Məhkəmə qərarları › İş №2-1(112)-3382/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3382/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3382/2020 08.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında xx xxxxxxxx 2020-ci il tarixdə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Hərbi Polis Şöbəsində təhqiqatçı vəzifəsində leytenant hərbi rütbəsilə xidmətə başlamışdır. Hərbi polis şöbəsi rəisinin əmri ilə Gəncə Qarnizonu Hərbi Prokurorluğuna ezam olunmuşdur. Gəncə Hərbi Prokururunun əmri ilə döyüş əməliyyatları gedən bölgələrə xüsusi tapşırıqla ezam olunmuş və ondan tapşırılmış əmr və göstərişləri yerinə yetirib geri qayıtmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Respublika Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə müraciətlər etmiş, lakin imtina cavabları almışdır. İddiaçı ona “Müharibə veteranı" adının verilməsindən ötrü Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, lakin onun ezamiyyətə göndərilməsi barədə əmrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün olduğu göstərilmədiyindən ona imtina olunmuşdur. Müdafiə Nazirliyinin rəsmisinin ona göndərdiyi imtina məktubunu əsassız sayır və hesab edir ki, məhkəmə onun pozulmuş hüququnu bərpa edəcəkdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli, 11/2372 saylı yazılı etirazında göstərilmişdir ki, iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. İddiaçının ezamiyyətə göndərilməsi döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığından ona “Müharibə veteranı" adının verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün hərbi qulluqçu ya döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməli, ya döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş tapşırığının və ya döyüş təminatı ilə baqlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalıdır. İddiaçının ezamiyyətə göndərilməsi barədə əmrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün olduğu göstərilmədiyindən imtina "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, dövüs əməliyyatları aparanhərbi hissələrə vəya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmə-si-nə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məh-kəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlu-mat verilməmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclasında iştirak etməmiş, iddia ərizəsində işə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzi-bati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məc­bur­­etmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqın-da iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2019cu il 1/M-16192 saylı məktubundan müəyyən edilir ki, İddiaçı “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan rayonlara ezam olunmağı döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir; - Müdafiə Nazirliyinin İşlər X2 tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2018-ci il tarixli 9/2-12024 saylı arayışında aşağıdakılar göstərilmişdir: Gəncə Hərbi Polis şöbəsi rəisinin xx xxxxxx 1992-ci il tarixli 68 № li əmrində (əsas: səh-42 § 5, qeyd: adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır.) «Я.Д. Мамедов»un müdafiə nazirinin əmrinə əsasən “leytenant hərbi rütbəsi verilməklə” baş təhqiqatçı vəzifəsinə təyin edilərək x xxxxxx 1992-ci il tarixdən vəzifəsinin icrasına başlanmış hesab edilməsi barədə məlumat vardır. Gəncə Hərbi Polis şöbəsi rəisinin xx xxxxxx 1992-ci il tarixli 96 № li əmrində (əsas: səh-59 § 2, qeyd: adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır.) baş təhqiqatçı leytenant «Я.Д. Мамедов»un xx.xx.1992-ci il tarixdən staj və kömək üçün Gəncə Qarnizonu hərbi prokurorluğuna göndərilməsi barədə məlumat vardır; - Gəncə Qarnizonu Hərbi Prokurorluğu üzrə 99 №-li xx.xx.1992-ci il tarixli əmrdən çıxarışda göstərilmişdir ki, İddiaçı Gəncə şəhəri hərbi polis şöbəsinin təhqiqatçısı xx.xx.1992-ci ildən 11 gün müddətinə Kəlbəcər rayonu döyüş zonasına ezamiyyətə göndərilmiş hesab edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1992-ci il 38 № li əmrə əsasən əmək haqqı 3 qatla ödənilsin; - Gəncə Qarnizonu Hərbi Prokurorluğu üzrə 99 №-li xx.xx.1992-ci il tarixli əmrdən çıxarışdan görünür ki, İddiaçı Gəncə şəhəri hərbi polis şöbəsinin təhqiqatçısı xx.xx.1992-ci ildən Kəlbəcər rayonu döyüş zonasından qayıtmış hesab edilsin; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 79-283 saylı arayışdan görünür ki, Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən istefada olan baş leytenant 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ SQ-də əsgər kimi, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək zabit kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir və “Hərbi xidmət haqqında” Azərbaycan Qanununun 18-ci maddəsinin 2 bəndinə əsasən (xidməti uyğunsuzluqla görə) ehtiyata buraxılmışdır. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılaraq döyüş əməliyyatları aparılan rayonlara ezam olunmağı döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş əməliyyatları aparılan rayonlara ezam olunması döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır. Belə olan halda həmin şəxsə veteran adının verilməsi qanunauyğun sayıla bilməz. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540­cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN:MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar