Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3384/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 və Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 3cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, hesabatın və hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi və avtomaşının yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 və Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 3cü şəxslər qismində məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “X8” markalı, 90 NF-309 dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2014-cü il tarixli hesabatın etibarsız hesab edilməsi, Bakı şəhəri üzrə “İxtisaslaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də açıq hərracda keçirilən həmin avtomaşınının satılmasına dair xx.xx.2014-cü il tarixli, 82/02 saylı protokolun etibarsız hesab edilməsi və “X8” markalı, 90 NF-309 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək ondan kredit müqaviləsinə əsasən 26.500 ABŞ dollar əsas borc, 4.730,29 ABŞ dollar faiz borcu, 2.000 ABŞ dollar dəbbə pulu olmaqla, cəmi 33.230,29 ABŞ dollar borcun ödənişin icra edildiyi gün üçün AR Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, onun mülkiyyətində olan “X8” markalı, 90 NF-309 dövlət qeydiyyat nişanlı minik avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunan vəsaitin 33.230.29 ABŞ dollar ödənişin icra edildiyi gün AR Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla pul iddiaçının hesabına keçirilməsi qət edilmişdir. Xətai rayon İcra şöbəsinin xx/xx-5438/7 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən onun mülkiyyətində olan sözü gedən avtomaşının qiymətləndirilməsi aparılmışdır. Sonuncunun verdiyi hesabata əsasən avtomaşının qiyməti 11.500 manat təşkil etmişdir. Xətai rayon İcra şöbəsinin xx/xx-9947/7 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də açıq hərrac keçirilmiş və xx.xx.2014-cü il tarixdə həmin avtomaşın 10.500 manata X1. O, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən onun mülkiyyətində olan sözügedən avtomaşının qiymətləndirilməsi barədə verdiyi hesabatla razı deyil, belə ki, avtomaşının qiymətləndirilməsinin kimin tərəfindən və hansı qiymətə qiymətləndirilməsi barədə onun xəbəri olmamış və ona bu barədə qiymətləndirməni keçirən MMC və Xətai rayon İcra şöbəsi heç bir məlumat verməmişdir. Avtomaşın açıq hərracda satılarkən ona bu barədə məlumat verən olmamış, onu hərraca dəvət etməmişlər və ona məxsus avtomaşını gizlincə ucuz qiymətə Bankın nümayəndəsi X4 öz qohumun adına almış və sonra isə baha qiymətə satmışdır. Halbuki, iddiaçı hərracda işitrak etsəydi öz atomaşınını özü ala bilərdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(011)-2724/2013 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin İddiaçı qarşı iddiası qismən təmin edilərək, X3 cəmi 33.230,29 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması, X5 mülkiyyətində olan “X8” markalı, **-NF- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunan vəsaitdən 33.230,29 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(011)- 2724/2013 saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra (hazırda İcra və probasiya) şöbəsinə göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCninxx.xx.2014-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ından görünür ki, İddiaçı məxsus "X12" markalı ** NF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qiyməti 11.500 manat məbləğində qiymətləndirilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 82/02 №li “Açıq hərracın nəticələri haqqında yekun Protokol”undan görünür ki, xx.xx.2014-cü il tarixdə ünvan 1 (20A), 1933 məhəllə ünvanında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən İddiaçı məxsus "X12" markalı ** NF *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alqı-satqısı həyata keçirilmiş və bununla bağlı xx.xx.2014-cü il tarixdə 82/02 saylı protokol imzalanmışdır. Hazırda iddiaçı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2724/2013 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı özünə məxsus “X10” markalı, **-NF- *** qeydiyyat nişanlı avtomobilin hərracla bağlı qiymətləndirilməsini və həmin avtomibilin satılmasına dair keçirilən hərracın nəticələrini mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericiliyin tələbinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, Maddə 44). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Azərbaycan Respublikası Mülki Məcəlləsi, Maddə 416) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki iddia ərizəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 və Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 3cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, hesabatın və hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi və avtomaşının yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3384/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3384/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver