Məhkəmə qərarları › İş №2-1(112)-3396/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3396/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3396/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun əmanət və əmanətə faizlər ilə əvəzləşdirilməsi və mənzil ipotekası qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsinə cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn kredit borcunun "xxxx" ASC, X10 və "xxxx" şirkəti arasında üçtərəfli formada bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli, əmanətin (pul vəsaitinin) girovu müqaviləsi və "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi X10 arasında yenilənmiş formada bağlanmış 07 yanvar 2010-cu il tarixli 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən əmanət hesablanmış faiz məbləği kredit borcunun hesabına silinmiş hesab olunduğundan, bununla da "xxxx" şirkətinin öhdəliyinin təminatı qismində 01 nömrəli, 06 avqust 2009-cu il tarixli, ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 40 nömrəli, 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 169,50 kv.m, yaşayış sahəsi 123 kv.m olan 7 otaqlı 18,20 nömrəli mənzilin, 01/3 nömrəli, 25 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 12 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 74,65 kv.m yaşayış sahəsi 53,85 kv.m olan, 2 otaqlı, 30 nömrəli mənzilin və 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 145,3 kv.m, yardımçı sahəsi 47,3 kv.m, yaşayış sahəsi 98,0 kv.m olan 6 otaqlı, 6/7 nömrəli mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrini məhkəməyə təqdim edərək cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsi, "xxxx" Şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009cu il tarixli kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 410.706,29 AZN məbləğində kredit borcunun "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsi və "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi X10 arasında yenilənmiş formada bağlanmış 07 yanvar 2010-cu il tarixli, 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən həmin əsas əmanət və ona hesablanmış faiz məbləği ilə əvəzləşdirilərək "xxxx" Şirkətinin 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinə xitam verilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" Şirkətinin öhdəliyinin təminatı qismində 01 nömrəli, 06 avqust 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40 nömrəli, 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 169,50 kv.m., yaşayış sahəsi 123 kv.m. olan 7 otaqlı 18,20 nömrəli mənzilin, 01/3 nömrəli, 25 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 74,65 kv.m., yaşayış sahəsi 53,85 kv.m. olan, 2 otaqlı, 30 nömrəli mənzilin və 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 145,3 kv.m., yardımçı sahəsi 47,3 kv.m., yaşayış sahəsi 98,0 kv.m. olan 6 otaqlı, 6/7 nömrəli mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 aprel 2024-cü il tarixli Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondunun Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsinə və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsinin və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" Şirkəti ilə "xxxx" ASC arasında bağlanmış 01SF nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Şirkətinə “soyuducu anbar kompleksinin tikintisi məqsədilə 60 ay müddətinə illik 7% hesablanmaqla 2.000.000 manat məbləğində kredit verdilmişdir.91 nömrəli, xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 40 nömrəli 2 mərtəbəli binada yerləşən ümumi sahəsi 169,50 kv metr, yaşayış sahəsi 123 kv metr olan 7 otaqlı 18,20 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.01/3 nömrəli, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 12 nömrəli yaşayış binasında yerləşən ümumi sahəsi 74,65 kv metr, yaşayış sahəsi 53,85 kv metr olan 2 otaqlı 30 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.01/2 nömrəli 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 145,3 kv metr, yardımçı sahəsi 47,3 kv metr, yaşayış sahəsi 98,0 kv metr olan 6 otaqlı, 6/7 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir."xxxx" ASC ilə X10 arasında bağlanmış 12 avqust 2009-cu il tarixli əmanət müqaviləsinə əsasən 650.000 manat hesablanmaqla 5 il müddətinə banka əmanət qoyulmuşdur."KredoBank” ASC ilə X10 arasında bağlanmış 611 nömrəli, 14 avqust 2009-cu il tarixli əmanət müqaviləsinə əsasən 600.000 manat pul illik faiz hesablanmaqla 5 il müddətinə banka əmanət qoyulmuşdur."xxxx" ASC ilə X10 arasında bağlanmış 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqaviləsinə əsasən 350.000 manat pul illik 18 faiz hesablanmaqla 5 il müddətinə banka əmanət qoyulmuşdur."xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış G/M 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsinə əsasən X8 məxsus cəmi 1.600.000 manat məbləğində əmanət və ona hesablanacaq faizlər "xxxx" Şirkəti ilə "KredoBank” ASC arasında bağlanmış 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 2.000.000 manat məbləğində kreditin təminatı olaraq girova qoyulmuş və əmanət hesabları girov saxlayan bank tərəfindən bloklaşdırılmışdır."xxxx" ASC ilə əmanətçi X10 arasında bağlanmış 07 yanvar 2010-cu il tarixli 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən müvafiq olaraq 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli və 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqaviləsi eyni şərtlər əsasında yenilənmişdir."xxxx" ASC ilə əmanətçi X10 arasında bağlanmış 01 nömrəli, 01 noyabr 2010-cu il tarixli əlavə razılaşmaya əsasən müqavilənin əmanət faizləri ilə bağlı olan 1.2-ci bəndi dəyişdirilərək əmanətin illik faizi 18%-dən 15 %-ə endirilmişdir.Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-57/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qətnaməsi əsas borc üzrə pulun tutulması hissəsində dəyişdirilərək, "xxxx" Şirkətindən 20 dekabr 2012-ci il tarixinə olan əsas kredit borcu üzrə 696.193,06 manat, cəmi kredit borcu üzrə 718.464,79 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-1215/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (sonradan ləğv edilmişdir) iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzillərin ipoteka yüklülüyündən azad edilməsi və s. tələbinə dair” iddiası qismən təmin edələrək, ləğv prosesində olan "xxxx" ASC-dən X7 xeyrinə tutulmalı olan 1.433.838 manat pul ilə "xxxx" Şirkətinin "xxxx" ASCyə ödənilməmiş 125.774 manat borcunu əvəzləşdirmək şərti ilə iddiaçılar İddiaçı2 mülkiyyətində olan və 01SF saylı, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinə və 29 noyabr 2010-cu il tarixli, 01/3 saylı kredit xətti müqaviləsinə əsasən ‘‘KredoBank” ASCnin xeyrinə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 6 otaqlı, ümumi sahəsi 145,3 kv.m., yardımçı sahəsi 47,3 kv.m., yaşayış sahəsi 98,0 kv.m. olan mənzilin, İddiaçı1 mülkiyyətində olan və 06 avqust 2009-cu il tarixli, 01SF saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169,50 kv.m. ümumi, 123 kv.m. yaşayış sahəsindən ibarət 7 otaqlı 18,20 nömrəli mənzilin və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 74,65 kv.m. ümumi, 53,85 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 30 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, iddiaçı X7 mülkiyyətində olan və 21 avqust 2009-cu il tarixli GM№01/l saylı girov müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 609 saylı, xx.xx.2009-cu il tarixli, 611 saylı, xx.xx.2009-cu il tarixli, 616 saylı əmanət müqavilələrinə əsasən **********00 AZM saylı cari hesabda və depozit hesabında olan 1.308.064 manat məbləğində pul vəsaitinin girovdan azad edilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7292/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2018-ci il tarixli qətnamə ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipoteka yüklülüyündən azad edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilmiş, iddiaçılara eyni iddia ilə müvafiq İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmələri izah edilmişdir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)- 473/2019 saylıl qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" Şirkətinin direktoru X6 qarşı “əmlakların ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair” iddia ərizəsi mübahisə iqtisadi mübahisə üzrə inzibati-iqtisadi məhkəməsinə aid olmadığı üçün geri qaytarılmışdır.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "KredoBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" Şirkətinə qarşı iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2180/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X4 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" Şirkətinə qarşı “iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iş materialları Bankın ləgvetmə prosesindən irəli gələn sənədlərinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında qalması şərti ilə, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1-(112)-7160/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" Şirkətinə qarşı “iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında geri qaytarılmışdır. İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" Şirkətinə və qeyrilərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqavilələrinin tam əsaslı və qanuni bağlanmış hesab edilmələri (tam etibarlı hesab edilmələri), borcun, faizlərin, dəbbə pulunun, zərərin, rüsumun və cərimənin tam tutulması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilərək açıq hərracdan satılması və s.” tələblərinə dair keçirilmiş məhkəmə proseslərində kassa-məxaric orderləri təqdim edərək bildirmişdir ki, guya əmanətçi X10 vaxtaşırı banka gələrək əmanət hesabından pulunu hissə-hissə vaxtından əvvəl götürmüşdür. Belə ki, 2010-cu il ərzində 3 dəfəyə 107.095 manat, 2011-ci il ərzində 555.296 manat, 2012-ci il ərzində 377.368 manat, sonuncu dəfə isə xx.xx.2013-cü il tarixdə 279.031 manat əmanət hesabından silinmişdir.X8 məxsus əmanət hesabından pul vəsaitinin silinməsi ilə bağlı ilk növbədə nəzərə alınmalı məqam ondan ibarətdir ki, əslində əmanət hesabından hər hansı pul məbləği Elşən Əliyevə qaytarılmamış, bu məsələdə bank tərəfindən ciddi saxtakarlığa yol verilmişdir. Belə ki, Elşən Əliyev banka çağırılıb aldadılaraq müxtəlif köhnə tarixlərə tərtib edilmiş kassa-məxaric orderlərinə imza etdirilmiş və faktiki olaraq ona hər hansı pul məbləği qaytarmamışdır. İşin bu halı əvvəl keçirilmiş məhkəmə prosesi zamanı sübuta yetirilmişdir.Belə ki, iddiaçı X7 cavabdeh "KredoBank” ASC-yə qarşı müddətli əmanət müqavilələrinin ləğv edilməsi, əmanət məbləğinin və əmanətə hesablanmış faiz məbləğinin ödənilməsi” tələbinə dair keçirilmiş məhkəmə prosesində (Nəsimi rayon məhkəməsi, mülki iş № 2(006)-25/2015) cavabdeh bank 50 ədəd xəzinə məxaric orderini təqdim edərək bildirmişdir ki, 1.600.000 manat əmanət məbləğindən guya 1.320.969 manat və əmanətə hesablanmış 631.771 manat faiz məbləği iddiaçıya nagd şəkildə verilmiş, həmin məbləğlər iddiaçı tərəlindən imza edilərək bankdan götürülmüşdür.Həmin məhkəmə prosesi zamanı verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2014-cü il tarixli, 13247 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş xəzinə məxaric orderlərində E.Əliyevin adı qarşısında imza onun tərəfindən icra edilsə də, alınması göstərilən məbləğin “yazı ilə qrafasında” yazılar onun tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunmuşdur.Bunlarla yanaşı həmin məhkəmə prosesi zamanı bankın təqdim etdiyi sənədlər öyrənilərkən məlum olmuşdur ki, X10 tərəfindən imzalanmış kassa məxaric orderlərində onun tərəfindən götürüldüyü qeyd olunmuş məbləğin bir hissəsi - 1.039.759 manat məbləğində pul vəsaiti "xxxx" Şirkətinin kredit hesabına köçürülmüşdür. Bu da onu göstərir ki, kassa məxaric orderlərinə əmanətçiyə imza etdirilsə də, faktiki olaraq ona kassadan pul verilməmişdir. Burada diqqət edilməlidir ki, kassa mədaxil orderində əmanətçiyə verilməsi nəzərdə tutulan pul vəsaitinin bir hissəsi birbaşa bankın özü tərəfindən kredit hesabına köçürülmüşdür. Əgər doğurdan da həmin pul vəsaiti əmanətçiyə qaytarılmış olsa idi, təbii ki, bu zaman həmin pul vəsaiti bank tərəfindən yox, məhz əmanətçinin özü tərəfindən kredit hesabına mədaxil olunmalı idi. Lakin əmanətçi tərəfindən hər hansı məbləğdə pul vəsaiti kredit hesabına mədaxil edilməmiş və bunu təsdiq edən hər hansı kassa mədaxil orderini bank sübut qismində təqdim edə bilməmişdir.Həmçinin nəzərə alınmalıdır ki, bankın tərtib etdiyi 4 ədəd kassa məxaric orderlərinə görə əmanətçi tərəfindən xx.xx.2010-cu il tarixinə kimi 165.000 manat pul vəsaiti əmanət hesabından götürülmüş olduğu halda, əmanət müqaviləsinə xx.xx.2010cu il tarixli əlavə razılşmada əmanətin ilkin müqavilədə nəzərdə tutulan məbləğinin dəyişilməyib sabit qalması qeyd edilmiş və bununla bağlı hesabdan çıxarış verilmişdir.Eyni zamanda əmanətçi (həmin məhkəmə prosesində iddiaçı) X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onun banka qoyduğu əmanət "xxxx" Şirkətinin götürdüyü kreditin təminatı kimi girova qoyulub bloklaşdırıldığından, o, maşın almaq üçün özünə aid olan şəxsi kredit borcunun əmanətdən silinməsinə dair müraciətinə bankdan imtina cavabı almışdır. İlk dəfə olaraq xx.xx.2013-cü il tarixdə əmanətin kredit borcuna silinməsi barədə onun ərizəsi bank tərəfindən qəbul edilmiş və bu da yalnız 279.031 manat məbləğə şamil edilmişdir. Həmin məbləğ tam şəkildə "xxxx" şirkətinin kredit borcuna silinmişdir. Həmin vaxt ona bankda çoxlu sənədlərə imza etdirilmişdir. Lakin bankdan ona 1 qəpik belə pul verilməmişdir.X9 söylədikləri "xxxx" ASC-nin özünün verdiyi 130 nömrəli, xx.xx.2010-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Həmin məktubdan görünür ki, əmanətçinin öz şəxsi borclarının ödənilməsi məqsədilə əmanət hesabından müəyyən hissə pul vəsaitinin çıxarılması barədə müraciətinə cavab olaraq "xxxx" ASC onun müraciətinin müsbət həllindən imtina edərək, depozit hesabında olan vəsaitin hər hansı hissəsinin bloklaşmadan çıxarılımasının və ödənişlərə yönəldilməsinin mümkün olmadığını əmanətçinin nəzərinə çatdırmışdır. Bütün bunlar da onu göstərir ki, bank tərəfindən kassa məxaric orderləri saxtalaşdırılmaqla xx.xx.2013-cü il tarixdə X7 ərizəsi əsasında onun əmanət hesabından 279.031 manat pulun "xxxx" şirkətinin kredit hesabına köçürülməsinə dair sənədləşmə aparılarkən o, aldadılmış və müraciəti əsasında tərtib edilmiş sənədlərlə yanaşı ona köhnə tarixə saxta formada tərtib edilmiş kassa məxaric orderlərinə də imza etdirilmişdir."xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin yol verdiyi analoji qanunsuzluqları davam etdirərək "xxxx" ASC ilə "xxxx" Şirkəti ilə arasında olan kredit münasibətləri barədə mütəmadi olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə həqiqətə uyğun olmayan saxta məlumatlar təqdim etmişdir. Məsələn, xx.xx.2017-ci il tarixli “Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarış” da "xxxx" Şirkətinə verilmiş 2.000.000 manat məbləğində kreditin qalıq məbləği saxta şəkildə 1.008.995,45 manat, sonuncu ödəniş tarixi xx.xx.2017-ci il, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il, son müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il göstərilmişdir. “Təminatı” qrafasında isə guya kreditin təminatsız olduğu qeyd edilmişdir.Halbuki "xxxx" Şirkəti ilə "xxxx" ASC arasında bağlanmış 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit 60 ay olmaqla 5 il müddətinə verilmişdir. Belə olduğu halda müqavilənin bitmə tarixi 2017-ci il deyil, xx.xx.2014-cü (2009+5=2014) ildir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-57/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi) ləğv edilmiş kredit müqaviləsinə əsasən, xx.xx.2012-ci il tarixinə "xxxx" Şirkətinin kredit borcu 718.464,79 manat müəyyən edildiyi halda Fond 2017-ci il tarixdə Mərkəzləşdirilmiş Kredit Reyestrinə verdiyi məlumatda saxta olaraq kredit borcunu 1.008.995,45 manat göstərmişdir. Eləcə də "xxxx" Şirkətinə 2.000.000 manat məbləğində kreditin verilməsi barədə yalnız bir müqavilə bağlandığı və həmin müqaviləyə daşınmaz əmlakların ipotekası və əmanətin girovu ilə təminat verildiyi halda, Fond ilk və son müqavilə kimi guya tərəflər arasında təminatsız olmaqla iki kredit müqaviləsinin mövcudluğu barədə yalan məlumatları Reyestrə təqdim etmişdir. "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsinin mahiyyət və şərtlərinə əsasən əmanət hesabında olan pul vəsaiti yalnız müqavilənin 4.1.5 və 7-ci bəndində göstərilmiş əsaslar (əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfəyə pozulması) yarandığı halda yalnız, notariusun icra qeydi əsasında və girovla təminat verilmiş kreditin hesabına silinə (tutula) bilərdi. Bu da o deməkdir ki, girov müqaviləsindən kənar əsaslarla, hətta əmanət sahibinin istəyi ilə belə əmanət hesabında olan pul vəsaitinin üzərində hər hansı formada sərəncam verilməsi, eləcə də əmanət hesabında olan pulun əmanətçiyə qaytarılması, o cümlədən notariusun icra qeydi olmadan gecikmiş kredit borcuna görə silinməsi belə mümkün deyildir. Belə ki, əmanətin (pul vəsaitinin) girovu müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilə bağlandıqdan sonra əmanətdə olan vəsait məqsədli şəkildə, yəni kredit öhdəliyinin təminatı olaraq bloklaşdırıldığından, istər əmanət məbləğindən, istərsə də əmanətə hesablanmış faiz məbləğindən hər hansı pul vəsaiti əmanətçiyə qaytarıla bilməzdi. Eləcə də əmanətin (pul vəsaitinin) girovu müqaviləsi üçtərəfli müqavilə olduğundan əmanətçi və ya bankın birtərəfli, yaxud onların hər ikisinin birlikdə əsas borclu - "xxxx" Şirkətinin iştirakı və razılığı (iradə ifadəsi) olmadan ikitərəfli qaydada müqavilə şərtlərini dəyişilmiş formada icra edərək həmin vəsait üzərində sərəncam vermək hüquqları olmamışdır. "xxxx" Şirkəti ilə "xxxx" ASC arasında bağlanmış 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsi, "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələrindən, "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsindən və "xxxx" ASC ilə əmanətçi X10 arasında bağlanmış 07 yanvar 2010-cu il tarixli, 06, 07 və 08 nömrəli əmanət müqavilələrindən görünür kı "xxxx" Şirkətinin "xxxx" ASC-dən götürdüyü 2.000 000 manat məbləğində kreditin təminatı qismində X7 "xxxx" ASC-də olan 1.600.000 manat məbləğində əmanəti girov qoyulmuşdur.Əmanət müqavilələrinin şərtlərinə uyğun olaraq və yuxarıda göstərdiyimiz əsaslarla silinmələr nəzərə alınmadan əmanət müqaviləsi üzrə faizlərin hesablanmasının başlama və bitmə tarixi yuvarlaq olaraq sonuncu əmanət müqaviləsinin bağlanma və bitmə tarixi ilə götürülsə 19 avqust 2009-cü il əmanət müqaviləsi üzrə faizlərin hesablanması tarixi, 19 avqust 2014-cü il (xx.xx.2009+60 ay=xx.xx.2014) isə faizlərin hesablanmasının bitmə tarixidir. Əmanət müqaviləsinə əsasən faizlərin hesablanması dövründə, başqa sözlə müqavilənin qüvvədə olduğu 60 ay - 5 il müddətində illik 18%-lə əmanət məbləğinə hesablanmış faiz məbləğinin cəmi (illik faiz məbləği - 1.600.000 x 18% = 288.000 manat, 5 illik faiz məbləği = 288.000 x 5 il = 1.440.000 manat) 1.440.000 manat təşkil edir. Beləliklə, kredit müqaviləsi üzrə əsas borclunun öhdəliyi artqılaması ilə edilmiş olduğundan həmin öhdəliyi təmin edən daşınmaz əmlakların ipotekasının qüvvədə saxlanılmasına hüquqi lüzum qalmır və ipotekanın əsassız olaraq qüvvədə saxlanılması daşınmaz əmlak mülkiyyətçilərinin Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət hüquqlarını kobud şəkildə pozur.İstinad olunan qanunvericiliyə uyğun olaraq iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakların ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddiaçılar tərəfindən cavabdehlər - ipoteka saxlayan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ipotekanın dövlət qeydiyyatını aparmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur.Lakin iddiaçıların müraciətləti təmin edilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, ərizəçilər İddiaçı1, İddiaçı2 tərəfindən ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilərək bankın xeyrinə yüklü edilmiş İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən 6 otaqlı, ümumi sahəsi 145,2 kv.m, yardımçı sahəsi 47.3 kv.m, yaşayış sahəsi 98 kv.m olan mənzilin, İddiaçı1 mülkiyyətində olan və xx.xx.2009-cu il tarixli, 01 SF saylı kredit müqaviləsinə əsasən "KredoBank” ASC-nin xeyrinə yüklü edilmiş Bakı şəhəri, Nəsimi r-nu. Azadlıq prospektində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169,50 kv.m ümumi, 123 kv.m yaşayış sahəsindən ibarət olan 7 otaqlı 18,20 nömrəli mənzilinin və Bakı şəhəri, Nəsimi r-nu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli, 30 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Ərizələr onunla əsaslandırılmışdır ki, "xxxx" MMC şirkəti xx.xx.2009-cu il tarixli, 01/1 saylı və xx.xx.2010 tarixli, 01/3 saylı kredit müqavilələri üzrə borc öhdəliyini icra etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-57/2014 saylı mülki işi üzrə Bankın iddia tələbi qismən təmin edilmiş, "Azər Aqro" LTD şirkətindən bankın xeyrinə 718464,79 manat məbləğində pulun tutulması, həmçinin tutmanın mübahisə predmeti olan əmlaklara yönəldilməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasından sonra kredit üzrə cəmi ödənilmiş məbləğ 307 758 manat məbləği təşkil edir. Bu isə onu göstərir ki, xüsusi bilik olmadan belə hesablanma aparmaq mümkündür. Belə ki, hazırda qətnamə üzrə ərizəçilərin bank qarşısında öhdəliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğə münasibətdə 410707 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci ii tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Hazırda iddiaçıların cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "girov predmetinin girovdan azad edilməsi" tələbi bank fəaliyyətini həyata keçirdiyi tələblər üzrə işlər kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixil qərarında qeyd edilir ki, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2ci maddəsinin “dayandırma" ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.." LPO "KredoBank” ASC hazırda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərin ödənişi mərhələsindədir. Lakin ərizəçilərin iddia tələbi üzrə aidiyyət qaydası pozulmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 131.1-ci maddəsinə əsasən "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının iəğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və yə bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə baglı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Qanunun yuxarıda qeyd edilən müddəasından aydın olur ki, Maliyyə Bazarları Nəzarət Orqanının təqdim etdiyi ərizə əsasında yaranmış tələblərə birinci instansiya məhkəməsi qismində apellyasiya məhkəmələri müəyyən edilmişdir. Daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi və ya daşınmaz əmlak(lar)ın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinə dair iddia tələblərinə birinci instansiya məhkəməsi qısmındə aidiyyəti rayon məhkəmələri tərəfindən baxılır. Bu əsasla hesab edirik ki, tələb həmin hissədə mümkünsüz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Bu Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarının müəyyən etdi hissəsinə əsasən “Müraciətdə qeyd edildiyi kimi, təcrübədə ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülür. Bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən və irəli sürülməsinin xüsusi qaydası müəyyən olunan tələblərə aid olub-olmamasına dair məsələyə gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikasının ərazisində yalnız hüquqi şəxslər (və ya xarici hüquqi şəxsin filialları) bank fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinə malikdirlər. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyala keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir. Həmin Məcəllənin 59.4-cü maddəsinə görə, hüquqi şəxsin ləğv edilməsi əsaslarından biri də onun müflis olmasıdır. Bu müddəanın mənasından göründüyü kimi, hüquqi şəxsin müflis elan edilməsi hələ onun müflis olması və ya ləğv edilməsi demək deyil, hüquqi şəxs iflas prosedurunun başa çatması ilə müflis hesab edilir və bu cür prosedurun hüquqi nəticəsi olaraq bank ləğv edilir Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. “Banklar haqqında” Qanunun 62-ci maddəsinin tələblərinə əsasən, bank barəsində iflas proseduruna başlanılması üçün bu Qanunun 61-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda nəzarət orqanı tərəfindən bankın lisenziyası ləğv edildikdən sonra bank barəsində iflas proseduruna başlanılmasına dair ərizə məhkəməyə təqdim edilir. “Banklar haqqında" Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsaslan müəyyənləşdirilmişdir. Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış eldiyi tələblər üzrə işlər daxil deyil.Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və müraciətə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv olunur.Odur ki, iddiaçıların iddiası mümkün sayılmamalıdır.Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.Məhkəmə iddiaçıların iddia ərizələrini, cavabdehlərin etirazlarını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iddiası mümkünlük şərtlərinə cavab vermir. 7.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 410.706,29 AZN məbləğində kredit borcunun "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsi və "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi X10 arasında yenilənmiş formada bağlanmış 07 yanvar 2010-cu il tarixli, 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən həmin əsas əmanət və ona hesablanmış faiz məbləği ilə əvəzləşdirilərək "xxxx" Şirkətinin 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinə xitam verilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasını tələb etmək hüquqları mövcud deyildir, əvəzləşdirilməsi tələb edilən əmanətlər və ona hesablanmış faizlər iddiaçılara məxsus olmamaqla əmanətçi X7 mülkiyyətidir və həmin mülkiyyətə sərəncam vermək subyektiv hüququ iddiaçılara deyil, məhz X8 məxsusdur, eyni zamanda əvəzləşdirilməsi tələb edilən kredit borcu da "xxxx" Şirkətinə məxsusdur, iddiaçılara məxsus deyildir. 9.”İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 4 nömrəli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 10.Hal-hazırda iddia tələbindən də göründüyü kimi iddiaçılar ilə cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasındakı hazırki mübahisə kredit, girov və əmanət müqavilələrindən irəli gələn mübahisədir və bu səbəbdən də iddiaçıların tələbində əks olunmuş mübahisə mülki məhkəmə icraatı qaydasında baxılmalı xüsusi hüquq münasibətindən irəli gələn mübahisədir, həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalıdır.

11. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycanda bank fəaliyyətinin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bankların stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən Mərkəzi Bank tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Həmin Qanunun 71.7-ci maddəsində qeyd edilir: Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir: 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir; 71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib edir, habelə bankın aktivlərini idarə edir; 71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 71.7.7. bu Qanunun 79-cu maddəsində müəyyən edilmiş qaydada bankın bağlamış olduğu müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya köçürülməsini həyata keçirir; 71.7.9. bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 71.7.10. bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. 12.“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında ifadə olunmuş mövqeyində göstərilir: “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, iflas prosedurunda ləğvedicinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir.Qanunun yuxarıda sadalanan müddəalarında bankın iflas prosedurunda göstərilməli olan fəaliyyət, ləğvedicinin üzərinə düşən vəzifələr və malik olduğu hüquqlar, iflas prosedurunda (ləğv prosesində) məhkəmə nəzarətinin hədləri və prosessual əsasları nəzərdə tutulmuşdur.Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.Bu baxımdan bankın müflis elan olunmasına dair qərarın qəbul olunması banka qarşı mövcud iddialar üzrə icraatın Mülki Prosessual Məcəllənin 254-cü maddəsinə müvafiq olaraq dayandırılmasını deyil, hüquqi şəxsi məhkəmədə təmsil etməli olan səlahiyyətli orqanın (şəxsin) məhkəmə icraatında iştirakını prosessual cəhətdən təmin etmək məqsədini daşıyır.Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq hesab edir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. 13.Belə olan halda məhkəmə hesab edir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmədiyinə görə, ”KredoBank” ASC isə inzibati orqan olmadığı üçün iddiaçıların "xxxx" Şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 410.706,29 AZN məbləğində kredit borcunun "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsi və "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi X10 arasında yenilənmiş formada bağlanmış 07 yanvar 2010-cu il tarixli, 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən həmin əsas əmanət və ona hesablanmış faiz məbləği ilə əvəzləşdirilərək "xxxx" Şirkətinin 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinə xitam verilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması haqqında iddiasına inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz, həmin iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir. Hal-hazırda ipotekasaxlayan tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçıların mülkiyyətlərində olan mənzillər üzərində ipotekanın ləğv ediməsi barədə müraciət edilməmişdir, eyni zamanda həmin mənzillər üzərində ipotekanın ləğv edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılar qarşısında iddiaçıların mülkiyyətində olan əmlakların üzərindəki ipotekanın ləğv etmək öhdəliyi yaranmamışdır və cavabdehin imtinası ilə də iddiaçıların subyektiv hüququnun pozulması halı baş verməmişdir. 15.Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 410.706,29 AZN məbləğində kredit borcunun "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsi və "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi X10 arasında yenilənmiş formada bağlanmış 07 yanvar 2010-cu il tarixli, 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən həmin əsas əmanət və ona hesablanmış faiz məbləği ilə əvəzləşdirilərək "xxxx" Şirkətinin 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinə xitam verilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" Şirkətinin öhdəliyinin təminatı qismində 01 nömrəli, 06 avqust 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40 nömrəli, 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 169,50 kv.m., yaşayış sahəsi 123 kv.m. olan 7 otaqlı 18,20 nömrəli mənzilin, 01/3 nömrəli, 25 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 74,65 kv.m., yaşayış sahəsi 53,85 kv.m. olan, 2 otaqlı, 30 nömrəli mənzilin və 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 145,3 kv.m., yardımçı sahəsi 47,3 kv.m., yaşayış sahəsi 98,0 kv.m. olan 6 otaqlı, 6/7 nömrəli mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

18. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" Şirkətinin "xxxx" ASC ilə bağladığı 01SF nömrəli, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 410.706,29 AZN məbləğində kredit borcunun "xxxx" ASC, X10 və "xxxx" Şirkəti arasında bağlanmış 01/01 nömrəli, 21 avqust 2009-cu il tarixli üçtərəfli girov müqaviləsi və "xxxx" ASC ilə X10 arasında bağlanmış 609 nömrəli, 12 avqust 2009-cu il tarixli, 611 nömrəli, 14 avqust 2009-cu il tarixli, 616 nömrəli, 19 avqust 2009-cu il tarixli əmanət müqavilələri, eləcə də "xxxx" ASC ilə əmanətçi X10 arasında yenilənmiş formada bağlanmış 07 yanvar 2010-cu il tarixli, 06, 07 və 08 nömrəli əmanət müqavilələrinə əsasən həmin əsas əmanət və ona hesablanmış faiz məbləği ilə əvəzləşdirilərək "xxxx" Şirkətinin 06 avqust 2009-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinə xitam verilməsi öhdəliyinin cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, 06 avqust 2009-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" Şirkətinin öhdəliyinin təminatı qismində 01 nömrəli, 06 avqust 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40 nömrəli, 2 mərtəbəli binada yerləşən, ümumi sahəsi 169,50 kv.m., yaşayış sahəsi 123 kv.m. olan 7 otaqlı 18,20 nömrəli mənzilin, 01/3 nömrəli, 25 iyun 2010cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 74,65 kv.m., yaşayış sahəsi 53,85 kv.m. olan, 2 otaqlı, 30 nömrəli mənzilin və 01/2 nömrəli, 30 iyun 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 42 nömrəli yaşayış binasında yerləşən, ümumi sahəsi 145,3 kv.m., yardımçı sahəsi 47,3 kv.m., yaşayış sahəsi 98,0 kv.m. olan 6 otaqlı, 6/7 nömrəli mənzilin ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar