Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3384/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1994-cü ildə şəhid olmuş qardaşı X6 görə, atasına ödənilməmiş Prezident təqaüdünün almadığı hissəsinin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü ildə şəhid olmuş qardaşı X6 görə, atasına ödənilməmiş Prezident təqaüdünün almadığı hissəsinin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının xx.xx.1965-ci il təvəllüdlü qardaşı X11 İ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. xx.xx.1994-cü il tarixdə 2-ci şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhid olmuş xx.xx.1965-ci il təvəllüdlü qardaşı R.Səmədovun adına xx.xx.1994-cü il tarixdə Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. X1 və atası X9 “Şəhid ailəsi” statusu almışlar. Anası L.Səmədova Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü ölən günə kimi almış, atası X9 isə almamışdır. L.Səmədova 25 may 2009-cu il tarixdə qara ciyər çatmamazlığından vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 29 may 2009-cu il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Atası A.Səmədov 28 yanvar 2012-ci tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 20 fevral 2013-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı mərhum atasına düşən, vaxtı ilə almadığı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq istyir. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişdir. 16 fevral 2019-cu il tarixdə Bakı Şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, № 5-21/2- Ə213- 055/2024 nömrəli cavaba əsaəsn, bildirmişdilər ki, qardaşı X5 xx.xx.1994-cü il tarixində İ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları“na uyğun olaraq ona şəhid statusu verilmiş və adı Yasamal rayonu şəhidlərinin adlı siyahısında qeyd olunmuşdur. Bundan sonra, iddiaçı xx.xx.2024-cü il rarixdə Şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün alınmayan məbləğini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına məktub ünvanlayaraq, məlumat üçün bildirmişdir ki, ünvan 1 olmuş, xx.xx.1939-cu ildə doğulmuş, xx.xx.2012-ci ildə vəfat etmiş X4 mirası ilə əlaqədar olaraq İddiaçı müraciəti əsasında Bakı şəhəri 5 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Qeyd olunanlara əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mərhum X4 adına alınmamış Şəhid ailəsi üzərində Prezident təqaüdünün olub-olmaması barədə məlumat verilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtinasında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 31 avqust 2024-cü il tarixli, № 3-17-1/2-Ə-209226/2024 nömrəli məktubuna əsasən, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinində Dayanıqlı və Opürativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Məzrkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır... Məlumat üçün bildirlir ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən şəhid X5 atası X4 şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması ilə bağlı müraciəti aşkarlanmamışdır. Qeyd olunanlara əsaəsn bildirilmişdir ki, Arif Səmədovun müraciəti olmadığından Rauf Səmədovun şəhid olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü ailə üzvlərinin - ər-arvadın, valideynlərini 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Qaydanın 5-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Məlumat üçün bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən şəhid X5 atası X4 şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması ilə bağlı müraciəti aşkarlanmamışdır. Qeyd olunanlara əsasən, Arif Səmədovun müraciəti olmadığından Rauf Səmədovun şəhid olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi qanunvericiliklə mümkün hesab eddmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri izah edilmiş və dinlənilmə hüququ təmin olunmuşdur. Nəzərinə çatdırılmışdır ki, hazırkı iddia üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yaranmışdır. Belə ki, iddiaçı atasına ödənilməli olan Prezident təqaüdünün ona ödənilməsini tələb etməkdədir ki, faktiki olaraq həmin tələb sırf şəxsi hüquq olduğundan atasına məxsus olmaqla sağlığında atası tərəfindən bu hüququn həyata keçirilməsi üçün hər-hansı müraciət olmamışdır. Bu hüquq isə vərəsəlik qaydasında keçə bilmədiyindən və hüquq varisliyinə yol vermədiyindən, iddiaçı atası tərəfindən realizə edilməmiş hüququn həyata keçirilməsi üçün onun vəfatından sonra onun adından vərəsə qismində müraciət etmək hüququna malik deyildir. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı mərhum atasının almamış olduğu Preziden təqaüdünün təyin edilməsinə, hesablanmasına və atasının vərəsəsi olduğu üçün iddiaçıya ödənilməsinə nail olmaqdan ibarətdəri. Lakin bu hüquq şəxsi hüquq olduğundan, atası tərəfindən sağlığında belə bir müraciət edilmədiyindən, həmin hüququn vərəsəlik qaydasında keçməsi yolverilməz olduğundan, qanunverici iddiaçıya atasının adından qeyd edilən ödənişi vərəsə qismində tələb etmək kimi subyektiv hüquq tanınmamaqdadır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1994-cü ildə şəhid olmuş qardaşı X6 görə, atasına ödənilməmiş Prezident təqaüdünün almadığı hissəsinin birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2-1(112)-3384/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3384/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver