Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-339/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə əlaqədar ona müharibə veteranı adı vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Bakı şəhər Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyərkən xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Hazırda daxili işlər orqanlarından azad olmuşdur. Ona müharibə veteranı olması ilə əlaqədar müvafiq sənəd verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. X11 Nazirliyinin Şəxsi X12 tərəfindən ona ünvanlanmış məktubla hərbi əməliyyatlarda iştirakını təsdiq edən müvafiq sənədləri Daxili İşlər Nazirliyində fəaliyyət göstərən komissiyaya vaxtında təqdim etməməsi əsas gətirilərək, müraciətinin müsbət həllinin tapmadığı bildirilmişdir. Onun Goranboy rayonuna ezam olunması barədə xx xxxxxx 1991-ci il tarixli ezamiyyət vəsiqəsi həmin dövrlərdə Goranboy rayonunda gedən hərbi əməliyyatlarda iştirak etməsi barədə əyani sübutdur. Bundan əlavə, işlədiyi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx xxxxx 2019-cu il tarixli 038-9153-1219 saylı arayışı ilə onun həqiqətən xx xxxxxx 1987-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək daxili işlər orqanlarında milis nəfəri vəzifəsində xidmət etməsi və xx xxxxxx 1992-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi, xidmət etdiyi müddət ərzində xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməsi üçün Goranboy rayonuna ezam olunması göstərilmişdir. Hətta o, döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi üçün xüsusi icraat qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş, əsas kimi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışı ilə ərizəçinin tanınmasını tələb etdiyi faktın təsdiq olunması göstərilmişdir. Belə ki, o, döyüşlərdə daxili işlər orqanlarında işlədiyi dövrdə iştirak etmiş və işlədiyi orqanın əmri ilə qızğın döyüşlər gedən Goranboy rayonuna ezam olunmuşdur. Goranboy rayonuna ezam edilməsi və orada gedən hərbi əməliyyatlarda iştirak etməsi Azərbaycan Respiublikası DİN-in Baş Mühafizə İdarəsi Nəsimi rayon Mühafizə İdarəsinin arayışı ilə də təsdiq edilmişdir. O, bu barədə DİN-nə ərizə ilə müraciət etdikə də Daxili İşlər Nazirliyinin Şəxsi X12ni rəisi tərəfindən şəxsi işində döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığı əsas gətirilərək, onun ərizəzəsinin təmin edilməsindən imtina edilmişdir. Lakin ona verilən məzuniyyət vərəqəsinin surəti onda qalmış və əsli işlədiyi idarəyə təhvil verilmişdir. Həmin sənədlərin isə onun şəxsi işinə əlavə edilməməsi onun deyil, işlədiyi İdarənin günahı olmuşdur. O isə arxivdə saxlanılan sənədlərinin itirilməsi səbəbindən dövlətin veteranlar üçün nəzərdə tutduğu imtiyaz və güzəştlərdən istifadə etmək hüququndan məhrum edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər mövcud deyildir, həmçinin DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə Şöbəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində iddiaçının döyüş bölgələrinə ezam olunması barədə əmr aşkar olunmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X12 tərəfindən iddiaçı X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-20341/2E-3219 saylı məktubda qeyd olunur: Sizin, «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü oğrunda aparılan döyüş əməliyyatlarında iştirakınız barədə arxiv şəxsi işinizdə konkret məlumat olmadığına görə qaldırdığınız məsələnin müsbət həlli mümkün olmamışdır. Odur ki, müraciətinizə baxılması dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 038-9153-1219 saylı arayışdan görünür ki,X6 xx xxxxxx 1987-ci il tarixdən (Azərbaycan SSR Daxili İşlər Nazirliyinin nəzdində Mühafizə İdarəsinin xx xxxxxx 1987-ci il tarixli 426ş/h saylı əmri) xx xxxxxx 1992-ci il tarixədək (Mühafizə İdarəsinin xx xxxxxx 1992-ci il tarixli 648ş/h saylı əmri) daxili işlər orqanlarında milis nəfəri vəzifəsində xidmət etmiş və xx xxxxxx 1992-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmət etdiyi müddət ərzində xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək (66 saylı ezamiyyət vərəqəsi) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməyi üçün Goranboy rayonuna ezam olunmuşdur. İş materiallarında olan DİN Baş Mühafizə İdarəsinin Nəsimi rayon Mühafizə İdarəsinin yanvar 2001-ci il tarixli arayışının surətindən görünür ki, Eminov X7 rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləmişdir və xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixə kimi Goranboy rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X12 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli 024-4007-1219 saylı məktubda qeyd olunur: sabiq polis əməkdaşı İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək, cavabdeh Daxili İşlər Nazirliyinə qarşı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bildiririk ki, Daxili işlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 012-4974-1219 nömrəli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlərin olmadığı, eləcə də DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə Şöbəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində döyüş bölgələrinə ezam olunması barədə əmrin aşkar olunmadığı göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 25 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq onlar hesab edirik ki, sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli 012-31886-1219 saylı məktubda qeyd olunur: Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında xx.xx.1954-cü ildə Gürcüstanda doğulmuş İddiaçı anket məlumatlarına oxşar xx.xx.1965-ci ildə Gürcüstanda doğulmuş İddiaçı barədə məlumat mövcuddur. Bildiririk ki, İ.İddiaçı Bakı Qarnizonu Hərbi Tribunalının xx xxxxx 1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddənin 1-ci hissəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 42-1 maddəsini tətbiq etməklə hökmün icrası 1 il müddətinə təxirə salınmışdır. İ.İddiaçı Binəqədi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa İ.İddiaçı Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə Binəqədi rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 40.2.2 maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli 012-4974-1219 saylı məktubuda qeyd olunur: 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək daxili işlər orqanlarında polis nəfəri vəzifəsində xidmət etmişdir. (Əsas: arxiv şəxsi işin № Siyahı-33, Arx.464). İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısında döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat olmadığından Nəsimi rayon mühafizə şöbəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərinə baxılmış, lakin onun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 027-3148-1220 saylı məktubda qeyd olunur: mövcud normativ sənədlərə əsasən məktubunuzda göstərilən dövrləri əhatə edən ödəniş sənədlərinin saxlanma müddəti bitdiyinə görə qanunvericiliyə müvafiq qaydada məhv edildiyi baxımından müraciətinizin müsbət həlli imkanımız xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X12 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 024-1523-1220 saylı məktubda qeyd olunur: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli, 012-4974- 1219 nömrəli məktubu ilə Baş Mühafizə İdarəsi tərəfindən təqdim olunmuş arayış arasında yaranmış ziddiyətlə əlaqədar olaraq bildiririk ki, vətəndaş İ.İddiaçı ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakı ilə bağlı Goranboy rayonuna ezam olunması barədə xx.xx.1991-ci il tarixli, 66 nömrəli ezamiyyət vərəqəsinin tərtib edilməsinə əsas verən hər hansı təsdiqedici sənədlər müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X12 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 024-3271-1220 saylı məktubda qeyd olunur: Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 sorğu göndərilmiş, həmin Baş İdarədən daxil olmuş xx.xx.2019-cu il tarixli, 012-12630-1219 nömrəli cavab məktubunda İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək daxili işlər orqanlarında xidmət etməsi göstərilsə də, arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər aşkar olunmamışdır. Həmçinin, Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində Ə. Eminovun döyüş bölgəsinə ezam olunması barədə əmr aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxxx 1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi üçün Goranboy rayonuna ezam olunduğu üçün ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlər müəyyən edilməmiş, eləcə də DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə Şöbəsinin 1991-1992-ci illəri əhatə edən əmrlərində iddiaçının döyüş bölgələrinə ezam olunması barədə əmr aşkar olunmamışdır. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakı ilə bağlı Goranboy rayonuna ezam olunması barədə xx.xx.1991-ci il tarixli, 66 nömrəli ezamiyyət vərəqəsinin (iddiaçının istinad etdiyi) tərtib edilməsinə əsas verən hər hansı təsdiqedici sənədlər müəyyən edilməmişdir. İddiaçının iddia tələbində istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-339/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-339/2020
21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver