Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3399/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası rabitəçi, X1 baş direktor işləyir),cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadr, ixtisası beynəlxalq hüquq, vəzifəsi İİ katib) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qаrşı “əlavələrin ödənilməsi öhdəliyinin qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qаrşı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək diplomatik xidmətdə Türkiyədə çalışdığı xx.xx.2020-ci ildən xx.xx.2006-cı ilə qədər (cəmi 71 ay 25 gün) dövrə aid “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrinə əsasən birinci katib vəzifəsinə uyğun maaşın 50 % həcmində olan hissəsinin, işlədiyi dövrə aid birdəfəlik müavinətin və istifadə olunmamış məzuniyyətlər üçün əlavələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əmrinə əsasən Azərbaycan Respublikasının Turkiyə Respublikasındakı Səfirliyinin birinci katibi təyin edilmiş və 2000-ci ilin sentyabr ayının 4-dən qeyd olunan vəzifənin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə uzun müddətli ezamiyyətə göndərilmişdir. 2006-ci ilin avqust ayının 25-dək səfirlikdə bu vəzifədə işləmiş və diplomatik nümayəndəlikdən qayıtdıqdan sonra başqa dövlət orqanlarında fəaliyyətini davam etdirməyi ilə əlaqədar Xarici İşlər Nazirliyinin ehtiyatına daxil edilmişdir. Ümumilikdə 71 ay 25 gün birinci katib vəzifəsində işləmişdir. Göstərilən müddət ərzində ona nəzərdə tutulmuş əlavələr və istifadə olunmamış məzuniyyət üçün ödənilməli olan haqq ödənilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 758 nömrəli, xx.xx.2000-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmiş və 1196 nömrəli, 11 avqust 2006-cı il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilərək geri çağrılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyən olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il müddətində məhkəməyə müraciət etməlidir.Qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən iddiasında göstərilən tələblə bağlı iddia müddəti buraxılmışdır.Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddiasının təmin ediməsini məhkmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Z.Şirinov iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qismən rədd edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2007-ci il, xx.xx.2007-ci il,xx.xx.2019-cu il tarixli ərizələrinə əsasən iddiaçı 2000-ci ilin sentyabr ayından 2006-cı ilin avqust ayına qədər qanunda nəzərdə tutulmuş vəzifə maaşının 50%-i həcmində maddi vəsaitin, birdəfəlik müavinətin və istifadə olunmamış məzuniyyətlər üçün ödənilməli olan məbləğin ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, iddiaçıya ünvanlanmış məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, ərizəsində göstərilən məsələ üzrə müvafiq araşdırma aparılacaqdır. Cavabdehin 758 №li, xx.xx.2000-ci il tarixli əmrinə əsasən iddiaçı 2000-ci il sentyabr ayının 4-dən maaşı ştat cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinə birinci katib vəzifəsinə təyin edilmişdir. Cavabdehin 1196 nömrəli, xx.xx.2006-cı il tarixli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin birinci katibi vəzifəsinə təyin edilmişdir, 2006-cı il avqust ayının 25-dən ezamiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin xx.xx.2006-cı il tarixli arayışına əsasən iddiaçı 2000-ci ilin sentyabr ayının 04-dən 2006-cı ilin avqust ayının 25-dək Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin birinci katibi vəzifəsində işləmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin birinci katibi vəzifəsində işləmək üçün ezam edilmişdir.Hazırda iddiaçı diplomatik xidmətdə Türkiyədə çalışdığı xx.xx.2020-ci ildən xx.xx.2006-cı ilə qədər (cəmi 71 ay 25 gün) dövrə aid birinci katib vəzifəsinə uyğun maaşın 50 % həcmində olan hissəsi, işlədiyi dövrə aid birdəfəlik müavinət və istifadə olunmamış məzuniyyətlər üçün əlavələrin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, oanun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğunun xüsusi növü olan diplomatik xidmətin təşkilinin hüquqi əsaslarını, diplomatik xidmətdə olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən diplomatik xidmət orqanları sisteminin vahid maliyyə təminatı dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada digər mənbələr hesabına həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosialiqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 23.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. Həmin Qanunun 23.6-cı maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibatitexniki xidmətini həyata keçirən şəxslərə vəzifəyə təyin olunduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir. Məhkəmə hesab edir ki. qeyd edilən normalara əsasən iddiaçı diplomatik xidmətdə Türkiyədə çalışdığı xx.xx.2020-ci ildən xx.xx.2006-cı ilə qədər (cəmi 71 ay 25 gün) dövrə aid birinci katib vəzifəsinə uyğun maaşın 50 % həcmində olan hissəsi, işlədiyi dövrə aid birdəfəlik müavinətlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, həmin əlavə və müavinətlərin iddiaçıya ödənilməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim etməmişdir. Cavabdehin etirazında iddia müddətinin tətbiq edilməsi ilə bağlı göstərilənlərə isə məhkəmə qiymət verərək qeyd edir ki,Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır, belə olan halda hazırda iddiaçının iddiası inzibati orqana qarşı olmaqla inzibati xarakterlidir, inzibati mübahisələrə baxılan zaman əmək qanunvericiliyin iddia müddətlərinə dair müddəaları tətbiq edilmir. İnzibati mübahisələri tənzimləyən qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasının İPM-də inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunvericiliyində xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına məzuniyyət pulunun ödənilməsi nəzərdə tutulmadığı üçün iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi qismən təmin edilməli, iddiаçı İddiaçı diplomatik xidmətdə Türkiyədə çalışdığı xx.xx.2020-ci ildən xx.xx.2006-cı ilə qədər (cəmi 71 ay 25 gün) dövrə aid, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrinə əsasən birinci katib vəzifəsinə uyğun maaşın 50 % həcmində olan hissəsinin, işlədiyi dövrə aid birdəfəlik müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,34, 68,69, 110cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı diplomatik xidmətdə Türkiyədə çalışdığı xx.xx.2020-ci ildən xx.xx.2006-cı ilə qədər (cəmi 71 ay 25 gün) dövrə aid, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələrinə əsasən birinci katib vəzifəsinə uyğun maaşın 50 % həcmində olan hissəsinin, işlədiyi dövrə aid birdəfəlik müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3399/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3399/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver