Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-340/2022 26.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i : İddiaçı MMC (VÖEN **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 24 aprel 2020-ci il tarixli, **********199207 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 24 aprel 2020-ci il tarixli, **********199207 saylı qərarı ilə yanaşı, xx.xx.2020-ci il tarixli **********763400 saylı və xx.xx.2021-ci il tarixli **********038800 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 24 aprel 2020-ci il tarixli, **********199207 saylı qərarının, xx.xx.2021-ci il tarixli **********013200 nömrəli qərarının, xx.xx.2021-ci il tarixli **********593800 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra isə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********013200 nömrəli və xx.xx.2021-ci il tarixli **********593800 qərarları cavabdeh tərəfindən ləğv edildiyi üçün həmin hissədə icraata xitam verilməsi və cavabdehin 24 aprel 2020-ci il tarixli, **********199207 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə xx.xx.2022-ci il tarixli, **********253400 nömrəli, xx.xx.2021-ci il tarixli **********013200 nömrəli və xx.xx.2021-ci il tarixli **********593800 nömrəli qərarlarının ləğv edilməsi hissəsində inzibati iş üzrə icraata xitam verilməsi barədə vəsatət daxil olmuşdur. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, şifahi məhkəmə baxışının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli vəsatətinə baxılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəsatəti müdafiə edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Bildirilmişdir ki, iş məhkəmənin icraatında olduğu dövrdə vergi orqanında aparılmış araşdırmalara əsasən iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********013200 nömrəli və xx.xx.2021-ci il tarixli **********593800 nömrəli qərarları ləğv edilmişdir. Bununla əlaqədar yeni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********413700 nömrəli və **********415100 nömrəli qərarlar qəbul edilmişdir. Araşdırmanın nəticəsi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********413700 nömrəli qərar ilə xx.xx.2021-ci il tarixli **********013200 nömrəli qərar, xx.xx.2022-ci il tarixli **********415100 nömrəli qərar ilə isə xx.xx.2021-ci il tarixli **********593800 qərar ləğv edilərək, "xxxx" MMC-yə kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış 113.831,77 manat, 2019-cu ilin iyul ayı üçün ƏDV üzrə hesablanmış 297.399,98 manat əlavə vergi məbləğləri azaldılmış və cəmiyyətin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd olunanları əsas tutaraq, iddiaçı "xxxx" MMC-nin iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021ci il tarixli **********013200 nömrəli və xx.xx.2021-ci il tarixli **********593800 nömrəli qərarların ləğv edilməsi hissəsi ilə bağlı mübahisənin predmetinin artıq mövcud olmadığını nəzərə alaraq, iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, cavabdeh inzibati orqanın vəsatətini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin xx.xx.2021-ci il tarixli **********013200 nömrəli və xx.xx.2021-ci il tarixli **********593800 nömrəli qərarlarının ləğv edilməsi hissəsində inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair cavabdehin xx.xx.2021-ci il tarixli **********013200 nömrəli və xx.xx.2021-ci il tarixli **********593800 nömrəli qərarlarının ləğv edilməsi hissəsində inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-340/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-340/2022
26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver