Məhkəmə qərarları › İş №2-1(112)-3396/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3396/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3396/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “adına açılmış VÖEN-nin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T Dİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “********** saylı adına açılmış VÖENnin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Məhkəmə iclasının gedişatında cavabdehin nümayəndəsi vəsatət təqdim edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, 2-1(112)-11829/21 saylı inzibati işlə bağlı vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı bir sıra fiziki şəxslərin, o, cümlədən İddiaçı gömrük proseduru altında kommersiya məqsədi 4 ədəd avtomobil idxal etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, iddiaçıya “Vergi ödəyicisinin uçota alınması barədə” məlumat göndərilmiş və 5 gün iş müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Müəyyən edilmiş müddətdə uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, İddiaçı xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Məhkəmə gedı̇ şı̇ ndə ı̇ ddı̇ açiya vergi nunutoçu̇ ləğvı̇ ı̇ lə əlaqədar ı̇ nzı̇ bati orqana müracı̇ ət etməsi şiml̇ıṙ ıdl̇ıḃ xx.xx.2021-cı̇ ı̇ l tarı̇ xdə müvafı̇ q qaydada müracı̇ ət olunmuş və xx.xx.2022-ci il il tarixdə vergi orqanı tərəfindən müraciət təmin olunaraq vergi ödəyicisinin uçotu ləğv edilmişduir. Odur ki, qeyd edilənləri və mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin vəsatətini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “adına açılmış VÖEN-nin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işin icraatına xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar