Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-34/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinğin nümayəndəsi X7, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi, "xxxx" MMC və "xxxx" MMC cəlb edilməklə “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamların İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “avtomobil dayanacagının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-nin istifadəsinə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsinin verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli sərəncamı və həmin sərəncamdan irəli gələn Bakı şəhər icra Hakimiyyətinin başçısının xx.xx.2017-ci il tarixli 666 saylı və xx.xx.2019-cu il tarixli 249 nömrəli sərəncamların ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edərək, “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamların İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi barədə”qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 aprel 2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, iddiaçı "xxxx" MMC-nin cavabdeh X10, X4, İddiaçı, “X14 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Nizami rayon məhkəməsinin 2(007)-3408/2021 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş,Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, 1 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(102)-1750/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1673/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1949/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2023 nömrəli, 3 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, üçüncü şəxs "xxxx" MMC-nin iş üzrə icraatın dayandırılması barədə vəsatətinin rədd edilməsi,iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, 2019-cu ilin sonlarında təsadüf nəticəsində əldə etdiyi sənədlər vasitəsilə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2016-ci il tarixli 426 nömrəli Sərəncamı ilə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx"MMC-nin ıstifadəsinə verilmiş və bununla da qanuni əsaslarla iddiaçıya məxsus olan Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə qanunsuz müdaxilə olunmuşdur. Ona görə ki, həmin sərəncamla "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin şərq hissəsinə müdaxilə edir. Bundan sonra "xxxx"MMC-nin istifadəsinə verilmiş torpaq sahəsi cavabdehin xx.xx.2017-ci il tarixli 666 saylı sərəncamı ilə "xxxx" MMC-nin, xx.xx.2019-cu il tarixli 249 nömrəli sərəncamı ilə isə "xxxx"MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsində avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün "xxxx"MMC –yə bir neçə dövlət orqanları tərəfindən verilmiş müxtəlif icazə sənədləri, plan və ölçülərdən açıq aşkar bəlli olur ki, həmin tikintiyə icazə iddiaçının qanuni sahibliyində olan torpaq sahəsinə müdaxilə etməklə, mülkiyyət hüququnu kobud surətdə pozur. Əldə olunan rəsmi sənədlərlə müəyyən olunur ki, 2014-cü ildə Bakı şəhəri Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşöən 0,16 ha torpaq sahəsinə AR ƏMDK DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata alınsa belə, 2016-ci ildə BŞİH başçısı tərəfindən mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi qanunsuz olaraq digər hüquqi şəxsin istifadəsinə verilmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
10. Üçüncü şəxs "xxxx" MMC iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, reyestr xidməti ilə X10 arasında bağlanılmış alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə MMC-nin istifadəsinə verilmiş 0,18 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçı adına verilən çıxarışın surətindən görünür ki, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid dövlətə məxsus torpaqlardır. Reyestr xidməti X10 adlı şəxsin təqdim etdiyi xx.xx.2013cü il tarixli arayış əsas götürülərək onunla alqı-satqı müqaviləsi bağlamışdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısı qanunvericilikdə nəzərdə tutulmamışdır. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
-2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);. -36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 36.2.ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. - 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.
12. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs "xxxx" MMC məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər.Odur ki, məhkəmə işə cavabdeh və üçüncü şəxs "xxxx" MMC -nin iştirakı olmadan baxmışdır.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iddia tələbinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında müzakirə olunan “Qutan MMC”-nin iş üzrə icraatının dayandırılması barədə vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
İİİ.Tədqiq edilmiş sənədlər
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı 17. 11.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AN-İ ******* nömrəli, 01 iyul 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı (X10) Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti, 2270-77-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 0.16 ha olan torpaq sahəsinin ona məxsus olan hissəni alıcının (X4) mülkiyyətinə verir. 09 oktyabr 2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, hədiyyə verən- X4- Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti, 2270-77-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 0.16 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissədə hədiyyə alanın- İddiaçı- mülkiyyətinə verir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti, 2270-77-ci məhəllədə yerləşən torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. AN seriyalı 415187 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən torpaq sahəsinə dair plan və ölçü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 426 nömrəli, xx.xx.2016-cı il tarixli “X12” MMC-yə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən, Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 8-03/1990 saylı razılıq məktubu və tarixli “X12” MMC-nin xx.xx.2016-cı il tarixli, 20 saylı müraciəti nəzərə alınaraq Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi icarə əsasında avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 249 nömrəli, xx.xx.2019-cu il tarixli “Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan-ada keçirilməsi haqqında” Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 oktyabr 2016-cı il tarixli 426 saylı sərəncamı ilə ayrılmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 666 saylı Sərəncamı ilə "xxxx" MMC-nin adına verilmiş Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0,18 ha torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 666 nömrəli, xx.xx.2017-ci il tarixlli “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 426 saylı və xx.xx.2017-ci il tarixli, 638 saylı sərəncamlarının addan-ada keçirilməsi haqqında” Sərəncamdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, D-03 saylı müraciəti və “X12” MMC-nin xx.xx.2017-ci il tarixli, 94 saylı razılıq məktubu nəzərə alınaraq, Nizami rayonu, Babək prospekti, 2270-77ci məhəllədə “X12” MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 426 saylı, xx.xx.2017-ci il tarixli, 638 saylı sərəncamları və 13221 saylı inşaat pasportu "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlkın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən torpaq sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin koordinatları təyin edilərək naturada (yerdə) iddiaçıya göstərilmişdir. 79 nömrəli, xx.xx.2017-ci il tarixli “Obyektin tikintisinə icazə”dən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə avtomobillərə texniki xidmət və təmir mərkəzinin işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Məhkəmə sorğusu əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının 07 iyul 2020ci il tarixli, 7-1664/17 nömrəli cavab məktubu ilə, məhkəməyə Bakı şəhər İcra Hakimiyyətinin 426 nömrəli, xx.xx.2016-cı il tarixli, 666 nömrəli, xx.xx.2017-ci il tarixli və 249 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamları təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Ədliyyə Nazirliyi 38 saylı notariat ofisinin 335 nömrəli, 14 aprel 2021-cil tarixli cavab məktubuna əsasən, məhkəməyə xx.xx.2014-cü il tarixdə Bakı şəhər 38 saylı notariat ofisində 4Ə/191 reyestrdə rəsmiləşdirilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin və müqaviləyə əlavə olunmuş sənədlər təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********61 nömrəli “Qeyd olunan torpaq sahəsinə dair sənədlərin surətinin təqdim edilməsi haqqında” cavab məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.1600 ha torpaq sahəsinin X6 adına daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmasına dair müvafiq çıxarışın və qeydiyyata alınması üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********15 nömrəli “Ünvana dair sənəd surətinin verilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.1600 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmiş, lakin 38 saylı DNK-nın 4Ə-191 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Əlavə olaraq müvafiq arxiv sənədlərin surəti təqdim edilmişdir. Hazırki mübahisə ilə bağlı proses iştirakçıları tərəfindən təqdim edilmiş sübutlar və məhkəmə araşdırılması zamanı əldə edilmiş sənədlərdən məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi yuxarıda göstərilən müvafiq alqı-satqı müqaviləsi əsasında X6 adına səlahiyyətli orqan tərəfindən dövlət reyestrində qeydiyyata alınmış, sonradan yuxarıda təsvir edilmiş alqı-satqı müqaviləsi əsasında iddiaçının anası X2 adına rəsmiləşdirilmiş və bununla bağlı dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2019-cu ildə isə bağışlama müqaviləsi əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Digər tərəfindən isə Bakı şəhər İcra Hakimiyyəti başçısının yuxarıda göstərilən sərəncamlarından müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinində daxil olduğu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.18 ha torpaq sahəsi ilkin olaraq avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün “X12” MMC-nin istifadəsinə verilmiş, sonradan həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının yuxarıda göstərilən müvafiq sərəncamları əsasında "xxxx" MMC-nin, sonradan isə "xxxx" MMC-nin adına keçirilmişdir. Odur ki, iddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
İV.Məhkəmənin mövqeyi
15. Məhkəmə proses iştiraçılarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və iş materiallarında olan sənədləri tam və hərtərəfli araşdırıldıqdan sonra qiymət verərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. - 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. - 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. -65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. -65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Qanunvericilik normalarındandan göründüyü kimi, mülkiyyətçi, əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İş materialları ilə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təsdiq olunur. Həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı isə 2014-cü ildə olmuşdur. Cavabdehin hal-hazırda iddiaçı tərəfindən etibarlılığı mübahisələndirilən sərəncamlarının qəbul edilən zaman həmin sərəncamları ilə əhatə etdiyi torpaq sahəsinin daxilində 0,16 ha hissəsi iddiaçının mülkiyyətində olan torpaq olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın üçüncü şəxslərin istifadəsinə ayrılmasına dair sərəncamların verilməsi, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Baxmayaraq ki, cavabdeh inzibati orqan torpaq üzrə sərəncam verərkən daşınmaz əmlakın dövlət reyestrində olan məlumatları nəzərə almalı idi. Odur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş sərəncamların etibarsız hesab edilməsi tələbində haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli torpaq üzrə sərəncamlar vermək səlahiyyətinə malik olmamışdır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
-52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəlı, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamların İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməlidir.
20. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
21. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü maddəsi mаddələrini rəhbər tutаrаq məhkəmə
QƏRARA ALDİ: İddiа tələbi təmin еdilsin. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-ci il tarixli 426 nömrəli, xx.xx.2017-ci il tarixli 666 nömrəli, xx.xx.2019-cu il tarixli, 249 nömrəli sərəncamlarının İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77 –ci məhəllədə yerləşən 0,16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа