Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3395/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MTK üçüncü şəxs qismində cəlb olunmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 56 kv.metr, yaşayış sahəsi 29,0 kv.metr və köməkçi sahəsi 27,0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3395/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadına əsasən "xxxx" MTK 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 56 kv.metr, yaşayış sahəsi 29,0 kv.metr və köməkçi sahəsi 27,0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə dair onun adına (Nəcəfova Mustafa qızı-özü, X7-əri, X4-qızı, X5-qızı və X8-oğlu orderə daxil edilməklə) order verilməsi qərara alınmış və bunun əsasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti onun adına 006432 nömrəli, 30 dekabr 2008-ci il tarixli order vermişdir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsinin 24 nömrəli, 19 oktyabr 2020-ci il tarixli Forma 2 arayışına əsasən ünvan 2 fərdi yaşayış evi üzrə o, X7, X4, X5 və X8 qeydiyyatdadır. Belə ki, X7, X4 və X1 əsasında ailə üzvlərinin adına verilmiş fərdi yaşayış evinin adına özəlləşdirilməsinə dair notariat qaydasında ərizə vermişlər və evin eskiz planı çəkilmiş, bundan sonra fərdi yaşayış evinin özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə 08 dekabr 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********54 nömrəli, 16 yanvar 2020-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişə əsasən cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Bundan sonra tərəfindən inzibati orqanın (daşınmaz əmlakın qeydə alınmalı orqanın) hərəkətindən yuxarı orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayət edilmiş və həmin dövlət qurumunun İN-X/O-11858 saylı, 27 noyabr 2020-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı sözügedən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İdarəyə ********** saylı müraciəti olmuşdur. Lakin İdarənin elektron kadastr baza məlumatına əsasən qeyd olunan mənzil "xxxx" MTKnın mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və üçüncü şəxs "xxxx" MTKnın nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli sərəncamından görünür ki, İddiaçı müraciətini nəzərə alaraq onun yaşadığı S.Əsgərova küçəsi, 74 saylı evin 2 otaqlı yaşayış sahəsi 29 kv.metr və köməkçi sahələri 27 kv.metr olan mənzilinə order verilmişdir. Orderə İddiaçı (özü), X7 (əri), X4 (qızı), X5 (qızı) və X8 (oğlu) daxil edilmişdir. İşdə olan Yasamal Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 30 dekabr 2008-ci il tarixli, 006432 saylı orderdən görünür ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2008-ci il tarixli, 670 saylı sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində yerləşən 2 otaqlı 29 kv.metr sahəsi olan 74 saylı evə 5 nəfər ailə üzvü ilə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi İddiaçı (özü), X7 (əri), X4 (qızı), X5 (qızı) və X3 (oğlu) ibarətdir. İşdə olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsi tərəfindən verilmiş 24 saylı, 19 oktyabr 2020-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində 2 otaqlı 56 kv.metr sahəsi olan 74 saylı evdə yaşayış. Mənzil həyət tiplidir. Bina MKTB-yə məxsusdur. X7, X4 (qızı) və X8 daimi qeydiyyatdadırlar. İşdə olan X7, X8 və X4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ərizəçilər ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. İşdə olan cavabdeh tərəfindən verilmiş 16.01.2020-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının ünvan 4 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, idarənin kadastr baza məlumatına əsasən sözügedən mənzil digər hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli sərəncamı əsasında istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 29 kv.metr və köməkçi sahəsi 27 kv.metr olan 74 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən sözügedən mənzil digər hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinin müəyyən edildiyi əsası ilə imtina edilmişdir. Mübahisə predmeti olan mənzil ümumi binanın birinci mərtəbəsində yerləşən həyət tipli mənzildir. İmtinada göstərilən əsasların araşdırılması məqsədilə məhkəmə araşdırması dövründə mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsində yerləşən 74 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin hazırda kimin mülkiyyətində olması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04 fevral 2021-ci il tarixli, **********00 saylı məktub əsasında müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş torpaqdan daimi istifadə hüququna dair JN-0952 saylı, Kod 01100003 saylı dövlət aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 1997-ci il tarixli 1398 saylı sərəncamı ilə ünvan 5 ünvanında yerləşən 0,412 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinə verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,412 ha torpaq saəsi xüsusi mülkiyyət hüququ üzrə **********94 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 12.12.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 854 nömrəli reyestr kitabının 80889 nömrəli vərəqində "xxxx" MTK-nın adına qeydiyyata alınmışdır. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 16 noyabr 2012-ci il tarixli qərarından görünür ki, iddiaçı "xxxx" MTK-nın iddiası təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 198 saylı, 24 dekabr 1997-ci il tarixli sərəncamı ilə ünvan 7 ünvanda yerləşən və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,412 hektar torpaq sahəsinə "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqlarının dövlət qeydiyyatının rəsmiləşdirilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 26 fevral 2014-cü il tarixli qərarından görünür ki, "xxxx" MTK-nın sədri E.Ə.Mirzə-zadə tərəfindən verilmiş ərizə təmin dilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 797/2012 saylı, 16 noyabr 2012-ci il tarixli qərarı - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 198 saylı, 24 dekabr 1997-ci il tarixli sərəncamı ilə ünvan 7 ünvanda yerləşən və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,412 hektar torpaq sahəsinə "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilsin” kimi izah edilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 17 yanvar 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 26 fevral 2014-cü il tarixli qərarı 11 mart 2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Nərimanov rayon İcra şöbəsinin icra məmuru S.Qurbanova tərəfindən verilmiş 27 yavar 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 17 yanvar 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı icraata başlanılmışdır. Beləliklə məhkəmə araşdırması nəticəsində əldə edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 198 saylı, 24 dekabr 1997ci il tarixli sərəncamı ilə ünvan 7 ünvanda yerləşən və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,412 hektar torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-797/2012 saylı, 26 fevral 2014-cü il tarixli qərarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin adına mülkiyyət hüququ üzrə 12 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən sözügedən mənzilin onun adına mülkiyyət hüququ üzrə qeydə alınmasını tələb etsə də, lakin həmin mənzilin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla "xxxx" Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi torpaq sahəsi hazırda "xxxx" Mənzil Tikinti Kooperativinin mülkiyyətində olduğundan, həmin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının hazırda qüvvədə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 670 saylı, 30 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 29,0 kv.m və köməkçi sahəsi 27,0 kv.m-dən ibarət olan mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alınması tələbi əsassızdır. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3395/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3395/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver