Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3404/2020 25.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 Xüsusi Şərtlərlə X1rşı ailə başçısını itirməyə görə pensiyanın təyin olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X10 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona cavabının qanunsuz hesab edilməsi, ona X3nun vəfat etdiyi xx.xx.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X10 rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 X12 X19 ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci anadan olmuşdur. xx.xx.1978-ci il tarixdə X9 ilə nikaha girməklə evlənmiş, həmin nikahdan 3 övladlar olmuşdur. O, 2009-ci ildən 51 yaşında, əri 2008-ci ildə əmək pensiyasına çıxmışdır. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O vəfat etdikdən dərhal sonra “Ölüm haqqında şəhadətnamə” almaq üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müracət etsə də sonuncu, ona ərinin ölməsi ilə əlaqədar “Ölüm haqqında şəhadətnamə" verməkdən imtina etmiş, ona görə də bununla bağlı Suraxanı rayon məhkəməsinə “ölüm faktının müəyyən edilməsi'nə dair ərizə ilə müraciət etmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)- 4034/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi (hakim Anar İbrahimov) ilə ərizənin təmin olunması, xx.xx.1957-ci ildə Xaçmaz rayonunda anadan olmuş X2 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində 23:08 radələrində ev şəraitində vəfat etməsi faktı müəyyən olunmuşdur. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Dövlət X10 rayon şöbəsinə müraciət edərək, ərinin “Ölüm haqqında şəhadətnamə”sini və digər zəruri sənədləri təqdim edərək, ona əri X4 vəfat etdiyi gündən, yəni xx.xx.2019-cu il tarixdən ailə başçısını itirən kimi əmək pensiyasına keçirməyi xahiş etmişdir. DSMF-nin Suraxanı şöbəsindən ona bildirmişlər ki, onun əri pensiyasına keçmək hüququ, əri vəfat etdiyi gündən deyil, DSMF-nin Suraxanı şöbəsinə bu barədə müraciət edildiyi aydan sonrakı ayın 1-dən yaranır. Bu səbəbdən DSMF-nin Suraxanı şöbəsinə yazılı müraciət edərək, X9 ilə ər-arvad olmağını, onun 2009-cu ildən, əri 2008 əmək pensiyasına çıxmasını, X3nun xx.xx.2019-cu il tarixdə vəfat etməsini, qanunla onun əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququnun əri, X4 vəfat etdiyi gündən yarandığını nəzərə alaraq, ona xx.xx.2019-cu il tarixdən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın ona ünvanladığı xx.xx.2020-ci il tarixli, **********97 nömrəli imtinasında göstərilmişdir ki, “...siz xx.xx.2019-cu il tarixdə həyat yoldaşınızın vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün şöbəyə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 35.2-ci maddəsinə əsasən (35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır.) Sizə xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur". Hesab etmişdir ki, cavabdeh orqanın cavabı (ərizədən imtina olunması) ona münasibətdə qanunsuz hesab edilməklə, ailə başçısının itirilməsinə görə pensiya hüququ, yaşa görə əmək pensiyasıdan, ailə başçısının itirməyə görə pensiya növünə keçirilməsi hüququ X3nun vəfat etdiyi gün, yəni xx.xx.2019-cu il tarixdən yaranmışdır. İşin mübahisəsiz halı ondan ibarət olmuşdur ki, ona xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 imtinanın əsaslı olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Siyəzən rayonunda doğulmuşdur. - Bakı şəhəri, Orcanikidze rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 453109 №-li nikahın bağlaması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 xx.xx.1978-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərə Bədəlov, arvada Bədəlova familiyası verilmişdir. - Ədliyyyə Nazirliyi Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 049720 №-li, xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə ölmüşdür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün şöbəyə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun” 35.2-ci maddəsinə əsasən (35.2. Ailə başçısı itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeyda alındığı aydan sonrakı ayın 1-dən ayrılır) ona xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. - Məhkəməyə təqdim edilmiş X5 aid 115731 №-li pensiya işinin materiallarından görünür ki, X5 xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid 921727 №-li pensiya işinin materiallarından görünür ki, İddiaçı 91173-1065 saylı, xx.xx.2009 tarixli qərar ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Suraxanı Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2020-ci il tarixli, **********0 №-li qərarı ilə İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə ömürlük əmək pensiyası təyin edilmişdir. - Qeyd olunan pensiya işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********9 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, həyat yoldaşı vəfat etdiyi halda məlumat verməmiş və onun hesabına öldükdən sonra köçürülən 15834.42 manat vəsaiti kartdan çıxartmışdır. "Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun” 39.1-ci maddəsinə əsasən (Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur) onun razılığı əsasında artıq ödənilmiş vəsait hər ay 20% olmaqla əmək pensiyasından tutulur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun mərhum əri Ənvər Bədəlova yaşa görə əmək pensiyası təyin edilmişdir. Ənvər Bədəlov xx.xx.2019-cu il tarixdə vəfat etmiş və İddiaçı xx.xx.2019-cu il tarixdə ailə başçısını itirməyə görə ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ona ərinin öldüyü gündən pensiyanın təyin edilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı hal-hazırda cavabdehin həmin imtinasını məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. - 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin - ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. - 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. - 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qaydasını deyil, ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasından payın ayrılma qaydasını tənzimləyir. Həmin Qanunun 35.2-ci maddəsində də ailə başçısını itirməyə görə əmək pensiyası payının bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən verilməsi öz əksini tapmışdır. İş materiallarından göründüyü kimi iddiaçının tələbi özünün yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı ailə başçısını itirməyə görə pensiya hüququ, hazırkı halda yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçməsi hüququ ərinin öldüyü vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən yaranmışdır. İddiaçının bu hüququnun cavabdeh inzibati orqan tərəfindən məhdudlaşdırılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, xx.xx.2020-ci il tarixli məktub qanunsuz hesab edilməli, İddiaçı X3nun vəfat etdiyi xx.xx.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 №-li, xx.xx.2020-ci il tarixli məktub qanunsuz hesab edilsin. İddiaçı X3nun vəfat etdiyi xx.xx.2019-cu il tarixdən, yəni hüququ yaradığı gündən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 X12 X14 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3404/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3404/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver