Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3406/2023 08.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, X1 2-ci Qarabağ müharibəsində - 44 günlük müharibədə 2020-ci ilin sentyabrın 17-dən noyabrın 10-dək iştirak etməsini nəzərə almaqla Müharibə veteran adı və vəsiqəsinin verilməsi və 2022-ci ilin yanvarın 1-dən məhkəmə qərar qəbul olan müddətə qədər aylıq təqaüdü 80 (səksən) manat olmaqla məbləğin hesablanmaqla birdəfəlik İddiaçı ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayonunda anadan olmuşdur. Orta təhsillidir. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayonu İdarəsinin bildiriş vərəqəsi təqdim olunduqdan sonra müharibəyə getmiş və 44 günlük döyüşdə iştirak etmişdir. Hərbi hissədə vəzifəsi maşinist olmuşdur. X3 Baş Komandanın 2-ci Qarabağ müharibəsində iştirak edən şəxslərə veteranlıq adının verilməsi və onların rəsmi bazaya yerləşdirilməsi barədə məlumatdan sora həmin səhifədə adını görməmiş və rəsmi şəkildə ilkin xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və ərizəsinin cavabı olaraq Müdafiə Nazirliyi aparatı veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə kommissiya sədri ərizəsinə cavab olaraq xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizə, şəxsiyyət vəsiqəsinin surəti və hərbi bilet təqsiq olunmaqla onlara ünvanlanması barədə məktubdan sonra N hərbi hissənin iddiaçıya ünvanladığı cavab məktubun almışdır. Məktubda Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən cavab olaraq bildirmiş ki, məlumatları xx.xx.2022-ci il tarixdə hazırlanaraq Müdafiə Nazirliyini nəznində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərilməsi və əlavə olaraq Veteran adı verilməsi N nömrəli hərbi hissə komandirinin səlahiyyətləri çərçivəsində olmaması qeyd olunmuşdur. Həmin məktubu aldıqdan sonra təkrarən xx.xx.2022-ci il tarixdə təkrarən Müdafiə Nazirliyinə müraciət etmiş və sonucu olaraq məhkəməyə müraciər etmək qərarına gəlmişdir. Belə ki, iddiaçıyla bərabər vuruşan əsgər yoldaşları artıq neçə ildir dövlət tərəfindən verilən müavinəti alsalar da iddiaçı bu imkandan məhrum olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada (dəfələrlə) məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası keçmiş tarixlərdə bir neçə dəfə təxirə salınmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir.
II. İddianın geri götürülmüş sayılması
4. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
5. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
6. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq icraatı iclasında iddiaçı iştirak etməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixli tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmişdir, iddiaçı növbəti iclasda da iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
7. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
8. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
9. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
10. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
11. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
12. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
13. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
14. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva