəfindən X22 Xidmətinin rəisin təqdim edilmiş izahatdan görünür ki, Ə.Baxşıyev öz izahatında bildirmişdir ki, Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun Xidməti məruzəsindən xəbəri yoxdur. Şikayətlərin gecikmə səbəbini ilk növbədə rəhbərlik onlardan soruşmalı və sözügedən nöqsanların nədən ibarət olduğunu dinləməli, bu nöqsanların aradan qaldırılması üçün tədbirlər görməli olduğu halda, onlardan izahat tələb olunması 2020-ci ilin noyabr ayının sonunda Nazirlik səviyyəsində keçiriləcək iclasda özlərinə haqq qazandırmaqdan başqa bir şey deyildir. DƏMX-nin rəhbərliyi ərizələrin gecikmə səbəblərini hamıdan yaxşı bilir, lakin, bunları aradan qaldırmaq barədə heç bir tədbir görmür. Yazmağı və oxumağı bilən 3-cü sinif şagirdi də, rəhbər vəzifələrə təyin edilsə, o da, xidməti məruzə yaza izahat tələb edə və yaxşı göstərişlər verə bilər. DƏMX-də və 2019-cu ilin dekabr ayının 26-dan fəaliyyətə başlayan DƏMX-nin Bakı şəhər İdarəsində bu günə qədər ümumiyyətlə bir dəfə də olsun iclas və yığıncaq keçirilməyib ki, onlar da, sözlərini desinlər. Üz-üzə görüşlərdə çatışmamazlıqlarla bağlı söz dedikdə kimin xoşu gəlmirsə, ərizəsin yazıb gedə bilər kimi fikirlər bildirilir, işçilərə normal iş şəraiti yaratmaq rəhbərliyin vəzifə borcudur. Vəzifə borcunu həyata keçirə bilməyən şəxslərin ondan xidməti məruzə yazmasına və izahat alınmasına qəti şəkildə öz etirazını bildirir. Əvvəla rəhbərlik ona normal iş şəraiti yaratsın (30 kv.m sahədə, 6 kompüter işlədirlər, pandemiya dövründə su, qaz, internet yoxdur, otaqda üst geyimində işləyirlər, məcburiyyət qarşısında qalıb bu problemləri aradan qaldırmaq üçün əmək haqqlarından dəfələrlə pul yığırlar) sonra tələblər irəli sürsün. Bildirir ki., öz işçilərinə normal iş şəraiti yarada bilməyən rəhbərlik milyonlarla işləyən işçilərin əmək hüquqlarını qoruya bilməz və onların normal iş rejimində işləməsinə Dövlət nəzarətini həyata keçirə bilməz. Nəzərə çatdırır ki, o, 1998-ci ilin yanvar ayından X7 baş əmək müfəttişi vəzifəsində işləyir, işlədiyi müddət ərzində bir dəfə də, olsun bülletendə olmamış və həmişə işinə vicdanla yanaşmışdır. Bakı şəhər İdarəsi yaranan gündən işləri saat 9-da başladığı halda, o, hər gün səhər saat 7-8 radələrində işdə olmuş və işini icra etmişdir. İstirahət və bayram günləri də işinin çoxluğunu nəzərə alaraq işləmişdir. Bunu elektron qaydada göndərdiyi sənədlər də, təsdiq edir. 2020-cı ilin oktyabr ayının 5dən, noyabr ayının 12-nə qədər 38 gün məzuniyyətdə olduğu halda isin çox olduğunu nəzərə alaraq, 38 günün 34 gününü işdə olmuş və işini icra etmişdir. Bütün bunları müavin, iki sektor müdürü və 20 müfəttiş təsdiq edə bilər. Onların sektorunda 15 müfəttiş olduğu halda, hal-hazırda 7-8 müfəttiş işləyir və ərizələrin çoxunu da, 3-4 müfəttiş icra edir. Belə olan halda, iş vaxtından artıq işləsələr də, çatdıra bilmirlər. Xahiş edir ki, 2019-2020-ci illərdə İddiaçı nə qədər şikayət araşdırdığını və neçə halda inzibati xəta haqqında protokol tərtib etdiyini araşdırasınız. Nəzərə çatdırır ki, ancaq bir maddə ilə 2019-2020-ci illərdə 4 halda İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə əsaslanaraq hüquqi səxslərə protokol tərtib etmiş qərardad verilərək məhkəmələrdə baxılmış və tərəfindən bütün hallarda rayon və appelyasiya məhkəmələri tərəfindən udulmuşdur. Rəhbərlik ondan xidməti məruzə yazmaqdansa və izahat tələb etməkdənsə məhkəmələr tərəfindən çıxarılan qərarların icrasına nəzarət edib 80000 (səksən min) manat məbləğin dövlət büdcəsinə keçirilməsi barədə tədbir görsə daha effektli olar. 2013-cü və 2014-cü ildə DƏMX-i üzrə ən çox şikayət ərizəsi araşdıran müfəttiş o, olmuşdur. Nəzərə çatdırır ki, o, 5 oktyabr 2020 ci il tarixində məzuniyyətə gedərkən icraatında olan bütün işlər ondan alınmalı və digər işçilərə paylanmalı idi. Bu qayda ədliyyə, məhkəmə prokurorluq, vergi və digər bütün orqanlarda tətdiq edilir. 12 noyabr 2020-ci il tarixində məzuniyyətdən qayıtmış, bu günə qədər 20-dən çox şikayət məktubu bağlayaraq imzaya göndərilib. Heç bir əsas olmadan bu məktubların çox qismi 3- 4 dəfə hər dəfə də bir bəhanə ilə geri qaytarılıb. Belə olan halda, əlbəttə ki, gecikmə olacaq. Bunun da, araşdırılmasını xahiş edir. Hal-hazırda az qalıb bir ili tamam olan şikayət məktubları var ki, protokol və qərar yazılmasına baxmayaraq bu günə qədər imzalanmayıb. Hərhansı bir vətəndaş bir şikayət ərizəsində 5-6 dövlət qurumuna müraciət edir və bütün dövlət qurumlarıda şikayətləri aidiyyəti üzrə onlara göndərir. Bakı şəhər İdarəsi yaranana qədər bölgədə bu işlərə nəzarət edən şəxslər şikayətin bir şəxsə məxsus olduğunu, eyni məzmunlu olduğunu nəzərə alaraq hamısını baxılması üçün bir müfəttişə həvalə edilirdi və qayda qanun var idi. Ancaq DƏMXnın Bakı şəhər İdarəsi yarandıqdan sonra bir nəfərə məxsus eyni məzmunlu 5-6 şikayət məktubu baxılması üçün 3-4 müfəttiş arasında bölüşdürülür. Müəssisə rəhbərliyi ilə əlaqə saxlandığı təqdirdə onlar haqlı olaraq irad tuturlar ki, bu necə müfəttişlikdir ki, eyni adamın eyni məzmunlu şikayəti əsasında Bakı şəhər İdarəsindən Elgün müəllimin, Sadiq müəllimin, Araz müəllimin adından onlara məktublar gəlib. Rəhbərlik adi qaydalara riayət edə bilmir. Qısa olaraq bildirir ki, ərizə və şikayətlərin gecikmə səbəbi pandemiya dövrünə təsadüf etdiyi, müəssisə və idarələrin işləməməsi, sektorda iş yükünün onun və bir neçə müfəttişin üzərinə düşməsi, əmək şəraitinin bərbad vəziyyətdə olması ESDAS-ın bir gün işlədikdə dörd gün işləməməsi, skan bir həftə işlədikdə bir həftə işləməməsi (dəfələrlə kənardan usta dəvət etmişlər), vətəndaş müraciətlərinin rəhbərlik tərəfindən tələbə uyğun araşdırılmasına imkan verilməməsi, pandemiya dövründə şikayətçilərin DƏMX-nin Bakı şəhər idarəsinə kütləvi şəkildə dəvət edilərək izahatın alınması tələbi DƏMX-nin Bakı şəhər idarəsinin bir yerdə olmaması, qərar yazmaq və hər-hansı bir işlə əlaqədar Yasamal rayonunda yerləşən Bakı şəhər İdarəsinə getmələri. (2 saat yola vaxt gedir, ən azı da 2-3 saat Bakı şəhər İdarəsində olurlar və bütün iş günü boşa gedir) Əlavə olaraq bildirir ki, məhkəmələrdə müfəttişliyin işi ilə əlaqədar, 3-cü şəxs qismində, İcra və Probasiya şöbələrinə, mühasibatlıq ekspertizasına ən çox cəlb edilən müfəttişlərdən biri də, odur. Bildirir ki, yuxarıda qeyd etdiyi səbəblərdən müraciətlərin gecikməsi halhazırda bütün əməkdaşlarda mövcuddur. 23 il fəaliyyəti dövründə müfəttişlik bu cür acınacaqlı vəziyyətə düşməmişdir. Müfəttişlikdə kadr islahatının düzgün aparılmaması vəziyyətin bu həddə gəlib çıxmasına səbəb olmuşdur. Müraciətlərin gecikdirilməsinin aradan qaldırılması ilə bağlı tərəfindən tədbirlər görülür və noyabr ayının sonuna qədər aradan qaldırılacaq. Cənab Prezident çıxışlarında savadı, biliyi, dövlətçiliyi, millətçiliyi olan gənclərə vəzifə verilməsini irəli çəkilməsini tövsiyə etmişdir. Bəzi məmurlar bundən sui-istifadə edərək cənab prezidentin ancaq bir sözünü (cavan kadr) əsas götürürlər. O, bilsə ki, işə götürüləcək gənc kadr onun gördüyü işlərin 70-80 faizini görə biləcək, bu gün ərizə yazıb işdən çıxar. İşdə olan X22 Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış **********7 nömrəli, 24.11.2020-ci il tarixli yazılı məruzədən görünür ki, X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun darənin bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə 17.11.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Xidmət rəhbərliyinin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırma aparılmış və İdarənin əməkdaşları - baş məsləhətçi - baş əmək müfəttişləri X24, X11, X25, X4, X12, əmək müfəttişləri X13 və X20 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdikləri, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduqları müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşları K.Əİiyev, E.Gülüşov, Ə.Baxşıyev, C.Fərhadov, E.Hacıyev, Q.Əliyev və E.Əliyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq dərkənarla icrası onlara tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericiliklə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda, ESDAS-a baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına Xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adları qeyd olunan əməkdaşlar tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Əməkdaşlar üzrə işə alınmasına imtina edilmiş sənədlərin sayı aşağıdakı kimi olmuşdur:- X28 - 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1 və 4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50 ədəddir; - X6 -1 imtina verilmiş sənədi mövcuddur; - X29 - 2 dəfə imtina verilmiş sənəd sayı 4, 3 dəfə imtina verilmiş sənəd sayı 3dür. Ümumi imtina sayı 27 ədəddir; - X30 - 2 dəfə imtina verilmiş sənəd sayı 4, 3 dəfə imtina verilmiş sənəd sayı 1 -dir. Ümumi imtina sayı 20 ədəddir; - X16 - 3 dəfə imtina verilmiş sənəd sayı 2 ədəddir. Ümumi imtina sayı 24 ədəddir; - X17 - 2 dəfə imtina verilmiş sənəd sayı 2, 3 dəfə imtina verilmiş sənəd sayı 1 ədəddir. Ümumi imtina sayı 19 ədəddir; - X18 - 2 dəfə imtina verilmiş sənəd sayı 5 ədəddir. Ümumi imtina sayı 17 ədəddir. Qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq baş məsləhətçi baş əmək müfəttişləri X24, X11, X25, X4, X12, əmək müfəttişləri X13 və X26 barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Münasibət bildirməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinə ünvanlanmış 18 nömrəli, 25 noyabr 2020-ci il tarixli, “Birləşmiş X2 razılığının təqdim edilməsi haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçılə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilmiş məruzəyə əsasən Nazirlik yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən X25 öhdəsinə düşən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********3 nömrəli, 27 noyabr 2020-ci il tarixli, “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” əmrin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçibaş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı 27 noyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 16 sentyabr 2014-cü il tarixdən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X22 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və işin hallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı barəsində qəbul etdiyi **********3 saylı, 27.11.2020-ci il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmrə əsasən iddiaçı tutduğu vəzifədən azad olunan zaman onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmin əmrə əsas kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi yanında X22 Xidmətinin 24 noyabr 2020-ci il tarixli, **********7 nömrəli xidməti məruzəsi göstərilmişdir. Həmin məruzədən müəyyən edilmişdir ki, X22 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 bəzi əməkdaşlarının vəzifə funksiyalarının icrası zamanı yol verdikləri nöqsanlar barədə 17.11.2020-ci il tarixli, **********7 nömrəli təqdimatı əsasında Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Xidmət rəhbərliyinin Bakı şəhər İdarəsində vətəndaş müraciətlərinin icrası ilə bağlı tapşırığına əsasən ilkin araşdırma aparılmış və İdarənin əməkdaşları - baş məsləhətçi - baş əmək müfəttişləri X24, X11, X25, X4, X12, əmək müfəttişləri X13 və X20 vətəndaşların müraciətlərinin araşdırılması zamanı nöqsanlara yol verdikləri, müraciətlərin icra edilməsi zamanı qanunvericiliyin tələblərini pozduqları müəyyən edilmişdir. Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı təqdimatda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, Bakı şəhər İdarəsinin əməkdaşları K.Əİiyev, E.Gülüşov, Ə.Baxşıyev, C.Fərhadov, E.Hacıyev, Q.Əliyev və E.Əliyev tərəfindən 2019-cu ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr ərzində müvafiq darkənarla icrası onlara tapşırılmış vətəndaş müraciətlərinin baxılması zamanı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini kobud şəkildə pozulduğu, müraciətlərə baxılması üçün qanunvericiliklə təyin edilən müddətləri ötürməklə cavab verildiyi, bir çox hallarda araşdırmaların natamam və səthi aparıldığı müəyyən edilmişdir. Nəticədə, vətəndaşlar tərəfindən Nazirliyin “142 Çağrı Mərkəzi”nə, elektron poçt ünvanı, sosial şəbəkələr və yazılı ərizələr vasitəsilə Xidmətə çoxsaylı şikayət məktubları ünvanlanmışdır. Eyni zamanda, ESDAS-a baxış zamanı məlum olmuşdur ki, vətəndaş müraciətlərinin düzgün araşdırılmasına Xidmətin Əməyin sosial-hüquq məsələlərinə nəzarət şöbəsi tərəfindən nəzarət həyata keçirilərkən bir çox hallarda təqdimatda adları qeyd olunan əməkdaşlar tərəfindən müraciətlərin qanunvericiliyə uyğun baxılmaması səbəbindən işə alınmasından imtina edilmiş və düzgün araşdırmanın təmin edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. X28 - 2 dəfə imtina verilmiş sənəd sayı 10, 3 dəfə imtina verilmiş sənəd sayı 1 və 4 dəfə imtina edilmiş sənəd sayı 2-dir. Ümumi imtina sayı 50 ədəddir. Qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli), 18.0.5ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq baş məsləhətçi - baş əmək müfəttişləri X24, X11, X25, X4, X12, əmək müfəttişləri X13 və X26 barələrində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla yanaşı, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X5 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı şəhər İdarəsinin Əməyin mühafizəsi məsələləri üzrə müraciətlərin baxılması sektorunda baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən X19 öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaş aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək dövlət qulluqçularının əsas vəzifələrinə aiddir. Həmçinin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 33.1.6-ci maddəsinə əsasən dövlət qulluqçusu Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə, dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, barəsində intizam tənbehi tətbiq edilərkən həmkarlar təşkilatının razılığı alınmamış, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbi pozulmuşdur. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittiqafı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsində həmin Məcəllənin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslar olduğu halda işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və c) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh müvafiq əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X5 Komitəsinin rəyini də, almışdır. Yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar