Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3402/2020 25.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X9 və X10 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X3 və xx.xx.1959-cu il təvəllüdlü X4 ünvan 1-yə olan qeydiyyatlarının ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il təvəllüdlü X3 və xx.xx.1959-cu il təvəllüdlü X4 yaşayış yeri üzrə ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki olaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, bina 9, 2 saylı mənzil onun xüsusi mülkiyyətindədir və bu barədə RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışı vardır. 2 otaqlı mənzili alqı-satqı edən zaman mənzili iddiaçıya satan xx.xx.1981-ci il təvəllüdlü X9 və xx.xx.1959-cu il təvəllüdlü X11 bir neçə həftədən sonra qeydiyyatdan çıxacaqlarına dair öz üzərlərinə öhdəlik götürsələr də, sonradan həmin öhdəliyi yerinə yetirməmişlər. Həmin şəxslərin hal-hazırda hansı ünvanda yaşadığı iddiaçıya bəlli deyildir. Ona görə də qeydiyyatdan çıxarılmalarına dair ərizə ilə xx.xx.2020-ci il tarixdə ərazi üzrə Binəqədi RPŞ-nə müraciət edilmiş, lakin xx.xx.2020-ci il tarixdə, 059-3956M-b saylı məktubla ərizə təmin edilməmiş və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Mənzili satmış şəxlərin hələ də iddiaçının mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırır, Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin, ’’Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Həmin şəxslər iddiaçının ailə üzvləri deyildir. Hazırlıq icraatının gedişində məhkəmənin 07 aprel 2020-ci il tarixli, 2-1(112)- 3402/2020 saylı qərardadı ilə X9 və X10 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 19 iyun 2020-ci il tarixli məlumatındaxüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, 2-1(112)-3402/2020 saylı iş üzrəonun iştirakı olmadan vəşifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon polisidarəsinin məhkəməyə daxil olmuş 059-24869-1220 saylı məktubunda iclası xx.xx.2020-ci il tarixə saat 14:50-ə təyin edilmiş 2-1(112)-3402/2020 saylıiş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadanvə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxslər X5 və X7 göndərilmiş üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmənin 07 aprel 2020-ci il tarixli, 2-1(112)-3402/2020 saylı qərardadı və xx.xx.2020-ci il tarixə saat 14-50-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi poçt rabitə xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydləri ilə geri qaytarılmışdır. Göründüyü kimi üçüncü şəxslərə məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması və onların rəsmi şəkildə məlumatlandırılması qeyri-mümkün olmuşdur. Yuxarıda göstərilənlərə əsasən iş üzrə tərəflərin iştirakı olmadan və şifahi dinləmələr keçirilmədən müvafiq qərar qəbul edilməsi mümkün hesab edilmişdir. İş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edirəm ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 1 tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında xx.xx.1978-ci il təvəllüdlü İddiaçı başqa, xx.xx.1981-ci il təvəllüdlü X9 və xx.xx.1959-cu il təvəllüdlü X11 da yaşayış yeri üzrə qeydiyyatdadırlar. - xx.xx.2013-cü il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatdadır. - Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş xx.xx.1981-ci il təvəllüdlü X5 və xx.xx.1959-cu il təvəllüdlü X8 aid forma 1 – fərdi uçot kartoçkasının surətindən həmin şəxslər yaşayış yeri üzrə ünvan 1 ünvanına qeydiyyata alınmışlar. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən **********24 saylı xx.xx.2020-ci il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş AN-İ seriyalı ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surətindən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 9 ünvanında yerləşən 2 saylı mənzili həmin müqavilə üzrə satıcı – X2 həmin müqavilə üzrə alıcı - İddiaçı satmışdır. - 1 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisindən 431 nömrəli xx.xx.2020-ci il tarixli məktuba əlavə olunaraq məhkəməyə təqdim edilmiş ünvan 1 ünvanındakı mənzilə dair İddiaçı adına rəsmiləşdirilmiş, reyestrdə 4Ə-1355 nömrəsi ilə qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə işdə olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsinə əsasən X1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan həmin mənzil sonuncu tərəfindən iddiaçıya satılarkən sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü X9 və xx.xx.1959-cu il təvəllüdlü X11 notariat kontoruna ərizələr təqdim edərək mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyesti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 9 ünvanında yerləşən 2 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2962 nömrəli reyestr kitabının 276453 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. - Binəqədi RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 059-3956M - 3220 saylı məktubda onun Binəqədi RPİ-yə ünvanladığı ərizəsinə cavab olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona məxsus olan mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsasında həyata keçirildiyi bildirilmişdir. İş materiallarından məlum olur ki, üçüncü şəxslərin yazılı razılığı ilə onların yaşayış yeri üzrə qeydiyyatda olduqları mənzil notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına özəlləşdirilmiş, iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən imtinanın qanunvericilikdə təsbit edilmiş hüquqi əsasları göstərilmədən imtina edilmiş, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Qeydiyyatdan çıxarılması tələb olunan şəxslərin sənədlərindən görünür ki, onların hər ikisi yetkinlik yaşına çatmış şəxslərdir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Xüsusilə də, hazırkı iş üzrə iş materiallarında üçüncü şəxslərin adlarından tərtib edilmiş razılıq ərizələrinin olması nəzərə alınsa, bu cür konkret halda oların sözügedən mənzildə qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzil üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının məcmusu olan mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilməsi istisna edilməməlidir. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslər xx.xx.1981-ci il təvəllüdlü X3 və xx.xx.1959-cu il təvəllüdlü X4 uzun müddət faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X3 və xx.xx.1959-cu il təvəllüdlü X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ M: İddia təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X3 və xx.xx.1959-cu il təvəllüdlü X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3402/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3402/2020
25.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver