Məhkəmə qərarları › İş №2-1(112)-3403/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3403/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3403/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “quş kəsimi məntəqəsinin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 26 yanvar 2022-ci il tarixli **********55 nömrəli qərarın ləğv edilməsi, fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi 20 ünavmda yerləşən ev quşlarının kəsimi məntəqəsinin qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və qardaşı Bəbirov Yalçın 2000-ci il tarixindən göstərilən ərazidə məskunlaşmış, 2011 ci il tarixindən isə özünə məxsus olan həyətyanı sahədə Maştağa Broyler quş kəsimi sexi tikərək fəaliyyətə başlamışlar. Kəsim məntəqəsinin 300-400 metr yaxınlığında heç bir tikili olmamış və nə də ki yaşayış olmamışdır. Uzun illər fəaliyyət göstərmişlər, son dövlər ərazidə yaşayış evləri tikilməyə başlanılmışdır. Onlara məxsus olan kəsim məntəqəsi (bundan sonra məntəqə) fəaliyyətdə olan vaxtda 10-12 ailə aylıq 300-350 manat olmaqla işlə təmin edilmişdirlər. Cavabdeh təşkilat Maştağa Broyler sexində 18 fevral 2020-ci il tarixində reyd keçirmiş, fəaliyyəti dayandırmışdır. Dayandırmaya səbəb isə avadanlıqların köhnəlməsi, çatışmazlıqlar, müasir standartlara cavab verməməsi olmuşdur. Bu barədə müvafiq qərar qəbul edilmişdir və bildirilmişdir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra müraciət edərsiniz. İddiaçı 19 iyun 2020-ci il tarixində Azərbaycan Qida təhlükəsizliyi instutunun lahiyələndirmə şöbəsi ilə 600 manata müqavilə bağlamışlar ki, İnstitutun mütəxəssisi yenidənqurma işlərinə nəzarət etsin müvafiq göstərişlər verilsin Belə də olmuş, onların göstərişləri əsasında məntəqə yenidən qurulmuşdur. İddiaçı sexin bərpasına yenidən qurulmasına 13-15000 manatdan artıq vəsait xərcləmiş və edilmiş nöqsanlar aradan qaldırılmışdır. Bundan sonra ikinci dəfə cavabdehə müracicət edərək bildirmişdir ki, artıq demək olar ki sex hazır vəziyyətə gəlib və bərpa edilib onu qeydiyyata alsınlar ki, fəaliyyətini davam etdirsin. Cavabdeh 26 yanvar 2022-ci il tarixində qərar qəbul edərək iddiaçıya məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi 20 ünavında quşların kəsimi məntəqəsinin qeydiyyata alınmasından imtina edilmişdir. Qərar iddiaçıya rəsmi olaraq ərizəsi əsasında xx.xx.2022-ci il tarixində təqdim edilmişdir. İddiaçının fəaliyyəti 18 fevral 2020-ci il tarixində reyd zamanı dayandırılmış və iradlar bildirilmiş, həmin iradların aradan qaldırılması qərara alınmışdır. İddiaçı da öz növbəsində müqavilə əsasında sexi bərpa etmiş, müvafiq olaraq xərclər çəkmişdir. Bundan sonra müraciət edərək məntəqənin qeydiyyata alınmasını xahiş edilmiş cavabdeh ərizəsinə xx.xx.2022-ci il də sexin (kəsim məntəqəsinin) qeydiyyata alınmasından imtina etmişdir. İmtinanın verilməsi AQTA -nın 03 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş normalara uyğun olmaması əsas gətirilmiş və yaşayış məntəqəsindən 300 metr kənarda olmasına istinad edilərək qərar qəbul edilmişdir. Əgər belə bir norma var idisə 18 fevral 2020ci il tarixində bildirilərdi və həmin tarixdə qəbul edilmiş qərarda öz əksini tapardı. Burada iddiaçı külli miqdarda bərpa və yenidən qurma işlərinə xərclər çəkdikdən sonra 26 yanvar 2022-ci ildə normanı ona tətbiq edərək kəsim məntəqəsini qeydiyyata almaqdan imtina edilməsi tamamilə absurd və qanunsuzdur. İddiaçıya məxsus olan kəsim məntəqəsinin yerləşdiyi ərazidə bir neçə məntəqə vardır və fəaliyyətlərində heç bir məhdudiyyət qoyulmamış və qeydiyyata alınmışdırlar. Cavabdehin qərarı qanunsuz və əsassızdır ona görədə ləğv edilməli və onun üzərinə öhdəlik qoyularaq kəsim məntəqəsi qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi 20 ünvanında yerləşən ev quşlarını kəsim məntəqəsinin 2020-ci il 11 iyun tarixində qiymətləndirilməsi həyata keçirilmiş və 2020-ci il 11 iyun tarixli **********19 nömrəli “Subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Qiymətləndirmə Aktı” tərtib edilmiş və 2020-ci il 18 iyun tarixli **********9 nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt (lərə) məxsus obyektin Qiymətləndirilməsinin nəticələri üzrə” qərar qəbul edilmişdir. Qiymətləndirmə zamanı bir sıra nöqsanlar, o cümlədən emal sexinin yaşayış evindən təcrid olunmadan, yəni sanitar mühafizə zonası gözlənilmədən fəaliyyət göstərdiyi aşkar edilmişdir. Bu səbəbdən də müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmaqdan imtina edilmişdir. Həmin obyektin 2-ci dəfə qiymətləndirilməsi 2022-ci il 21 yanvar tarixində həyata keçirilmiş və 1-ci qiymətləndirmə zamanı aşkar edilmiş bəzi nöqsanların aradan qaldırılmadığı müəyyən edilmişdir. Qiymətləndirmənin nəticələri əsasında 2022-ci il 21 yanvar tarixli **********5 nömrəli “Subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün Qiymətləndirmə Aktı” tərtib edilmiş və 2022-ci il 26 yanvar tarixli **********5 nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt (lərə) məxsus obyektin Qiymətləndirilməsinin nəticələri üzrə” qərar qəbul edilmişdir. 2022-ci il 26 yanvar tarixli **********5 nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt (lərə) məxsus obyektin Qiymətləndirilməsinin nəticələri üzrə” qərarda qeyd edilmişdir ki, 2020-ci il 3 noyabr tarixli Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əsasən yaşayış evləri ilə quş kəsimi müəssisələri arasında sanitar mühafizə zonası 300 metr müəyyən edilsə də, qeyd olunan müəssisə tərəfindən bu normanın tələbləri nəzərə alınmamışdır. Göründüyü kimi “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıqsanitariya normaları və qaydaları”nı təsdiq edən Agentliyin Kollegiyasının qərarı 2020-ci il 3 noyabr tarixində qəbul edildiyindən, 1-ci qiymətləndirmə isə 2020-ci il iyun ayında aparıldığından bu normativ hüquqi aktların tələbləri 1-ci qiymətləndirmə qərarında qeyd edilməmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, adıçəkilən kollegiya qərarı qüvvəyə minənədək kəsim məntəqələri ilə yaşayış yerləri arasında sanitar mühafizə zonalarının olmasına dair tələblər SN 245-71 ilə tənzimlənirdi. Azərbaycan Respublikası X4 “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt (lərə) məxsus obyektin Qiymətləndirilməsinin nəticələri üzrə” 2022-ci il 26 yanvar tarixli **********55 nömrəli Qərarının ləğv edilməsi və İddiaçı məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi 20 ünvanında yerləşən ev quşlarını kəsim məntəqəsinin qeydiyyata alınması öhdəyinin Agentliyin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 Bakı regional bölməsinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2020-ci il tarixli YPK/0002-20 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı zavodunun ərazisi ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus sexdə quş kəsimi müəssisəsində yoxlama zamanı məlum olmuşdur ki, qeyd edilən müəssisədə qida təhlükəsizliyinə dair tələblər yerinə yetirilmir. Bakı şəhəri, Suraxanı rayonu, Maştağa qəsəbəsi, Zeytun emali zavodunun ərazisi ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus sexdə quş kəsimi işlərinin görülməsi və xidmətlərin göstərilməsi dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 Bakı regional bölməsinin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün xx.xx.2020-ci il tarixli, **********19 nömrəli qiymətləndirmə aktından görünür ki, Azərbaycan Respublikasının X4 Bakı regional bölməsinin xx.xx.2020-cu il tarixli **********19 nömrəli Qərarına əsasən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ii 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları’’na uyğun olaraq ev quşlarının müəssisəsi. Qida məhsulları sahəsində fəaliyyət göstərən fiziki şəxs İddiaçı məxsus quş kəsimi müəssisəsi qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamışdır. Nəticədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3 maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 Bakı regional bölməsinin qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus obyektin qiymətləndirilməsinin nəticələri üzrə xx.xx.2020-ci il tarixli, **********9 nömrəli qərardan görünür ki, fiziki şəxs İddiaçı Bavram oğluna məxsus ünvan 4 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi müəssisəsində qeyd olunan nöqsanlar Azərbaycan Respubliaksında qüvvədə olan “Baytarlıq haqqında” Qanunun 17.1-ci, 17.2-ci 19.0.12-ci və 19.0.13-cü maddələrinin və 32238-85 “Ət sənayesi müəssisələri üçün” sanitariya qaydaları ilə müəyyən edilmiş tələblərə riayət olunmur. Fiziki şəxs İddiaçı Bavram oğluna məxsus ev quşlarının kəsimi müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 Bakı regional bölməsinin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qiymətləndirilmə aktından görünür ki, fiziki şəxs İddiaçı məxsus ünvan 5 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi müəssisəsi Azərbaycan Respublikasının X4 Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli Qərarına əsasən yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixii 303 nömrəli qərarı iiə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, dövlət reyestrinin aparılması Qaydaları”na və Azərbaycan-Respublikası Qida X2 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsimi məntəqələrinə dair" baytar-sanitar normaları və qaydalarına uyğun fiziki şəxs İddiaçı məxsus ev quşlarının kəsimi müəssisəsi gida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınması üçün qiymətləndirmə aparılmışdır. Nəticədə Azərbaycan Respublikasının “Sanitarepidemioloji salamatlıq haqqında“ Qanununun 3.24-cü, “Yeyinti məhsulları haqqında” Qanunun 5-ci maddələrinin və Azərbaycan Respublikasının Qida X2 3 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsim məntəqələrinə dair baytarlıqsanitariya normaları və Qaydalar”nın tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 Bakı regional bölməsinin Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus obyektin qiymətləndirilməsinin nəticələri üzrə xx.xx.2022-ci il tarixli, **********55 nömrəli qərarından görünür ki, fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi 20 ünvanında yerləşən ev quşlarının kəsimi məntəqəsində Azərbaycan Respublikasının “Sanitar-epidemoloji salamatlıq haqqında” Qanunun 3, 24-cü, “Yeyinti məhsulları haqqında” Qanunun 5-ci maddələrinin və Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş ”Heyvan və quş kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nın tələbləri pozulmuşdur. Nəticədə fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi 20 ünvanında yerləşən ev quşlarının kəsimi məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası X4 iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 23111BN-9121 nömrəli məktubda bildirilmişdir ki, Bakı regional bölməsinin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün məsul şəxsin təyin edilməsi haqqında **********5 nömrəli 17 yanvar 2022-ci il tarixli Qərarına əsasən ünvan 7 ünvanda sizə məxsus, ev quşlarının kəsimi məntəqəsində ərizənizə əsasən qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə zamanı tərtib olunmuş sənədlər sizə təqdim edilmişdir. Ünvanladığınız müraciətə əsasən yuxanda qeyd olunan qiymətləndirmənin nəticəsi üzrə 26 yanvar 2022-ci il tarixli **********55 nömrəli Qərarın surəti Sizə bir daha təqdim olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddia məcburetmə haqqında iddia növünə aid olmaqla cavabdehdən əliverişli inzibati akın- quş kəsimi məntəqəsinin qeydiyyata alınması barədə qərarın qəbul edilməsi barədədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: -2.1. Azərbaycan Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra-subyektlər) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. -2.2. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. -2.3. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” X7 fəaliyyət göstərən nümayəndəsinə forması bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 2.3.1. fiziki şəxslər üçün – şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti; 2.3.2. hüquqi şəxslər üçün – vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti; 2.3.3. bu Qaydaların 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərində göstərilən şəxslərin nümayəndələri müraciət etdikdə - onun səlahiyyətlərini təsdiq edən sənəd; 2.3.4. subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti; 2.3.5. subyekt idxalçı olduqda - idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti. -2.4. Subyektdən bu Qaydaların 2.3-cü bəndində göstərilməyən sənədlərin tələb edilməsinə yol verilmir. -2.5. Bu Qaydaların 2.3.1-2.3.5-ci yarımbəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 (iki) iş günü müddətində məlumat verilir. -2.6. Agentlik təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektdə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7(yeddi) iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır. -2.7. Bu Qaydaların 2.6-cı bəndində göstərilən mütəxəssis (məsul şəxs) “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, habelə gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürür. -2.9. Agentlik obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 (iki) iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir -2.10. Subyektin qeydiyyata alınması barədə qərar qəbul edildiyi halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və forması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir. -2.15. Subyektin qeydiyyata alınmasından imtina barədə qərarı əsaslandırılmalıdır. -2.16. Subyekt qeydiyyata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. -3.1. Qeydiyyata alınmış subyektlərin dövlət reyestri (bundan sonra-reyestr) Agentlik tərəfindən aparılır. Azərbaycan Respublikası Qida X2 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsimi məntəqələrinə dair” Baytarlıq-Sanitariya Normaları və Qaydalarının aşağıdakı bəndlərinə əsasən: -1.1. “Heyvan və quş kəsimi məntəqələrinə dair Baytarlıq-sanitariya normaları və qaydaları” səyyar, stasionar və modul tipli heyvan və quş kəsimi məntəqələrində (bundan sonra - kəsim məntəqələri) insanların keyfiyyətli və təhlükəsiz heyvan mənşəli qida məhsulları ilə təmin olunması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə kəsim məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir. -2.0.2. Stasionar kəsim məntəqəsi - heyvan və quş kəsiminin, heyvan mənşəli qida məhsullarının ilkin emalının həyata keçirildiyi məntəqə (bina və ya digər tikililər); 2.0.21. Qida təhlükəsizliyi - qida məhsullarının qida təhlükəsizliyi göstəricilərinə riayət edilməklə ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı təhlükənin olmaması; 2.0.22. Kəsim - insan istehlakı üçün ət istehsalı məqsədilə heyvanın kəsici alətlə kəsilərək qansızlaşdırılması. -3.1. Kəsim məntəqələri yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) aşağıdakı ara məsafələri (sanitarmühafizə zolaqları) gözlənilməklə, yerləşdirilir: 3.1.1. avtomobil yollarından - 30 metr; 3.1.2. fermalardan - 50 metr; 3.1.3. su hövzələrindən - 100 metr; 3.1.4. sənaye müəssisələrindən - 150 metr; 3.1.5. ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından - 300 metr. -3.2. Kəsim məntəqələrinin ərazisi ən az 1,5 m hündürlükdə hasarla hasarlanaraq, digər ərazilərdən ayrılmalıdır. “Baytarlıq haqqında” Azərbaycan Respubliaksı Qanununun 19.0.1-ci maddəsinə əsasən baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin vəzifəsidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya aid Bakı şəhəri, Maştağa qəsəbəsi, Zeytun yaşayış sahəsi 20 ünvanında yerləşən ev quşlarını kəsim məntəqəsində 2020-ci il 11 iyun tarixində qiymətləndirilmə həyata keçirilmiş və qiymətləndirmənin nəticəsində bir sıra sanitariya norma və qaydalarına riayət edilməməsi aşkar olunmuş və xx.xx.2020-ci il tarixli qərarla müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçıya məxsus məntəqənin qiymətləndirilməsi növbəti dəfə 2022-ci il 21 yanvar tarixində həyata keçirilmiş və əvvəlki qiymətləndirmə zamanı aşkar edilmiş bəzi nöqsanlar yenidən aşkar edilmiş, bu barədə qiymətləndirmənin nəticələri əsasında 2022-ci il 21 yanvar tarixli **********5 nömrəli qiymətləndirmə aktı tərtib edilmiş, 2022-ci il 26 yanvar tarixli **********5 nömrəli qərarla müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmaqdan imtina edilmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmır və ona məxsus ev quşlarının kəsimi məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmasını xahiş edir. İddiaçı iddiasının əsası olaraq istinad etdiyi hal onunla bağlıdır ki, birinci qiymətləndirmədən sonra iddiaçı cavabdeh tərəfindən irəli sürülmüş iradları aradan qaldırmış, müvafiq xərclər çəkmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixdə imtina zamanı AQTA-nın xx.xx.2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş normalara-yaşayış məntəqəsindən 300 metr kənrada yerləşməli olmasına əsas gətirərək məntəqəni qeydiyyata almamışdır. Cavabdehin ona xx.xx.2020-ci il tarixli 19 nömrəli qərarın normalarını tətbiq etməsi əsassızdır. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, istər xx.xx.2020-ci il tarixli birinci qiymətləndirmə zamanı, istərsə də xx.xx.2022-ci il tarixli ikinci qiymətləndirmə zamanı iddiaçıya məxsus quş kəsim məntəqəsinin qeydiyyata alınmasından imtina əsasları kimi təkcə sanitar mühafizə zonasına görə deyil, ilk növbədə həmin məntəqədə mövcud olan şəraitin sanitar-gigiyena qaydalarına uyğun gəlməməsi ilə bağlı olmuşdur. Hər iki qərardaxx.xx.2020 və xx.xx.2022-ci il tarixli qərarlarda quş kəsimi məntəqələri üçün tələb olunan sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, xx.xx.2022-ci il tarixli qərarda həmçinin, məntəqənin “Heyvan və quş kəsimi məntəqələrinə dair” Baytarlıq- Sanitariya Normaları və Qaydaları”nın: 4. Kəsim məntəqələrinin layihələndirilməsi və quruluşu, 5. Kəsim məntəqələrinin quruluşuna və təchizatına dair baytarlıq-sanitariya normaları və qaydaları, 6. Kəsimin mərhələləri və kəsim və ilkin emal prosesinə dair baytarlıq-sanitariya normaları və qaydaları adlı bölmələrinin tələblərinə uyğunsuzluğu ilə bağlı hallar sadalanmış, aradan qaldırılmalı olan qüsurlar qeyd edilmişdir. Başqa sözlə, yalnız mühafizə zonasının gözlənilməməsi halı məntəqənin qeydiyyatından imtinaya yeganə əsas olmamışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi üçün hüquq münasibətlərinin yarandığı dövr qanunvericiliyi, eləcə də məcburetmə haqqında iddialar üzrə məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik tətbiq olunur. Hazırkı iş üzrə iddiaçı kəsim məntəqəsinin qeydiyyata alınması üçün inzibati orqana müraciət etdiyi 2022-ci ildə qüvvədə olan sahəvi qanunvericilik-Azərbaycan Respublikası Qida X2 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan və quş kəsimi məntəqələrinə dair” Baytarlıq-Sanitariya Normaları və Qaydaları olmuşdur. Bu baxımdan cavabdeh inzibati orqan ona sonuncu dəfə qeydiyyat üçün müraciət edən zaman qüvvədə olan Qaydaları tətbiq etməkdə haqlı olmuşdur. Adıçəkilən Qaydaların 3.1.5-ci bəndinə görə kəsim məntəqələri ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından - 300 metr ara məsafələri-sanitar-mühafizə zolaqları gözlənilməklə yerləşdirilir. Hazırkı iş üzrə təqdim edilmiş çıxarış və texniki pasportdan görünür ki, mübahisəli məntəqə Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi ünvanında X5 adına xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış 20 nömrəli fərdi yaşayış evinin yerləşdiyi, istifadədə olan həyətyanı torpaq sahəsində yerləşir. Eyni zamanda X5 adına olan fərdi yaşayış evindən əlavə, təqdim edilən qiymətləndirmə aktından və ortofoto xəritələrindən çıxarışdan görünür ki, iddiaçıya məxsus quş kəsimi məntəqəsi ilə digər qonşu yaşayış evləri arasındakı məsafə perimetr üzrə 10, 20, 40, 50 metr təşkil edir. Başqa sözlə, iddia olunan quş kəsimi məntəqəsi sanitar mühafizə zonasının tələbərinə cavab vermir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respubliaksı Qanununun 3cü maddəsinə əsasə əsasən bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Azərbaycan Respublikası ərazisində respublikanın sanitariya normaları və qaydaları, gigiyena normativləri qüvvədədir. Respublika və yerli sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin hazırlanması, təsdiq, nəşr edilməsi, qüvvəyə minməsi və dəyişdirilməsi qaydasını, habelə beynəlxalq sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin Azərbaycan Respublikası ərazisində qüvvədə olması qaydasını Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi müəyyən edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalardan əvvəl SN 245-71 sənaye müəssisələri üçün sanitariya təsnifatı normaları qüvvədə olmuş və həmin normalara əsasən quşçuluq təsərrüfatı, eləcə də quşların kəsilməsi məntəqələri üçün minimum sanitar mühafizə norma 300 metr olaraq müəyyən edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, hələ xx.xx.2020-ci il tarixi qiymətləndirmə aktında da mübahisəli quş kəsimi məntəqəsinin –emal sexinin yaşayış evinin həyətindən təcrid olunmadan fəaliyyət göstərdiyi, bununla da texniki tələblərə uyğunsuz olması barədə iradlar öz əksini tapmışdır. Beləliklə, cavabdehin mübahisə predmeti olan quş kəsimi məntəqəsinin qeydiyyata almaqdan imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar