Məhkəmə qərarları › İş №2-1(112)-3406/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3406/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3406/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Sumqayıt şəhərində qeydiyyatdadır; ixtisası: orta peşə təhsilli; “Etilen-Polietilen” zavodunda aparatçı işləyir),iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas; Bakı şəhəri 19 saylı Vəkil Bürosunda işləyir),cavabdehin nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas; fərdi fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “17 iyul 1990-cı il tarixdən əmək fəaliyyətinə başlayaraq 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində 15 ildən yuxarı iş stajının olması nəzərə alınaraq iddiaçıya pensiya hüququnun yarandığı 29.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24.08.1985-ci il tarixli 176-cı nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumun gündüz şöbəsinə tam orta (10 illik) təhsil bazasından “Kimya və neft qaz emalı zavodlarının avadanlıqları” ixtisasına (qrup-127) daxil olmuşdur. Hərbi xidmətindən sonra təxris olunduqdan sonra 14.12.1988-ci il tarixli 285-cı nömrəli əmrlə texnikumun gündüz şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-152) bərpa edilmiş və həmin ixtisas üzrə 17.05.1990-cı 67-T nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. 17 iyul 1990-cı il tarixdən əmək fəaliyyətinə başlayaraq 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində çalışmışdır. Ümumilikdə 31 ildən yuxarı iş stajının, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında nəzərdə tutulan 10 illərə qarşı 15 ildən yuxarı yəni halhazıradək olan müddətini xüsusilə zərərli əmək şəraitində işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında nəzərdə tutulmuşdur. İddiaçı işlədiyi müəssisə tərəfindən verilən arayışlarla və əmək kitabçası üzrə onun həmin siyahı üzrə xüsusi zərərli peşədə işləməyi təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh qanuna edilmiş dəyişikliklərə əsasən bu pensiyanı iddiaçıya təyin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, bu imtina qanunsuz və ədalətsizdir. Umumilikdə 35 ildən yuxarı iş stajının 15 ildən çox hissəsini zərərli əmək şəraitində işləmişdir və onun 50 yaşı tamam olan vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyinin tətbiq edilə biləcəyini nəzərdə tutub. İddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. İddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 60.000 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi 43.501,31 manat təşkil edir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 2.2.3.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı və onun nümayəndəsi və vəkili məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: AA******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 16.09.2020-ci il tarixli arayışa əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1968-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 10 nömrəli, 02.09.2020-ci il tarixli arayışına əsasən, İddiaçı 24.08.1985-ci il tarixli 176-cт nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumun gündüz şöbəsinə tam orta (10-illik) təhsil bazasından “Kimya və neft-qaz emalı zavodlarının avadanlıqları” ixtisasına (qrup-127) daxil olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra 14.12.1988-ci il tarixli 285-cт nömrəli əmrlə texnikumun gündüz şöbəsinin “Kimya zavodlarının avadanlığı” ixtisasına (qrup-152) bərpa edilmiş və həmin ixtisas üzrə 17.05.1990-cı il tarixli 67-T nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. 27.04.1990-cı il tarixində İddiaçı HT-İ 544670 nömrəli diplom almışdır (qeyd № 949). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin 533 nömrəli, 01.09.2020-ci il tarixli arayışına əsasən, 1968-ci il təvəllüdlü İddiaçı 03.12.1986-cı il tarixdən 01.12.1988-ci tarixə kimi Sovet Ordusu sıralarında xidmət keçmişdir (əsas: hərbi bilet NZ №5276899). İş materiallarında olan HT-İ №544670 nömrəli 27 aprel 1990-cı il tarixli diplomunun surətindən görünür ki, iddiaçı 1985-ci ildə Sumqayıt Kimya-texnologiya texnikumuna daxil olmuş və 1990-cı ildə “Kimya və Neft-qaz emalı zavodlarının avadanlığı” ixtisası üzrə tam kursu bitirmişdir. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 124 nömrəli, 07 sentyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı 17 iyul 1990-cı ildən 14 oktyabr 1994cü il tarixinə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun sintez sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı 17.07.1990-14.10.1994-cü illərdə “Üzvi Sintez” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 125 nömrəli, 07 sentyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun suntez sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı 15.11.1994-cü il tarixdən hal-hazıra kimi işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə aşağıda göstərilən tarixlərdə olmuşdur: 16.02.2005-16.03.2005. İddiaçıya məxsus ИT-İ №0928133 nömrəli əmək kitabçasının surətinə və Sığortaolunanın ümumi iş stajı barədə 09 nömrəli, 11.09.2020-ci il tarixli məlumata əsasən, iddiaçı 05.06.1989-19.10.1989-cu illərdə Sumqayıt Superfosfat zavodunda soyutma aparatçışı vəzifəsində çalışmış, 17.07.1990-cı ildə “Üzvi sintez” İstehsalat Birliyinə aparatçı vəzifəsinə qəbul olunmuş, 14.10.1994-cü il tarixdə “Üzvi sintez” İstehsalat Birliyinin ləğvi ilə əlaqədar "xxxx" Dövlət Şirkətinin 31.08.1994-cü il tarixli 128 saylı əmrinə əsasən yeni yaranmış “Etilen-polietilen” zavoduna keçirilmiş, 29.06.2010-cu il tarixdə 11 nömrəli sintez sexinə 6-cı dərəcəli polimerləşdirmə aparatçısı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 11 noyabr 2020-ci il tarixli məktubuna əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiçının münasibətdə 60000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43501,31 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür, 29.08.2020-ci il tarixində onun 52 yaşı tamam olmuşdur, 01.01.2006-ci il tarixinə onun 20 il 6 ay 13 gün ümumi iş stajı olmuş, həmin müddətin 15 ildən çox hissəsini o, güzəştli əmək pensiyası hüququ verən kimya istehsalatında işləmişdir. İddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 20 il 12 gün, 01.01.2006cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan kimya istehsalatda iş stajı 10 ildən çox olduğundan iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşagı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3-cü maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 43501,31 manat pensiya kapitalı vardır. Məhkəmə hesab edir ki, bu ən azından əmək pensiyasının minimum məbləğində (200 manat) təyin etmək üçün kifayət edən məbləğdir. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, 17 iyul 1990-cı il tarixdən əmək fəaliyyətinə başlayaraq 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində 15 ildən yuxarı iş stajının olması nəzərə alınaraq İddiaçı pensiya hüququnun yarandığı 29.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 34, 68, 69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. 17 iyul 1990-cı il tarixdən əmək fəaliyyətinə başlayaraq 14 oktyabr 1994-cü il tarixə kimi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun sintez sexində aparatçı peşəsində 15 ildən yuxarı iş stajının olması nəzərə alınaraq İddiaçı pensiya hüququnun yarandığı 29.08.2020-ci il tarixdən (52 yaşından ) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar