Məhkəmə qərarları › İş №2-1(112)-3400/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3400/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3400/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək: - Tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-62/4 nömrəli 02 oktyabr 2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarı qanunsuz hesab edilməsi və ləğv edilməsi; - Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 28 iyul 2023-cü il tarixli vəsatətini təmin edərək ona və ailə üzvlərinə (əri-xx.xx.1982-ci il təvəllüdlü Zeeshan Jawed, qızı- xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu - xx.xx.2016-cı il təvəllüdlü Shahiq Zeeshan) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən (bundan sonra - İPM; həmçinin iddia ərizəsinin məzmununda “Azərbaycan Respublikası” söz birləşməsi “AR” ixtisarı ilə ifadə edilir) İddiaçı tərəfindən cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı verilir. Hazırkı iddia ərizəsi vasitəsilə İddiaçı onun 28 iyul 2023-cü il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə ona və ailə üzvlərinə (əri-xx.xx.1982-ci il təvəllüdlü Zeeshan Jawed, qızı- xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu — xx.xx.2016-cı il təvəllüdlü Shahiq Zeeshan) qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 02 oktyabr 2023-cü il İQ- 62/4 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsini tələb edir. DMX-da adına 87-2023 saylı şəxsi iş açılmışdır. İPM-in 45-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin surəti tərəflərin sayına uyğun olaraq, iddia ərizəsinə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmək üçün iddia ərizəsinə əlavə edilir. Ərizəçi xx.xx.1984-cü ildə Pakistan İslam Respublikasının Bəlucistan vilayətinin Kvetta şəhərində anadan olmuş, milliyəti özünə məlum deyil, özünü urdu dilli əhalidən sayır, dini etiqadına görə xristiandır. 1998-ci ildə Kvettada “Sacred Heart-Christian school” adlı məktəbdə 10 il orta təhsil, 2001-2002-ci illərdə “NCR-CET” adlı kollecdə İT üzrə təhsil, 2002-ci ildə Bəlucistan Universitetində humanitar elmlər üzrə bakalavr təhsili almış, 2004-cü ildə “X5” aviaşirkətinin təlim mərkəzində təyyarə bələdçisi kursunu keçdiyini bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən 2001-2009-cu illərdə Pakistanın Kvetta şəhərində müxtəlif kurslarda, məktəblərdə riyaziyyat, ingilis dili və sosial elmlərdən dərs keçdiyini, evləndikdən sonra heç bir yerdə işləmədiyini qeyd etmişdir. Ərizəçi ailə vəziyyəti barədə məlumat verərkən 2008-ci ildən Jawed Zeeshan ilə evli olduğunu, bu evlilikdən 2 övladının olduğunu, atasının vəfat etdiyini, Pakistanda yaşayan anası, bacısı və 2 qardaşı ilə əlaqəsinin olmadığını, əri və 2 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizəçinin ünvanı xx.xx.2023-cü il tarixli MŞ 87-2023 saylı müvəqqəti şəhadətnamə - arayışdan məlum olduğu kimi Bakı səhəri Nəsimi rayonu, Ə.Topçubasov küçəsi ev 84 mənzil 17-dir. Qərarda ərizəçi İddiaçı müsahibə zamanı əri Zeeshan Jawed ilə 2008-ci ildə evləndikdən sonra ərinin dinini dəyişərək xristianlığı qəbul etməsi səbəbindən ərinin qohumları tərəfindən təqib və təhdidlərə məruz qaldığını, dəfələrlə təqiblərdən qaçmaq üçün Pakistanda müxtəlif şəhərlərdə yaşamalı olduğunu və sonrada ərinin tələbə olduğu illərdə İrlandiyada tanış olduğu və onun dinini dəyişməsində rolu olmuş keşiş X25 məsləhəti ilə Azərbaycana qaçqın statusu üçün müraciət etmək məqsədilə gəldiyi göstərilmişdir. Həmçinin ərizəçi tərəfindən fiziki təhdidlərə məruz qaldıqlarını təsvir edən fotoşəkillərin, müalicə olunduğu xəstəxananın sənədlərinin, Pakistanlı keşişin bu şəxslərə sığınacaq verilməsində köməklik göstərilməsinin xahiş edilməsilə bağlı məktubu və “Cümə” məscidi tərəfindən verilən fətva məktubunu təqdim etdiyi qeyd edilmişdir. Qərarda məktubun oxunulmadığı bildirilsə də, bu özlüyündə ərizçənin ziyanına şərh edilə bilməz. Həmçinin qərara əlavə edilmiş fotoşəkillərdən ümumən ərinə münasibətdə təqib bəlli olduğu kimi, ailəyə münasibətdə də təqibin olduğu aşkar görünür. Həmçinin ərizəçinin də xristian olması onun ərinə qarşı təqiblərin ona qarşı edilməmisini də istisna etmir. Məlum olduğu kimi Pakistanda əhali dini etiqadına görə İslam dininə sitayiş edir. Habelə MÖM haqqında məlumatlardan məlum olduğu kimi Pakistanın mühafizəkar cəmiyyəti öz dinini dəyişmiş pakistanlılara qarşı təqib və təhdidləri həyata keçirirlər. Ərizəçinin, ailənin əsaslı qorxu keçirməsi, təhdidlərə məruz qalması riski bəlli olur. Məlum olduğu kimi, ərizəçi təqiblərdən yan keçmək, “canını qurtarmaq üçün” müstəqil Azərbaycan Respublikasına üz tutmuşdur. Bundan başqa, qərarda İddiaçı əri Zeeshan Jawed ilə keçirilən müsahibə zamanı o, İrlandiyada təhsil aldığı illərdə keşiş X29 ilə tanış olduğu, öz istəyi ilə həmin keşişin iştirakı ilə xristianlığı qəbul etdiyi, İrlandiyada pakistanlı tələbə yoldaşları tərəfindən dinini dəyişdiyinə görə döyüldüyü, bundan sonra İrlandiyanı tərk edib. Pakistana, Kəraçi şəhərinə qayıtdığı, lakin dinini dəyişməsinin ailə üzvlərinə məlum olması səbəbindən öz evinə getmədiyi, dostunun və sonra da ərizəçi İddiaçı yanında qaldığı, Zeeshan Jawedin yalnız öz ailə üzvləri tərəfindən təhdid olunduğu bildirilmişdir. Göründüyü kimi, ərinə qarşı istər Pakistandan kənarda, istərsə də, həmin ölkədə olarkən təhdidin olması və ərizəçinin əsaslı qorxu keçirməsi təsdiq edildiyi kimi, ailənin də risk altında olması məlum olur. Onların ər-arvad olması, xristian dininə sitayiş etmələri ailənin hər bir üzvünün risk altında olmasını istisna etmir. Habelə ərizəçi onlara edilmiş fiziki təhdidləri təsdiq edən fotoşəkilləri və digər sənədləri DMX-ya təqdim etməklə həqiqəti bildirdiklərini təsdiq etmişlər. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiya, 12.11, 148.11, 151 -ci maddələr). Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoludur (bundan sonra 1951-ci il Konvensiyası/1967ci il Protokolu). AR Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulub (12 fevral 1993-cü ildən qüvvədədir). 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir; və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. 1967-ci il Protokolunun İ maddəsinin 1-ci hissəsinə əsasən bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiqetməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə əsasən bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini “1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və “...həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3 (İşgəncələrin qadağan edilməsi), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. AİHK AR Milli Məclisinin 25 dekabr 2001-ci il tarixli Qanunu AİHK ratifikasiya edilib və 15 avrel 2002-ci il tarixdən AR-da tətbiq edilir. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalarına və prosessual hüquq normalarına bölünür. Maddi hüquq norması kimi çıxış edən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanunun 1.1.1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Qaçqın Qanunun 9-cu maddəsinə əsasən, qaçqın statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Dövlət Miqrasiya Xidməti) qəbul edirlər. Qaçqın statusunun verilməsi qaydasına dair AR Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar”la tənzimlənir. Başqa sözlə, prosessual hüquq normaları həmin Qaydalarla tənzimlənir. Bundan əlavə, bütün dövlət orqanları kimi cavabdeh də İnzibati icraat haqqında AR Qanunun tələblərini verinə yetirməlidir. Hazırkı işin hallarına müvafiq olaraq İlQ-in 1-4 (qaydalar, anlayışlar, tətbiq dairəsi, aidiyyət). 10-19 (Ümumi prinsiplər). 20-27 (Prosedur prinsiplər və təminatlar). 42-47 (vəzifəli şəxslərə etiraz etmək üçün əsaslar, ekspert, mütəxəssis, tərcüməçiyə etiraz etmək üçün əsaslar, etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası, inzibati icraatda sübutetmə. sübutların təqdim edilməsi və tələb edilməsi, sübutların qiymətləndirilməsi). 57-59 (İnzibati aktın forması və rekvizitləri). 61 (İnzibati aktın əsaslandırılması). 67 (Qanunsuz inzibati aktın ləğv edilməsi). 71 (İnzibati şikayət vermək hüququ). 73-cü (İnzibati şikayətin müddəti) maddələri aiddir. Bundan əlavə, hazırkı iş üzrə inzibati mübahisəyə dair icraat İPM-lə tənzimlənir. Hazırkı işə tətbiq edilməli “yumşaq hüquq” normaları BMT Qaçqınlar üzrə Ali Komissarlığının tərtib etdiyi Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında bələdçidir (2011). Həmin iddiaçının əsaslı təqib qorxusu meyarına dair 37-50-ci bəndləri və qaçqın statusunun verilməsi prosesinə və sübutetmə standartına dair 192-205-ci bəndləri hazırkı işin hallarına tətbiq edilməlidir. Bundan əlavə, BMT QAK-ın Sübutetmə vəzifəsi və standartı adlı Qeydlərindən də istifadə edilməlidir. Eyni zamanda, bu işə “Misirdə olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ın rəhbər prinsipləri” (2016) tətbiq edilməlidir. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə haqqında iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. Hazırkı mübahisə inzibati məhkəmələrin yurisdiksiyasma aiddir. Belə ki, İPM-in 1.1 və İİQ-in 1.1-ci maddəsinə əsasən tələb olunan inzibati hüquq münasibətləri tərəflər arasında meydana gəlib. Belə ki, cavabdeh təşkilat dövlət orqanıdır, həmin dövlət orqanının inter alia qaçqın statusunun verilməsi sahəsində səlahiyyəti var və iddiaçının tələbi bununla bağlıdır. Bu baxımdan tərəflər arasında meydana gələn hüquq münasibəti inzibati hüquq münasibətidir. İddiaçının məqsədi İİQ-in 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir. İPM-in 35.1-ci maddəsinə əsasən, iddiaçının hüququ pozulub. Belə ki, o, əsassız olaraq qaçqın statusundan məhrum edilib və hazırda AR-da hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. İPM-in 38.2ci maddəsinə əsasən iddiaçı qərardan qərar ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldırır. Buna uyğun olaraq iddiaçının iddia qaldırmaq hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, ərizəçinin izahatlan MÖM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatlan xarici mötəbərliyin tələbatını da ödəyir. Nəticə olaraq, ərizəçinin izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandıncılıq keyfiyyətinə malikdir. Beləliklə, ərizəçinin izahatları mötəbər sayılmalıdır. BMT-nin Qaçqınlar üzrə Agentliyi Pakistandan olan dini azlıq üzvlərinin beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ın rəhbər prinsipləri, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) Yanvar 2017-ci il ,HCR/EG/PAK/17/01 Bu Rəhbər prinsiplər Pakistan İslam Respublikasında (bundan sonra: "Pakistan") din və əqidə azadlığı ilə bağlı davam edən problemlər, habelə təriqət və din məsələlərindən qaynaqlanan zorakılıqlar fonunda təqdim edilir. Burada Pakistandakı hazırkı durum kontekstində beynəlxalq himayəyə ehtiyacı ola biləcək dini azlıqların vəziyyətinə dair konkret məlumatlar təqdim edilir. Bu Rəhbər prinsiplər "Pakistandan olan dini azlıq üzvlərinin beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-m 2012-ci il tarixli rəhbər prinsipləri"ni əvəzləyir. Bu Rəhbər prinsiplərdə təfsilatlı şəkildə əks olunan BMT QAK-nın tövsiyələrini aşağıdakı kimi qısaca ümumiləşdirmək olar. Qaçqınların statusuna dair 1951-i il Konvensiyasında (1951-i il Konvensiyası) və (və ya) ona əlavə olunmuş 1967-ci il Protokolunda yer alan qaçqın meyarları əsasında sığınacaq üçün edilən bütün müraciətlərə mahiyyəti üzrə baxılması qaçqın statusunun müəyyənləşdirilməsi üzrə ədalətli və effektiv prosedurlara uyğun olaraq və mənşə ölkəsi barədə mütəmadi təzələnən və aktual olan məlumatlar əsasında həyata keçirilməlidir. BMT QAK hesab edir ki, dini azlıq üzvləri olan Pakistan vətəndaşlarının sığınacaq üçün verdiyi ərizələrə mümkün risklərlə əlaqədar olaraq xüsusi diqqətlə baxılmalıdır. BMT QAK hesab edir ki, dini azlıqların üzvləri hər bir halın konkret xüsusiyyətlərindən asılı olaraq qaçqınlar üçün beynəlxalq himayəyə ehtiyac duya bilərlər. Bu cür azlıqların tam olmayan siyahısına bunlar daxildir: i) bəhailər; ii) xristianlar; iii) hindular; iv) şiələr; v) sikhlər; vi) sufilər/barelvilər; və vii) zikrilər. BMT QAK hesab edir ki, əhmədi dini azlıq qrupunun üzvləri də, yəqin ki, beynəlxalq himayəyə ehtiyac duya bilərlər. BMT QAK hesab edir ki, dini motivlərdən qaynaqlanan davamlı təriqət zorakılıqlarını və bəzi yaraqlı qruplaşmaların geniş coğrafi ərazilərə yayıldığını nəzərə alsaq, bir qayda olaraq, alternativ variant kimi ölkədaxili köçürülmə və ya yerdəyişmə bu qruplaşmaların hədəfinə çevrilmə riski altında olan digər dini azlıq qruplarının üzvləri üçün mümkün deyil. Beynəlxalq himayə üçün müraciət edən bütün digər ərizəçilərə gəlincə, BMT QAK hesab edir ki, alternativ variant kimi ölkədaxili köçürülmə və ya yerdəyişmə qiyamçılar əleyhinə davamlı olaraq keçirilən təhlükəsizlik əməliyyatlarının və hərbi əməliyyatların və yaraqlıların cavab hücumlarının təsiri altında olan ərazilərdə mümkün deyil. Ölkədaxili köçürülmənin və ya yerdəyişmənin məqsədəuyğun hesab edildiyi hallarda təklif olunan ölkədaxili köçürülmənin və ya yerdəyişmənin əsaslılığı hər bir işin konkret halları əsasında qiymətləndirilməlidir. 1980-ci ildə Prezident Fərmanı ilə təsis edilmiş Federal Şəriət Məhkəməsinə (FŞM) qanunun islamın göstərişlərinə zidd olub-olmadığını araşdırmaq və müəyyənləşdirmək, habelə cinayət məhkəmələrinin qurarlarına yenidən baxmaq və "Flüdud işləri" üzrə qərar çıxarmaq məsələsində müstəsna səlahiyyət verilib. Federal Şəriət Məhkəməsinin qərarları Yüksək Məhkəmələr və aşağı instansiya məhkərjıələri üçün məcburi qüvvəyə malikdir, amma onlara Ali Məhkəmə tərəfindən yenidən baxıla bilər. FŞM-ın qərarları hökumət üçün də məcburi qüvvəyə malikdir və hökumət FŞM tərəfindən müəyyən edilən müddətdə İnsan hüquqlarının müdafiəsini təmin etmək üçün hökumətin göstərdiyi səylərə, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) və İşgəncələrə və diğər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyanın (İQK) ratifikasiya olunmasına baxmayaraq, müstəqil müşahidəçilər xüsusən məhkəmə hakimiyyətinin müstəqilliyi ilə, din azadlığının məhdudlaşdırılmasına səbəb olan qanunvericilik İ normaları ilə və hüquq-mühafizə orqanları səviyyəsində hüquqa zidd davranışla əlaqədar narahatlıqlarını ifadə etməkdə davam edirlər. 2014-cü ilin dekabrında Peşəvərdə 145 insanın ölümü ilə nəticələnmiş hücumdan bir həftə sonra hökumət iyirmi bənddən ibarət Milli Fəaliyyət Planı (MFP) formasında yeni anti-terror strategiyasını bəyan etdi. Məlumatlara əsasən, MFP hökumətin dini ekstremizmə son qoymaq və dini azlıqların müdafiəsini təmin etmək öhdəliyini özündə ehtiva edir. Pakistanın dini azlıqlarla bağlı qanunvericilik bazasının tərkib hissələrinə əsasən bunlar daxildir: Konstitusiya, Cinayət Məcəlləsi ("küfr əleyhinə qanunvericilik" və "əhmədilər əleyhinə qanunvericilik"), Hüdud dekretləri, habelə ölkənin ailə qanunvericiliyi və terrorizm əleyhinə qanunvericiliyi. X1 20-ci maddəsində deyilir: "Qanunvericiliyə, ictimai qaydaya və mənəviyyat normalarına riayət etmək şərti ilə: a) hər bir vətəndaş öz dininə etiqad etmək, onun ayinlərini icra etmək və onu təbliğ etmək hüququna malikdir; və b) hər bir dini cərəyan və hər bir təriqət dini qurumlar təsis etmək, onları dəstəkləmək və idarə etmək hüququna malikdir". 2010-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklərdə nəzərdə tutulur ki, Milli Məclisdə və Senatda qeyri-müsəlmanlar üçün deputat yerləri ayrılmalıdır. Bundan başqa, Konstitusiyanın 36-cı maddəsində əsasən: "Dövlət azlıqların qanuni hüquqlarını və maraqlarını qoruyur, o cümlədən federal və əyalət səviyyəli dövlət qulluqlarında lazımi qaydada təmsil olunmalarını təmin edir". Konstitusiya həmçinin digər təməl hüquqları, məsələn, gender bərabərliyini, ifadə və mətbuat azadlığını, birləşmək və toplaşmaq azadlığını qoruyur. Lakin Konstitusiya faktiki olaraq dini mənsubiyyətləri əsasında ölkə vətəndaşlarını "müsəlman" və "qeyri- müsəlman" kateqoriyalarına ayırır və müəyyən hüquq və imtiyazları yalnız müsəlmanlara verir. ABŞBDAK, 2016-cı il üçiin illik manıza: Xüsusi narahatlıq doğuran l səviyyəli ölkələr sırasına aid edilməsi ABŞBDAK tərəfindən tövsiyə olunan ölkələr - Pakistan, 2 may 2016-cı il, http://www.refworld.org/docid/57307cedl5.html. Pakistan, "Milli İnsan Hüquqları Komissiyası haqqında" 2012-ci il tarixli qanun, http://www.na.gov.pk/uploads/documents/**********_S45.pdf, İİİ fəsil, maddə 9(a)-(l); BHK, Pakistan: Yeni Milli İnsan Hiiquqkın Komissiyasının yaradılması alqışlanır, amma o elə yarandığı andan "dişsiz" durumda ola bilər, 8 iyun 2015-ci il, http://www.icj.org/pakistannew-national-human-rights-commission-welcome-but-may-be-toothless-at-birth/. 1 Hökumət İnsan Hüquqları Məsələləri üzrə Nazirliyin yaradıldığım elan etdiyi zaman məlumatlara görə onun dini azlıqlarla bağlı səlahiyyət və vəzifələrini göstərməyib. X7 Dövlət Departamenti, Beynəlxalq din azadlığına dair 2015-ci il tarixli hesabat Pakistan, 10 avqust 2016-cı il, http://www.refworld.org/docid/57add84315.html. Məlumatlara əsasən Hüquq və Ədliyyə Nazirliyinin vəzifələrinə insan hüquqları ilə bağlı şikayətlərə baxılarkən dövləti müdafiə etmək daxildir ki, bu da İnsan Hüquqları Məsələləri üzrə Nazirliyin insan hüquqlarının pozuntularını, o cümlədən dövlət tərəfindən törədilən pozuntuları düzəltmək vəzifəsi ilə ziddiyyətə girə bilər. ABŞBDAK, 2016-cı il üçün illik manıza: Xüsusi narahatlıq doğuran l-ci səviyyəli ölkələr sırasına aid edilməsi ABŞBDAK tərəfindən tövsiyə olunan ölkələr - Pakistan, 2 may 2016-cı il, http://www.refworld.org/docid/57307cedl5.html; X6, X3 2015/2016-cı il hesabatı – Pakistan, 24 fevral 2016-cı il, http://www.refworld.org/docid/56d05b2715.html; Asiya Fondunun "Weekly İnsight andAnalysis inAsia" nəşri, Pakistanın dini azlıqları iiçiin iimid əlamətləri, 9 dekabr 2015-ci il, http://asiafoundation.org/in-asia/2015/12/09/signs-of-hope-for- paki stan s-rel i gi ous-m i n ori ti es/. 1 Öz dininə etiqad etmək və dini qurumları idarə etmək azadlığı 20-ci maddədə təsbit olunub, həmçinin preambulada deyilir ki, "sərbəst surətdə öz dinlərinə etiqad etmələri və dini ayinlərini icra etmələri və mədəni ənənələrini inkişaf etdirmələri üçün azlıqlara lazımi şərait yaradılmalıdır". Pakistan, Pakistan İslam Respublikasının Konstitusiyası (2015-ci ilin yanvarınadək olan dəyişikliklərlə), http://www.refworld.org/docid/47558c422.html. 2010-cu ildə Konstitusiyaya edilmiş 18-ci düzəlişə görə, digər məsələlərlə yanaşı, qeyri-müsəlmanlar üçün Milli Məclisdə (parlamentin aşağı palatasında) on deputat yeri və Senatda dörd deputat yeri, eləcə də əyalət məclislərində qeyri-müsəlman azlıqlarının nümayəndələri üçün deputat yerləri ayrıldı. Pakistan, Pakistan İslam Respublikasının Konstitusiyası (2015-ci ilin yanvarınadək olan dəyişikliklərlə), http://www.refworld.org/docid/47558c422.html, 51 Ailə qanunvericiliyi Pakistanın qanunvericilik bazasında mülki və ya ümumi-hüquqi nikahların bağlanması nəzərdə tutulmayıb. Əvəzində nikahların bağlanması dini qurumlar tərəfindən həyata keçirilir. Bu o deməkdir ki, hinduların nikahlarının qeydiyyatı üçün milli hüquq mexanizmi mövcud deyil. Bununla belə, 26 sentyabr 2016-cı ildə Milli Məclis "Hinduların nikahı haqqında" 2016-cı il tarixli qanun layihəsini qəbul etdi, həmin qanun paytaxt İslamabad ərazisinə və Bəlucistan, Xeybər Paxtunxva və Pəncab əyalətlərinə şamil olunur. 15 fevral 2016-cı ildə Sind qanunvericilik məclisi "Hinduların nikahı haqqında" 2016-cı il tarixli Sind qanununu qəbul etdi, məlumatlara görə bu qanun sikhlərə də şamil olunur.1 (Həmçinin V.4(a) bölməsinə bax: Hindu şəxslərə dair qanunvericilik bazası.) Xristian nikahları "Nikah haqqında" 1872-ci il tarixli qanun əsasında tanınır. Qeyri-müsəlman dini qruplarından olan, nikahları qeydiyyata alınmayan qadınlar, məlumatlara görə, vərəsəlik, tibbi xidmətlərdən istifadə etmə, səsvermə, pasport alma, əmlak alma və ya satma məsələlərində çətinliklərlə üzləşirlər.2 Misal üçün bax: BBQ, Pakistanda məhkəmə sisteminin islahatı, 16 oktyabr 2008-ci il, http://www.unhcr.org/refworld/docid/48f83e932.html, səh. 3, 10-11, 14; Martin Lou, Hüdud dekretlərinin iyirmi beş ili: baxış, 64 Wash & Lee L. Rev. 1291-1314 (2007), http://law.wlu.edu/deptimages/Law%20Review/64- 4Lau.pdf; D-r Fəqir Hüseyn, Pakistanın məhkəmə sistemi, (tarix göstərilməyib) (17 oktyabr 2016-cı ilədək olan informasiyalar), http://www.scribd.com/doc/54195655/Judicial-System-of-Pakistan-faqir-Hussain. 1 Misal üçün bax: ABŞBDAK, 2012-ci il iiçiin illik məruzə: Xüsusi narahatlıq doğuran ölkələr - Pakistan, 20 mart 2012-ci il, http://www.unhcr.org/refworld/docid/4f71a674c.html. 1 BBQ, Pakistanda qadınlar, zorakılıq və münaqişə, 8 aprel 2015-ci il, http://www.refworld.org/docid/55277ceb4.html; AHBQ, Azlıqlar və yerli xalqlar barəsində ıımumdünya elektron məlumat resursu - Pakistan: Ümumi icmal, sentyabr 2010-cu il, http://www.unhcr.org/refvvorld/docid/4954ce652.html; BBQ, Pakistanda məhkəmə sisteminin islahatı, 16 oktyabr 2008-ci il, http://www.unhcr.org/refworld/docid/48f83e932.html, səh. 10; Martin Lou, Hüdud dekretlərinin iyirmi beş ili: baxış, 64 Wash & Lee L. Rev. 1291-1314 (2007), http://law.wlu.edu/deptimages/Law%20Review/64-4Lau.pdf. 1 Pakistan, Müsəlman ailə qanunvericiliyi haqqında fərman, 1961-ci il, http://www.refworld.org/docid/4c3flelc2.html. Müsəlman ailə qanunvericiliyi haqqında 1961-ci il tarixli fərman "Pakistanın bütün ərazisinə şamil olunur və ölkənin harasında olmasından asılı olmayaraq Pakistanın bütün müsəlman əhalisinə tətbiq edilir və nikahın qeydiyyatı, vərəsəlik, çoxarvadlılıq, talaq, nikahın talaqdan savayı başqa yolla pozulması, himayəçilik və cehiz məsələlərini əhatə edir. Bu qanunun bəzi maddələrinə Müsəlman nikahlarının pozulması haqqında 1939-cu il tarixli qanunla (http://www.refworld.org/docid/4c3fl c632.html) və Qadınların müdafiəsi haqqında 2006-cı il tarixli qanunla (http://www.na.gov.pk/uploads/documents/**********_812.pdf) əlavələr edilib. "Qanunda mülki və ya ümumi-hüquqi nikaha icazə verən xüsusi göstəriş yoxdursa, nikah şəhadətnamələri dini qurumlar tərəfindən imzalanır və yerli nikah reyestrində qeydiyyata alınır. [...] Fərdi statusa dair qanunvericilik rəsmən kodifıkasiya olunmamış qalır və cəmiyyətin adət-ənənəsinə uyğun olaraq həyata keçirilir və ya mülki məhkəmələrə müraciət edilmədən dini qurumlar tərəfindən tətbiq edilir. Azlıq icmalarının nikah, boşanma və vərəsəlik məsələlərini tənzimləyən fərdi statusa dair qanunvericiliyin tarixi ölkənin bölünməsinə qədər qüvvədə olmuş Britaniya qanunvericiliyinə gedib çıxır. X7 Dövlət Departamenti, Beynəlxalq din azadlığına dair 2015-ci il tarixli hesabat - Pakistan, 10 avqust 2016-cı il, http://www.refworld.org/docid/57add84315.html. "Qeyri-müsəlman kişilərin nikahı onlar islamı qəbul etdikdən sonra da qanuni olaraq qalır. Qeyri-müsəlman qadın islamı qəbul edibsə və onun nikahı öncə etiqad etdiyi dinin qaydalarına uyğun olaraq bağlanıbsa, dövlət bu nikahı pozulmuş hesab edir. Qeyri-müsəlman kişi ilə nikaha girdikdən sonra islamı qəbul etmiş qeyri-müsəlman qadınlardan doğulan uşaqlar qanunsuz doğulmuş sayılır və vərəsəlik hüququna malik olmurlar. Nikahı və uşaqların doğulmasını qanuniləşdirməyin yeganə yolu ərin islamı qəbul etməsidir. Hər ikisi başqa dini qəbul etmiş müsəlman kişi və müsəlman qadının uşaqları qanunsuz doğulmuş sayılır və qanuna əsasən dövlət bu uşaqları himayəsinə götürə bilər. X7 Dövlət Departamenti, Beynəlxalq din azadlığına dair 2015-ci il tarixli hesabat - Pakistan, 10 avqust 2016-cı il, http://www.refworld.org/docid/57add84315.htm. 2011-ci ildə "Qadınlar əleyhinə ənənələrin qarşısının alınması (cinayət qanunvericiliyinə dəyişikliklər edilməsi) haqqında" qanun əsasında Cinayət Məcəlləsinə məcburi nikahları qadağan edən 498B maddəsi əlavə olundu. Buna baxmayaraq, məlumatlara əsasən xüsusən xristian və hindu qızlar və qadınlar cəzasızlıq mühitinin mövcud olduğu bir şəraitində məcburən islamı qəbul etmək və məcburi nikaha girmək riski altında qalmaqda davam edirlər. Məlumatlara əsasən dövlət orqanları hindu və xristian qadınları və qızları məcburi şəkildə islamı qəbul etməkdən və məcburi nikahlardan müdafiə etmək üçün yetərli tədbirlər görmürlər. (Həmçinin İİİ.E bölməsinə bax.) Məcburi nikahları cinayət əməli kimi müəyyən edən "Qadınlar əleyhinə ənənələrin qarşısının alınması (cinayət qanunvericiliyinə dəyişikliklər edilməsi) haqqında" 2011-ci il tarixli qanununicrası ilə əlaqədar 2014-cü ildə Aurat Fondu tərəfindən Pakistanın altı rayonunda aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, "insanlar bu qanundan xəbərsizdirlər, hətta bu qanunun tətbiqinin həvalə olunduğu hüquq mühafizə orqanlarının əməkdaşlarında, o cümlədən prokurorlarda onu tətbiqi barədə aydın təsəvvür yoxdur". Bundan başqa, məlumatlara əsasən qurbanların müdafiə ilə təmin edilməsinə yönələn yetərli prosessual təminatlar da yoxdur. Məlumatlara görə tədris müəssisələri şagirdlərdən tələb edirlər ki, ərizə formalarında dini mənsubiyyətlərini göstərsinlər. Qeyri-müsəlmanlar dini mənsubiyyətləri barədə dini icmalarının rəhbəri tərəfindən təsdiqlənmiş sənəd təqdim etməli, müsəlmanlar isə Məhəmməd peyğəmbərin sonuncu peyğəmbər olduğuna inandıqlarını bəyan etməlidirlər, bu isə əhmədiləri onların sırasından xaric edir. Məlumatlara əsasən qeyri-müsəlman şagirdlərə islam dərslərinin keçilməsi rəsmən tələb olunmur, lakin çox zaman məktəb təhsili sistemində bu dərslərin alternativi təklif olunmur. Bundan başqa, məlumatlarda bildirilir ki, təhsil sistemində dini dözümsüzlük geniş yayılıb və dövlət məktəblərinin dərsliklərinə dini azlıqlara qarşı alçaldıcı ifadələr daxil edilib. Polis də daxil olmaqla dövlət orqanları xristian şəxsləri amansız hücumlardan qorumaq üçün müdaxilələr etmədiklərinə və ayrı-seçkilik və zorakılıq insidentlərini yetərincə araşdırmadıqlarına görə tənqid edilirlər, hərçənd ki, məlumatlara əsasən bəzi hallarda polis xristianları cəmiyyət üzvlərinin hücumlarından qorumaq üçün müdaxilə edib və onları müdafiə edib. 2014-cü ilin dekabrında Ali Məhkəmə qərara aldı ki, polis 2014-cü ilin noyabrındakı insidentə reaksiya göstərmək məsələsində səhlənkarlıq edib, məlumatlara görə həmin insident zamanı təxminən 1.500 nəfərlik kütlə küfrdə təqsirləndirilən xristian ər-arvadı qətlə yetirmişdi. 2016-cı ilin noyabrında Kaşur rayonunun anti¬terror məhkəməsi xristian ər-arvadın qətlində oynadıqları rola görə beş müsəlman kişini ölüm cəzasına məhkum etdi. Məlumatlara əsasən polis və məhkəmə orqanları zorla dinini dəyişmə və məcbur nikah hallarının qurbanı olan, eləcə də küfrdə ittiham edilən xristianları yetərincə müdafiə ilə təmin etmirlər. Məlumatlarda deyilir ki, küfr əleyhinə qanunvericilik də daxil olmaqla cinayət hüquq normaları yaraqlıların təşkilatlan və bəzi müsəlman icması üzvləri tərəfindən xristianları təhdid və təqib etmək üçün, habelə qisas almaq, yaxud şəxsi və ya biznes mübahisələrini həll etmək üçün istifadə olunur. Məlumatlarda bildirilir ki, xristianlar məşğulluq məsələsində geniş yayılmış ayrı-seçkiliyə məruz qalırlar. Məlumatlara əsasən xristianlann çoxu fəhlə işindən savayı başqa iş tapmaqda çətinlik çəkirlər. Cəmiyyətin ən müdafiəsiz durumda olan təbəqələri arasında yer alan xristian qadınlar və qızlar, məlumatlara görə, xüsusilə seksual və cinsi mənsubiyyətə əsaslanan zorakılığa məruz qalma, islamı məcburi qəbul etmə və müsəlman kişi ilə məcburi nikaha girmə, habelə ayrı-seçkiliyin və zorakılığın digər formalarına məruz qalma riski altındadırlar. Məlumatlara əsasən dinini məcburi dəyişmə və məcburi nikah hallarının miqyasını qiymətləndirmək çətindir, çünki bu cür hallarla bağlı hesabat və monitorinq aparılmır; hesablamalarda hər il Pakistanda dinini dəyişməyə və nikaha girməyə məcbur edilən xristian qızların sayını göstərən rəqəmlər 100-dən 700-dək dəyişir; həmçinin məlumat verilir ki, kişilər də dinini dəyişməyə məcbur edilirlər. Yuxarıdakıları nəzərə alaraq BMTQAK hesab edir ki, xristian icmasının üzvləri, o cümlədən yaraqlı qrupların hədəfi olanlar, yaxud küfr əleyhinə qanunvericilik normaları əsasında cinayət əməllərində ittiham olunanlar, məcburi əməyə, ciddi ayrı- seçkiliyə məruz qalanlar, dinini dəyişməyə və nikaha girməyə məcbur edilənlər, habelə cəmiyyətin mənəviyyat normalarına zidd davrandıqları hesab edilən xristianlar, hər bir konkret halın fərdi xüsusiyyətlərindən asılı olaraq, dini, etnik mənsubiyyətlərinə, (güman edilən) siyasi əqidələrinə və (və ya) digər müvafiq əsaslara görə qaçqın qismində beynəlxalq himayəyə ehtiyac duya bilərlər. b) Oeyri-dövlət subyektləri tərəfindən xristian şəxslərə qarşı rəftar Kütlələrin xristianları hədəfə alan hücumları və mənəviyyatsız zorakılıqları, məlumatlara görə, bütün ölkə ərazisində baş verməkdə davam edir; təhlilçilər zorakılıqların səbəbini qismən sünni ekstremist ideologiyasının yüksəlişində görürlər. Yaraqlı qruplar xüsusən kilsə ayinləri və dini mərasimlər keçirilən zaman hücumlar həyata keçirirlər. Məlumatlarda bildirilir ki, 2016-cı ilin sentyabrında Peşəvərdə dörd silahlı şəxs xristianların məskunlaşdığı "xristian qəsəbəsi" adlandırılan əraziyə hücum edərək bir nəfəri öldürdülər; məlumatlara görə polis hadisəyə müdaxilə edərək dörd yaraqlını qətlə yetirdi. 2016-cı ilin martında pasxa bayramının qeyd edildiyi bazar günündə Lahordakı yerli parkda üzərində bomba olan şübhəli intiharçının bombanı partlatması nəticəsində 72 nəfər həlak oldu; məlumatlara əsasən Pakistandakı Taliban qrupundan ayrılmış qrup bu hücuma görə məsuliyyəti öz üzərinə götürdü və elan etdi ki, hücumun hədəfi xristianlar olub, hərçənd ki, ölənlərin arasında çoxlu müsəlmanlar vardır. Məlumatlara görə 15 mart 2015-ci ildə bir qrup yaraqlı Lahorda bazar günü ibadətində iştirak edən çoxlu sayda dindarın olduğu iki xristian kilsəsində bomba partladaraq təxminən 14-17 nəfəri qətlə yetirdi və azı 70 nəfəri yaraladı. Bu hücuma cavab olaraq xristianlar 16 mart 2015-ci ildə etiraz aksiyası keçirdilər; etirazlar zorakılığa çevrildi və məlumatlara görə xristian etirazçılar iki müsəlmanı öldürdülər; vətəndaş cəmiyyəti qruplarının hesablamalarına görə polis qətldə iştirak etdiyi iddia edilən 500-dən artıq xristianı həbsə aldı. Lahor şəhərində xristianların yaşadığı Yuhanabad ərazisinin sakinləri, məlumatlara görə, qisasdan və növbəti zorakılıqlardan ehtiyat edirlər. Avropa Parlamentinin 29 aprel 2021-ci il tarixli Pakistandakı küfr qanunları, xüsusən də Şaqufta Kausar və Shafqat Emmanuel işi ilə bağlı qətnaməsi: Pakistanla bağlı əvvəlki qətnamələrini, xüsusən də Pakistanda dini azadlıq haqqında (1), 10 oktyabr 2013cü il tarixli, xüsusən Maaloula (Suriya) və Pişəvərdə (Pakistan) xristianlara qarşı son zorakılıq və təqib halları ilə bağlı əvvəlki qətnamələrini nəzərə alaraq, və Pakistanla bağlı 17 aprel 2014-cü il tarixli X23 (İran)(2) işi: son təqib hallan(3), Pakistanla bağlı 27 noyabr 2014-cü il tarixli: küfr qanunları(4) və Pakistanla bağlı 15 iyun 2017-ci il, xüsusilə insan hüquqları müdafiəçilərinin vəziyyəti və ölüm hökmü(5), - Ümumdünya insan Hüquqları Bəyannaməsini nəzərə alaraq, - 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı, xüsusən də onun 6, 18 və 19-cu maddələrini nəzərə alaraq, İrqi ayrı-seçkiliyin X14 edilməsi haqqında Beynəlxalq Konvensiyanı nəzərə alaraq, - BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Rupert Kolvilin müşahidələrini, xüsusilə də onun 8 sentyabr 2020-ci il tarixli Pakistanla bağlı keçirdiyi mətbuat brifınqindəki qeydlərini nəzərə alaraq, - X17 və Təhlükəsizlik Siyasəti üzrə X8 bağlı bəyanatlarını nəzərə alaraq, demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə və insan hüquqları kimi prioritetlər üzrə qarşılıqlı əməkdaşlıq üçün razılaşdırılmış əsas yaradan 2019-cu il üçün Aİ-X11 Planını nəzərə alaraq, - BMT-nin Dözümsüzlüyün və Din və X26-seçkiliyin X14 edilməsi haqqında Bəyannaməsini nəzərə alaraq, - Komissiyanın və X17 və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin 2018-2019- cu illəri əhatə edən X2 haqqında 10 fevral 2020-ci il tarixli birgə hesabatını (JOİN(2020)0003) və xüsusilə , Davamlı İnkişaf və Yaxşı İdarəetmə üçün Aİ Xüsusi Təşviq Razılaşması (GSP+) (SWD(2020)0022) ilə bağlı Pakistanın müvafiq qiymətləndirməsinə, Aİ-nin 2013-cü il Dini Etiqad və X10 və Müdafiəsi üzrə Təlimatlarını nəzərə alaraq, - Aİ-nin 2013-cü il ölüm cəzasına dair Təlimatlarını nəzərə alaraq, - Prosedur Qaydalarının 144(5) və 132(4) Qaydalarını nəzərə alaraq, Pakistanın mübahisəli küfr qanunlarının 1986-cı ildən indiki formada qüvvədə olmasına baxmayaraq, Məhəmməd peyğəmbərə qarşı küfrün ölüm və ya ömürlük həbslə cəzalandırılması; halbuki Pakistanın küfr qanunları heç vaxt rəsmi edamlara səbəb olmasa da, təqsirləndirilən şəxslərə qarşı təzyiq, zorakılıq və qətlə sövq edir; halbuki küfrdə ittiham olunan insanlar məhkəmə prosedurlarının nəticəsindən asılı olmayaraq həyatları üçün qorxmalı olurlar; Pakistanın küfr qanunlarından tez-tez ittihamçının şəxsi maraqlarına xidmət edən saxta ittihamlarla sui-istifadə edildiyi hamıya məlumdur; Pakistanın küfr qanunları dini azlıqların fikirlərini sərbəst ifadə etmələrini və ya açıq şəkildə dini fəaliyyətlərlə məşğul olmalarını təhlükəli edir; halbuki onlar dini icmaları qorumaq əvəzinə Pakistan cəmiyyətində qorxu hissi yaratmışlar; qanunları islahat etmək cəhdləri və ya onların tətbiqi təhdidlər və sui-qəsdlərlə boğulduğu halda; halbuki bu məsələləri mediada onlayn və ya oflayn şəkildə müzakirə etmək cəhdləri tez-tez hökumət də daxil olmaqla təhdid və təqiblərlə qarşılanır; halbuki bir neçə onlarla insan, o cümlədən müsəlmanlar, hindular, xristianlar və başqaları küfr ittihamı ilə həbsdədirlər; halbuki ittiham olunan bir neçə nəfər izdiham zorakılığı nəticəsində öldürülmüşdür; Pakistan məhkəmə sisteminə çox böyük təzyiqlər olduğu halda; məhkəmə prosesləri çox vaxt uzun illər çəkir və günahsız Pakistan vətəndaşlarına, onların ailələrinə və icmalarına dağıdıcı təsir göstərir; Pakistanda son bir il ərzində onlayn və oflayn rejimdə “küfr” ittihamlarında həyəcan verici artım olduğu halda; halbuki bu ittihamların bir çoxu insan haqları müdafiəçilərini, jurnalistləri, sənətçiləri və cəmiyyətin ən marginal insanları hədəf alır; Pakistanın küfr qanunları din və əqidə, fikir və ifadə azadlığı hüquqlarını pozaraq şəxsi və ya siyasi hesablaşmalar üçün getdikcə daha çox istifadə olunur; Pakistanda küfr işlərində məhkəmə prosedurları olduqca qüsurlu olduğu halda; ittiham üçün aşağı sübut standartları tələb olunduğu halda və məhkəmə orqanları tez-tez ittihamları tənqidsiz qəbul edir; halbuki təqsirləndirilən şəxslər çox vaxt təqsirli hesab edilir və əksinə deyil, təqsirsiz olduqlarını sübut etməli olurlar; halbuki fikir, vicdan və din azadlığı dinlərin tərəfdarlarına, eyni zamanda ateistlərə, aqnostiklərə və etiqadsız insanlara şamil edilir; Pakistanın müvafiq beynəlxalq insan hüquqları sazişlərinin, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı Konvensiyasının iştirakçısı olduğu halda, yaşamaq hüququ ilə bağlı müddəaları özündə əks etdirən, ədalətli məhkəmə araşdırması hüququ, qanun qarşısında bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi; “küfr”də təqsirləndirilən şəxslərin bir sıra işlərində məhkəmə iclaslarının təxirə salınması ümumi amil olduğu halda, hakimlərin təqsirləndirilən şəxslərə bəraət qazandıran hökmləri çıxarmaq istəmədikləri üçün bu taktikalardan istifadə etməkdə şübhəli bilinir; hüquqşünaslar, polislər, prokurorlar və hakimlər də daxil olmaqla, Pakistanın cinayət ədliyyə sistemində çalışanların tez-tez öz işlərini səmərəli, qərəzsiz və qorxusuz yerinə yetirmələrinin qarşısı alındığı halda; halbuki şahidlər və qurbanların ailələri cavab tədbirindən qorxaraq gizlənməli olurlar; halbuki Pakistanda vəziyyət 2020-ci ildə hökumətin sistematik şəkildə küfr qanunlarını tətbiq etməsi və dini azlıqları qeyri-dövlət aktorları tərəfindən sui-istifadələrdən qoruya bilmədiyi üçün, hədəfli qətllər, küfr halları, məcburi dinə çevrilmələr və nifrət nitqi ilə kəskin artımla pisləşməyə davam etdi, əhmədilər, şiə müsəlmanlar, hindular, xristianlar və sikxlər də daxil olmaqla dini azlıqlara qarşı; qaçırılma, zorla İslamı qəbul etmə, zorlama və zorla evlilik 2020-ci ildə dini azlıqlar, xüsusən də Hindu və Xristian dinlərindən olan qadınlar və uşaqlar üçün qaçılmaz təhlükə olaraq qalır; halbuki 2 mart 2021-ci il Pakistanın keçmiş azlıqlarla iş üzrə naziri Şahbaz Bhattinin küfr qanunlarına qarşı açıq çıxışından sonra ona qarşı edilən təhdidlərdən sonra öldürülməsindən 10 il keçir; halbuki pakistanlı cütlük Şaqufta Kausar və Shafqat Emmanuel 2014-cü ildə küfrdə ittiham edilərək edam cəzasına məhkum ediliblər; halbuki bu ittihamlar Şaqufta Kəusarda qeydiyyatdan keçmiş telefon nömrəsindən Məhəmməd peyğəmbəri təhqir edən mətn mesajlarının cütlüyü küfrdə ittiham edən şəxsə göndərilməsi ilə bağlı idi; halbuki, ər-arvadın mühakimə olunduğu sübutlar ciddi qüsurlu sayıla bilər; halbuki onların savadsızlığı mətn mesajlarını göndərə biləcəkləri ehtimalını rədd edir; mesajları göndərmək üçün istifadə edildiyi iddia edilən telefon istintaq üçün bərpa edilmədiyi halda; halbuki, ər-arvad ittihamlar irəli sürülməzdən çox əvvəl ittihamçı ilə mübahisə etmişdilər; ər-arvadın işgəncələrə məruz qaldığını düşünməyə əsas var; ərarvad ölüm hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmənin qərarına qədər həbsdə saxlandıqları halda; onların apellyasiya şikayətinə 2020-ci ilin aprelində baxılmalı olduğu halda, hökm çıxarıldıqdan altı il sonra, lakin bir neçə dəfə təxirə salınıb, ən son 15 fevral 2021-ci ildə; ər-arvad məhkum olduqları vaxtdan dörd övladından ayrı olduqları halda; halbuki Şəfqət Emmanuel 2004-cü ildə baş vermiş qəzadan sonra onurğa beyninin zədələnməsindən əziyyət çəkir və ona həbsxanada lazımi tibbi yardım göstərilmir; halbuki Şaqufta Kəusər qadın həbsxanasında təcrid olunur və vəziyyətinə görə depressiyadan əziyyət çəkir; halbuki Lahorun Ali Məhkəməsi işi bir neçə dəfə təxirə salıb və cütlüyün vəkili X19 Kausar və Şəfqət Emmanuelin nəhayət məhkəmədə işlərinə baxa bilmələrini və ədalətli məhkəmə hüquqlarını təmin etmək üçün çox çalışır, və ədalətli mühakimə nəhayət qüvvədə saxlanılır; jurnalistlərə və vətəndaş cəmiyyəti təşkilatlarına, xüsusən də qadınlara və cəmiyyətin ən təcrid olunmuş təbəqələrinə, o cümlədən dini azlıqların üzvlərinə, yoxsul insanlara və əlillərə qarşı onlayn və oflayn hücumların sayının artdığını nəzərə alaraq; halbuki bu cür hücumlar tez-tez fiziki hücumlara, qətllərə, əsassız həbslərə və həbslərə səbəb ola biləcək yalançı küfr ittihamlarını ehtiva edir; halbuki Pakistan 2014cü ildən bəri GSP+ proqramı çərçivəsində ticarət üstünlüklərindən faydalanmışdır; halbuki bu birtərəfli ticarət sazişinin ölkə üçün iqtisadi faydası kifayət qədərdir; halbuki GSP+ statusu insan hüquqlarının və dini azadlıqların təmin edilməsi üzrə öhdəliklər də daxil olmaqla 27 beynəlxalq konvensiyanı ratifikasiya etmək və həyata keçirmək öhdəliyi ilə gəlir; halbuki 10 fevral 2020-ci il tarixli Pakistana dair GSP+ üzrə son qiymətləndirməsində Komissiya ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı müxtəlif ciddi narahatlıqları, xüsusilə də ölüm cəzasının əhatə dairəsinin məhdudlaşdırılması və həyata keçirilməsində irəliləyişin olmaması ilə bağlı müxtəlif ciddi narahatlıqları ifadə etmişdir; Pakistanda küfr qanununun davamlı istifadəsinin din və etiqadla bağlı din azadlığına və ifadə azadlığına məhdudiyyətlərin qlobal artımı fonunda baş verdiyini nəzərə alaraq; halbuki 2019-cu ilin martında BMT-nin din və ya etiqad azadlığı üzrə xüsusi məruzəçisi Asiya Bibinin işini küfr və dönüklük əleyhinə qanunların dirçəldilməsi və təhqiredici hesab edilən ifadəni məhdudlaşdırmaq üçün ictimai qayda qanunlarından istifadə nümunələrindən biri kimi göstərmişdir, dini icmalar; halbuki, radikal Pakistan qrupları tərəfindən Fransa hakimiyyətinə qarşı dəfələrlə və aldadıcı hücumlar və Pakistan hökumətinin küfr zəminində verdiyi son bəyanatlar, Fransa hakimiyyətinin azadlığı müdafiə etdiyi üçün fransız məktəb müəlliminə qarşı terror hücumuna reaksiyasından sonra artıb. Fransa hakimiyyətini 15 aprel 2021 -ci ildə öz vətəndaşlarının Pakistanı müvəqqəti tərk etmələrini tövsiyə etməyə çağıran ifadə; 20 aprel 2021-ci ildə hakim partiya üzvü Pakistan Milli Assambleyasında Fransa səfirinin ölkədən çıxarılması ilə bağlı müzakirələrin aparılmasını tələb edən qətnamə təqdim etmişdi; Shagufta Kausar və Shafqat Emmanuelin sağlamlığı və rifahı ilə bağlı narahatlığını ifadə edir və Pakistan hakimiyyətini dərhal adekvat tibbi xidmətin göstərilməsini təmin etməyə çağırır; Pakistan hakimiyyətini Şafqat Emmanuel və Şaqufta Kausarı dərhal və qeyd-şərtsiz azad etməyə və onların ölüm hökmünü ləğv etməyə çağırır; Şaqufta Kəusar və Şəfqət Emmanuelin apellyasiya şikayətinin təxirə salınmasından təəssüflənir; Lahor Ali Məhkəməsini qərarını mümkün qədər tez çatdırmağa və hər hansı sonrakı təxirə salınma üçün ağlabatan izahat verməyə çağırır; Qeyd edir ki, Şəfqət Emmanuel vəziyyəti ağır olduğu üçün həbsxanada xəstəxanada saxlanılır və iki dəfə Faisalabad həbsxanasında müalicə olunub; ər-arvadın yeddi il əsirlikdə, bir-birindən və ailələrindən təcrid olunmasından təəssüflənir; buna görə də Pakistan hökumətini həbsxanalarında layiqli və insani şərait yaratmasını təmin etməyə çağırır; Pakistanda mövcud dini ayrı-seçkiliyi gücləndirən və bununla da dini dözümsüzlük, zorakılıq və ayrı-seçkilik mühitini qızışdıran küfr qanunlarından sui-istifadənin davam etməsindən narahatdır; vurğulayır ki, Pakistanın küfr qanunları beynəlxalq insan haqları qanunları ilə bir araya sığmır və getdikcə ölkədə şiələr, əhmədilər, hindular və xristianlar da daxil olmaqla həssas azlıq qruplarını hədəf almaq üçün istifadə olunur; buna görə də Pakistan hökumətini bu qanunları və onların tətbiqini nəzərdən keçirməyə və son nəticədə ləğv etməyə çağırır; bütün qondarma küfr işlərində hakimləri, müdafiəçiləri və müdafiə şahidlərini müdafiə etməyə çağırır; Pakistanı milli Cinayət Məcəlləsinin 295-B və C hissələrini ləğv etməyə və bütün ölkə ərazisində fikir, vicdan, din və ifadə azadlığı hüquqlarına hörmət və müdafiə etməyə, küfr qanunlarından istifadəni effektiv şəkildə qadağan etməyə çağırır; daha sonra Pakistan hökumətini küfr işlərinin antiterror məhkəmələrində mühakimə olunmamasını təmin etmək üçün 1997-ci il tarixli X12 düzəlişlər etməyə və küfrlə bağlı iddia edilən işlərdə zaminə buraxılma imkanlarını təmin etməyə çağırır; Din və ya inanc azadlığı, söz və ifadə azadlığı və azlıqların hüquqlarının Pakistan konstitusiyasında təsbit olunmuş insan hüquqları olduğunu vurğulayır; Pakistan hökumətini ölkədəki dini azlıqlara qarşı zorakılığa və ayrı-seçkiliyə təhrik edilməsini birmənalı şəkildə pisləməyə çağırır; Pakistan hökumətini küfr qanunlarından sui-istifadənin qarşısını almaq üçün istintaq, prokurorluq və məhkəmə səviyyələrində effektiv, prosessual və institusional təminatlar tətbiq etməyə çağırır; Pakistanda dini azlıqlara, o cümlədən xristianlara, Əhmədiyyə müsəlmanlarına, şiələrə və hindulara qarşı davam edən ayrıseçkilik və zorakılıqdan təəssüflənir; 2014-cü ildə Gucranwala'daki Əhmədi icmasının üzvü Aqib Salimə qarşı küfr iddialarından sonra, ikisi uşaq olmaqla üç icma üzvünün ölümü ilə nəticələnən hücumu xatırladır; qeyd edir ki, polis rəisi səviyyəsindən aşağı olan heç bir polis məmurunun işi qeydə almadan əvvəl ittihamları araşdıra bilməməsi tələbi qoyulub; Pakistanda küfr qanunlarının tez-tez müxtəlif stimullara, o cümlədən şəxsi mübahisələrin həllinə və ya iqtisadi mənfəət əldə etməyə xidmət edən saxta ittihamlar irəli sürmək üçün sui-istifadə edilməsindən narahatdır; buna görə də Pakistan hökumətini buna diqqət yetirməyə və küfr qanunlarını müvafiq qaydada ləğv etməyə çağırır; X9 üzrə X27 Xanın küfr edən insanların başlarının kəsilməsini tələb edən bəyanatını qəti şəkildə rədd edir; Bütün Aİ və Avropa diplomatik işçilərini Şaqufta Kausar və Şəfqat Emmanuelin müdafiəsi və dəstəyini təmin etmək üçün əllərindən gələni etməyə çağırır, o cümlədən məhkəmələrdə iştirak etmək, həbsxanaya baş çəkmək və bu işdə iştirak edən səlahiyyətli orqanlara davamlı və qətiyyətlə müraciət etmək; Üzv Dövlətləri fövqəladə vizaların verilməsini asanlaşdırmağa və Şaqufta Kausar, Shafqat Emmanuel, onların vəkili Sayful Malook və hüquqlarını dinc şəkildə həyata keçirməkdə ittiham olunan digər şəxslərə, o cümlədən insan hüquqları müdafiəçilərinə beynəlxalq müdafiə təklif etməyə çağırır. Pakistanı tərk etmək; Jurnalistlərə, alimlərə və vətəndaş cəmiyyəti təşkilatlarına, xüsusən də qadınlara və azlıqlara qarşı artan onlayn və oflayn hücumlardan son dərəcə narahatdır; Pakistan hökumətini jurnalistlərin, insan haqları müdafiəçilərinin və inanclı təşkilatların təhlükəsizliyini təmin etmək üçün təcili addımlar atmağa və qanunun aliliyini qorumaq və günahkarları məsuliyyətə cəlb etmək üçün operativ və effektiv araşdırmalar aparmağa çağırır; Komissiyanı və X15 Xidmətini (EEAS) Pakistanın GSP+ statusuna uyğunluğunu cari hadisələr və bu statusun müvəqqəti olaraq geri götürməsi üçün prosedura başlamaq üçün kifayət qədər əsasın olub-olmaması və bu statusun əldə etdiyi üstünlükləri nəzərə alaraq dərhal nəzərdən keçirməyə çağırır, onunla gəlmək və mümkün qədər tez bu məsələ ilə bağlı Avropa Parlamentinə hesabat vermək; EEAS və Komissiyanı dini icmalara kömək etmək və Pakistan hökumətinə daha çox iş görmək üçün təzyiq göstərmək üçün Aİ-nin Dini Etiqad və X10 və Qorunması üzrə Təlimatlarında nəzərdə tutulanlar da daxil olmaqla, bütün vasitələrdən istifadə etməyə çağırır, dini azlıqları qorumaq; EEAS və Üzv Dövlətləri aşağı məhkəmələrin həbs edilənlər üçün mühakimələri dərhal keçirmək və kifayət qədər etibarlı sübutlarla dəstəklənməyən küfr işlərinə xitam vermək üçün təchiz edilməsini təmin etmək üçün məhkəmə islahatları və potensialın gücləndirilməsi ilə Pakistanı dəstəkləməyə davam etməyə çağırır; Pakistanda baş verən dinlərarası dialoqları alqışlayır və EEAS və Aİ Nümayəndəliyini dinə əsaslanan təşkilatlar tərəfindən dəstəklənən dini liderlər, o cümlədən dini azlıqlar ilə bu cür müntəzəm təşəbbüslərin təşkilində Dinlərarası Harmoniya üzrə Pakistan Milli Sülh Şurasına dəstəyi davam etdirməyə çağırır, vətəndaş cəmiyyəti təşkilatları, insan hüquqları və hüquq mütəxəssisləri və akademiklər; Aİ Nümayəndəliyi və Üzv Dövlətlərin nümayəndəliklərini Pakistanda insan hüquqlarının monitorinqi ilə məşğul olan və inanc və gender əsaslı zorakılıq qurbanlarına dəstək verən QHT-ləri dəstəkləməyə davam etməyə çağırır; Pakistanı bütün müvafiq tövsiyələri yerinə yetirmək və beynəlxalq meyarlara nail olmaq istiqamətində irəliləyişlərin monitorinqini və hesabatını təkmilləşdirmək üçün BMT-nin İnsan Hüquqları Komitəsi də daxil olmaqla, beynəlxalq insan hüquqları qurumları ilə əməkdaşlığını intensivləşdirməyə çağırır; Fransaya qarşı zorakı nümayişləri və hücumları qəbuledilməz hesab edir; Pakistanda fransız vətəndaşlarının və şirkətlərinin müvəqqəti olaraq ölkəni tərk etməsinə səbəb olan Fransa əleyhinə əhval-ruhiyyədən dərin narahatdır; Pakistan Ali Məhkəməsinin psixi sağlamlıq vəziyyəti olan məhbusların edamım qadağan edən son qərarını alqışlayır; Avropa İttifaqının bütün hallarda və istisnasız olaraq ölüm hökmünə qəti etirazını təkrarlayır; ölüm cəzasının ümumbəşəri ləğvinə çağırır; Pakistan hakimiyyətini ölüm cəzası ilə üzləşmiş bütün şəxslərin beynəlxalq səviyyədə tanınan və konstitusiya ilə qorunan ədalətli məhkəmə araşdırması hüququna riayət olunmasını təmin etmək üçün cəzalarını yüngülləşdirməyə çağırır; Sədrinə tapşırır ki, bu qətnaməni Şuraya, Komissiyaya, Komissiyanın Vitse-Prezidentinə/X17 və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə, Üzv Dövlətlərin hökumət və parlamentlərinə, Hökumət və Parlamentə göndərsin. Pakistan. https://www.aliazeera.eom/news/2023/8/18/all-you-need-to-know-about-pakistansblasphemy-law saytının 18 avqust 2023-cü il məlumatı: İddiaya görə küfr edənlər, hətta İslamı təhqir etmələri ilə bağlı sübuta yetirilməmiş iddialara baxmayaraq, ayıq-sayıqların əli ilə ölüm riski daşıyırlar. Pakistanın küfr qanunu bu həftənin əvvəlində müsəlman kütlənin ölkənin şərqində xristian kilsələrini və evlərini yandıraraq, icmanın iki üzvünü Quranı təhqir etməkdə ittiham etdikdən sonra yenidən diqqət mərkəzinə düşüb. Cümə günü Pakistan polisi küfrdə günahlandırılan iki xristianı həbs etdi. Bu, müsəlmanların çoxluq təşkil etdiyi Pakistanda qızışdırıcı bir ittihamdır, hətta İslamı və onun peyğəmbəri Məhəmmədi təhqir etmək kimi sübuta yetirilməmiş iddialar belə, ayıq-sayıqların əli ilə qətlə səbəb ola bilər. Polis çərşənbə günü Faisalabad şəhərinin sənaye rayonundakı Jaranwala xristian icmasına hücumda iştirak edən 146 nəfərin indiyədək həbs edildiyini bildirib. Tənqidçilər deyirlər ki, küfr qanunu çox vaxt Pakistanın kiçik azlıq qruplarına və hətta müsəlmanlara qarşı şəxsi hesablamalar aparmaq üçün sui-istifadə olunur. Küfr qanunu nədir? Qanunda deyilir ki, Peyğəmbərin (Məhəmmədin) ünvanına həm danışıq, həm də yazılı və ya açıq-aşkar ifadə, yaxud hər hansı ittiham, eyham və ya eyhamla birbaşa və ya dolayısı ilə təhqiredici ifadələr və s., ölüm və ya həbslə cəzalandırılır, ömürlük cəzalandırılır, həmçinin cərimə edilir. Qanunun bir hissəsi Britaniyanın keçmiş müstəmləkəçi hökmdarlarından miras qalmışdır - 1980-ci illərdə general Məhəmməd Ziya ül-Həqin hərbi diktaturası dövründə dövləti islamlaşdırmaq cəhdinin bir hissəsi kimi gücləndirildiyi 1970-ci illərə qədər az istifadə edilmişdir. Keçmiş baş nazir İmran Xan qanunu dəstəklədi və 2021-ci ildə əksəriyyəti müsəlman olan ölkələri İslam peyğəmbərinin təhqirini cinayət hesab etmək üçün Qərb hökumətlərini lobbiçilik etmək üçün birləşməyə çağırdı. Pakistanda küfrlə bağlı zorakılıq nə dərəcədə yaygındır? Heç kimin edam edilməməsinə baxmayaraq, Pakistanda küfr ittihamları adi haldır. Əksər məhkumluqlar yuxarı məhkəmələr tərəfindən apellyasiya şikayəti əsasında ləğv edilsə də, ayıq-sayıq dəstələr hətta işə baxılmamışdan əvvəl onlarla insanı linç ediblər. Öldürülənlər arasında dini azlıqların nümayəndələri, tanınmış siyasətçilər, tələbələr, din xadimləri və ruhi xəstəlikləri olan insanlar var. Onlar yandırılaraq öldürüldü, izdiham tərəfindən asıldı, məhkəmə zallarında güllələndi və yol kənarında sındırılaraq öldürüldü, digər növ məhkəməsiz edamlar. Yerli media və tədqiqatçıların məlumatına görə, 1990-cı ildən bəri küfr iddiaları ilə bağlı ən azı 85 nəfər öldürülüb. Küfrlə bağlı işlərə baxan hakimlər sübutlardan asılı olmayaraq, hökm çıxarmaq üçün təzyiqlə üzləşdiklərini, əks halda fiziki zorakılıqdan qorxduqlarını bildirdilər. Küfr əleyhinə zorakılıq baş verdikdə, yerli polisin kənarda dayandığı və izdihamların hücumlarını həyata keçirməsinə icazə verdiyi görüldü çox vaxt linçlərə icazə vermədiklərinə görə özlərini "küfr edən" kimi damğalamaqdan qorxdular. Küfr iddiaları nə dərəcədə geniş yayılıb? 2011-ci ildən, Pəncab qubernatoru Salmaan Taseer küfr qanunlarının islah edilməsi çağırışına görə cangüdəni tərəfindən güllələndikdən sonra bu məsələ ilə bağlı əsas müzakirələr qeyri-mümkün olub. Bu gün saxta küfr iddiaları tez-tez mübahisələrdə opponentlərə, o cümlədən yüksək səviyyəli siyasi liderlərə təzyiq etmək üçün bir yol kimi səsləndirilir. Tasirin qatili bir çoxları tərəfindən alqışlandı və qətlin ardınca küfr edənlərin başını kəsməyə çağıran geniş dəstəyə malik ifrat sağçı Tehreek-e-Labbaik Pakistan (TLP) partiyası yüksəldi. TLP-nin yüksəlişi ideoloji əsaslarla açılan küfr iddialarının artmasına səbəb oldu. Qrup qanundan kənar elan edilib, lakin hökumət mənbələri və sakinlər onun bəzi üzvlərinin bu həftə zorakılıqda iştirak etdiyini bildiriblər. TLP bu ittihamı rədd edib. ABŞ X16 Komissiyasının məlumatına görə, 2023-cü ilə qədər Pakistanda küfr ittihamı ilə ən azı 53 nəfər həbsdədir. Azlıqlar daha çox risk altındadır?Pakistanda küfrdə ittiham olunanların əksəriyyəti müsəlmanlardır, lakin hüquq qruplarına görə, dini azlıqların nümayəndələri xüsusilə kəskin təhlükə ilə üzləşirlər. Pakistanın 250 milyon əhalisinin təxminən 1,3 faizini təşkil edən xristianlar son illərdə küfr iddialarından sonra Lahor, Qocra, Jaranvala və paytaxt İslamabad şəhərlərində məhəllələrin yandırılması və ya hücuma məruz qalması ilə xüsusi risk altındadır. Fəallar deyirlər ki, məhkumluqlar şahid ifadələrindən asılıdır və bunlar çox vaxt şəxsi intiqamlarla əlaqələndirilir. https:/Avww.reuters.corn/world/asia-pacific/pakistan-court-overturnsblasphemv-conviction- christian-couple-2021 -06-03/ saytı 03 iyun 2021-ci il LAHORE, Pakistan, 3 iyun (Reuters) - Cümə axşamı Pakistan məhkəməsi küfr iddiasında olan xristian cütlüyün ölüm hökmünü ləğv edərək, yeddi il ölüm hökmündə yatdıqdan sonra dəlil çatışmazlığına görə bəraət qazanıb. Aşağı instansiya məhkəməsi 2014-cü ildə fabrikdə gözətçi işləyən Şəfqət Emmanuel və onun həyat yoldaşı Şaqufta Kəusarı başqa bir şəxsə, Xalid Məqsuda mesaj göndərərək müsəlman Peyğəmbəri Məhəmmədin ünvanına alçaldıcı ifadələr göndərməkdə ittiham edərək edam cəzasına məhkum etmişdi. Cütlüyün vəkili Saif-ul-Malook Reuters-ə bildirib ki, Lahor Ali Məhkəməsi X30 şəhərinin mərkəzindəki işdə cütlüyə bəraət verib. Onun sözlərinə görə, yaxın iki gündə məhkəmədən ətraflı qərar gözlənilir. Prokurorluğun vəkili X20 Reuters agentliyinə bildirib ki, ittiham tərəfi qərara qarşı bütün mümkün vasitələrdən istifadə edəcək. Əksəriyyəti müsəlman olan ölkədə Peyğəmbəri təhqir etmək məcburi ölüm cəzasını nəzərdə tutur. Pakistanın küfr qanunları uzun müddətdir ki, qlobal hüquq qrupları tərəfindən tənqid edilir. Amnesty İnternational-ın Cənubi Asiya üzrə direktor müavini Dinuşika Dissanayake, səlahiyyətlilərə çağırış edərək, "Bugünkü qərar, məhkum edilməməli və ilk növbədə ölüm hökmü ilə üzləşməməli olan cütlüyün yeddi il davam edən sınaqlarına son qoyur" dedi, cütlüyün və onların vəkilinin təhlükəsizliyini təmin edin.Bəraət almış cütlüyün adı Aİ Parlamentinin aprel ayında qəbul edilmiş, blokun Pakistanın ixracatına verdiyi ticarət istisnalarının ləğv edilməsini tələb edən qətnaməsində, ölkənin artan küfr ittihamlarının qarşısını ala bilmədiyini söylədi. https://\\vvw.hrvv.oru/\vorld-report/2023/countr\rchapters/pakistan#e81181 saytı 2022-ci il Din və X13 hökuməti dini azlıqlara qarşı zorakılıq üçün bəhanə yaradan və onları əsassız həbs və təqiblərə məruz qoyan küfr haqqında qanun müddəalarını dəyişdirmədi və ya ləğv etmədi. Ölüm cəzası küfr üçün məcburidir və 2021-ci ilin sonlarına kimi onlarla insan ölüm hökmündə qalır. Əhmədiyyə dini icmasının üzvləri küfr qanunları, habelə Əhmədi əleyhinə olan xüsusi qanunlar əsasında təqiblərin əsas hədəfi olmaqda davam edirlər. Yaraqlı qruplar və İslamçı siyasi partiya Tehreek-e-Labbaik (TLP) Əhmədiləri "müsəlman kimi göstərməkdə" ittiham edir. Pakistan cinayət məcəlləsi də “özünü müsəlman kimi göstərməyi” cinayət hesab edir. Yanvar ayında kibercinayətlərə qarşı mübarizə məhkəməsi Aneeqa Atiq adlı qadını WhatsApp-da “küfr məzmunu” paylaşdığına görə ölüm cəzasına məhkum etdi. Fevral ayında psixososial qüsuru olan X24 əyalətinin Khaneval şəhərində Quranı təhqir etdiyi iddiası ilə izdiham tərəfindən daşlanaraq öldürülüb. Mart ayında Hayber-Paxtunxva əyalətinin X28 şəhərində 21 yaşlı qadın küfrdə ittiham edən üç qadın tərəfindən öldürülüb. Polisin araşdırmasına görə, şübhəlilər iddia ediblər ki, onların 13 yaşlı qadın qohumu qurbanın küfr etdiyini “yuxuda” bilib. Avqust ayında Pəncab hökuməti jurnalist Vaqar Sattiyə qarşı Twitter-də video yayımladığına görə küfr ittihamı irəli sürüb. Pakistanın bir insan haqları təşkilatı olan Sosial Ədalət Mərkəzinin məlumatına görə, 1987-ci ildən 2021ci ilin fevralına qədər Pakistanın küfr qanunlarına əsasən ən azı 1855 nəfər ittiham olunub. August 16, 2023-cü il amnesty İnternational xəbər saytı: https://www.amnesty.org/en/latest/news/2023/08/pakistan-authorities-must-ensureprotection-of-minoritv-christian community/#:~:text=The%20existence%20of%20blasphemy%201aws,dangerous%20the %20blasphe my%201aws%20are Pakistan: Hakimiyyət azlıqların xristian icmasının müdafiəsini təmin etməlidir Amnesty İntemational-ın Cənubi Asiya üzrə müvəqqəti regional tədqiqatçısı Rehab Mahamoor, Pakistanın Jaranwala şəhərində ən azı beş kilsənin və bir çox xristian evinin hücumu və yandırılmasına cavab olaraq dedi: “Pakistan hakimiyyəti təcili olaraq Jaranwaladakı azlıq xristian icmasının müdafiəsinin onların ehtiyac və istəklərinə uyğun olmasını təmin etməlidir və kilsələrə və evlərə yanğın və hücumlara görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Bu cür hücumlar dini azlıqlar üçün ayrı-seçkilik və qorxu mühitini artırır. Pakistanın hakimiyyət orqanları dini azlıqlara qarşı zorakılıq ətrafında cəzasızlıq mühitini dərhal aradan qaldırmalıdır. Rehab Mahamoor, Amnesty İntemational-ın Cənubi Asiya üzrə müvəqqəti regional tədqiqatçısı “Pakistandakı hakimiyyət dini azlıqlara qarşı zorakılıq ətrafında cəzasızlıq mühitini dərhal aradan qaldırmalıdır. Şiddətli kütlənin hücumları Pakistanda küfr ittihamından sonra hər kəsin üzləşə biləcəyi ayıq-sayıq zorakılıq təhlükəsinin son təzahürüdür - dini azlıqlar da buna qarşı qeyri-mütənasib olaraq həssasdır. Küfr qanunlarının mövcudluğu təqsirləndirilən şəxsləri və ya əlaqəli olan hər kəsi, o cümlədən onların icma üzvlərini təhdid edən, onlara hücum edən və ya öldürməyə cəhd edən qrupları və şəxsləri cəsarətləndirməyə davam edir. “Pakistan hakimiyyətinin küfr qanunlarının nə qədər təhlükəli olduğunu görmək üçün daha çox sübuta ehtiyacı yoxdur. Küfr qanunlarının geniş, qeyri- müəyyən və məcburedici mahiyyəti insanın fikir, vicdan və din azadlığı və ifadə azadlığı hüquqlarını pozur. Onlardan uzun müddətdir ki, cəmiyyətin ən marginal insanları hədəf almaq üçün sui-istifadə edilib. Şiddətli kütlənin hücumları Pakistanda küfr ittihamından sonra hər kəsin üzləşə biləcəyi ayıq-sayıq zorakılıq təhlükəsinin son təzahürüdür - dini azlıqlar da buna qarşı qeyri-mütənasib olaraq həssasdır. Rehab Mahamoor: “Küfr haqqında qanunlar təcili olaraq ləğv edilməli və bu arada hakimiyyət orqanları onların sui-istifadəsinə qarşı təsirli tədbirlər görməlidir. Küfr qanunlarını ləğv etmək və bunun əvəzinə bu cür qanunlara əsasən cəzaları artırmağa cəhd etməklə onları gücləndirmək üçün uzun müddətdir davam edən çağırışa məhəl qoymayaraq, Pakistan hakimiyyəti insan hüquqlarının pozulması üçün icazəli mühit yaratmağa davam edir.” Faisalabad rayonunda Jaranwala iki xristian sakininə qarşı edilən küfr iddialarından sonra ayıq- sayıq dəstələr ərazidəki ən azı beş kilsəyə hücum ediblər. Bu ilin əvvəlində, 7 avqust 2023-cü ildə Turbatda küfrdə ittiham olunan müəllim güllələnərək öldürüldü. 2023-cü ilin fevralında Nankanada Qurana hörmətsizlik etməkdə ittiham olunan bir adam ayıq-sayıq izdiham tərəfindən polis bölməsindən sürükləndi və döyülərək öldürüldü. Eynilə, 2021-ci ilin dekabrında küfrdə ittiham olunan Şri-Lankalı bir adam linç edilərək öldürüldü. Amnesty İnternational daha əvvəl “Ölü kimi yaxşı” adlı hesabatında küfr qanunlarının sui-istifadəyə necə imkan verdiyini sənədləşdirmişdi: Pakistanda küfr qanunlarının təsiri. Göründüyü kimi dini mənsubiyyətə görə təqiblər də MÖM haqqında məlumatlarda öz əskini tapmışdır. DMX qərarında bildirmişdir ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin dediklərində uyğunsuzluqlar müəyyən edilmişdir. Cavabdeh qevd edilən hallara münasibətini sadəcə olaraq mülahizə xarakterli bildirmişdir. Sübutlara düzgün qiymət verə bilməmişdir. Lakin BMT-nin Qaçqınların statusu haqqında 1951-ci il Konvenisyasının 1-ci maddəsinin A(2) bəndinin və 1967-ci il protokolunun konteksində təqibə aid rəhbər prinsiplərdə isə buna fərqli münasibət bildirilir. Belə ki, əsaslı təqib qorxusunun səbəbləri hər bir fərdi işin konkret hallarından asılıdır. Baxmayaraq ki, qadın və kisi ərizəçilər zərərin eyni formalarına məruz qala bilərlər, onlar həm də digər əsaslara görə də təqib formaları ilə üzləsə bilərlər. İnsan hüquqları üzrə beynəlxalq hüququnun normalarında bəzi əməllər. bu normanın pozuntusu kimi müəyyən edilir və təqibə bərabər sayılan ciddi hüquq pozuntusu kimi səciyyələndirilir. Şübhəsiz ki. fərqli amillərə əsaslanan zorakılıq formaları, istər psixi, istərsə də fiziki baxımdan güclü ağrı və iztirab doğuran əməllərdir və döylət və ya ayrı-ayn şəxslər tərəfindən törədilməsindən asılı olmayaraq onlar təqib formaları kimi istifadə olunur. Ola bilər ki, dövlət təqib praktikasını qadağan edib, amma bu praktikaya göz yumur və ya dözümlülüklə yanaşır, yaxud faktiki olaraq bu praktikaya son qoymaq iqtidarında deyil. Belə hallarda bu cür praktikanın mövcudluğu təqib sayılır. Beləliklə. təqib xarakteri daşıyan müəyyən praktikanın qanunla qadasan edilməsi və ya qınanması şəxsin qaçqın statusu üçün müraciətinin əsassız oldusu qənaətinə səlmək üçün yetərli deyil. 2-ci mərhələ: Əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Ərizəçi Pakistana qayıtmaqdan qorxduğunu və təqibə məruz qala biləcəyindən qorxduğunu bildirmişdir. Bu mərhələdə Cenevrə Konvensiyasına (və Protokoluna) uyğun olaraq iddiaçının əsaslı təqib qorxusunun olub-olmaması aydınlaşdırılmalıdır. Cenevrə Konvensiyasının (və Protokolunun) və Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Qanunun 1.1-ci maddələri qaçqın anlayışına oxşar tərif verir (yerli qanunun verdiyi anlayışı qeyd edirik; kursiv mənimdir): Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Konvensiyasının və Qanunun 1.1-ci maddəsinə uyğun olaraq qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün əsasən aşağıdakı elementlərin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər; d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. Əsaslı qorxu 38. Yoxlamanın 1-ci mərhələsindən görünür ki, ərizəçinin izahatları mötəbər hesab edilir. Bunun əsasında MÖM-ə uyğun olaraq ərizəçinin şərti siyasi əqidəsinə görə əsaslı qorxusu təsdiq edilir. Müəyyən edilmiş faktların əsasında bu ehtimalın ağlabatan olduğu qənaətinə gələ bilərik ki, ərizəçi Pakistana qayıdacağı təqdirdə ona dini mövqeyi, xristian olması, Pakistanı buna görə tərk etməyinə görə ziyan vurula bilər. Təqib, təqib agentləri və təqib üçün əsaslar "Təqib" termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir (BMTQAK, Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və proseslər haqqında Bələdçi, 51 -ci bəndi). Bu ehtimal ağlabatandır ki, Pakistana qayıdacağı təqdirdə ərizəçinin həyatı və səhhəti zorakılıq riski altındadır. Beləliklə, Pakistana qayıdacağı təqdirdə ərizəçinin İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. 42. Ərizəçiyə qarşı təqibi həyata keçirən siyasi hakimiyyət və əvvəllər hərbçi olduğuna görə öldürülmə qorxusu yaradan hökumətdir. Habelə mühafizəkar hakimiyyət bu şəxslərə qarşı qeyri-loyal və qərəzli mövqedədir. Ərizəçi təqib edilməsinin əsasını onun siyasi hakimiyyət, özünün əvvəllər özünümüdafiə qüvvələrinə qoşulması və hərbçi olması təşkil edir. Ərizəçi tacikdir. MÖM göstərir ki, Pakistanda qeyri-adekvat mühit vardır. Bundan əlavə, ərizəçi müəyyən sosial qrupa mənsubiyyətinə görə təqib edilir. BMT QAK-ın Təlimatına əsasən (77-79-cu paraqraflar) "müəyyən sosial qrup" bir qayda olaraq eyni zəminə, vərdişlərə və ya sosial statusa aid olan şəxslərdən ibarətdir. Bu başlıq altında təqib qorxusuna dair iddia digər əsaslarla (irq, din və ya milliyyət və digərləri) ilə üst-üstə düşə bilər. Müəyyən sosial qrupa mənsubluq təqibin mənbəyi bir neçə səbəbdən ola bilər. Özlüyündə müəyyən sosial qrupa mənsub olma qaçqın statusuna iddianı əsaslandıran hal deyil. Lakin bəzi xüsusi hallarda özlüyündə sosial qrupa mənsub olma da qaçqın statusunun əsasını təşkil edə bilər. Öz ölkəsindən himayə edə bilməmə və alternativ yerdəyişmə imkanının olmaması Ərizəçi effektiv müdafiə ala bilməyəcəyinə inandığından kömək üçün dövlət orqanlarına müraciət edə bilməz. Çünki zatən hakimiyyətdə qeyri-adekvat mühit vardır. Bundan əlavə, ərizəçi qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Pakistan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Yuxarıda göstərilənlərə əsasən aşağıdakı nəticələr hasil olur: İddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir; İddiaçı əvvəllər xristian olmasına görə əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Pakistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir; Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Sığınacaq hüququ (prosessual aspekt) Cavabdeh İİQ-in 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə və tərcüməçidən istifadə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 21-ci maddəsinin pozuntusu baş verib. Həmçinin iddiaçının vəsatəti cavabdeh tərəfindən üzərinə düşən araşdırma mövqeyindən yayınılaraq formal mülahizə əsasında təmin edilməyib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əkssübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib. Bununla da İİO-nin 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazımi hüquqi məsləhətləri verməyib.Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi hallan və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalannı pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ondan ötrü ki, o və ailə uzvləri (əri - xx.xx.1982-ci il təvəllüdlü Zeeshan Jawed, qızı – xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu – xx.xx.2016-cı il təvəllüdlü Shahiq Zeeshan) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 28 iyul 2023-cü il tarixdə adına 87-2023 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2023-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi və əri vəsatətlərinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarda qeyd edilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (Pasport: № AB5845423) ailə üzvləri (əri- xx.xx.1982-ci il təvəllüdlü Zeeshan Jawed, qızı -xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu -xx.xx.2016-cı il təvəllüdlü Shahiq Zeeshan) ilə birlikdə 28 iyul 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış onun və ailə üzvlərinin adına 87-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Bəlucistan vilayətinin Kvetta şəhərində anadan olduğunu, milliyyətini dəqiq bilmədiyini və özünü urdudilli əhalidən saydığını, dini etiqadına görə xristian (əvvəllər katolik olduğunu, lakin hazırda protestantlığın pentakostal təriqətinə sitayiş etdiyini) olduğunu, 1998-ci ildə Kveltada "Sacred Heart - Christian school" adlı məktəbdə 10 il orta təhsil, 2001-2002-ci illərdə "NCR-CET adlı kollecdə İT üzrə təhsil, 2002-cı ildə Bəlucistan Universitetində humanitar elmlər üzrə bakalavr təhsili aldığını, 2004-cü ildə "X4" aviaşirkətinin təlim mərkəzində təyyarə bələdçisi kursunu keçdiyini bildirmişdir. Əmək fəaliyyəti barədə məlumat verərkən İddiaçı 2001-2009-cu illərdə Pakistanın Kvetta şəhərində müxtəlif kurslarda, məktəblərdə riyaziyyat, ingilis dili və sosial elmlərdən dərs keçdiyini, evləndikdən sonra heç bir yerdə işləmədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi 2008-ci ildən Jawed Zeeshan ilə evli olduğunu, bu evlilikdən 2 övladının olduğunu, atasının vəfat etdiyini, Pakistanda yaşayan anası, bacısı və 2 qardaşı ilə əlaqəsinin olmadığını, əri və 2 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, əri Zeeshan Jawed ilə 2008-ci ildə evləndikdən sonra ərinin dinini dəyişərək xristianlığı qəbul etməsi səbəbindən ərinin qohumları tərəfindən təqib və təhdidlərə məruz qalmış, dəfələrlə təqiblərdən qaçmaq üçün Pakistanda müxtəlif şəhərlərdə yaşamalı olmuş və sonda ərinin tələbə olduğu illərdə İrlandiyada tanış olduğu və onun dini dəyişməsində rolu olmuş keşiş X25 məsləhəti ilə Azərbaycana qaçqın statusu əldə etmək üçun müraciət etmək məqsədilə gəlmişlər. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bundan əlavə, ərizəçi fiziki təhdidlərə məruz qaldıqlarını təsvir edən fotoşəkilləri müalicə aldığı xəstəxanadan sənədləri, Pakistanlı keşişin bu şəxslərə sığınacaq verilməsində köməklik göstərilməsinin xahiş edilməsi ilə bağlı məktubu və “Cümə” məscidi tərəfindən verilən "fətva" məktubunu təqdim etmişdir (qeyd edilən “fətvə” məktubu korlanmış və çətin oxunan vəziyyətdədir). İddiaçı əri Zeeshan Jawed ilə keçirilən müsahibə zamanı o, İrlandiyada təhsil aldığı illərdə keşiş X29 ilə tanış olduğunu, öz istəyi ilə həmin keşişin iştirakı ilə xristianlığı qəbul etdiyini, İrlandiyada pakistanlı tələbə yoldaşları tərəfindən dinini dəyişdiyinə görə döyüldüyünü, bundan sonra İrlandiyanı tərk edib Pakistana. Kəraçi şəhərinə qayıtdığını, lakin dininin dəyişməsinin ailə üzvlərinə məlum olması səbəbindən oz evinə getmədiyini, dostunun və sonra da ərizəçi İddiaçı yanında qaldığını bildirmişdir. Pakistanda qohumları tərəfindən təqibə məruz qaldığı üçün ölkəsini tərk edib ailəsi ilə birlikdə Azərbaycana gəldiyini qeyd etmişdir. Zeeshan Jawed yalnız öz ailə üzvləri tərəfindən təhdid olunduğunu bildirmişdir. Ərizəçi İddiaçı və əri Zeeshan Jawedin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində müəyyən uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, Pakistanda ciddi təhdidlərlə üzləşdiyini qeyd etməsinə baxmayaraq, onlar evlilikdən sonra 15 il ərzində (2008-2023) Pakistanda yaşamış və işləmişlər. Ərizəçi və əri onlara edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi uçün hüquqi yardımdan yararlanmamışlar. Bunu isə ərinin dinini dəyişməsi səbəbindən polis tərəfindən təqib olunma qorxusundan etmədiklərini qeyd etmişlər. Ərizəçinin təqdim etdiyi “fətva" məktubu ilə bağlı qeyd edilməlidir ki, ərizəçinin əri Jawed Zeeshanın bildirdiyi kimi həmin fətva məktubunu bu ilin mart ayında o, xəstəxanada müalicə alarkən dostu xəstəxana palatasının qapısının qarşısında tapmış və ona təqdim etmişdir. Qeyd edilən “fətva” məktubu korlanmış vəziyyətdə olduğu üçun onu tam oxuyub həqiqiliyini araşdırmaq mümkün olmamışdır. Dini zəmində təqib olunma halları ilə bağlı qeyd edilməlidir ki, ərizəçinin özü xristian olmasına baxmayaraq, dini zəmində heç vaxt təqibə məruz qalmamış, evlilikdən sonra isə ərinin dinini dəyişməsi səbəbindən ərinin qohumları tərəfindən məhz ərinə qarşı müəyyən təqiblər olmuş, bu təqiblərə baxmayaraq, onlar 15 il Pakistanda yaşamışlar İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə ozü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslənn) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsin¬dən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 2 oktyabr 2023-cü il tarixli. 18 saylı protokolu). "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9cu və 13-cü maddələrini, habelə “Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvlərinə (əri- xx.xx.1982-ci ıl təvəllüdlü Zeeshan Jawed, qızı -xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu -09.01,2016-cı il təvəllüdlü Shahiq Zeeshan) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-62/4 nömrəli qərar qəbul edilmişdir. Hesab edilmişdir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Təhdid və təqib olunmasına dair hər hansı sübut təqdim etməmiş (təqdim olunan “fətva” oxunaqlı deyil), 2. Təqib olunma ilə bağlı iddialarına baxmayaraq ölkə ərazisində 15 ildir ki, yaşayırdılar, 3. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

6. İddiaçı etiraza münasibətdə qeyd etmişdir ki, cavabdehə qarşı Məhkəməyə ünvanlanmış iddia ərizəsində etirazda bildirilmiş məqamlara geniş və əhatəli yanaşma bildirilsə də, cavabdeh öz etirazında bir daha öz bəsit və formal yanaşmasını bildiməkdən çəkinməmişdir. Belə ki, İddiaçı və onun ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edən cavabdehin qərarında bildirdiyi qanuni olmayan əsaslandırmaya, bəsit və formal yanaşmasına məhkəmə tərəfindən qanuni və ədalətli qiymət verilməsi üçün iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edilmişdir. Başqa cür desək, cavabdeh etirazın əsaslarını və dəlillərini göstərməmiş, qərarından fərqli olmayan yanaşma nümayiş etdirmişdir. Prosessual qanunvericiliyin göstərişinə əsasən etiraz edən tərəf öz etirazını əsaslandırmalıdır. Cavabdehin Məhkəməyə ünvanladığı sənəddə isə əsaslandırmaya rast gəlinməməklə yanaşı, formal olaraq müvafiq qanunun bəndlərinə istinadlar edilmişdir. “Təqdim olunan “fətva” oxunaqlı deyil” fikrinin bildirilməsi, iddiaçının xahişinin təmininə mane olan hal kimi nəzərə ahna bilməz. Hər bir halda iddiaçı öz vəsatətini əsaslandırmaqçün sübutu təqdim etmişdir. DMX ərizəçi ilə bağlı düzgün nəticəyə gəldiyini və iddia ərizəsinin hüquqi əsasının olmadığını bildirsə də, məhz hansı əsasla düzgün nəticəyə gəldiyini və iddia ərizəsinin hansı hissədə hüquqi əsasının olmadığını izah edə bilməmişdir. Digər mübahisələrlə bağlı olduğu kimi mövcud mübahisə üzrə də şablon etiraz təqdim edilmişdir. Cavabdehin qərarından iddiaçının bildirdiyi hallara əsaslı qiymət verilmədən,tərcüməçi ilə təmin olunması hüququ təmin edilmədən, faktiki hallar araşdırılmadan dərhal onun vəsatətinin təmin edilməməsi yönümündə icraat aparıldığı məlumdur. Hətta nəzərə almaq lazımdır ki, cavabdeh sübutetmə yükünü istənilən halda ərizəçinin üzərinə qoysa da, Cenevrə Konvensiyasına əsasən, Ərizəçinin qaçqın kimi tanınması üçün özü-özlüyündə sübutedici sənədin olması tələb olunmur, lakin konkret hallarda mənşə ölkəsində tətbiq edilən praktika barədə məlumat iş üzrə sübut təşkil edə bilər. İddia ərizəsində isə mənşə ölkəsi barədə kifayət qədər məlumatlara istinad edilmişdir. Hətta nəzərə almaq lazımdır ki, iddiaçı və ailə üzvləri dini mənsubiyyətinə görə təqiblərə məruz qalmışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əsaslı qorxu nəticəsində ərizəçi vətəndaşı olduğu ölkəni tərk edərək öz ölkəsini tərk etmək məcburiyyətində qalmışdır. Qeyd edilən hal onun vətəndaşı olduğu ölkəyə getmək istəməmək qorxusundan aşkar bəllidir. Ərizəçi təqibdən qorunmaq üçün ümid yeri kimi başqa ölkəyə üz tutmuşdur. İddianın əsaslı və qanuniliyi ilə bağlı Mənşə ölkəsi barədə həmçinin digər məlumatı Sizə təqdim edirənt Pakistan Cinayət Məcəlləsi hər hansı tanınmış dinə qarşı küfr üçün cəzalandırılır. Təqdim olunan cəzalar cərimədən ölümə qədərdir. Bu, Pakistanın əsas cinayət məcəlləsidir. İnsan haqları qruplarının fikrincə, Pakistanda küfr qanunları azlıqları təqib etmək və şəxsi rəqabəti həll etmək üçün istifadə olunur - əksər hallarda digər müsəlmanlara qarşı, dini həssaslıqları qorumaq üçün deyil. 1987-ci ildən 2021-ci ilin fevralına qədər Pakistanın küfr qanunlarına əsasən ən azı 1855 nəfər ittiham olunub. İndiyədək bu qanunlara əsasən heç bir məhkəmə edam hökmü icra olunmasa da, bir sıra hallarda Pakistanda küfr qanunlarını tənqid edənlər və ya bəzi təqsirləndirilənlər və ya onların tərəfdarları linç və ya küçə sayıqlığının qurbanı olublar. Ən azı 89 pakistanlı 1947-ci ildən 2021-ci ilə qədər küfr ittihamlarına görə məhkəməsiz şəkildə öldürüldü. Bu cür qətllərin qurbanları arasında Pəncab qubernatoru Salman Tasir (Pakistanın ən böyük əyaləti), Xristian olan Azlıqlar üzrə X21 Bhatti və Arif kimi yüksək profilli pakistanlılar da var. İqbal Bhatti, yüksək məhkəmə hakimi öz otaqlarında öldürüldü. ABŞ-ın X18 Azadlıqları Komissiyasının məlumatına görə, 2021-ci ilin əvvəlinə Pakistanda təxminən 80 nəfərin küfr ittihamı ilə həbs edildiyi məlumdur, onların yansı ömürlük həbs və ya ölüm cəzası ilə üzləşir. Küfrdə günahlandırılan bir çox insan məhkəmələri bitməmiş öldürüldü və küfr qanununa qarşı çıxan tanınmış simalar öldürüldü. 1990-cı ildən bəri 62 nəfər küfr ittihamı ilə öldürülüb. [ 15] Dini azlıq mənbələrindən birinə görə, küfr ittihamı adətən təqsirləndirilən şəxsləri, polisləri, vəkilləri və hakimləri təqiblərə, təhdidlərə, hücumlara və iğtişaşlara məniz qoyur. (Məsələn, 1997-ci ilin oktyabnnda Lahorda yüksək məhkəmə hakimi küfrdə ittiham olunan iki xristiana bəraət qazandırdığı üçün öz palatalarında qətlə yetirildi, lakin qatil “şahid ifadəsinin olmaması səbəbindən bəraət aldı”.) Tənqidçilər şikayət edirlər ki, küfrdə ittiham olunanlar nadir hallarda küfr edən bir şey deyiblər və ya ediblər; (küfrdə ittiham olunanları müdafiə edən vəkillərdən biri, Anneqa Maria bildirir ki, “14 illik cinayət vəkili kimi mənim bütün karyeram ərzində təmsil etdiyim küfr qurbanlarının heç biri əslində küfr etməyib”); Əsəd Haşim yazır ki, 2010-cu ildən 2020ci ilə qədər, Onlar həmçinin Pakistanın küfr qanunlarının “dini azlıqları təqib etmək və şəxsi intiqamları həll etmək üçün istifadə edildiyindən” şikayətlənirlər, lakin küfr qanunlarının dəyişdirilməsinə dair çağırışlara İslam partiyaları - ən çox diqqət çəkən Barelvi İslam məktəbi ciddi müqavimət göstərir. Pakistanda bir çox ateist küfrlə bağlı əsassız iddialara görə linç edilib və həbs edilib. Dövlət 2017-ci ildən başlayaraq ateizmə qarşı sərt repressiyaya başladı və bu, şərtlərin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb oldu. Dünyəvi bloqçular adam oğurluğu ilə üzləşməyə başladılar və hökumətin başlatdığı reklam kampaniyaları vətəndaşları onların arasında potensial küfr edənləri müəyyən etməyə sövq edir. Vəziyyəti daha da gərginləşdirən ölkənin ən yüksək məhkəmə orqanları belə şəxsləri terrorçular kimi təsnif etdi. 2023-cü ilin yanvarında Pakistan Milli Assambleyası ölkənin küfr qanunlarını sərtləşdirmək üçün səsvermə keçirdi və bu, azlıq qrupları arasında narahatlığa səbəb oldu. Bu icmalar təkmil qanunların daha çox insan hüquqlarının pozulmasına və dini azlıqların daha da təqib edilməsinə səbəb ola biləcəyindən ehtiyat edirdilər. Yanvarın 17-də Assambleya Cinayət Qanunları (Dəyişiklik) haqqında qanım layihəsini yekdilliklə təsdiq edib. Bu qanunvericilik, Məhəmməd peyğəmbərin səhabələrinə, arvadlarına və ailə üzvlərinə hörmətsizliyə görə cəzanı üç ildən 10 ilə qədər artırdı, əlavə olaraq təxminən 3500 funt-sterlinqə ekvivalent olan 1 milyon Pakistan rupisi məbləğində cəriməni də artırdı. Pakistanda küfr ölüm cəzasıdır. Müsəlmanların küfrlə bağlı mövqeyi təkcə dinlə bağlı deyil. Onlar beynəlxalq məsələlərdən təsirlənirlər. Bütün dünyada müsəlman azlıqlar, o cümlədən İsrailin işğalı altında olan fələstinlilər, Rusiya çeçenləri, Myanmadakı Rohingya və Çindəki uyğurlar təqiblərə məruz qalıblar.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

10. Göründüyü kimi, iddiaçı bu iddia vasitəsilə həm ərizəsini rədd edən qərarın ləğv olunmasını, həm də özünün xeyrinə inzibati aktın qəbul olunmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, hazırkı iddia məhz məcburetmə haqqında iddia növünə aiddir.

11. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

13. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

16. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən şəxsin 5 amil üzrə (müəyyən irqi (etnik,milli) qrupa mənsub olmasına; öz dini əqidəsinə; hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına; müəyyən sosial qrupa mənsub olduğuna; siyasi əqidəsinə görə) təqib olunma halı müəyyən edilməlidir.

17. İddiaçı öz mövqeyini (vətəndaşı olduğu ölkədə dini etiqadına görə təhdid olunduğunu) sübut etmək üçün Pakistan Respublikasında ümumi vəziyyət olaraq xristian dininə etiqad edənlərin təqiblərə, hücumlara və terror hadisələrinə məruz qalması faktına əsaslanmışdır.

18. Məhkəmə bununla bağlı qeyd edir ki, “...Nəticədə, müdafiə dini mənsubiyyətinə görə (hər hansı digər səbəbə görə) təqiblərə, real ölüm riskinə və ya ciddi mənfi rəftara məruz qalacaqları və ola bilsin ki, onlara qarşı ədalətli mühakimədən açıq-aşkar imtina ediləcəyi barədə əsaslandırılmış iddiası olan şəxslərə təklif edilir... Pakistan Respublikasındakı xristian icmasının heç bir rəsmi nəzarət altında olmaması, parlamentdə öz nümayəndələri ilə təmsil olunmaları, Pakistanın hüquq-mühafizə və məhkəmə orqanlarının müvafiq olaraq kilsələri və məktəbləri qorumaq, xristian əhaliyə qarşı hücumlar həyata keçirənləri mühakimə etmək, həbs etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görməsi faktına əhəmiyyət verilməlidir...” (X22 Məhkəməsi, Z və T Birləşmiş Krallığa qarşı iş (ərizə№27034/05)). Həmin iş üzrə Avropa Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, Pakistanın ərazisində xristian icmasının təqibi halı mövcud deyildir, ərizəçi fərdi olaraq risk altında olduğunu göstərməlidir.

19. Məhkəmə qeyd edir ki, iddiaçı vətəndaşı olduğu ölkədə özünün və ailəsinin müsəlmanlar tərəfindən təhdidlərə məruz qaldığını bildirsə də, bu faktı sübut edən halları əsaslandırmamış və müsahibəsi zamanı ona qarşı baş vermiş hər hansı konkret təhdid halını qeyd etməmişdir (mənəvi və ya fiziki işgəncəyə məruz qalmadığını da bildirmişdir).

20. İddiaçının izahatından aydındır ki, iddiaçı vətəndaşı olduğu ölkədə yaşayarkən ona qarşı edilən təhdidlərlə bağlı polisə şikayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışdır. Belə ki, iddiaçının əri dinini dəyişdiyinə görə ərinin ailəsi tərəfindən edilən təzyiq onları Pakistan İslam Respublikası daxilində yerdəyişməsinə səbəb olmuşdur. İddiaçı iddia ərizəsində və izahatına əsasən Jawed Zeeshan 2007-ci ildə dinini dəyişərək xristian dininə (pentakostluq) inanmağa başladığından vətəndaşı olduğu ölkəyə (Pakistan İslam Respublikası) 2008-ci ildə qayıtdıqdan sonra yalnız öz ailəsi tərəfindən təqibə məruz qaldığını qeyd etmişdir. Həmçinin izahata əsasən iddiaçı və ailə üzvlərinin 2008-ci ildən 2023-cü ilədək Pakistan İslam Respublikasında (Lahor, İslamabad, Kəraçi) və ailəsi barədə Pakistan İslam Respublikasında fətva verildiyini bildirmişdir.

21. Odur ki, iddiaçı tərəfindən təqdim edilən izahatlar və ona münasibətdə olan rəftarın faktiki xarakteri arasındakı uyğunsuzluq izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. İddiaçı şəxsən öz dini etiqadına görə təqibə məruz qalmamış, evlilikdən sonra isə ərinin dinini dəyişməsi səbəbindən ərinin qohumları tərəfindən məhz ərinə qarşı müəyyən təqiblər olmuş, bu təqiblərə baxmayaraq 15 il ərzində (2008-2023) Pakistan İslam Respublikasında yaşadığını, işlədiyini və Azərbaycan Respublikası ərazisinə qanuni qaydada daxil olduğunu öz izahatları ilə təsdiq etmişdir. Pakistan İslam Respublikasında fətva verildiyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının dəlillərindən də göründüyü kimi iddiaçının və ailə üzvlərinin dövlət tərəfindən təqibə məruz qalmalarını əsaslandıran hər hansı dəlilə əsaslanmamışdır. Dinini dəyişdiyi üçün məhz ərinin ailə üzvləri tərəfindən təqib olunduqlarını iddia edir. Odur ki, qeyd edilən yanaşma heç bir halda şəxsə qaçqın statusunun verilməsi üçün əsas ola bilməz.

22. Məhkəmə hesab edir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmasına dair dəlilləri inandırıcılıq keyfiyyətinə malik deyildir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı sayıla bilməz.

23. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

24. Odur ki, qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyindən iddia təmin edilməməlidir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar