Məhkəmə qərarları › İş №2-1(112)-3405/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3405/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3405/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Nərimanov rayon X2 Xidmətinin nümayəndəsi X1, Üçüncü şəxs “CESKO” özəl mühafizə şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı firmasının keçmiş direktoru Vəkil1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinə, Bakı şəhəri Cavabdeh2 icra məmuru V.Şirinova və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Nərimanov rayon X2 Xidmətinə qarşı “CESKO” özəl mühafizə şirkəti üçüncü şəxs qismində göstərilməklə “iddiaçının barəsində qəbul edilmiş qərarların və həyata keçirilmiş hərəkətlərin qanunauyğunluğunun və bu hallarla bağlı məsuliyyət məsələsinin müəyyən edilməsi barədə” şikayəti üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1aq, MÜƏYYƏN E T D İ M: İddiaçı firmasının keçmiş direktoru Vəkil1 cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsinə, Bakı şəhəri Cavabdeh2 icra məmuru V.Şirinova və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Nərimanov rayon X2 Xidmətinə qarşı “CESKO” özəl mühafizə şirkəti üçüncü şəxs qismində göstərilməklə məhkəməyə “iddiaçının barəsində qəbul edilmiş qərarların və həyata keçirilmiş hərəkətlərin qanunauyğunluğunun və bu hallarla bağlı məsuliyyət məsələsinin müəyyən edilməsi barədə” şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Vəkil1 83 saylı 21 dekabr 2018-ci il tarixli əmrə əsasən həmin tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən İddiaçı firmasına direktor vəzifəsinə qəbul edilmişdir. 93 saylı xx.xx.2020ci il tarixli digər əmrə əsasən isə Vəkil1 barəsində verilmiş 83 saylı 21 dekabr 2018-ci il tarixli əmrə xitam verilmişdir. İddiaçı onun əmək öhdəliklərini, ümumiyyətlə, icra etməməsini və ya lazımi səviyyədə icra etməməsini onunla əlaqələndirmişdir ki, onun iş yerinə daxil olmasına məhdudiyyətlər qoyulması ilə əmək vəzifələrini yerinə yetirməsinə imkan verilməmişdir. Bu halda iddiaçı hesab edir ki, əmək vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsinə cavabdehlik daşımır və bu səbəbdən barəsində verilmiş işdənçıxma əmri qanunauyğun deyildir. İddiaçı, eyni zamanda, inzibati xəta haqqında iş üzrə icraatı zamanı təqdim edilmiş sübutetmə vasitələrinə ümumi yurisdiksiyalı məhkəmə tərəfindən hüquqi qiymət verilməsi, Bakı şəhəri Cavabdeh2 iddiaçı ilə İddiaçı firması arasında olan əmək münasibətlərinin davam etdirilməsinə maneçilik törədilməsi yolu ilə İddiaçı firmasına məxsus olan binanın “CESKO” özəl mühafizə şirkəti ilə birlikdə qanunsuz olaraq tutulmasına dair hərəkətlərini, Bakı şəhəri Cavabdeh2 icra məmuru V.Şirinovun icra sənədin icrasının mümkün olmamasına dair qəbul etdiyi qərarın qanuniliyini mübahisələndirmişdir. Sonradan Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsi əvəzinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi cavabdeh kimi qəbul edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin iddia tələblərini konkretləşdirməklə və cavabdehləri dəqiqləşdirilməklə iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, iddiaçının xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində göstərilmişdir ki, şikayətinin əsası inzibati orqanın hərəkətsizliyi və ya hərəkətləri nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının kobud surətdə pozulması, barəsində çıxarılmış inzibati aktların inzibati icraat qanunvericiliyinin tələblərinə uyğun olaraq əsasız olduğunun müəyyən edilməsinə nail olmaqdır və iddia tələblərinə olduğu kimi baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Nərimanov rayon X2 Xidmətinin nümayəndəsi və “CESKO” özəl mühafizə şirkətinin nümayəndəsi hər biri ayrı-ayrılıqda iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə işin yuxarıda göstərilmiş faktiki hallarına əsasən aşağıdakıları iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. İşəgötürən qismində hüquqi şəxs (İddiaçı firması) çıxış etdiyindən konkret olaraq hazırkı işə münasibətdə əmək qanunvericiliyinin və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yaranmış əmək mübahisələrinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Belə ki, iddiaçı barəsində verilmiş müvafiq əmrin qanuniliyini həmin münasibətlərin tənzimlənməsi xüsusi hüquq sahəsinə aid olduğundan ümumi məhkəmədə iddia qaldırmaqla mübahisələndirə bilər. Məhkəmə, işin göstərilən hallarından çıxış edərək, həm də, belə qənaətə gəlir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də, hərəkət və hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də, üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İnzibati prosessual Məcəlləyə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İddiaçı isə hazırkı iş üzrə cavabdehlər və üçüncü şəxs tərəfindən hüquqlarının və qanunla maraqlarının pozulmasını iddia etsə də, bu halı sübut edən təsdiqedici sənədləri məhkəməyə təqdim etməmiş, bu səbəbdən publik hüquq sahəsində iddiaçıya qarşı hansı pozuntulara yol verildiyini müəyyən etmək qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1.-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 12.1. -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1. -ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 45.1. -ci maddəsinə görə törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və saxlanılması məqsədi ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxdığı inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bundan sonra – informasiya ehtiyatı) yaradır və həmin informasiya ehtiyatlarının fəaliyyətini təmin edir. Həmin Məcəllənin 48 -ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə, işin göstərilən hallarından və qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, yol nəqliyyat hadisəsinin qeydiyyatı ilə bağlı inzibati orqanın hərəkəti və hərəkətsizliyi ilə əlaqədar müraciətlərə səlahiyyətləri daxilində ümumi məhkəmələr tərəfindən baxılmalıdır. İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “ mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır... Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər.” İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, göstərilənlərə əsasən iddianın mümkün sayılmadığı qənaətinə gəlindiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə məsələləri baxılmamış saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar