Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3382/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “sərəncamda dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı sərəncamda müvafiq dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2004-cü il tarixdə mənzil növbəsinə qəbul edilmiş hesab olunmağı barədə Yasamal RİH Başçısının 547 №-li xx.xx.2022-ci il tarixli sərəncamında müvafiq dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X6 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Yasamal RİH Başçısının “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 547 №-li sərəncamında dəyişiklik edilərək, İddiaçı xx.xx.2006-cı il tarixdən İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sağlamlıq imkanı məhdud olan uşaq olmuşdur. xx.xx.2004-cü il tarixdə isə ona 1 saylı Zona TSEK tərəfindən 3-cü qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. O, Yasamal RİH Başçısının 547 №-li, xx.xx.2022-ci il tarixli sərəncamı ilə ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə 3-cü qrup gözdən əlillərin güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. Lakin hesab edir ki, o xx.xx.2004-cü il tarixdən, yəni ona 3-cü dərəcəli əlillik qrupu təyin edildiyi vaxtdan mənzil növbəsinə qəbul olunmuş hesab edilməlidir. xx.xx.2004-cü il tarixdən mənzil növbəsinə qəbul edilmiş hesab edilməsi barədə xahişlə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Yasamal RİH-nin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın onun barəsində qəbul etdiyi sərəncamında dəyişiklik edilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar İş materiallarında olan: AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 06 may 1988-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən (surəti) görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı atası qrafasında X10, ana qrafasında X12 qeyd olunmuşdur. xx.xx.1989-cu il tarixdə verilmiş evlənmə haqqında şəhadətnamədən (surəti) görünür ki, X10 ilə X12 xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Xankişiyeva soyadı verilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Nərimanov RİH Başçısı) “X4 yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə” 122 №-li, xx.xx.1993-cü il tarixli sərəncamından (surəti) görünür ki, qeyd olunan sərəncamla X4 4 nəfər ailə tərkibi ilə (özü, əri, 2 oğlu) mənzil növbəsinə götürülməsi (yaşayış yeri üzrə) və ümumi əsaslarla siyahıya salınması qərara alınmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 31506/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2004-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Yasamal RİH-nin 5-21/2-2113/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: Yasamal RİHB-nın “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” 547 №-li, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla ilə İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı - Xankişiyeva Əzizə, qızları - Rəsmiyyə, Xankişizadə Ayla) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. Yasamal RİHB-nın “Cavabdeh Başçısının 547 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına dəyişiklik edilməsi haqqında” 208 №-li, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla Yasamal RİHB-nın 547 №-li, xx.xx.2022-ci il tarixli sərəncamına dəyişiklik edilməsi; X9 atasının mənzil növbəsinə əlavə edilməsi; İddiaçı 5 nəfər ailə tərkibi (özü, arvadı - Xankişiyeva Əzizə, qızları - Xankişiyeva Rəsmiyyə, Xankişizadə Ayla, oğlu - Xankişiyev Ümüd) ilə İİİ qrup gözdən əlillərin güzəştli mənzil növbəsi siyahısında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********70 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı və X7 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Yasamal RİH-nin 5-21/2-46/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Yasamal RİHB-nın 543 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən X1 Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.1993-cü il) ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür, mənzil uçot siyahısında sıra nömrəsi 1757-dir. Məktuba əlavə olunmuş: Nərimanov RİHB-nın “R.S.Xankişiyevanın Nərimanov RİH-də ümumi əsaslarla olan mənzil növbəliliyindən çıxarılması barədə” 358 №-li, xx.xx.2022-ci il tarixli sərəncamdından görünür ki, X2 Nərimanov RİH-də xx.xx.1993-cü il tarixdən ümumi əsaslarla olan mənzil növbəliliyindən çıxarılmasın və mənzil uçot işi üzrə mənzil növbəliliyinin Yasamal RİH-yə göndərilməsi qərara alınmış, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə bu sərəncamın surətlərinin vətəndaş R.S.Xankişiyevaya və Yasamal RİH-yə göndərilməsinin təmin edilməsi həvalə edilmişdir. Yasamal RİHB-nın “X3 mənzil növbəsinə qəbul edilməsi haqqında” 543 №-li, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, qeyd olunan sərəncamla X4 8 nəfər ailə tərkibi (özü, əri- Xankişiyev Qərib, oğulları Xankişiyev İntiqam, Xankişiyev Pərvin, gəlinləri Xankişiyeva Günel, Xankişiyeva Rəna, nəvələri Xankişiyev Uğur, Xankişiyev Qərib) ilə yaşayış yeri üzrə mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.1993-cü il) ümumi əsaslarla mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçı (nümayəndəsi X6) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Yasamal RİH-nin 5-21/2-X-33-068/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, o, yaşayış yeri üzrə Yasamal RİHB-nın 208 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamı ilə İİİ qrup gözdən əlillərin güzəştli mənzil növbəsinə götürülmüşdür. Ərizədə qeyd olunmuş mənzil növbəliliyinin tarixinin dəyişdirilməsi ilə bağlı məsələ RİH-nin səlahiyyətləri xaricində olduğundan xahişinin yerinə yetirilməsi mümkün deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43. Mənzil hüququ İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq (21 avqust 2021-ciil tarixədək olan redaksiyada). ... Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı. 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6 Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 №li qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti İV sesiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları". Həmin Qaydaların 7.8-ci bəndinin 2-ci abzasına əsasən bu yarımbənddə göstərilən şəxslərlə birlikdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi. Maddə 58. Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mübahisə ilə bağlı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixdən İİİ dərəcəli gözdən əlilliyi olan şəxs kimi müddətsiz əlillik təyinatı aparılmış və o, Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olmaqla cavabdehə müraciət edərək, ailə tərkibi ilə (özü, arvadı və uşaqları) mənzil növbəsinə götürülməsini barədə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 547 №-li, xx.xx.2022-ci il tarixli sərəncamı ilə İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı - Xankişiyeva Əzizə, qızları - Rəsmiyyə, Xankişizadə Ayla) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmış, daha sonra cavabdehin 208 №-li, xx.xx.2023-cü il tarixli sərəncamı ilə 547 №-li, xx.xx.2022-ci il tarixli sərəncama dəyişiklik edilərək, X9 atasının mənzil növbəsinə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqan tərəfindən həyata keçirilir. Mənzil uçotuna güzəştli şərtlərlə ancaq ər və ya arvad, yetkinlik yaşına çatmayan övladlar, habelə özünə ailə qurmayan yetkinlik yaşına çatan övladlar qəbul edilirlər. Göründüyü kimi Yasamal RİH qanunun tələblərinə riayət etməklə iddiaçı və onun ailə üzvlərini (arvadı və uşaqları) maneəsiz mənzil növbəsinə götürmüşdür. Lakin sonradan iddiaçı onun xx.xx.2004-cü il tarixdən İİİ dərəcəli gözdən əlilliyinin müəyyən olunduğunun nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən mənzil növbəsinə qəbul edilmiş hesab olunmağı barədə xx.xx.2022-ci il tarixli sərəncamda müvafiq dəyişiklik edilməsini xahiş etmiş, Yasamal RİH-nin 2023-cü il 18 oktyabr tarixli məktubu ilə iddiaçıya cavab olaraq məlumat verilmişdir ki, qeyd olunan məsələ RİH-nin səlahiyyətləri xaricində olduğundan xahişinin yerinə yetirilməsi qeyri-mümkündür və bununla bağlı iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası düzgün və ədalətli olmamışdır. Belə ki, işin mübahisələndirilməyən hallarından həmçinin müəyyən olunur ki, xx.xx.1988-ci il təvəlldlü İddiaçı yetkinlik yaşına çatmayan şəxs olaraq anası ilə birgə xx.xx.1993-cü il tarixdən artıq ümumi əsaslarla mənzil növbəsində olmuşdur. Qeyd olunanları və hazırda iddiaçının yetkinlik yaşına çataraq ailə həyatı qurması, həm də xx.xx.2004-cü il tarixdən əlilliyinin müəyyən olması hallarının mövcud olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onun güzəştli mənzil növbəsinə qəbul edilməsi 18 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən müəyyən olunmalıdır. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixdən İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, Yasamal RİHB-nın “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 547 №-li sərəncamında dəyişiklik edilərək, İddiaçı xx.xx.2006-cı il tarixdən İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsinin Yasamal RİH-yə həvalə edilməsi barədə iddiaçının iddiası təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhəri Cavabdeh Başçısının “İddiaçı güzəştli mənzil növbəsinə qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 547 №-li sərəncamında dəyişiklik edilərək, İddiaçı xx.xx.2006-cı il tarixdən İİİ qrup gözdən əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilməsi vəzifəsi Bakı Şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3382/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3382/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver