Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3397/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "vurulmuş ziyana görə təzminatın birdəfəlik ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə İddiaçı üst-üstünə 7 (yeddi) il ərzində məhkəmə çəkişmələrində vaxt itkisi, sağlamlıq, əsəbilik, həyəcanlar, maddi ziyan (vaxtında ödənilməyən məbləğ) ziyan vurduqlarına görə ona 200.000 (iki yüz min) manat təzminatı bir dəfə ödənilməsi vəzifəsi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı xx xxxxxx 1960-cı il tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 01 sentyabr 1976-cı il tarixində yaşadığı Şamaxı rayonunun Göylər kəndində Engels adına kolxozda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 25 avqust 1977-ci il tarixindən "Bakıtuneltikinti" 3 saylı Tunel Tikinti İdarəsində yerüstü fəhlə kimi işə qəbul olunmuşdur. 18 yanvar 1978-ci il tarixdən 13 oktyabr 1993-cü il tarixə kimi həmin təşkilatda müxtəlif yer altı işlərdə işləmişdir. Yeraltı işlərə görə 1993-cü ilə qədər əmək stajı 13 il 5 ay 23 gün təşkil etmişdir. 01 dekabr 1994-cü il tarixdən hal-hazıradək Bakı Metropoliteninin Tunel Qurğuları Xidmətində usta vəzifəsində işləyir. Yerinə yetirdiyi işlər xüsusilə zərərli hesab olunur. Yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı təsdiq olunmuş "Yeraltı işlərdə əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalçıların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 saylı siyahısına daxil edilmişdir". 1997-ci ilin yanvarına qədər onun 20 ildən artıq ümumi, 10 ildən artıq isə yeraltı və xüsusilə zərərli işlərə görə əmək stajı yaranıb. 50 yaşım tamam olması münasibətilə güzəştli şərtlərlə pensiya təyin olunası üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə müraciət etmişdir. Hər dəfə də ona bildirmişdirlər ki, sənə 50 yaşında pensiya təyin etmək qanuna uyğun deyil. Düz bir il 2010-cu ilin yanvar ayının 10-dan DSMF-nin Xətai rayon Şöbəsi ona pensiya təyin etməmişdir. O, sonda öz Konstitusiya hüququndan istifadə edərək 11 yanvar 2011-ci il tarixində 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 21 mart 2011-ci il 2-1in(82)17/2011 məhkəmə iddianı təmin etmiş, 50 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2in(82)17/2011 saylı məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. 2-1in7(103)-74/2011 saylı, 15 iyul 2011-ci il tarixli məhkəmə qərarı ilə apellyasiya şikayətini təmin edilməmiş, 31 mart 2011-ci il tarixli iş 2in(82)17/2011 saylı qərarına heç bir dəyişiklik etmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli 2-1inz(103)-74/2011 saylı qərardan narazı qalan DSMF-nin Xətai rayon Şöbəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verdilər. 2-1inz/1xxxx/2011 saylı məhkəmə qərarı ilə AR DSMF-nin Xətai rayon Şöbəsinin kasassiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)74/1011 saylı, 15 iyul 2011-ci il tarixli qərarı heç bir dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. Yuxanda göstərilən məhkəmə qərarlarından sonra da AR DSMF-nin Xətai rayon Şöbəsi ona qarşı qərəzli mövqeydə olaraq ona hesablamalı olduqları pensiyanı qanuna uyğun yox, özlərinin istədikləri kimi 104 (bir yüz dörd) manat pensiya hesablamışdırlar. Sözsüz ki, o bu cür hesablanmış pensiyanın məbləği ilə razı ola bilməzdi. O, məcbur qalıb, bir daha 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. 08 iyun 2012-ci il tarixli, 2- 1inz(82)-703/12 saylı qərarla iddiası təmin edilməmişdir. O, 08 iyun 2012-ci il tarixli 2- 1inz(82)-703/12 saylı məhkəmə qərarından narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasına şikayəti vermişdir. 09 oktyabr 2012-ci il tarixində 2-1inz(103)-863/12 saylı qərarla apellyasiya şikayəti təmin edilmişdir. Bakı 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2012-ci il tarixli 2-in(82)-703/2012 saylı qərarı ləğv edilmiş, iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli, 2-1inz(103)-863/2012 saylı qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. 27 fevral 2013-cü il tarixində 2-2(102)- 147/2013 saylı qərarla kassasiya şikayəti qismən təmin edilmiş, işə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası 24 aprel 2013-cü il tarixli, 2-1inz(103)582/2013 saylı məhkəmə qərarı ilə apellyasiya şikayəti təmin edilmişdir. Bakı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2012-ci il tarixli 2-1inz(82)-703/2012 saylı qərarı ləğv edilmişdir. İddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2013-cü il tarixli 2-1inz(103)-582/13 saylı qərarından AR DSMF Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsi hakim İlqar Dadaşov 31 iyul 2013-cü il tarixli 2-2(102)-712/2013 saylı qərarla AR DSMF tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2013-cü il tarixli 2-1 inz(103)-582/2013 saylı qərarı qüvvəsində saxlanılmışdır. Məhkəmə çəkişmələrindən sonra da Azərbaycan Respublikası DSMF-nin Xətai rayon şöbəsi ona keçmiş təxminən 4 (dörd) ilin pensiyasını hesablamış, təxminən 16000 (on altı min) AZN və ya təxminən 21000 (iyirmi bir min) ABŞ dollarını bir dəfə ödəməmişdir. Hər ay aldığı məbləği gələrək pensiyasını ödəmişdirlər. Bu illər ərzində iddiaçıya hərtərəfli ziyan vurulmuşdur. Həm maddi, həm mənəvi, həm də əsəbi. Bütün bunlara baxmayaraq o, hər ay ona hesablanmış aylıq pensiyanı bir ayı da keçmiş müddət üçün ödənilməyən pensiyanın bir ayında alırdı. 2020-ci ilin fevral ayının pensiyasını alarkən təxminən 200 (iki yüz) AZN-ə yaxın az pensiya aldığını görüb Azərbaycan Respublikası DSMF-nin Xətai Şöbəsinə getmişdir ki, ona niyə az pensiya ödənildiyinin səbəbini öyrənsin. O, mühasibatlığı keçib sual vermişdir ki, niyə ona aylıq pensiya az ödənilib. Mühasibatlıqdan ona bildirilmişdir ki, səbəbini bilmirlər. Ona pensiya sektorundan bölməsindən bildirmişdirlər ki, 2017-ci ildə pensiya hesablanarkən səhv hesablanıb, ona görə də pensiya azaldılıb. O bu dəfə də öz Konstitusiya hüquqlarından istifadə edərək Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 10 noyabr 2020-ci il tarixində 2-1(112)-3855/2020 saylı məhkəmə qərarı ilə iddia tələbini təmin etmişdir. Cavabdeh Azərbaycan Respublikası DSMF-nin hərəkətləri qanunsuz hesab edilmiş, xx.xx.2020-ci il tarixindən azaldılmış ödənilməyən pensiyası hesablanaraq bir dəfə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası DSMF-nin Xüsusi şərtlərlə təyinat idarəsinin üzərinə qoyulmuşdur. Bu cür hərəkətləri (Məhkəmə qərarı və pensiyaçının razılığı olmadan) Azərbaycan Respublikası Ə.Ə.S.M.N. tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli 2-1(112)-3855/2020 saylı qərardan Azərbaycan Respublikası Ə.Ə.S.M.N. tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi 06 may 2021-ci il iş № 2- 1(103)-1510/2021 saylı məhkəmə qərarı ilə Azərbaycan Respublikası DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilmiş, qəbulundan imtina edilmişdir. Bu məhkəmə qərarlarından sonra Azərbaycan Respublikası Ə.Ə.S.M.N.T. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ona qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-7014/2021 saylı qərarı ilə ona qarşı verilmiş iddianı təmin etməmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ə.Ə.S.M.N.T-də DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(112)-7014/2021 saylı qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 28 aprel 2022-ci il tarixində 2-1(103)- 1060/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2-1(112)-7014/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarından sonra onun xx.xx.2020-ci il tarixindən azaldılaraq ödənilməyən pensiyası hesablanaraq bir dəfə ödənilməsi vəzifəsi qoyulsa da Azərbaycan Respublikası Ə.Ə.S.M.N.T. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ödənilməyən pensiyasını hesablamışlar, təxminən 5000 (beş min) manatı hissə-hissə hər ay 92,87 AZN ödəməklə ödəyirdilər. O, 22 dekabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanından DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi filialına ərizə ilə müraciət etmişdir ki, niyə 27 noyabr 2020ci il tarixli iş № 2-1(112)-3855/2020 saylı Məhkəmə qərarını düzgün icra etmirsiz. Məhkəmə qərarı dövlət adından çıxarılmış qərardır. Bakı İnzibati Məhkəməsinin təkidindən sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi yanvar 2022-ci ildə məhkəmə qərarını tam icra etmişdir. 22 dekabr 2021-ci ildə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yazmış, ərizəsinə cavab almadığı üçün 26 avqust 2022-ci il tarixində təkrar müraciət etmişdir. Verilmiş cavabda niyə və kimin göstərişi ilə Dövlət adından verilmiş məhkəmə qərarına belə biganə yanaşıldığı göstərilməmişdir. Keçmiş bu illər ərzində 2010-cu ilin yanvar ayından 2013-cü ilin oktyabr ayınadək və 01 fevral 2020-ci ildən 28 aprel 2022-ci il ərzində DSMF ona qarşı hərtərəfli ziyan, həm vaxt itkisi, sağlamlığına ziyan, əsəbilik, maddi və mənəvi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya 9 yanvar 2010-cu il tarixindən Fondun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyyasının 6 may 2021-ci il tarixli 2-1(103)-1510/2021 nömrəli Qərarına uyğun olaraq əmək pensiyası xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 1062,64 manatdan 1293,74 manata artırılmışdır. Eyni zamanda sözügedən məhkəmə qərarına əsasən ona keçmiş dövr üzrə ödənilməli olan 4643,43 manat fərq məbləği hesablanmışdır. Qeyd olunan məbləğin 278,61 manat hissəsi xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 92,87 manat olmaqla iddiaçıya ödənilmişdir. Qalan 4364,82 manat hissəsi isə iddiaçının məhkəmə qərarında nəzərdə tutulmasa da Mərkəzi Filiala müraciəti nəzərə alınaraq xx.xx.2022-ci il tarixində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülərək məhkəmə qərarının icrası tam başa çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 01.01 2022-ci il tarixindən etibarən 1337,73 manat təşkil edir. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 1337,73 manat olmaqla Mərkəzi Filial tərəfindən iddiaçıya ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə İddiaçı üst-üstünə 7 (yeddi) il ərzində məhkəmə çəkişmələrində vaxt itkisi, sağlamlıq, əsəbilik, həyəcanlar, maddi ziyan (vaxtında ödənilməyən məbləğ) ziyan vurduqlarına görə ona 350.000 (üç yüz əlli min) manat təzminatın bir dəfə ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, eyni tarixli qərardadla iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2in(82)-17/2011 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinə qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri barədə” iddiası təmin edilmiş, İddiaçı 50 yaşında güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinin üzərinə qoyulması və cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinin hesabından 4 manat 60 qəpik məbləğində prosessual xərclərin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2011-ci il tarixli, 2-1inz(103)-74/2011 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2011-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 31 mart 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2-1inz(102)-27/11 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1inz(103)-74/2011 saylı 15 iyul 2011-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. -2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2in(82)- 703/2013 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinə qarşı ‘‘İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilərək cavabdehin üzərinə iddiaçıya “Vətəndşalraın pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsində göstərilən qaydalarda orta əmək haqqı ilə pensoyanın hesablanması vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 4,50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qərara alınmışdır -Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2-1 inz(103)-863/12 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2012-ci il tarixli 2in(82)-703/2012 №-li qərarı ləğv edimiş, iddia təmin olunmuş, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanmasına dair müraciətinin təmin olunmasından Azərbaycan Respublikası DSMF-nin Xətai rayon Şöbəsinin imtinası qanunsuz hesab edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanması vəzifəsinin Azərbaycan Respublikası DSMF-nin Xətai rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-2(102)-147/13 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koiiegiyasının 2-1inz(103)-863/12 saylı 09 oktyabr 2012-ci il tarixli qərarı ləğv edilib, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1inz(103)-582/13 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-703/2012 saylı iş üzrə qəbul etdiyi 08 iyun 2012-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul olunması, iddianın təmin olunması, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanmasına dair müraciətinin təmin olunmasından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsinin imtinasının qanunsuz hesab edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının məbləğinin 31 may 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq orta aylıq əmək haqqı ilə hesablanması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai rayon Şöbəsininin üzərinə qoyulması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-2(102)-712/13 nömrəli qərarı ilə kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1inz(103)-582/13 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3855/2020 nömrəli qərarı ilə iddiаçı İddiaçı iddiası təmin edilmiş, İddiaçı təyin olunmuş pensiya məbləğinin azaldılması barədə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş, 01 yanvar 2020-ci ildən İddiaçı aylıq pensiya məbləğindən hər ay azaldılaraq ödənilməyən (184,14 manat\\\\\\\\\0 məbləğinin bərpa olunaraq bir dəfəyə ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuş və həmin hərəkətlərin edilməsi (məhkəmə qərarı və əmək pensiyaçının razılığı olmadan) Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qadağan edilməsi qərara alınmışdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1510/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3855/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7014/2021 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın cavabdeh İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-1060/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2-1(112)-7014/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl zərərin ödənilməsi ilə bağlı 26.08.202-ci il tarixdə ərizə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, ərizə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və ərizənin qəbulu Filialın “sənədlər üçün” möhürü ilə təsdiq edilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində hüquqlarının pozulduğu, 2010-cu ilin yanvar ayından 2013-cü ilin oktyabr ayınadək və 01 fevral 2020-ci ildən 28 aprel 2022-ci il tarixədək keçmiş illər ərzində məhkəmə çəkişmələrində DSMF orqanı tərəfindən vaxt itkisi, sağlamlıq, əsəbilik, həyəcanlar, maddi ziyana (vaxtında ödənilməyən məbləğ) məruz qaldığını iddia edir və maddi və mənəvi zərərin əvəzi olaraq ona 350.000 (üç yüz əlli min) manat təzminatın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. İş üzrə iddiaçı iddia tələbində cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi zərər olaraq bütövlükdə 350.000 (üç yüz əlli min) manat təzminatın ödənilməsini tələb etsə də bu məbləğin hansı hissəsinin maddi zərər, hansı hissəsinin mənəvi zərər olduğunu qeyd etməmişdir. İddiaçı maddi ziyanın cavabdehin hansı hərəkətləri nəticəsində dəydiyi, bu ziyanın real zərər, yaxud əldən çıxmış fayda olaraq irəli sürdüyünü əsaslandırmamış, ümumiyyətlə maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, pensiya alt-sistemindən olan çıxarışlardan da müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən pensiya ödənişləri aparılmış, iddiaçının pensiyası qanuni qüvvəsini almış məhkəmə qərarlarından sonra yenidən hesablanmış və keçmiş dövr üzrə fərq məbləği tam olaraq iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə ödənilmiş və məhkəmə qərarı tam icra olunmuşdur. Bununla da cavabdeh orqan tərəfindən iddiaçıya keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin qaldığı müəyyən olunmamışdır. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, Plenum Qərarındakı mövqeyi və ziyan vurma ilə bağlı normaları ümumiləşdirərək qeyd etmək olar ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Başqa sözlə, dəymiş zərərin ödənilməsi o zaman əsaslı sayılır ki, bu zərər aşağıdakı halların vəhdət halında mövcudluğunda yaransın: -qanunsuz hərəkət və ya hərəkətsizlik -qanunsuz hərəkət və ya hərəkətsizlikdə təqsir -birbaşa mənəvi sarsıntı və fiziki iztirab keçirməyə gətirib çıxaran təqsirli qanunsuz hərəkət və ya hərəkətisizlik -təqsirli qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi ziyan arasında səbəbli əlaqə. Hazırkı işin hallarını şərh olunanlara uyğun qiymələndirildikdə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. Məhkəmə bu nəticəyə gələrkən o halları nəzərə alır ki, iddiaçının mənəvi zərər vurulduğunu iddia etdiyi cavabdeh orqanın hərəkət və ya hərəkətsizliyi ona münasibətdə pensiya təyinatı qanunvericiliyinin tətbiqi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı ilə inzibati orqan arasında baş vermiş məhkəmə mübahisələri üzrə 4 müstəqil iddia qaydasında icraat aparılmış, bunlardan 3-ü iddiaçının iddiası ilə başlamışdır: 1.güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; 2.pensiyanın orta əmək haqqı əsas götürülməklə hesablanması; 3.pensiyanın əvvəlki qaydada, ödənilməyən hissənin hesablanaraq ödənilməsi. Sonuncu iddia cavabdeh inzibati orqanın öz təşəbbüsü ilə qaldırılmış iddia-artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasına dair iddia olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən iddialar üzrə iddiaçı sosial təminat hüququnun realizə edilməsi üçün ilkin olaraq inzibati orqana müraciət etmiş, inzibati orqan iddiaçının müraciətləri əsasında inzibati icraatı aparmış və yekun olaraq müraciəti təmin etməkdən imtina etmişdir ki, qeyd edilən imtinaları iddiaçı inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə görə Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 1.3-cü bəndinə əsasən Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Nizamnamənin 2.1-ci bəndinə əsasən Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək; 2.1.5. məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək; 2.1.5-1. sığortaolunanların və sığortalıların dövlət icbari şəxsi sığorta üzrə uçota alınmasını və uçotunun aparılmasını, sığortaolunanlara sığorta ödənişlərinin ödənilməsini təmin etmək; 2.1.6. əhalinin sosial müdafiəsi ilə bağlı dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.7. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.8. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi cavabdeh inzibati orqan sosial təminat hüququ sahəsi üzrə dövlət siyasətini həyata keçirən, bu sahədə qəbul edilmiş hüquqi tənzimləmə vasitəsi olan sosial təminat qanunvericiliyini bilavasitə tətbiq edən inzibati orqandır. Qeyd edildiyi kimi cavabdeh inzibati orqan əsas fəaliyyət istiqamətinə uyğun olaraq inzibati icraat çərçivəsində sosial müdafiə üçün təqdim edilmiş müraciətləri sahə qanunvericiliyinin tələblərinə müvafiq qaydada yoxlayaraq qiymətləndirmək, nəticə etibarı ilə əhalinin hüquq qazanmış təbəqələrini əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd, kompensasiya və digər sosial ödənişlər ilə təmin etmək və ya müvafiq əsaslarla təmin etməkdən imtina etməkdə səlahiyyətli və məsul orqandır. Bu baxımdan şəxsin inzibati orqana etdiyi bütün müraciətlərinin inzibati orqan tərəfindən təmin edilməli olmasına dair imperativ norma olmadığı kimi, bütün müraciətlərin təminindən imtinaların da birbaşa ziyan vurmaya səbəb olan hərəkət kimi qiymətləndirilməli olmasına dair meyar mövcud və mümkün deyildir. Əks halda, icra hakimiyyəti qolunun qanunvericlilik normaları ilə ona verilmiş səlahiyyətlər daxilində hüquqtətbiqetmə fəaliyyətinin həyata keçirilməsinin (işin faktik əsaslarının müəyyən edilməsi; işin hüquqi əsaslarının müəyyən edilməsi(normanın seçilməsi); iş üzrə qərar qəbul edilməsi (işin faktiki halları ilə normanın müqayisəli qiymətləndirməsi) əhəmiyyəti və belə bir fəaliyyətin zərurəti olmazdı. Dolayısı ilə məhkəmə hazırkı iş üzrə hesab edir ki, istər iddiaçının müraciəti, istərsə də inzibati orqanın təşəbbüsü ilə aparılmış inzibati icraat və məhkəmə müstəvisinə keçirilmiş inzibati iddialar üzrə icraatlar gedişində iddiaçının tələbinin təmin edilməsi və ya təmin edilməməsi nəticəsindən asılı olmayaraq cavabdeh sosial müdafiə orqanının hərəkətləri (və ya hərəkətsizliyi) bilavasitə və təqsirli olaraq iddiaçıya zərər vurulmasına əsas olan hərəkət kimi qəbul edilə bilməz. İddiaçının publik hüququn müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək, məhkəmə qərarlarından apelyasiya şikayəti vermək hüququ olduğu kimi inzibati orqanın da inzibati məhkəmə icraatında qəbul edilmiş məhkəmə aktlarından şikayət etmək imkanı, müstəqil iddia qaldırmaq səlahiyyəti mövcud olmuş və hər iki tərəf bu imkan və səlahiyyətdən qanunamüvafiq qaydada istifadə etmişlər. Qeyd edilən məhkəmə mübahisələrində çəkişmə prinsipinə uyğun aparılmış hərəkətlər inzibati orqanın iddiaçıya bilavasitə zərər vurulmasına yönəlmiş hərəkətləri kimi qiymətləndirilməməlidir. Odur ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ilkin olaraq dövlətin sosial müdafiə siyasətini həyata keçirən cavabdeh orqanın əməlində fərdi qaydada iddiaçı vətəndaşa qarşı bilavasitə zərər vurmaya yönəlmiş hərəkət və ya hərəkətsizlik olmadığından təmin edilməməlidir. İnzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının mənəvi zərər çəkməsi arasında səbəbli əlaqə baxımından qiymətləndirməyə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından aydındır ki, iddiaçının publik hüququnun realizəsi ilə bağlı etdiyi müraciət, iddia və şikayətləri üzrə aparılmış icraatlar gedişində tələbinin təmin edilməməsindən dolayı mənəvi sarsıntı və ya iztirab çəkməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, hətta mənəvi sarsıntı və iztirablara inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin səbəb olduğu (səbəbli əlaqənin) qəbul edilsə belə məhkəmə hesab edir ki, bu hal mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı həcmdə öhdəliyin qoyulmasına əsas vermir. Belə ki, qeyd edildiyi kimi inzibati hüququn realizəsi inzibati orqana müraciətlə başlamış, inzibati orqanın inzibati icraatın nəticəsində tələbin təmin edilməsindən imtina ilə bağlı gəldiyi nəticə məhkəmə müstəvisində mübahisələndirilmiş və inzibati məhkəmə icraatlarında iddiaçının tələblərinin və cavabdeh orqanın hərəkətlərinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilərək inzibati mübahisələr öz hüquqi həllərini tapmışdır. İddiaçının hüquqularının məhkəmə müdafiəsi iddiaçının sosial təminat hüquqlarının təmini ilə yekunlaşmış, məhkəmələrin qanuni qüvvəsini almış qərarları ilə qoyulmuş öhdəliklər inzibati orqan tərəfindən tam yerinə yetirilmişdir. Başqa sözlə, iddiaçının sosial təminat hüququnun təmini ilə başa çatmış məhkəmə müdafiəsi hüququ təkcə iddiaçının maddi anlamda hüququnun bərpası ilə deyil, həm də həmin hərəkətlərin məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi, pozulmuş hüququn bərpası ilə mənəvi zərərin ödənilməsini də ehtiva etmişdir. Başqa sözlə, bu halda məhkəmə müdafiəsi təkcə sosial təminat hüququnu deyil, həm də həmin hüquqdan dolayı yaranan mənəvi zərərlə bağlı tələbin təmin edilməsi kimi də qiymətləndirilir və əlavə olaraq belə bir tələbin müstəqil qaydada təmin edilməsinə zərurət qalmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 7-ci bəndinə əsasən (.....) məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "vurulmuş ziyana görə təzminatın birdəfəlik ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova