Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3403/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əmək pensiyasının təyini zamanı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsində əmək fəaliyyəti dövrünün nəzərə alınması və əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdə Bakı şəhər Ticarət idarəsinin Təsərrüfat mallarının alışı və satışı üzrə icarə müəssisəsinin 29 saylı təsərrüfat hesablı mağazasına müvəqqəti olaraq müdir vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə 29 saylı təsərrüfat hesablı mağazasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən İcarə müəssisəsindən (köçürmə yolu ilə) Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsində X6 üzrə 29 saylı təsərrüfat hesablı mağazasının müdiri vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 24 saylı əmrinə əsasən Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsi ləğv edilərək DƏK-nin “İstehsalat və Təsərrüfat” idarəsinin tabeliyinə verilmişdir. xx.xx.1999-cu il DƏN-nin 01 saylı əmrinə əsasən DƏK-nin “İstehsalat və Təsərrüfat” idarəsi ləğv edilərək DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Müəssisəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 saylı Fərmanına əsasən DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Müəssisəsinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. “Mülkiyyət” qəzetinin 02 avqust 2003-cü il tarixli sayında dərc edilmiş 02 sentyabr 2003-cü il tarixdə hərracda satılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısından göründüyü kimi, DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi müəssisəsinin 29 saylı təsərrüfat hesablı mağazası siyahıda göstərilən digər obyektlər kimi müəssisə və obyektlərin işçilərinə güzəştli satışa çıxarılmışdır. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “Ç” yarımbəndinə əsasən (mülkiyyətçi dəyişdiyi üçün) tutduğum vəzifədən azad edilmişdir. 2024-cü ilin yanvar ayında 4 saylı Bakı DOST Mərkəzinə sözügedən məsələ barədə müraciət edərək müvafiq sənədlərlə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyini zamanı xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsində əmək fəaliyyəti dövrünün nəzərə alınmadığını göstərib bunun nəzərə alınmasını və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktor müavini cənab Arif Qurbanovun imzaladığı xx.xx.2024-cü il tarixli 3-17-1/1-Y- 22977/2024 saylı məktubla mənə cavab verilərək təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yarandığı göstərilmiş və araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyinə uyğun yenidən baxılacağı bildirilmişdir. Lakin indiyə qədər həmin araşdırmanın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. 2024-cü ilin iyul ayında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yenidən müraciət edərək bu məsələnin nəzarətə götürülməsini və sığorta stajının araşdırılması barədə əvvəlki müraciətimlə bağlı aparılan araşdırmanın nəticəsi barədə mənə məlumat verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-215059/2024 saylı məktubla iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1 -ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1 və Koordinasiya Mərkəzi” X7inin xx.xx.2024-cü il tarixli arayışında göstərildiyi kimi, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər üzrə Binəqədi rayon İstehsalat və İctimai-İaşə idarəsinin sənədlərinin Mərkəzin arxivinə təhvil verilməməsində, həmçinin, xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək dövr üzrə mövcud olan sənədlərin Mərkəz tərəfindən Milli Arxiv İdarəsinə təhvil verilməməsində onun heç bir günahı yoxdur. Eyni zamanda, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixədək dövrün doldurulma qaydası pozulduğuna istinad edilməsi (əmrlər kiril qrafikalı möhürlə təsdiqlənib) və sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsinin qanunvericiliklə mümkün olmaması da tamamilə əsassızdır, çünki, əmək kitabçası onun tərəfindən doldurulmamış və möhürlənməmişdir. Həmin əmək kitabçasının surətindən görünür ki, onu həmin vaxt işçisi olduğu Bakı şəhər Ticarət İdarəsinin Təsərrüfat mallarının alışı və satışı üzrə İcarə müəssisəsi doldurmuş və möhürlə təsdiq etmişdir. Qeyd edildiyi kimi, o, xx.xx.1994-cü il tarixdə həmin İdarənin rəhbərliyi tərəfindən 29 saylı təsərrüfat hesablı mağazasına müvəqqəti olaraq müdir vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə 29 saylı təsərrüfat hesablı mağazasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən İcarə müəssisəsindən (köçürmə yolu ilə) Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsində X6 üzrə 29 saylı təsərrüfat hesablı mağazasının müdiri vəzifəsinə qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı F.X2 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y- 215059/2024 nömrəli məktubla bildirilmişdir ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçıra yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığorlaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla İddiaçı cəmi sığorta stajı 17 il 10 ay 23 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunrruş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1 və Koordinasiya Mərkəzi" publik hüquqi səxsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlər üzrə Binəqədi rayon İstehsalat və İctimai-İaşə idarəsinin sənədləri Mərkəzin arxivinə təhvil verilməmişdir. Həmçinin, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək dövr üzrə mövcud olan sənədlərin Mərkəz tərəfindən Milli Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. Eyni zamanda Dövlət Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2024-cü il tarixli arayışlarına əsasən 1994-1995-ci illərə aid Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin arxiv sənədləri və hesabat cədvəllərində Binəqədi İstehsalat və İctimai-İaşə idarəsində işləməyi barədə məlumata rast gəlinməyib və İdarənin 1994, 2003-cü illərə dair əmr kitabları və 1996-2003-cü illərə dair arxiv sənədləri Dövlət Arxiv idarəsinin Bakı Filialına təhvil verilmədiyindən qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək dövrün doldurulma qaydası pozulmuşdur (əmrlər kiril qrafikalı möhürlə təsdiqlənmişdir). Bu səbəblərdən də həmin dövrlərin İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş "işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər- işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4. cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarında 1992-ci il tarixli latın qrafikalı Azərbaycan Əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi'' nəzərdə tutulmuşdur. 25 dekabr 1991-ci il tarixli həmin Qanuna əsasən, latın qrafikalı əlifbaya, həmçinin möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blank şəxslərinin dəyişdirilməsinə 1992-ci ildə başlanılmışdır, iş üzrə mübahisələndirilən dövrlər barədə əmək kitabçasındakı qeydlər latın qrafikalı əlifba ilə deyil, kiril qrafikalı əlifba ilə yazılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 römrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxil edilir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı xx.xx.1994-cü il tarixdən pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə əvvəlcə qeyd edir ki, iddiaçı tələbində “pensiyasının yenidən hesablanması” kimi qeyd etsə də, işin hallarından göründüyü kimi, onun məqsədi yaşa görə əmək pensiyasının təyin edilməsidir. Odur ki, məhkəmə həmin məsələni iddiaçının hüquqi marağını əks etdirməyən və işin hallarına uyğun olmayan formal xəta kimi qəbul edir və tələbin dəqiqləşdirilməsinə zərurət görmür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Nəsimi rayon MKTB-nin 16 saylı MKİS tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən evin 79 saylı mənzilində qeydiyyatdadır. -xx.xx.1980-cı il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1980-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək 21 nömrəli uşaq musiqi məktəbində pedaqoq, xx.xx.1984-cü ildən xx.xx.1994-cü il tarixədək A.Zeynallı adına Bakı Musiqi Məktəbində Xalq Şöbəsində pedaqoq, xx.xx.1994-cü ildən xx.xx.1994cü il tarixədək “Gəncə” KM-nin direktoru xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək Bakı şəhər Ticarət idarəsinin Təsərrüfat mallarının alışı və satışı üzrə icarə müəssisəsinin 29 saylı təsərrüfat hesablı mağazasına müdir (müvəqqəti), xx.xx.1994-cü ildən xx.xx.1996cı il tarixədək Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsində müdir işləmiş, xx.xx.1996cı ildə Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsi X6 üzrə icarə müəssisəsinə köçürülmə yolu ilə 29 nömrəli mağazaya müdir vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 24 saylı əmrinə əsasən Binəqədi rayon İstehsalat və İctimai İaşə idarəsi ləğv edilərək DƏK-nin “İstehsalat və Təsərrüfat” idarəsinin tabeliyinə verilmişdir. xx.xx.1999-cu il DƏN-nin 01 saylı əmrinə əsasən DƏK-nin “İstehsalat və Təsərrüfat” idarəsi ləğv edilərək DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Müəssisəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 saylı Fərmanına əsasən DƏN-nin Ticarət və Xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Müəssisəsinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “Ç” yarımbəndinə əsasən (mülkiyyətçi dəyişdiyi üçün) tutduğum vəzifədən azad edilmişdir. -“Mülkiyyət” qəzetinin “Elanlar” bölməsində dərc olunan məlumatdan görünür ki, 02 sentyabr 2003-cü il tarixdə hərracda satılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında 8-ci mikrorayon, S.S.Axundov küçəsi 8 ünvanda TXXMOFƏM-nin 29 saylı təsərrüfat hesablı mağazası güzəştli satışa çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Azərbaycan Respublikası Dövət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin arxiv sənədləri əmr kitabında vətəndaş İddiaçı xx.xx.1996-cı il tarixli 08 ş/h saylı əmrlə Bakı şəhər Ticarət və İctimai İaşə baş İdarəsinin 18 dekabr 1995-ci il tarixli 172 saylı və idarənin 04 yanvar 1996- cı il tarixli 01 saylı əmrlərinə əsasən "X6 üzrə icarə müəssisəsindən" qəbul edilmiş işçiləri xx.xx.1996-cı il tarixdən köçürmə yolu ilə 29 saylı t/h mağazaya müdir vəzifəsinə işə qəbul edilməsi barədə məlumat mövcuddur. Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin 1996-cı ilə dair əmr kitabında vət. İddiaçı işdən azad edilməsi barədə heç bir məlumat yoxdur. Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin 1994-cü ilə dair əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin 1996-1999-cu illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məktuba qoşma olaraq Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin 1996-cı ilə dair əmr kitabından edilən çıxarışın təsdiq edilmiş ksero surət əlavə edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1 və Koordinasiya Mərkəzi” X7 tərəfindən İddiaçı əmək fəaliyyəti ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsi ilə bağlı 12 mart 2025-ci il tarixli məktubu ilə İddiaçı aid mərkəzi arxivdə mövcud olan kadr əmri və T-2 formalı şəxsi vərəqəsi məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi tərəfindən verilən 29 sentyabr 2003-cü il tarixli Əmrdən görünür ki, Binəqədi rayonunda yerləşən 29 saylı mağazanın müdiri İddiaçı xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən (mülkiyyətçi dəyişdiyi üçün) tutduğu vəzifədən işdən azad edilmişdir. Əsas xx.xx.2003-cü il tarixli 001121 saylı Şəhadətnamə və Mərkəzin xx.xx.2003-cü il tarixli, 171 saylı əmri. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1951-ci il təvəllüdlü iddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən (65 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının pensiya təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) və pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. İddiaçı işlədiyi illərin sığorta stajına daxil edilməməsindən narazıdır və hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaçıya 17 il, 10 ay, 23 gün əmək stajı hesablamış və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Binəqədi rayon İstehsal və İctimai-İaşə İdarəsində olan əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Cavabdeh bu qənaətini İdarənin sənədlərinin arxivə təhvil verilməməsi və əmək kitabçasının doldurulması qaydalarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin imtinasının qanunazidd olduğunu hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıdakıları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2023 - 30 iyun 2024-cü illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması və qanunla tələb olunan pensiya kapitalının toplamaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İş materiallarından da iddiaçının xx.xx.2024-cü il tarixdə qanunla tələb olunan pensiya yaşına çatdığı görünür. Həmçinin iddiaçı fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığını qəbul edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müvafiq qurumlardan əldə etdiyi sorğuların nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X1 və Koordinasiya Mərkəzi” X7inin xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər üzrə Binəqədi rayon İstehsalat və İctimai-İaşə idarəsinin sənədlərinin Mərkəzin arxivinə təhvil verilmədiyi, həmçinin Bakı şəhər Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin 1994-1995-ci illərə aid Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai-İaşə İdarəsində işləməsi barədə məlumata rast gəlinmədiyi, xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrün əmək kitabçasında işdən çıxma qeydinin kiril qrafikalı möhürlə təsdiqlənməsi əsası ilə işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Cavabdeh iddiaçının 17 il, 10 ay, 23 gün ümumi sığorta stajının olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Göstərilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının cavabdehin mübahisələndirdiyi xx.xx.1994-xx.xx.2003-cü illər üzrə xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək Bakı şəhər Ticarət İdarəsinin Təsərrüfat mallarının alışı və satışı üzrə İcarə Müəssisəsinin 29 saylı təsərrüfat hesablı mağasında əvvəlcə müvəqqəti, sonra daimi müdir vəzifəsində işləməsi faktı müəssisənin hüquqi varisi olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən təqdim edilmiş arxiv arayışlarına və müvafiq əmrlərə əsasən müəyyən edilmiş, həmin dövrlər üzrə iddiaçıya əmək haqqı ödənilməsi təsdiq edilmişdir. Qeyd olunanlardan əlavə arxiv sənədlərinin Binəqədi rayon İstehsalat və Tikcarət və İctrimai İaşə İdarəsinin sənədlərinin Mərkəsin arxivinə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Ticarət Nazirliyi Bakı şəhər Baş Ticarət İdarəsi Binəqədi rayon Ticarət və İctimai-İaşə İdarəsində (09 il, 02 ay, 29 gün) əmək fəaliyyəti dövrü barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Məhkəmə cavabdehin imtina dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Bu mənada məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilmədiyi qənətinə gələrək iddiaçının əmək kitabçasındakı qeydləri mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, mübahisəli dövr iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (17 il, 10 ay, 23 gün) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü (9 il, 2 ay, 29 gün) toplandıqda onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır (2 il, 3 ay,21 gün + 09 il, 02 ay, 29 gün = 27 il, 01 ay 22 gün). «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü ildən yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Binəqədi rayon İstehsalat və ictimai İaşə idarəsində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Binəqədi rayon İstehsalat və ictimai İaşə idarəsində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr sosial sığorta stajına daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3403/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3403/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver