Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3405/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimAbdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri Maarif Hüseynov vəfat etdikdən sonra o, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə ərinin əmək kitabçasında qeyd edilmiş 01.10.1981-ci il tarixdən 01.08.1995-ci il tarixinədək “Bakı Qalantereya”nın 3 saylı Filialının 80 saylı mağazasındakı, 20.08.1995-ci il tarixindəək 21.01.1998-ci il tarixinədək Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsinin 81 saylı X5 56 və 1 saylı Filialındakı fəaliyyət dövrlərinin araşdırılması zamanı həmin dövlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəllərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Arxivində müəyyən edilmədiyini bildirməklə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Göstərilən əmək stajları əmək kitabçasında qeyd edilsə də, arxiv də müəyyən edilməsinin səbəbi məlum deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X1 Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, mərhum əri Hüseynov Maarif Əli oğlunun ümumi iş stajı qanunla tələb olunan müddətdən az olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 17.1 –ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1–ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Qanunun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənimləsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınana iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1.-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təminatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şəhr edilməsinə dair” 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da, göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı X2 mərhum əri Hüseynov Maarif Əli oğluna məxsus ******* nömrəli əmək kitabçasına və ******* nömrəli hərbi biletə əsasən sosial sığorta stajı 6 il 11 ay 29 gün (tələb olunan müddət 15 il 8 aydan az) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı mərhum əri Hüseynov Maarif Əli oğluna məxsus BT seriyalı, 039188 saylı diplomda qeyd olunan dövrlər ilə ******* saylı əmək kitabçasındakı dövrlər ilə üst-üstə düşdüyünə görə həmin müddətələrdən biri hesablanmışdır. İddiaçı X2 mərhum əri Hüseynov Maarif Əli oğlunun 01.10.1981-ci il tarixdən 01.08.1995-ci il tarixədək “Bakı Qalantereya”nın 3 nömrəli və 80 nömrəli mağazasında, 20.08.1995-ci il tarixdən 21.01.1998-ci il tarixədək Nizami rayon “Ticarət və İctimai İaşə İdarəsi”nin 81 nömrəli X5 56 və 1 nömrəli filialında işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəlləri olmadığından sosial sığortanın qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 30.11.2021-ci il tarixli, BA-05742-2021 nömrəli məktubunda arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi həmin kommersiya qurumlarının aşkar edilmədiyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin 30.11.2021-ci il tarixli, **********980100 nömrəli məktubunda həmin müəssisələrin dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumatların mövcud olmadığı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən iddiaçı X3 münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün mərhum əri Hüseynov Maarif Əli oğlunun 15 il 08 ay sosial sığorta stajı olması tələb olunur. Lakin, araşdırma zamanı iddiaçının mərhum əri Hüseynov Maarif Əli oğlunun sosial sığorta stajının 6 il 11 ay 29 gün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı X6 ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərti ödəmədiyindən, yəni mərhum əri Hüseynov Maarif Əli oğlunun sosial sığorta stajı 6 il 11 ay 29 gün olmaqla tələb olunan 15 il 8 aydan az olduğuna görə ailə başçısını ityirməyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçı X2 mərhum əri Hüseynov Maarif Əli oğluna məxsus ******* nömrəli əmək kitabçasına əsasən onun 01.04.1979-cu il tarixindən 01.01.1992-ci il tarixnədək (12 il 9 ay) fəaliyyət dövrü və ******* nömrəli hərbi biletə əsasən 15.05.1974-cü il tarixindən 13.06.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət (2 il 28 gün) olmaqla ümumilikdə 01.01.2006-cı il tarixinə kimi 14 il 9 ay 28 gün mübahisələndirilməyən sığorta stajı vardır. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının (M.Hüseynov) 15 il 8 ay (62 yaş – 15 yaş = 47) × 4 ay = 188 ay : 12 = 15 il 8 ay) sığorta stajı olduqda təyin edilə bilər. Eyni zamanda, Dövlət X11nın 13.09.2017-ci il tarixli, a/611 nömrəli arxiv arayışına əsasən mərhum M.Hüseynovun Lənkəran rayon Mebel fabrikində 25.10.1972-ci il tarixindən 09.07.2013-cü il tarixindək (8 ay 14 gün) və 16.11.1976-cı il tarixindən 10.10.1977-ci il tarixinədək (10 ay 24 gün) fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Belə ki, qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçı X2 mərhum əri Hüseynov Maarif Əli oğluna məxsus BT 039188 saylı diplomda qeyd olunan dövrlər ilə ******* saylı əmək kitabçasındakı dövlər ilə üst-üstə düşdüyünə görə həmin müddətlərdən biri hesablanmışdır. İddiaçı X2 mərhum əri Hüseynov Maarif Əli oğlunun 01.01.1992-ci il tarixindən 01.08.1995-ci il tarixinədək (3 il 7 ay) və Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsindəki 20.08.1995-ci il tarixindən 21.01.1998-ci il tarixinədək (2 il 5 ay 1 gün) işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, həmin dövrlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəlləri olmadığından sosialı sığorta stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 30.11.2021-ci il tarixli, BA-05742-2021 nömrəli məktubunda arxiv səndələrinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi həmin kommersiya qurumlarının aşkar edilmədiyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30.11.2021-ci il tarixli, **********980100 nömrəli məktubunda həmin müəssisələrin dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumatların mövcud olmadığı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən iddiaçı X3 münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün mərhum əri Hüseynov Maarif Əli oğlunun 15 il 08 ay sosial sığorta stajı olması tələb olunur. Lakin, araşdırma zamanı iddiaçının mərhum əri Hüseynov Maarif Əli oğlunun sosial sığorta stajının 14 il 09 ay 28 gün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçı X6 ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan şərti ödəmədiyindən, yəni mərhum əri Hüseynov Maarif Əli oğlunun sosial sığorta stajı 14 il 09 ay 28 gün olmaqla tələb olunan 15 il 8 aydan az olduğuna görə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 22 sentyabr 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçınınmülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 22.09.2021-ci il tarixli, **********7 nömrəli “Ailə başçısını itirməyə göörə əmək pensiyasının təyin edilməsindən imtina olunması” imtina məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azə”baycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra – sığorta stajı)əmək penisyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcuri dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Təqdim etdiyi mərhum əri X13 məxsus 21.11.1977-ci il tarixində tərtib edilmiş ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasına və НЗ seriyalı ******* saylı hərbi biletinin surətinə əsasən sığorta stajı 6 il 11 ay 29 gün olmaqla tələb olunan müddətdən (15 il 8 aydan) azdır. Sözügedən Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan maddənin tələblərinə uyğun olaraq təqdim etdiyi mərhum əri M.Ə.Hüseynova məxsus BT seriyalı, 039188 saylı diplomda qeyd olunan dövlər ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasındakı dövrlər ilə üst-üstə düşdüyünə görə həmin müddətlərdən biri hesablanmışdır. Mərhum əri M.Ə.Hüseynova məxsus 21.11.1977-ci il tarixində tərtib olunmuş ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasında qeyd edilmiş 01.10.1981-ci il tarixindən 01.08.1995-ci il tarixnədək “Bakı Qalentereya”nın 3 nömrəli filialının 80 nömrəli mağazasındakı, 80.08.1995-ci il tarixindən 21.01.1998-ci il tarixinədək Nizami rayon “Ticarət və İctimai İaşə” İdarəsinin 81 nömrəli X5 56 və 1 nömrəli filialındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X19 Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X18, Daxili Nəzarət və Monitorinq Departamentinin 29.07.2021-ci il tarilxi aktına əsasən qeyd olunan müəssisələrin həmin dövrlər üzrə arxiv sənədləri və əmək haqqı cədvəlləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət müəssisələrinin X8 təhvil verilmədiyindən həmin dövrlərin sığorta stajının araşdırılması imkan xaricində olduğuna görə qeyd edilən dövlərin mərhum əri M.Ə.Hüseynovun sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. “Əmək pensiyalarının təyin edilməsi yendiən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilmsəi Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağındtı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq mərhum əri M.Ə.Hüseynovun nəzərə alınmayan fəaliyyət dövrlərinin təsdiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 3 saylı Bakı “Dost” Mərkəzinə təqdim etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası hüququna yenidən baxıla bilər. İşdə olan iddiaçının mərhum əri M.Hüseynova məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabasının surətindən görünür ki, M.Hüseynov 01.04.1979- 01.08.1995-ci il tarixləri arasında “Bakı Qalantereya” 3 nömrəli filialının 80 nömrəli mağazasnıda və 20.08.1995- 21.01.1998-ci il tarixlərdə Nizami rayonu “Ticarət və İctimai İaşə” İdarəsinin 81 saylı X5 56 və 1 saylı filialında işləmişdir. İşdə olan iddiaçının mərhum əri M.Hüseynova məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, M.Hüseynov may 1974- 13 iyun 1976-cı il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət X11 tərəfindən verilmiş 13.09.2017-ci il tarixli, a/611 nömrəli arxiv arayışından görünür ki, Hüseynov X17 rayon Mebel fabrikində 25.10.1972-09.07.1973-cü, 16.11.1976-10.10.1977-ci illərdə laklayıcı və dülgər peşələrində işləmiş, əmək haqqısı aşağıdakı kimi olmuşdur. 1972-ci il üzrə oktyabr ayı 23 manat, noyabr ayı 129 manat, dekabr ayı 80 manat; 1973-cü il üzrə yanvar ayı 109 manat, fevral ayı 72 manat, mart ayı 63 manat, aprel 126 manat, may 133 manat, iyun 116 manat, avqust 47 manat; 1976-cı il üzrə dekabr 133 manat; 1977-ci il üzrə yanvar 89 manat, fevral 60 manat, mart 46 manat, aprel 58 manat, may 51 manat, avqust 60 manat. İşdə olan iddiaçının mərhum əri 1955-ci il təvəllüdlü M.Hüseynova məxsus BT seriyalı, 039188 nömrəli diplomun surətindən görünür ki, M.Hüseynov 1978-1980-ci illərdə texnikumda təhsil almışdır. İşdə olan iddiaçının mərhum ərinə məxsus 4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İ seriyalı, 910118 nömrəli, 03.11.2017-ci il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Hüseynov Maarif Əli oğlu 08.06.2017-ci il tarixdə ölmüşdür. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 08 fevral 2022-ci il tarixli, **********86 nömrəli məktubla verilmiş cavab məktubundan müəyyən edilir ki, “Xalq üçün mallar dövlət konserni”nin “Bakı-Qalantereya Dəri-Trikotaj məmulatları fabrikinin” bazasında “Bakı-Qalantereya” Səhmdar Cəmiyyəti yaradılaraq səhmləri 18.06.2002-ci il tarixdə, “İctimai İaşə” idarəsinin 81 saylı Təsərrüfat hesablı mağazası 14.01.1998-ci il tarixində, 56/1 filialı isə 24.02.1998-ci il tarixində özəlləşdirilmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxu İ və ya İİ qrup əlildirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısı, mərhum əri M.Hüseynovun 15 il 8 ay ((62 yaş – 15 yaş = 47 yaş) × 4 ay = 188 ay : 12 = 15 il 8 ay) sığorta stajının olması zəruridir. İddiaçının mərhum ərinin sığorta stajının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri may 1974-13.06.1976-cı illərdə keçmiş SSRİ SQ-də müdətli həqiqi hərbi xidmətdə olmuşdur (iş materiallarında olan НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mərhum əri M.Hüseynovun may 1974-cü il tarixdən 13.06.1976-cı il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət dövrü onun sığorta stajına daxil edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Dövlət X11 tərəfindən verilmiş arayışa əsasən müəyyən edilmişdir ki: M. Hüseynov 25.10.1972-09.07.1973-cü, 16.11.1976-10.10.1977-ci illərdə laklayıcı və dülgər peşələrində işləmiş, əmək haqqısı aşağıdakı kimi olmuşdur. 1972-ci il üzrə oktyabr ayı 23 manat, noyabr ayı 129 manat, dekabr ayı 80 manat; 1973-cü il üzrə yanvar ayı 109 manat, fevral ayı 72 manat, mart ayı 63 manat, aprel 126 manat, may 133 manat, iyun 116 manat, avqust 47 manat; 1976-cı il üzrə dekabr 133 manat; 1977-ci il üzrə yanvar 89 manat, fevral 60 manat, mart 46 manat, aprel 58 manat, may 51 manat, avqust 60 manat. Cavabdeh tərəfindən iddiaçının mərhum ərinin Lənkəran rayon Mebel Fabrikində işlədiyi illər iddiaçının iş stajını təsdiq edən sənədin əmək kitabçasında qeyd olunmaması əsası ilə nəzərə alınmamışdır. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının mərhum ərinin Lənkəran rayon Mebel fabrikində işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinin həmin dövrlərdə Lənkəran rayon Mebel fabrikində işlədiyi Azərbaycan Respublikası X16 rayon Filialı tərəfindən verilmiş arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da, müəyyən edilməmişdir Eləcə də, iş materiallarına əlavə edilmiş iddiaçının mərhum ərinə məxsus BT seriyalı, 039188 nömrəli diplomun surətindən görünür ki, o, 1978-1980-ci illərdə texnikumda təhsil almışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Eləcə də, iddiaçının mərhum ərinin əmək stajının böyük hissəsini əhatə edən mübahisəli dövr onun əmək kitabçasında qeyd olunan 01.10.1981-01.08.1995-ci il tarixlərdə “Bakı Qalantereya” 3 nömrəli Filialının 80 nömrəli mağazasında və 20.08.1995- 21.01.1998-ci il tarixlərdə Nizami rayonu “Ticarət və İctimai İaşə” İdarəsinin 81 saylı X5 56 və 1 saylı filiallarında işlədiyi dövrdür ki, sözügedən dövr cavabdeh tərəfindən həmin dövrlər üzrə arxiv sənədlərinin və əmək haqqı cədvəllərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi Arxivinə təhvil verilmədiyinə istinad edilməklə iddiaçının sığorta stajına daxil edilməmişdir. Mübahisəli dövr üzrə həmin mağazaların fəaliyətinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Xalq üçün mallar dövlət konserni”nin “Bakı-Qalantereya Dəri- Trikotaj məmulatları fabrikinin” bazasında “Bakı-Qalantereya” Səhmdar Cəmiyyəti yaradılaraq səhmləri 18.06.2002-ci il tarixdə, “İctimai İaşə” idarəsinin 81 saylı Təsərrüfat hesablı mağazası 14.01.1998-ci il tarixində, 56/1 filialı isə 24.02.1998-ci il tarixində özəlləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nərəzə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və dəliyyə orqanları işçilərinin xidməti müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında olan iddiaçının mərhum ərinə məxsus əmək kitabçasında olan qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir dəlil mövcud olmadığından, əksinə sözügedən mağalarının fəaliyyətdə olması sonrada müxtəlif tarixlərdə özəlləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məktubla təsdiq edildiyindən və yuxarıda qeyd edilən Qaydaların müvafiq bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edildiyindən, iddiaçının mərhum ərinin sözügedən dövrlərdə olan əmək stajı onun sığorta stajına daxil edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mərhum ərinin iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 15 il 8 aydan çox iş stajının olması öz təsdiqini tapdığından və iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın əticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı X4 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3405/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3405/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver