Məhkəmə qərarları › İş №2-1(112)-3390/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3390/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3390/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə təyin olunmuş yaşa görə əmək pensiyası məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa görə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanunda edilmiş dəyişikliyə uyğun hesablanmasından imtina edilməsi ilə əlaqədar cavabdeh tərəfin hərəkətlərinin qanunsuz hesab olunması və Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının saytından çıxardığı **********258 saylı cədvəldə hesablanmış (80%) pensiya kapitalının məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla edilmiş dəyişikliyə uyğun hesablanmış **********258 nömrəli cədvəlin icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1975-ci ildə başlamış. Əmək pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə, yaşa görə əmək pensiyasına xx.xx.2018-ci ildə 63,6 yaşında çıxmışdır. Ona 256 manat pensiya təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır. Maddə 1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1.1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin: "1.0.8. fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-nin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır". 1.0.16 idarəetmə xərcləri, 1.0.17 sosial sığorta ehtiyatı, 1.0.18 xüsusi hesaba köçürülən 10% (100%-90%) 10%-i xərclənən pul 1.0.16, 1.0.17, 1.0.18 maddələrə xərclənir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun qəbul edilmişdir. xx.xx.2017-ci il tarixindən qüvvəyə minən həmin qanunun 1.90.27.2-ci cümləsində "170" rəqəmi "306" rəqəmi ilə, 1.90.27.3-cü maddəsinə isə yeni məzmunda 3-cü cümlə əlavə edilmişdir. Əlavə edilən 3-cü cümlənin məzmunu belədir: "Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının siğorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır". 1.91.27.2 və 27.3-cü (1 iyul 2017-ci ilə qədər qüvvədə olan) maddələr ləğv edilmişdir. xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək yığılmış pensiya kapitalı 80% artırılmalıdır. Yəni, 1,8-ə vurulmalı və üstünə pensiyaya çıxdığı günədək yığdığı məbləğ toplanıb, cəmi məbləğin 90%-i 144-ə bölünməlidir.1.0.7 fərdi hesab-dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının esosial saytından sosial sığorta şəhadətnaməsi **********258 nömrəsi ilə çıxardığı 1 yanvar 2006-cı il tarixindən 31 dekabr 2016-cı il tarixinədək pensiya kapitalının məbləği 33775.29 manat təşkil etmiş və ona (xx.xx.2006-xx.xx.2016) 234.55 manat pensiya kapitalının sosial sığorta hissəsi hesablanmışdır. Bu cədvəldə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun tətbiq edilərək pensiya kapitalının sığorta hissəsi 80% artırılaraq hesablanmışdır. Bu **********258 saylı cədvəl 1 yanvar 2006-cı ildən 31 avqust 2016-cı il tarixədək 74707.92 manat gəlirləri əsasında (pensiya kapitalı 33775.29 manat) hesablanmış məbləğdir. Bu **********258 saylı cədvəl rəsmi sənəddir. DSMF-in tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bu cədvələ cavabdehlik daşıyır. Lakin cavabdeh tərəf pensiya kapitalındakı **********258 saylı cədvəldəki hesablanmanı ləğv edərək, pensiya kapitalının sığorta hissəsini Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 6 mart tarixli 377 Fərmanın, 2.9-cu-həmin qanunun, 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. 1.0.5 təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidməti illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Bu maddə (1.0.5) hərbi qulluqçulara aiddir. Beləliklə, pensiya kapitalının sığorta hissəsi 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2017-ci il tarixədək hesablanarkən 1.90.27.3-cü maddə nəzərə (80% artırılmadan) alınmamış və xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun tətbiq edilməmişdir. Pensiya kapitalı 50%-lə 16809.28 manat qeyd edilmiş və ona 116 manat sosial sığorta hesablanmışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək 33 il 22 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən əmək pensiyası hüququ yaranan tarixədək (xx.xx.2018-ci il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17088.48 manat pensiya kapitalı və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək (xx.xx.2019-cu il) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 798,64 manat pensiya kapitalı əsasında onun əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixdən (müraciət edilən tarixdən əvvəlki 3 il) 338,72 manat müəyyən edilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır (Qanunun 27.1-ci maddəsinin tələblərinə uyğun olaraq istifadə olunmuşdur). Bu səbəbdən də iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdə (xx.xx.2019-cu il tarixdə) onun xx.xx.2017-ci il tarixədək pensiya kapitalının yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha öncə də cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1500/2023 nömrəli sorğusu əsasında mütəxəssis rəyi təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı əsasında məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il tarixli qərardadı əsasında isə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1(112)-1500/2023 nömrəli sorğusu əsasında məhkəmə iclasında mütəxəssisin iştirakı təmin edilmiş, mübahisə predmeti barədə iştirakçıların sualları cavablandırılmışdır. Lakin iddiaçı mütəxəssis rəyi və ekspert rəyləri ilə razılaşmayaraq məhkəmə baxış iclasında “iddia ərizəsini geri götürmək barədə” ərizə təqdim etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1500/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 377.34 manata, xx.xx.2022ci il tarixdən 390.17 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 406,83 manat müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırılmışdır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır (Qanunun 27.1-ci maddəsinin tələblərinə uyğun olaraq istifadə olunmuşdur). Bu səbəbdən də iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdə onun xx.xx.2017-ci il tarixədək pensiya kapitalının yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

4. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının cavabdehə qarşı eyni tələb üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1500/2023 nömrəli işdə xx.xx.2023cü il tarixli sorğu əsasında mütəxəssis rəyi təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 13 aprel 2023-cü il tarixli 9/800 №-li ekspert rəyinə əsasən tədqiqatın nəticəsi: Təqdim edilmiş iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafıə Fondu Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyini nəzərə almaqla, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır və əmək pensiasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə billikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanın qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırıldığı müəyyən edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********1 nömrəli xidməti məktubla təqdim etdiyi hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə tərəfimizdən indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 17304,31 manat təşkil ediyi müəyyən edilən hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları tərəfimizdən indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 819,41 manat təşkil ediyi müəyyən edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 18 avqust 2023-cü il tarixli 9/4641 №-li ekspert rəyinə əsasən tədqiqatın nəticəsi: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş mütəxəssis rəyi, iddiaçının təqdim etdiyi sənədlərlə **********258 saylı pensiya kapitalı barədə cədvəl, (2006-2016), vəsatətdə qeyd edilən mülahiziiələrlə bağlı ekspert qeyd edir ki, iş materilallarında olan iddiaçı tərəfindən təqdim edilən pensiya kapitalı barədə cədvəl məlumatlarında qeyd edilən pensiya kapitalının sığorta hissəsi 2006-2016-cı illər ərzində ümumilikdə toplanmış 33775,29 manat gəlirlərin məbləğinə əsasən müəyyən edilmişdir. Qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsəsən pensiya kapitalı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlərdən (gəlirin 25% məbləğində olan hissəsi) hesablanmalıdır. Belə olan halda bütün yuxarıda qeyd edilənlənlər, iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 23-17-1/2-50464/2023 saylı əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyi nəzərə alınmaqla, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” AR Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə qulluq staına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır və əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfinfən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqaının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 466,04 manat müəyyən edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********1 nömrəli xidməti məktubla təqdim etdiyi hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə tərəfimizdən indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 17304,31 manat təşkil ediyi müəyyən edilən hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları tərəfimizdən indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 819,41 manat təşkil ediyi müəyyən edilir.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, əmək pensiyası hüququnun yarandığı gündən yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

8. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi A.Abdullayeva iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

11. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

12. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

14. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

15. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu:

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

22. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək yığılmış pensiya kapitalının 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir.

23. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-cı il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə, ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 33 il 22 gün təşkil edir.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 10.2.Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

26. İddiaçının əmək pensiyasının məbləği cavabdeh qurum tərəfindən aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 33 il 22 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (33+22/30 gün/12 ау)х306=10116,70 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23885,45 manat təşkil edir: 10116,70+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+ 3%=23885,45 Pensiyanın sığorta hissəsinin hesablanması: 23885,45:144=165,87 Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 17069,79 manat müəyyən edilmişdir. Pensiyanın sığorta hissəsinin hesablanması: 17069,79:144=118,54 Pensiyanın ümumi məbləği: xx.xx.2019 - 165,87+118,54=284,41 Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 797,30 manat müəyyən edilmişdir: 797,30:134=5,95 manat (Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər (10 ay) azaldılır) xx.xx.2019 - 284,41+5,95=290,36; xx.xx.2020 - 290,36+290,36x16,6% = 338,56; xx.xx.2021 - 338,56+338,56x11,4%=377,15; xx.xx.2022 - 377,15+377,15x3,4%=389,97 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya duşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajina görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırılmışdır. İddiaçı gəlirlərinə nisbətə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 17304,31 manat təşkil edir. Qeyd edilən hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən 31.01 2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 819,41 manat təşkil edir. Vətəndaşın pensiyası hesablanarkən nəzərə alınan kapital 80% artırılmaqla hesablanmışdır.

27. Məhkəmə qeyd etməyi zəzuri hesab edir ki, İddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-1500/2023 nömrəli sorğusu əsasında mütəxəssis rəyi təqdim edilmiş, xx.xx.2023cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

28. Məhkəmənin qərardadları ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır.

29. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmış, məhz bu səbəbdən hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar