Məhkəmə qərarları › İş №2-1(112)-3401/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3401/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3401/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı 29 nömrəli birləşmiş şəhər Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona İİ qrup əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdən şəkərli diabet xəstəsi kimi 29 nömrəli Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdadır. Xəstəliyə görə dəfələrlə xəstəxanaya müraciət edib müayinə və müalicə olunmuş, bir neçə dəfə stasionarda müalicə almışdır. “İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli” diaqnoz qoyulmuşdur. Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, qanunsuz olaraq əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Səbəb kimi belə göstərilmişdir ki, əlavə müalicəyə ehtiyac var və son 5 ildəki stasionar müalicə yetərli deyil. Cavabdeh orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, X9 Komissiyası tərəfindən ekspertiza keçirilməli və qeyd olunan xəstəliklər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin bəndlərinə uyğun olaraq qeyd edilmiş diaqnozun ikinci dərəcə əlilliyin təyininə əsas verib-vermədiyi ətraflı araşdırılmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı 29 nömrəli birləşmiş şəhər Xəstəxanasının (bundan sonra Xəstəxana) idda tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => ЕЮ - insulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diab 2 tip.ağır forma, insulin tələbli; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - insulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diab 2 tip.ağır forma, insulin tələbli; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Şəkərli diabet” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Xəstəxananın xx.xx.2021-ci il tarixli 0053003AAEEQ saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli insulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., Diabetik polineyropatiya Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV Digər serebrovaskulyar xəstəliklər, Beyin ötüyündə ponsda solda kəskin beyin qan dövranı pozğunluğu. sağ tərəfli hemiparez; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: ətraflı müayinə olunmayıb (dopler, MRT, EXO KQ)” səbəbi ilə imtina verilmişdir. Xəstəxananın xx.xx.2021-ci il tarixli 0053003AAEM1 saylı göndərişi əsasında baxılmış və "X1 : İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - insulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli. Diabetik polineyropatiya. Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV.Beyin ötüyündə ponsda solda kəskin beyin qan dövranı pozğunluğu. sağ tərəfli hemiparez; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: əlavə stasionar müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. Xəstəxananın xx.xx.2021-ci il tarixli 0053003AAE5B saylı göndərişi əsasında baxılmış və “X1 : İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni: insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0* Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), Diabetik retinopatiya Ağırlaşma N08.3* Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya Ağırlaşma İ79.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV Yanaşı xəstəliklər İ67 Digər serebrovaskulyar xəstəliklər, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət. Yanaşı xəstəliklər G81 Hemiplegiya, Sağ tərəfli hemiparez; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Son 5 ildə stasionar müalicə yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X4 iddianı qəbul etməyərək və yazılı etirazına uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1954-cü ildə Lerik rayonu, Tikaband kəndində doğulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 qeydiyyatdadır. İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Xəstəxana tərəfindən göndərilmiş; - xx.xx.2021-ci il tarixli 0053003AAE5B saylı Forma 088 göndərişində “X1: İV sinif- Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E11-İnsulindən asılı olmayan şəkərli diabet; Diaqnozun mətni- İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tiop İİ insulin rələbi ağır gedişli Ağırlaşma G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), Diabetik polineyropatiya. Ağırlaşma H36.0 Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü, 3 işarəsi ilə), Diabetik retinopatiya Ağırlaşma N08.3 Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-e14, Diabetik nefropatiya Ağırlaşma 179.2 Digər rubrikalarda təsnik olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Aşağı ətrafların diabetik angiopatiyası; Yanaşı xəstəliklər- İ10 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİİ dərəcə risk İV; Yanaşı xəstəliklər İ67 digər serebrovaskulyar, Sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət; Yanaşı xəstəliklər G81 Hemiplegiya, Sağ tərəfli hemiparez. Tibbi-Sosial Ekspert Komissiyyasının elektron müraciətlərə dair arayışdan müəyyən edilir ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; - əlillik əlamətinin təyin etməməsi-Səbəb: əlavə-müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Son 5 ildə stasionar müalicə yetərli deyil. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsinin 0053003AAE5B saylı № 088 göndəriş əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı əlillik dərəcəsinin təyin olunmasını istəyir. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 94/2022 saylı (ekspertizanın başlanma tarixi 21 fevral 2022-ci il, başa çatma tarixi 11 mart 2022-ci il) rəydən görünür ki, 1957-ci il təvəllüdlü İddiaçı adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş xx.xx.2021-cu il tarixli 0053003AAE5B saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli; Ağırlaşma: G63.2* diabetik polinevropatiya (El0-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polineyropatiya. H36.0* diabetik retinopatiya (El0-E14 ümumi dördüncü 3 işarəsi ilə), diabetik retinopatiya, N08.3* şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, El0-E14 diabetik nefropatiya, 179.2* digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiyası. Yanaşı xəstəliklər: İ10 essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İTİ dərəcə risk İV; 167-digər serebrovaskulyar xəstəliklər, sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət. G81- hemiplegiya, sağ tərəfli hemiparez” diaqnozu aparılmış kliniki və laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Qeyd olunan xəstəliklə o, beş il müddətində ixtisaslaşmış klinikada stasionar şəraitdə müalicə olunmadığından və müalicə potensialının bitməməsi səbəbindən ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə aldıqdan sonra tibb müəssisəsi tərəfindən yeni Forma №-088 doldurulub TSEK-na göndərilməklə əlillik dərəcəsinin təyininə baxıla bilər. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir və iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin 6.5.1-ci bəndində iddiaçıda müəyyən xəstəliklər (XBT- 10 kod G81-G83) Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinası əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “əlavə-müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Son 5 ildə stasionar müalicə yetərli deyil”. Lakin məhkəmə araşdırması zamanı, müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdən göndərişi verən xəstəxanada qeydiyyatda olduğu eyni diaqnozla (“Şəkərli diabet) Xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə, daha sonra isə xx.xx.2016-cı il tarixli göndəriş əsasında isə beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Həmçinin ekspert rəyi ilə də iddiaçının adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0053003AAE5B saylı göndərişlə göndərilmiş 088 saylı arayışda olan “insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ insulin tələbli ağır gedişli; Ağırlaşma: G63.2* diabetik polinevropatiya (El0-14 ümumi dördüncü 4 işarəsi ilə), diabetik polineyropatiya. H36.0* diabetik retinopatiya (El0-E14 ümumi dördüncü 3 işarəsi ilə), diabetik retinopatiya, N08.3* şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, El0-E14 diabetik nefropatiya, 179.2* digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiyası. Yanaşı xəstəliklər: İ10 essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İTİ dərəcə risk İV; 167-digər serebrovaskulyar xəstəliklər, sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı vəziyyət. G81- hemiplegiya, sağ tərəfli hemiparez” diaqnozu aparılmış kliniki və laborator-instrumental müayinələr əsasında müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya “əlavə-müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. Son 5 ildə stasionar müalicə yetərli deyil” əsası ilə əlilliyin təyin olunmasından imtinası formal tələblərə əsaslanır. Beləliklə məhkəmə tərəfindən aparılmış inzibati araşdırma ilə müəyyən olunur ki, sonuncuya əlillik təyin edilməsindən imtina edilməsi tamamilə formal tələblərə əsaslanması iş materialları və qismən ekspert rəyi ilə bir daha sübuta yetirilmişdir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları üzrə işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”) xx.xx.2021-cu il tarixli 0053003AAE5B saylı göndərişdə sonuncuya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Xəstəxana tərəfindən xx.xx.2021-cu il tarixli 0053003AAE5B saylı göndərişı əsasında ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi Agentliyə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar