Məhkəmə qərarları › İş №2-1(112)-3388/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3388/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3388/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı: İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “xx.xx.2021-ci il tarixli qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Biləcəri Bələdiyyəsininxx.xx.2021-ci il tarixli 14 saylı qərarın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X6 Komitəsi tərəfindən özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 3 ünvanda yerləşən "xxxx" Səhmdar Firması FTİ-nin Oksigen istehsalı sexinin yerləşdiyi 10670 kv/m olan torpaq sahəsi qanunvericiliyə uyğun satın alınmasına dair xx.xx.2007-ci il tarixdə 000528 sayla qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Əlavə olaraq həmin əmlaka dair xüsusi mülkiyyətini təsdiq edən digər hər-hansı bir sənəd yoxdur. Bundan başqa, iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə X6 Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 3 ünvanda yerləşən “AzQur" Səhmdar Firması FTİ-nin Oksigen istehsalı sexini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınmasına dair xx.xx.2007-ci il tarixdə 001287 sayla qeydiyyat aparılmaqla Şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, “Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Həmin əmlaka dair xüsusi mülkiyyətini təsdiq edən digər hərhansı bir sənəd yoxdur. Bu səbəbdən qeyd olunan əmlak xüsusi mülkiyyətində olmadığı üçün əmlak vergisi hesablana bilməz. Vergi Məcəlləsinn 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri vergitutma obyekti sayılır. xx.xx.2021 -ci il tarixdə Binəqədi İcra Məmuru tərəfindən iddiaçıya bildirilmişdir ki, barəsində Biləcəri Bələdiyyəsinin qərarı ilə 3933 (üç min doqqu yüz otuz üç) manat məbləğində pulun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin hesabına ödənilməsi üçün işin icrası ona tapşırılıb. Qanunvericiliyin tələbinə uyğun olaraq yuxarıda göstərilən əmlaklar iddiaçının xüsusi mülkiyyətində deyildir. X3 Məcəlləsinin 200.4-cü və 208.3-cü maddələrinə əsasən verginin ödənilməsi barədə tədiyə bildirişini iddiaçıya (vergi ödəyicisinə) avqustun 1-dən gec olmayaraq verilmə öhdəliyi olmasına baxmayaraq, tədiyə bildirişini göndərmədən, Biləcəri Bələdiyyəsinin sədri E.C. Cabbarov tərəfindən xx.xx.2021-ci il tarixli 14 saylı Torpaq və əmlak vergi borcunun ödənilməsi tələbinə dair qərar çıxarmışdır. Qərarda qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan- Binəqədi şossesi 3 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü vətəndaş İddiaçı 3933 manat məbləğində pulun ödənilməsinə məcbur edilmisiniz. Prosedur qaydaları pozulararaq Biləcəri Bələdiyyəsi tərəfindən xəbərdarlıq məktubu və tədiyyə bildirişi bu günə gədər iddiaçıya göndərməmişdir. Sözügedən qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli №108939/2021-14-29- 0041 saylı tələbin könüllü icrası haqqında bildiriş iddiaçıya xx.xx.2021 -ci ildə təqdim edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən Bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1- dən gec olmayaraq verməlidirlər və Vergi Məcəlləsinin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə — həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Vergi Məcəlləsinin 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır və Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Qeyd olunalara baxmayaraq, X3lərin hesablanmasını düzgün aparmamış və cari ilədək vergilərin hesablanması haqqında tədiyyə bildirişini iddiaşıya (vergi ödəyicisinə) göndərməyib. Bu da Vergi Məcəlləsinin 5.0.3-cü, 197.1.1 -ci və 200.4-cü maddələrinin kobud şəkildə pozulması deməkdir. Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir və Vergi Məcəlləsinin 208.1 -ci maddəsinə əsasən Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Eyni zamanda həmin sahədə hal-hazırda məcburi köçkünlər məskunlaşdığı bildirilmişdir. Torpağın sənədinin olmadığından onun təyinatını müəyyən etmək mümkün deyildir. Həmin torpağdan sahibkarlıq məqsədi üçün istifadə olunmur və torpaqlar məcburi köçkünlər tərəfindən tutulduğu üçün iddiaçının istifadəsində olmadığı və hətta həmin əraziyə daxil olmaq mümkün olmadığı bildirilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 12.2017-ci il tarixli məktubda Ağdam rayonundan məcburi küçkün X1 4 nəfər ailə tərkibi ilə birgə və Kəlbəcər rayonundan məcburi köçkün X2 mübahisəli əmlakda məskunlaşmışdığı bildirilmişdir. Bələdiyyə qərarının qəbul edilməsinə əsas olmuş daşınmaz əmlaklar iddiaçının xüsusi mülkiyyətində olmamış və hazırda həmin ərazidə məcburi köçkünlər məskunlaşmışdır. İddiaçı hesab edir ki, Biləcəri Bələdiyyəsinin sədri E.C. Cabbarov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli 14 saylı torpaq və əmlak vergi borcunun ödənilməsi tələbinə dair qərar etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 31 mart 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil olunmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin “Torpaq və əmlak vergi borcunun ödənilməsi tələbinə dair” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarının surəti; - Bakı şəhəri Binəqədi rayonu İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surəti; - Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tədiyyə bildirişinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli vergi və vergi ödənişləri haqqında Xəbərdarlıq məktubun surəti; - Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli, 001287 nömrəli Şəhadətnamənin surəti, - Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli, 000528 nömrəli Şəhadətnamənin surəti,

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın müəyyən etmə və ya tanınma haqqında iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavadehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddia əsaslı olmadığından təmin edilməməlidir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri bələdiyyəsi tərəfindən “torpaq və əmlak vergi borcunun ödənilməsinə dair” xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərar qəbul edilmiş və qərarla vətəndaş İddiaçı 3933 (üç min doqquz yüz otuz üç) manat məbləğində vergi məbləği hesablanmışdır. İddiaçı hazırki iddia ilə ona hesablanmış vergi borcunun əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsi tərəfindən iddiaçıya 3933 (üç min doqquz yüz otuz üç) manat məbləğində əmlak və torpaq vergisinin bələdiyyənin hesabına ödənilməsi barədə xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişi göndərilmişdir. Həmin bildirişdə, iddiaçı tərəfindən vergi borcunun ödənilməsi barədə Tədiyyə bildirişinin qəbul etməkdən imtina olunması və dəfələrlə telefon əlaqəsi saxlanılmasına baxmayaraq vergi borcunu ödənilməsindən yayındığı bildirilmişdir. Yerli büdcəyə olan 3933 (üç min doqquz yüz otuz üç) manat məbləğində borcun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin (Kapital bank 2 saylı, Yasamal filialı, hesab nömrəsi AZ80AİİB********************, VÖEN:100049292,kod-200048) hesabına ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. - 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. - 208.1-ci madəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. - 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Həmin qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinə əsasən yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Məhkəmə qeyd edir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati aktların etibarsız sayılmasına dair əsaslar mövcud qanunvericilikdə konkret göstərildiyindən və iddiaçının hazırkı iddia ilə mübahisələndirdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin “Torpaq və əmlak vergi borcunun ödənilməsi tələbinə dair” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi və hüquqi cəhətdən etibarlı hesab edilməməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsində göstərilən tələblərdən heç biri mövcud olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar