Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3402/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X9 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 12.09.2020-ci il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun ərizəsinə təmin etməmiş, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmiş, bununla da onun konstitusion hüquqları pozulmuşdur. Belə ki, onun HT-1 № ******* nömrəli, 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasına əsasən aşağıdakı əmək stajı vardır: 02.1975-ci ildən 20.07.1978-ci ilədək olan müddətdə ÜLKGİ-nin 50 illiyi adına 74 №-li orta-peşə texniki məktəbdə təhsil almışdır (diplom əlavə edilir); Azərbaycan SSR DOSAAF (Orduya,Aviasiyaya,X6 Cəmiyyəti) İK Bakı Aeroklubunda avtoçilingər - 16.01.1979-cu ildən 10.11.1979-cu ilədək – 0 il 9 ay 25 gün; 10.11.1979-cu ildən 10.12.1981-ci ilədək hərbi xidmət (hərbi bilet əlavə edilir) - 2 il 1 ay 0 gün; “Azneft” X3 bazasında işlənmiş quyu nasoslarının təmiri üzrə mexaniki yığma işləri üzrə çilingər - 25.01.1982-ci ildən 30.04.1987-ci ilədək - 5 il 3 ay 5 gün; “Azneft” X2 istehsalat-texniki qulluq və komplektasiya idarəsinin boru-təmiri bazasında çilingər - 04.05.1987-ci ildən 25.10.1990-cı ilədək - 3 il 5 ay 25 gün; “Batabat” kooperativində səyyar briqadaya yığıcı çilingər - 01.11.1990-cı ildən cü ilədək - 2 il 3 ay 0 gün; B.Sərdarov adına maşınqayırma zavodunun 6 №-li sexində yığıcı çilingər 01.021993-cü ildən 18.03.1996-cı ilədək - 3 il 1 ay 17 gün “Suraxanıneft” neft və qazçıxarma idarəsinin Quyuların yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator-01.04.1996-cı ildən 08.10.1996-cı ilədək - 0 il 6 ay 7 gün; “Suraxanıneft” neft və qazçıxarma idarəsinin İstehsalatın avtomatlaşdırılması sexində neft və qazçıxarma operatoru- 07.02.2000-ci ildən 24.02.2000-ci ilədək - 0 il 0 ay 17 gün; “Suraxanıneft” neft və qazçıxarma idarəsinin İstehsalatın avtomatlaşdırılması sexində Quyuların tədqiqi üzrə operator - 24.02.2000-ci ildən 02.06.2006-cı ilədək (“Suraxanıneft” neft və qazçıxarma idarəsinin ləğv edilməsi ilə əlaqədar) - 6 il 3 ay 9 gün; “X11 Kompani SA” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində İstehsalatın avtomatlaşdırılması sexində Quyuların tədqiqi üzrə operator - 02.06.2006-cı ildən 12.09.2020-ci ilədək (hal-hazırada işləyir) - 14 il 3 ay 10 gün. Onun 16.01.1971-ci il tarixdən 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixədək 38 il 1 ay 16 gün ümumi əmək stajı vardır. 07.02.2000-ci ildən 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixədək Quyuların tədqiqi üzrə operator peşəsində işləməklə zərərli iş sahəsində işlədiyinə görə 20 il 7 ay 5 gün xüsusi stajı vardır. Fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalının məbləği 28 401.84 manat təşkil edir. Onun işlədiyi Quyuların tədqiqi üzrə operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10. “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, 10.2. “Neft, qaz və qaz kondensatlarının hasilatı” bəndinin, a) “fəhlələr” yarımbəndinin on beşinci abzasında “Quyuların tədqiqatı üzrə operatorlar” peşəsinə aiddir. Beləliklə, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixə 25 ildən çox ümumi iş stajı və bu stajın 12 il 6 ayından çox hissəsinin güzəştli pensiya hüququ olan vəzifələrə uyğun olduğundan ona 60 yaşının tamam olduğu 12.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Bununla əlaqədar olaraq o 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Filiala müraciət etmişdir. Həmin idarədən ona ünvanlanmış 01 dekabr 2020-ci il tarixli cavab məktubunda onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İnzibati orqanın imtina cavabında göstərilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutlmuşdur. Mərkəzi Filiala təqdim edilən 10.09.1978-ci il tarixli MT-l № OH 18790 nömrəli əmək kitabçasında onun 02.06.2006-cı il tarixindən bu günədək “X11 Kompani SA" Şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Oeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin nəzərinə çatdırır ki, “X11 Kompani S.A.“şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında“ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X11 Kompani S.A.“ şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Göründüyü kimi “X11 Kompani S.A.” Şirkətinin fəaliyyət istiqaməti neft və qazın hasilatı ilə məşğul olmaqdır. Hal-hazırda “Azneft“ İB-nin tabeliyində olan neft və qazçıxarma idarələrində də İstehsalatın avtomatlaşdırılması sexləri vardır. Bəzi idarələrdə İstehsalatın avtomatlaşdırılması sexi, bəzilərində İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sexi adlandırılır. İstehsalatın avtomatlaşdırılması sexinin əsas funksiyası laylarda və quyularda aparılan hidrodinamik tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin və planların vaxtında yerinə yetirilməsini təmin etmək, quyularm tədqiqi üzrə operativ tapşırıqların yerinə yetirilmək, geoloji-mədən, mədəngeofıziki, fıziki-kimyəvi tədqiqatlar və analitik işlər üzrə tədbirlər görməkdir. Quyuların tədqiqi üzrə operatoru neft-qaz quyularında neftin çıxarılması zamanı təzyiqin idarə edilməsi, tarazlanması, kompressorun parametrlərinin nizamlanması işlərini yerinə yetirir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10.09.1978-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında onun 02.06.2006-cı il tarixindən bugünədək "X11 Kompanı S.A” şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 10.11.1979-cu ildən 30.11.1981-ci ilə qədər (2 il 21 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki peşə təhsili komitəsinin A 785928 №-li, 20.07.1978-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə həmin məktəbin tam kursunu bitirmişdir. - İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 02.1975-ci ildən 20.07.1978-cu ilə qədər ÜGLKİ-nin 50 illiyi adına 74 №-li orta peşə-texniki məktəbində təhsil almışdır (3 il 5 ay 20 gün), 31.08.1978-ci ildən 10.11.1979-cü ilə qədər Bakı Aeroklubunda 3-cü dərəcəli aviatexnik və 4-cü dərəcəli avtoçilingər (1 il 2 ay 10 gün), 10.11.1979-cu ildən 10.03.1981-ci ilə qədər Sovet Ordu sıralarında (1 il 4 ay 1 gün), 25.01.1982-ci ildən 30.04.1987-ci ilə qədər “Azneft” İstehsalat xidmətinin mərkəzi bazasında 3-cü və 4-cü dərəcəli çilingər (5 il 3 ay 6 gün), 04.05.1987-ci ildən 25.10.1990-cı ilə qədər “Azneft” X2 İstehsalat-texniki qulluq və komplektasiya idarəsinin boru-təmir mərkəzində 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər (3 il 5 ay 22 gün), 01.11.1990-cı ildən 01.02.1993-cü ilə qədər “Batabat” Kooperativində çilingər (3 il 1 ay 18 gün), 01.02.1993-cü ildən 18.03.1996-cı ilə qədər B.Sərdarov adına maşınqayırma zavodunun 6 №-li sexində yığıcı çilingər (3 il 1 ay 18 gün), 01.04.1996-cı ildən 08.10.1996-cı ilə qədər Suraxanı Neft və Qazçıxarma İdarəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri operatoru (0 il 6 ay 7 gün), 07.02.2000-ci ildən 24.02.2000-ci ilə qədər “Suraxanı Neft və Qazçıxarma İdarəsində istehsalatın avtomatlaşdırılması sexinə 4 dərəcəli neft və qaz çıxarma operatoru (18 gün), 24.02.2000-ci ildən 02.06.2006-cı ilə qədər quyuların tədqiqi üzrə 5-ci dərəcəli operator (6 il 3 ay 9 gün), 02.06.2006-cı ildən hal-hazıra kimi “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Numayəndəliyində istehsalatın avtomatlaşdırılması sexinə 5-ci dərəcəli quyuların tədqiqi üzrə operatoru vəzifəsində işləyir. - “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Numayəndəliyinin 1129/AS №-li, 30.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 02.02.2006cı il tarixindən bu günə kimi "X11 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində çalışır. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," 10.2. Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, "a) fəhlələr " yarımbəndinin on beşinci abzasında nəzərdə tutulan "quyuların tədqiqatı üzrə operatorlar" peşəsinə aiddir. - “X11 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Numayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 284/AS №-li, 18.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 02.06.2006-cı il tarixindən bu günə kimi "X11 Kompani S.A" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində "quyuların tədqiqi üzrə operator" peşəsində işləyir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, a) "fəhlələr" yarımbəndinin 15-ci abzasında nəzərdə tutulan "quyuların tədqiqi üzrə operatorlar" peşəsinə aiddir. Həmin peşənin qulluq funksiyaları: quyularda optimal rejimin seçilməsi; qrafiklərin qurulması; quyuların mənimsənilmə dövründə neft-su analizinin götürülməsi; cari və əsaslı təmirlərin quyuların pasportunda qeyd edilməsi; istismar olunan quyuların seçilmiş texnoloji rejimdə ışıəriıəsinə nəzarət edilməsi; quyudibi və maye səviyyəsinin ölçülməsi; quyularda neft hasilatının ölçülməsi; kompressorla işləyən quyularda hava sərfinə nəzarətdən ibarətdir. - Filial tərəfində məhkəməyə ünvanlanmış **********1 №-li, 31.03.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18147,01 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29197,01 manat olmaqla cəmi pensiya kapitalı 47344,02 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. - Filialın iddiaçının 05.11.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 01.12.2020-ci il tarixli, **********6 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) quyuların tədqiqatı üzrə operatorlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 10.09.1978-ci il tarixli İ/İT-İ ******* nömrəli əmək kitabçasında onun 02.06.2006-cı il tarixindən bugünədək “X11 Kompani S.A" şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:
1. İddiaçının 60 yaşının tamam olması;
2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh iddiaçının müraciətindən imtinasını 02.06.2006-cı il tarixindən bugünədək işlədiyi “X11 Kompani S.A" şirkətinin İstehsalatın avtomatlaşdırılması sexində quyuların tədqiqi üzrə operator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da güzəştli iş stajına malik olmaması ilə əsaslandırmışdır. Məhkəməyə işəgötürən tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi İddiaçı işlədiyi “quyuların tədqiqi üzrə operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin, a) "fəhlələr" yarımbəndinin 15-ci abzasında nəzərdə tutulan "quyuların tədqiqi üzrə operatorlar" peşəsinə aiddir. Həmin peşənin qulluq funksiyaları: quyularda optimal rejimin seçilməsi; qrafiklərin qurulması; quyuların mənimsənilmə dövründə neft-su analizinin götürülməsi; cari və əsaslı təmirlərin quyuların pasportunda qeyd edilməsi; istismar olunan quyuların seçilmiş texnoloji rejimdə ışıəriıəsinə nəzarət edilməsi; quyudibi və maye səviyyəsinin ölçülməsi; quyularda neft hasilatının ölçülməsi; kompressorla işləyən quyularda hava sərfinə nəzarətdən ibarətdir. Göründüyü kimi İddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı 25 idən artıq (41 il 03 ay 5 gün), güzəştli iş stajı 12 il 6 aydan artıq (20 il 6 ay 19 gün), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 40800,00 manatdan artıq (47344,02 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 12.09.2020-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 12.09.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 12.09.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat X8 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova