Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3390/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakıi, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 83.7 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli, № ********* saylı Çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində iddiaçının istifadəsində olan 0.0105 hektar torpaq sahəsində yerləşən 39 nömrəli, 1 mərtəbəli binada 47 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 4-5 nömrəli mənzil onun mülkiyyətindədir. Mülkiyyətçisi olduğu yaşayış sahəsinin ümumi sahəsi 83.7 kv.metr olmaqla həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməklə dövlət reyestrində mülkiyyətimə verilməklə, adına reyestrdən çıxarışın verilməsi üçün o, ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi imtina məktubu ilə cavab verərək hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinin əsası olaraq iddiaçılar “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.3, 178.2. 154.1-ci maddələrinə istinad etmişlər. Qeyd olunanlara istinad edərək iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən birmərtəbəli binada sahəsi 83.7 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. Bildirirlər ki, sözügedən məsələ ilə bağlı iddiaçı İdarəyə rəsmi qaydada ********** saylı ərizə ilə müraciət etmişdir. Lakin, mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsinə dair qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyriyaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu, eskiz layihə və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin, İdarənin mütəxəssiləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.9-cu maddəsinə əsasən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. 23 fevral 2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. İddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə məktub daxil olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaçıya verilmiş imtinanın əsaslı olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan, - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən 39 №li, 1 mərtəbəli binada 47 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 4-5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********13-05101-093001 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İdarəsi 36 №li Mənzil İstismarı İdarəsi tərəfindən təsdiq edilən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində anbar, satış, dəhlizdən ibarət olan qeyri-yaşayış sahəsinin plan-cizgisi tərtib olunaraq təsdiq edilmişdir. - "xxxx" ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində 39/4 ünvanda yerləşən, 06/19-034 qeydiyyat kodu ilə fəaliyyət göstərən tikinti materialları mağazasına 13.50 manat məbləğində enerji haqqının ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixli, ********* №li hesab ödəniş vərəqi verilmiş, qeyd olunan məbləğ xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzi əsasında mağaza tərəfindən ödənilmişdir. -Tikinti mağazası kimi fəaliyyət göstərən obyekt tərəfindən 29710 №li qəbz əsasında xx.xx.2021-ci il tarixdə qeyri-əhali tarifi əsasında sudan istifadə edilməsinə görə smart karta 10 manat məbləğində vəsait mədaxil edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********28 saylı, 29 dekabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bildirilmişdir ki, mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilməsi barədə sərəncam, rəyi, bildiriş məktubu, eskiz layihə və istismara icazə sənədlər toplusuna əlavə edilməmiş, həmçinin mənzildə idarənin mütəxəssiləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən 39 №li, 1 mərtəbəli binada 47 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı, 4-5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətçisi olduğu daşınmaz əmlakın ümumi sahəsi 83.7 kv.metr olmaqla həmin yaşayış sahənin qeyri-yaşayış sahəsinə keçirilməklə dövlət reyestrində mülkiyyətimə verilməsi və adıma reyestrdən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən müvafiq sənədlər təqdim edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması dövründə məhkəmənin 11 fevral 2021-ci il tarixli, 2-1(112)- 3390/2021 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi "xxxx" MMC-nin ekspertinə (ekspertlərinə) həvalə edilmiş, ekspert (ekspertlər) qarşısında ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istismarı təhlükəsizlik normalarının tələblərinə cavab verib-verməməsi, əmlakın ümumi sahəsinin (yaşayış və köməkçi sahə daxil olmaqla) nə qədər təşkil etdiyi, yaşayış sahəsinin hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunarkən eyni zamanda, mənzilin tərkib hissəsi kimi qalıb-qalmaması, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edilibedilməməsi, o cümlədən yaşayış sahəsinin hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunması ətrafında olan digər sahələrin gediş-gəlişinə maneənin yaradıb-yaradmaması barədə suallar qoyulmuşdur. Məhkəmə qərardadının icrası ilə bağlı "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş 15 fevral 2021-ci il tarixli, M 198 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istismarı təhlükəsizlik normalarının tələblərinə tam şəkildə cavab verdiyi, aparılan ölçü işləri zamanı daşınmaz əmlakın ümumi sahəsinin (yaşayış və köməkçi sahə daxil olmaqla) 83,7 kv.metr təşkil etdiyi, yaşayış sahəsinin hal-hazırda tam şəkildə qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu, mənzilin tərkib hissəsi kimi qamadığı, həmin sahənin hç bir şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edilmədiyi və istifadə edilməsinin mümkün olmadığı, sahəsinin hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunması ətrafında olan digər sahələrin gediş-gəlişinə heç bir maneçilik törətmədiyi, hal-hazırda inşaat materiallarının satışı kimi fəaliyyət göstərən mağaza digər anoloji mağazalarla eyni sırada yerləşdiyi, mağazanın qarşısında piyadalar üçün nəzərdə tutulmuş yola heç bir maneə yaratmadığı qeyd olunmuşdur. Həmçinin iş üzrə verilmiş ekspert rəyi əsasında da ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus yaşayış sahəsinin faktiki olaraq qeyri-yaşayış sahəsi olduğu və yaşayış sahəsi kimi istifadəsinin mümkün olmadığı, sənədlər üzrə yaşayış sahəsinin 47 kv.metrdən ibarət olduğu göstərilsə də, lakin daşınmaz əmlakın yaşayış sahəsi ilə yardımçı sahələrinin ümumilikdə faktiki olaraq 83,7 kv.metr sahə təşkil etdiyi və istismarının təhlükəsizlik normalarının tələblərinə tam şəkildə cavab verdiyi göstərilmişdir. Göründüyü kimi göstərilən ünvanda yerləşən iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlak hal-hazırda qeyri-yaşayış sahəsi olaraq tikinti materialları mağazası kimi üzün müddət istismar edilməklə, tərəfindən elektrik enerjisindən və sudan istifadə qaydalarına müvafiq olaraq qeyri-əhali sektoruna aid edilən tariflər əsasında ödəniş aparıldığı, hər hansı bir mənzilin tərkib hissəsi kimi qalmadığı, həmin sahənin heç bir şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edilmədiyi və istifadə edilməsinin mümkün olmadığı, o cümlədən hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunması ətrafında olan digər sahələrin gediş-gəlişinə heç bir maneçilik törətmədiyi və inşaat materiallarının satışı kimi fəaliyyət göstərən digər mağazalarla eyni səmtdə yerləşməklə, mağazanın qarşısında piyadalar üçün nəzərdə tutulmuş yola heç bir maneə yaratmadığından qeyriyaşayış sahəsi olaraq, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda qeyd edildiyi kimi mülkiyyətçi xüsusi mülkiyyətində olan mənzilə dair sərəncam verərək ondan qeyri-yaşayış sahəsi kimi istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən «Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir». Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 83.7 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 83.7 kv.metr olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 83.7 kv.metr olan yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3390/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3390/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver