Məhkəmə qərarları › İş №2-1(112)-3406/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3406/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3406/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Arərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Arərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N-cü ilin noyabr ayında Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığından çağırılaraq MN-nin 702-saylı hərbi hissəsinin 2-ci taborunun 2-ci bölüyünə qumbara atıcı əsgər vəzifəsinə təyin olunmuşdur. xx.xx.N994-cü ildə Horadiz əməliyyatının iştirakçısı olaraq, bütün əməliyyatlarda iştirak etmişidr. Yanvarın N4ü Yuxarı Seyidəhmədli kəndində erməni hərbiçilərinin əks hücumu vaxtı düşmənin tanklarını vurmuşdur. May ayına qədər həmin döyüşlərdə iştirak etmişdir. N997-ci il Hərbi prokurorluqdan barəsində cinayət işinin olmaması barədə arayış verilmiş və daha sonra Bakı şəhər Xətai rayon Hərbi komissarlığı tərəfindən xx.xx.2000-ci il tarixli, 04483N saylı “Müharibə veteran” vəsiqəsi verilmişdir. 2004-cü ildə Xətai rayon Hərbi Komissarlığından barəsində hərbi döyüşlərdə iştirak etməyi ilə əlaqədar araşdırma aparıldığı bildirilərək müharibə veteranı vəsiqəsi geri alınmışdır. Daha sonra isə cavabdeh Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi tərəfindən ona ünvanlanan xx.xx.202N-ci il tarixli məktubda bildirilmişdir ki, barəsində olan sənədlərə Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiyanın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən sənələri geri qaytarılmışdır. Həmin məktubda buna səbəb kimi Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-4245 nömrəli arayışına istinad edilərək qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat yoxdur. Beləliklə də cavabdeh tərəfindən bu əsasla iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsinə imtina edilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, həqiqətən hərbi döyüşlərdə iştirak etməyi faktını onunla birlikdə həmin döyüşlərdə iştirak etmiş keçmiş əsgər yoldaşları təsdiq edə bilərlər. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi xx.xx.N-cü il tarixli, N3N-c saylı “Məzuniyyət biletin”-nin surətindən görünür ki, Müdafiə Nazirliyinin N saylı Hərbi hissə komandiri tərəfindən 3 gün müddətinə, yəni xx.xx.N-cü ildən xx.xx.N-cü il tarixədək məzuniyyətə buraxılmışdır. İddia ərizəsinə əlavə etdiyi Hərbi Prokurorluğun xx.xx.20N9-cu il tarixli məktubundan görünür ki, barəsində həmin Prokurorluqda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur. Həmin məktubda o da bildirilir ki, xx.xx.N997-ci il tarixli Amnistiya haqqında qərarın N.5 və N.6-cı bəndinə əsasən barəsində cinayət işi başlanması rədd edilmiş, lakin həmin tarixə aid arxiv sənədləri məhv edildiyindən qərarın surətini təqdim etmək mümkün deyil. İddia ərizəsinə əlavə etdiyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli, 869/2-564N saylı Arayışında qeyd edilir ki, Nizami Rayon Hərbi Komissarlığından hərbi təlim keçmək üçün gəlmiş N965-ci il təvəllüdlü X3 N №-li hərbi hissə komandirinin N8 noyabr N-cü il tarixli, 322 №-li əmrilə (əsas: §-4, sah-302, sıra-3N8) şəxsi heyət siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunaraq, atıcı vəzifəsinə təyin olunmuş və SQ BQR-nin 27.06.95-ci il tarixli derektivinə əsasən, komandirin 30 sentyabr N995-ci il tarixli 273 N-li əmrində (Əsas: 5-9, səh-N95, sıra-522) hərbi hissəni özbaşına tərk etmiş və yaş həddinə görə şəxsi heyət siyahısından, bütün təminatlardan çıxarılanların siyahısında adı göstərilmişdir. İddia ərizəsinə əlavə etdiyi Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin xx.xx.20N7-ci il tarixli Fəxri Fərmanından görünür ki, həmin Fərman ona N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu kimi təqdim edilmişdir. İddia ərizəsinə əlavə etdiyi Müharibə veteranı medallarına dair vəsiqələrdən görünür ki, həmin medallar iddiaçıya Azərbaycan Vətən Müharibə X2 tərəfindən təqdim olunmuşdur. Qeyd etdiyi sənədlərlə təsdiq olunur ki, N-N994-cü illərdə Qarabağda gedən hərbi döyüşlərdə iştirak etmişdir.

3. Cavabdehin iddiaya münasibəti ounla əsaslandırılmışdır ki, iddiaçı XN cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Çünki, iddiaçı eyni cavabdehə qarşı yuxarıda qeyd olunmuş tələblə bağlı iddia ərizəsi vermiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.202N-ci il tarixli qərarı ilə iddiası rədd edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş olunur.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.

II. İddianın mümkünlüyü

6. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin N-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 7N-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən: N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.2. İPM-in N3 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır

10. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 683/202N nömrəli, xx.xx.202N-ci il tarixli qərarı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia təmin edilməmiş və həmin qərardan apellyasiya şikayəti verilməyərək öz qanuni qüvvəsini almışdır.

11. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

12. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar