Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3407/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022- ci il tarixli **********159724 nömrəli qərarına əsasən iddiaçı "xxxx" ASC-də avqust 2019 - iyul 2022 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2023-cü il tarixli **********160218 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: ƏDV vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat, 2021-ci il üzrə 332 414.71 manat, ümumilikdə 694 629.16 manat əlavə vergi məbləği hesablanmış və 347 314.59 manat maliyyə sanksiyası tətbiq edilmiş; əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 696 264.52 manat əlavə vergi məbləği hesablanmış, 348 132.56 manat maliyyə sanksiyası tətbiq edilmiş və 843.61 manat vergilərin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanunsuzdujr. İddiaçı səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2023-cü il tarixli aktla aşağıda qeyd edilənlərə əsasən razı deyil. Belə ki, səyyar vergi yoxlamasının 13-cü səhifəsində mənfəət vergisinə dair açıqlama hissəsində qeyd edilənlərə əsasən vergi orqanı Vergi Məcəlləsinin 14 və 142-ci maddələrinə istinad edərək cəmiyyət tərəfindən alınmış və daha sonra satılmış əmlakların bazar qiymətini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və alınmış ekspert rəyi nəticəsində qeyd olunan əmlakların alış və satış qiymətlərinin azaldılmasını müəyyən etmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, vergi orqanı tərəfindən dəvət edilmiş "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə ilə tamamilə razı deyildir. Belə ki, ekspert rəyində əmlakların bazar qiymətinin necə müəyyən edildiyi tam şəkildə qeyri-müəyyəndir. Halbuki, bazar qiyməti müəyyən edilərkən mötəbər mənbələrə istinad edilməli və əmlaklara baxış həyata keçirilməli idi. Lakin, "xxxx" MMC əmlaklarla bağlı düzgün təhlil aparmadan, müvafiq ərazidə analoji əmlakların satışına dair konkret sübutlar (müqavilə və s.) toplamadan, mötəbərliyi bəlli olmayan öz baza məlumatlarına istinad edərək rəy vermişdir ki, bu halda həm rəy sübut kimi istifadə edilə bilməz. Həmçinin vergi orqanına müraciət edərək iddiaçı tərəfindən seçilmiş ekspert tərəfindən yenidən obyektiv şəkildə ekspertiza keçirilməsi xahiş edilsə də, vergi orqanı müraciəti təmin etmədən, "xxxx" MMC-nin hər hansı mötəbər dəyəri olmayan rəyinə istinad etmişdir. Bundan başqa, vergi orqanının ümumiyyətlə VM-nin 14-cü maddəsini tətbiq etmək və bazar qiymətini müəyyən etmək səlahiyyəti yaranmamışdır. Belə ki, vergi orqanı 142-ci maddəyə istinad edərək əmlakları güzəştli qiymətə satıldığını iddia edərək, bu əsasla bazar qiymətinə dair VM-nin 14-cü maddəsini tətbiq etmişdir. Lakin aktda satışın güzəştli qiymətə baş tutması barədə hər hansı sübut yoxdur. Əgər vergi orqanının “güzəşt” deyərkən nəzərdə tutduğu əmlakın bazar qiymətindən aşağı satılmasıdırsa, bu dəyərləndirmə tamamilə əsassızdır. Belə ki, cəmiyyət əmlakları müvafiq ixtisaslaşmış təşkilatlar tərəfindən qiymətləndirmiş və həmin qiymətlərə müvafiq olaraq satışını həyata keçirmişdir. Bu isə o deməkdir ki, satış zamanı hər hansı güzəştə yol verilməmişdir. Bundan başqa, bazar qiymətinin müəyyən edilməsi ilə bağlı VM-nin 14-cü maddəsində arıdıcıllıq müəyyən edilmişdir ki, vergi orqanı həmin ardıcıllığa riayət etmədən birbaşa ekspert dəvət etmişdir. Təsadüfi deyildir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur”. Digər yandan, vergi orqanı aktda bazar qiymətini tətbiq etmək hüququnu əsaslandırmaq məqsədilə qeyd edir ki, ekspert rəyi nəticəsində 30 gün ərzində vergi ödəyicisinin eyni cinsli və ya eyni xüsusiyyətli mallara tətbiq etdiyi qiymətin 30 faizdən çox fərqləndiyi müəyyən edilmişdir. Halbuki, VM-nin 14.3-cü maddəsinə əsasən son 30 gün ərzində eyni cinsli və ya eyni xüsusiyyətli malların dəyəri arasında 30 faiz fərq aşkar edilərsə, bu halda vergi orqanı malların bazar qiymətini müəyyən etmək məqsədilə sonuncu mərhələ olaraq ekspert dəvət edə bilər. Hazırki halda isə vergi orqanı əvvəl ekspert dəvət edib, daha sonra həmin ekspertin rəyi nəticəsində 30 faizdən çox fərqin olması qənaətinə gəlmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Vergi orqanı cəmiyyət tərəfindən satılmış 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablamışdır. Hesablamaya münasibətdə iddiaçı ilk öncə qeyd edir ki, "xxxx" ASC maliyyə institutu olduğu üçün fəaliyyəti ƏDV-yə cəlb edilmir. Belə ki, VM-nin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. İddiaçı qeyd edir ki, "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” AR Qanununa müvafiq olaraq öz vəsaitini investisiya etmək məqsədilə xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811 800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almışdır. Daha sonra ləğv prosesində öhdəliklərini icra etmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017 və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə dedikdə, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilir və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilir. Digər yandan 3 əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Bundan başqa, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Sadalananlardan aydın olduğu kimi, vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Digər yandan, vergi orqanı 3 əmlakın bazar qiymətini müəyyən etmək məqsədilə VM-nin 142-ci maddəsinə istinad etmişdir ki, həmin norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-nə münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, "xxxx" ASC yuxarıda qeyd edildiyi kimi “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə müvafiq olaraq kredit təşkilatında olan bank hesabına 2,649,473.46 manat məbləğində pul vəsaitini investisiya məqsədilə yerləşdirmiş və həmin kredit təşkilatı (bank) ləğv edildiyindən, göstərilən pul vəsaiti ümidsiz borc qismində xərcə salınmışdır. Lakin yoxlamanı həyata keçirən vergi orqanı həmin ümidsiz borcu cəmiyyətin xərclərindən çıxarmışdır. Halbuki, Vergi Məcəlləsinin 111.1 -ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Vergi orqanı 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat, 2021-ci ildə ləğv edilmiş 12978.93 manat əsas vəsaitlərə görə VM-nin 159.5-ci maddəsinə müvafiq olaraq ƏDV hesablamışdır. İddiaçı qeyd edier ki, cəmiyyət tərəfindən 2020 və 2021-ci illərdə qeyd olunan əsas vəsaitlərin silinməsi həyata keçirilməmişdir. Sadəcə olaraq əsas vəsaitlərin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir və vergi orqanının aşkar etdiyi fərq məhz yenidən qiymətləndirmədən yaranan fərqdir. VM-nin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Normadan aydın olduğu kimi, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) aktivlərin dəyərinə aid edilmir və ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Vergi orqanı cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə aktivlərin səhmdarlar arasında bölgüsünə əsasən "xxxx" MMC-yə ötürülmüş 1 020 018.18 manat dəyərində “CİTY MALL” əmlakına görə 183603.27 manat ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Amma hazırkı halda "xxxx" ASC səhmdara əmlak verməklə hər hansı gəlir əldə etməmişdir. X19 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığını nəzərə alsaq, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********159724 nömrəli qərarına əsasən "xxxx" ASC-də (ləğv prosesindədir) Vergi Məcəlləsinin 38.3.8-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi olaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********177269 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə cəmiyyətin gəlirdən çıxılan xərclərinin 42 062.53 manat az göstərilməsi səbəbindən mənfəətinin 42 062.53 manat artıq göstərilməsi, 2020-ci ildə cəmiyyətin gəlirlərinin 2 006 370.34 manat az və gəlirdən çıxılan xərclərinin 5 028 108.66 manat artıq göstərilməsi, 2021-ci ildə cəmiyyətin gəlirdən çıxılan xərclərinin 2021-ci ildə 4 809.52 manat artıq göstərilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanların səbəbləri Vergi Məcəlləsinin 14.3-cü və 104-cü maddələrinə əsasən cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə istifadə olunmuş ekspert rəyinin məlumatlarına əsasən 2020-ci ildə əmlakların alış dəyərinin 2 332 001.0 manat və satış dəyərinin 2 006 370.34 manat azaldılması olmuşdur (Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən İbarətdir). Müvafiq qaydada alış və satış tarixləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələbləri əsasında cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə dəvət edilmiş ekspertin rəyinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox fərqləndiyi üçün əmlakların alış dəyərinin 2 332 001,0 manat artırıldığı və satış dəyərinin 2 006 370.34 manat (ƏDV-siz) azaldıldığı, nəticədə əmlak satışından 2020-ci ilin zərərinin 4 338 371.34 manat artıq göstərildiyi müəyyən olunmuşdur), Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən sair və digər xərclərin tərkibində göstərilmiş 60 995.91 manat (o cümlədən 2019-cu il üzrə 41 759.25 manat, 2020-ci il üzrə 17 073.13 manat və 2021-ci il üzrə 2 163.53 manat) məbləğində depozit faizləri, qiymətli kağızların kupon ödənişləri üzrə ödəmə mənbəyində tutulan vergi və içməli suyun alınması xərclərinin gəlirin əldə edilməsi ilə bağlı olmaması, pul vəsaitlərinin nağdlaşdırılmasına görə 1% sadələşdirilmiş vergi və təmir xərcinin gəlirdən çıxılan xərclərə təkrar aid edilməsi, Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən binalar, tikililər və qurğular üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat az hesablanması, 2020-ci ildə satılmış əmlaklara amortizasiyanın 29 098.52 manat artıq hesablanması, yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə 2020-ci ildə 41.35 manat, 2021-ci ildə 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə 2021-ci ildə 860.08 manat məbləğində amortizasiyanın artıq hesablanması, Vergi Məcəlləsinin 108 və 111.1-ci maddələrinə əsasən ləğv olunmuş banklardakı bank hesablarında qalmış və tələb hüququ xx.xx.2021-ci ildə "xxxx" MMC-yə keçmiş 2 649 473.46 manat məbləğində pul vəsaitinin düzgün olmayaraq ümidsiz borc kimi xərcə aid edilməsi və Vergi Məcəlləsinin 201.6-cı maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə artıq hesablanmış əmlak vergisinin xərclərə 2019-cu ildə 421.22 manat və 2020-ci ildə 421.22 manat artıq aid edilməsi və 2021-ci ildə 0.99 manat az aid edilməsi olmuşdur. Cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi nəticəsində gəlirlərin azaldılması və xərcin artıq göstərilməsinin səbəbləri aşağıdakılardan ibarət olmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN **********) 2 000 000.0 manata, xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyriyaşayış sahəsi X3 811 800.0 manata (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir) və xx.xx.2019-cu ildə ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X3 3 876 840.0 manata alınmışdır (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir). Cəmiyyət tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi X6 265 230.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 224 307.0 manat hissəsi "xxxx" MMC-yə ötürülüb), xx.xx.2020-ci ildə ünvan 2 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyri- yaşayış sahəsi X6 139 400.0 manata (cəmiyyətin ləğv tarixinə dəyəri tam ödənilib) və xx.xx.2020-ci ildə ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X6 665 720.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 602 423.23 manat hissəsi debitor borc kimi "xxxx" MMC-yə ötürülüb) satılmışdır. Əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün təqdim olunmuş ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyəri 1 854 698.0 manat, satış dəyəri 1 401 930.00 manat (ƏDV-siz satış dəyəri 1 188 076.27 manat), ünvan 2 ünvanında yerləşən əmlakın alış dəyəri 287 082.0 manat, satış dəyəri 270 600.0 manat (ƏDV-siz satış dəyəri 229322.03 manat), ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən əmlakın alış dəyəri 2 153 800.0 manat, satış dəyəri 1 958 000.0 manat (ƏDV-siz satış dəyəri 1 659 322.03 manat) müəyyən edilmişdir. Ekspert rəyi nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyərində fərq olmamış, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 922 846.27 manat, ünvan 2 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 524 718.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 89 922.03 manat, ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 1 723 040.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 993 602.03 manat təşkil etmişdir. Beləliklə 3 əmlakın alış dəyərlərində fərq 2 247 758.0 manat, yoxlama ilə satılmış əmlaklar üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat artırılmasını nəzərə alaraq əmlakın alış dəyərlərində fərq 2 332 001.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 2 006 370.34 manat təşkil etmişdir. Yoxlanılan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyünü yoxlayarkən X19 702 976.06 manat azaldıldığı müəyyən edilmişdir. Azalmanın səbəbi cəmiyyət tərəfindən satılmış 3 əmlakın dəyəri ilə əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunan ekspert rəyinin məlumatları (ƏDV nəzərə alınmadan) arasındakı 2 006 370.34 manat fərqdən Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən 2020-ci ilin iyun ayında 361 146.66 manat məbləğində X19 hesablanmaması, dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1 067.79 manat məbləğində X19 hesablanmaması, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat əsas vəsaitlərin dəyərindən 2020-ci ilin dekabr ayında 6 010.69 manat və 2021-ci ildə ləğv edilmiş 12 978.93 manat əsas vəsaitlərin dəyərindən 2 336.21 manat məbləğində X19 hesablanmaması və xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mail (262,4 kv m) əmlakın 1 020 018.18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat məbləğində X19 hesablanmamasından ibarət olmuşdur. Beləliklə, X19 702 976.06 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 351 488.03 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı əmlak vergisinin 841.45 manat artıq hesablandığı müəyyən edilmişdir. Fərqin səbəbi Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın (yoxlama ilə artırılmışdır) ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə əmlak vergisinin 2019-cu ildə 422.21 manat və 2020-ci ildə 422.21 manat artıq hesablanması və 2020-ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 41.35 manat və cəmiyyət tərəfindən satılmış əmlaklara 29 098.52 manat amortizasiyanın artıq hesablanması, 2021 -ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya ayırmalarının 860.08 manat artıq hesablandığı üçün əmlakın qalıq dəyərinin və əmlak vergisinin 0.99 manat azaldılması olmuşdur. Beləliklə, 2021-ci ilin əmlak vergisi 0.99 manat azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 0.5 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının 1 633.76 manat az (1634.93 manat az və 1.17 manat artıq) hesablandığı müəyyən edilmişdir. Vergi və sığorta haqlarının az hesablanmasının səbəbi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən cəmiyyət tərəfindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində göstərilmiş gəlirin məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş gəlir məbləğindən az olduğu üçün 1 462.76 manat məcburi dövlət sosial sığorta haqqı və 171.0 manat işsizlikdən sığorta haqqının hesablanması və texniki səbəblər olmuşdur. Beləliklə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlan azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 817.47 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı ərizəsində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət edilmədən birbaşa ekspert təyin edildiyini və ekspert təyin olunan zaman vergi ödəyicisinin müraciətinin nəzərə alınmadığını qeyd etmişdir. Vergi ödəyicisinin qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, vergi orqanı tərəfindən qeyd edilən əməliyyatlara Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsindən əvvəlki müddəaların tətbiq edilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsi tətbiq edilmişdir. Göstərilən səbəblərdən Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə alış və satışının bazar qiymətlərinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli **********173064 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC (VÖEN **********) tərəfindən X17 və X18 ekspert kimi dəvət edilmiş və müvafiq rəylərin verilməsi üçün sənədlər təqdim edilmişdir. Qərar xx.xx.2023-cü il tarixində vergi ödəyicisi ilə tanış edilmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə müvafiq qaydada təsdiqlənmiş **********690000 nömrəli ekspert rəyini vergi orqanına xx.xx.2023-cü ildə təqdim etmişdir. Təqdim edilmiş rəy ilə vergi ödəyicisi xx.xx.2023-cü ildə tanış edilmişdir. Əlavə olaraq bildiririlir ki, Vergi Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Göründüyü kimi qanunvericiliklə ekspertizanın vergi ödəyicisi tərəfindən seçilmiş ekspert tərəfindən həyata keçirilməsinin təmin edilməsi qismində vergi orqanının hər hansı bir öhdəliyi müəyyən edilməmişdir. Odur ki, yoxlama zamanı həyata keçirilmiş ekspertiza tamamilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı tərəfindən müəssisənin alqı-satqı əməliyyatları aparmış olduğu yuxarıda qeyd edilən 3 daşınmaz əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı fərqə ƏDV hesablanmasının müəssisənin maliyyə institutu olduğu və aparılmış əməliyyatların Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən maliyyə xidməti (sığorta fəaliyyəti) hesab olunduğu üçün əsassız olmasını bildirmişdir. Qeyd edilən hissəyə münasibətdə bildirilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. Aydın olduğu kimi, sığorta fəaliyyəti sığorta risklərinin sığortalanması üzrə bağlanmış sığorta müqavilələri üzrə həyata keçirilən fəaliyyətdir. Mübahisəli məsələyə baxdıqda isə aydın olur ki, adıçəkilən əmlakların alışı investisiya məqsədli, satışı isə ləğv prosesində olan müəssisənin kreditor öhdəliklərini yerinə yetirmək məqsədli olmuş, sığorta fəaliyyətinə aid edilən sığorta haqlarının (təkrarsığorta haqları) və ya sığorta ödənişlərinin həyata keçirilməsi ilə əlaqəli əməliyyatlar olmamışdır. Nəticə olaraq, daşınmaz əmlaklar üzrə həyata keçirilmiş müvafiq əməliyyatlar sığorta fəaliyyətinə aid edilən əməliyyatlar hesab edilmədiyindən, uyğun olaraq Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə xidməti hesab edilmir. Odur ki, müvafiq əməliyyatların maliyyə xidmətləri olmadığı üçün Vergi Məcəlləsinin 164.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş X23ndən azad edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmçinin, iddiaçı tərəfindən yoxlama müddətində vergi ödəyicisinin investisiya məqsədilə kredit təşkilatında olan bank hesabına yerləşdirilmiş 2 649 473,46 manat məbləğində pul vəsaitinin kredit təşkilatının ləğv edilməsi səbəbilə ümidsiz borc kimi xərcə salınmasının düzgün olduğunu bildirilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlərin gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Göründüyü kimi vergi ödəyicisi fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu apararkən gəlirdən çıxılan xərclərə yalnız həmin gəlirin əldə edilməsi ilə bağlı olan xərcləri aid edə bilər. Mübahisələndirilən iş üzrə vergi ödəyicisinin investisiya məqsədilə kredit təşkilatlarında olan bank hesablarına yerləşdirilmiş pul vəsaitlərinə mülkiyyət hüququnun itirilməsi fəaliyyəti üzrə hər hansı gəlirin əldə edilməsinə çəkilən xərc olmadığı (yəni pul vəsaitləri həmin hissədə xərc deyil, vergi ödəyicisinin mülkiyyətidir) üçün gəlirdən çıxılan xərclər hissəsinə aid edilə bilməz. Müvafiq hissədə vergi ödəyicisi investisiya məqsədilə qoyulmuş pul vəsaitlərinə görə hesablanmış faiz gəlirləri (əgər faiz gəlirləri Vergi Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq ümumi gəlirə daxil edilmişdirsə) əldən çıxdığı təqdirdə qoyulmuş pul vəsaitini deyil, yalnız faiz gəlirlərini gəlirdən çıxılan xərclər hissəsinə aid edə bilərdi. İddiaçı ərizəsində cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsinin X23nə cəlb olunan əməliyyat hesab edilmədiyini bildirmişdir. Bununla bağlı bildiririlir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda: aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır. Bundan başqa Məcəllənin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Əlavə olaraq bildiririlir ki, Vergi Məcəlləsinin ƏDV-ə cəlb edilməyən əməliyyatların siyahısı müəyyənləşdirilmişdir ki, həmin siyahıda vergi ödəyicisinin qeyd etdiyi əməliyyatlar siyahıda göstərilməmişdir. Əksinə vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hüquqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin etirazına münasibət məktubunda göstərilmişdir ki, 2019, 2020 və 2021-ci illər üzrə Cəmiyyətin gəlirlərininin az və gəlirdən çıxılan xərclərin artıq göstərilməsi ilə bağlı qeydə cavab olaraq aşağıdakılar bildirilir: “Ləğvetmə prosesində mövcud olan sığorta portfelinin digər sığortaçı olan A- Group ASC-yə ötürülməsi ilə bağlı sığorta haqlarının ödənilməsi, ləğv olunan sığorta müqavilələri üzrə sığorta haqlarının qaytarılması və baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi üçün Cəmiyyətin balansında olan əmlaklardan 3-ü satılmışdır. Bu əmlaklar satılmamışdan öncə müstəqil qiymətləndirmə şirkəti olan X20 MMC tərəfindən qiymətləndirilmiş, kənar auditor olan X7 tərəfindən audit rəyi verilmiş və Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası tərəfindən ekspert rəyi verilmişdir. Bu əmlakların alqı-satqısı notarial qaydada həyata keçirilmişdir. Bu da öz növbəsində əmlakların qiymətinin real olmasının göstəricisidir. Bütün bu qeyd olunanlara baxmayaraq vergi orqanı tərəfindən yoxlamaya başlanılarkən yuxarıda sadalanan əsaslar nəzərə alınmamış və əmlakların qiymətinin müəyənləşdirilməsi ilə bağlı əlavə ekspertiza təyin edilmişdir. Belə ki, Yoxlamanın başlandığı tarixdən etibarən 27 mart 2023-cü il tarixinə qədər 266 gün ərzində yoxlama 7 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsas gətirilməklə dayandırılıb. 49 və 45 gün olmaqla 2 dəfə də uzadılıb. Vergi xidməti tərəfindən əmlakların təkrar qiymətləndirməsi aparılması səbəbi ilə LPO "xxxx" ASC-nin ləğvetmə prosesi əsassız şəkildə toplam olaraq 495 gün uzadılmasdır. Yoxlamanın 7 dəfə dayandırılmasına baxmayaraq faktiki olaraq yoxlama davam etmişdir, bu da vergi xidməti tərəfindən yoxlamanın aparılmasında vol verdiyi nöqsanların bariz nümunələrindən biridir. Yekunda tərtib edilmiş akta əsasən vergi xidməti tərəfindən təyin olunmuş ekspertin qeyd olunan əmlaklarla bağlı rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Belə olduğu halda isə vergi xidməti tərəfindən öz baza məlumatlarına əsasən qeyd olunan əmlaklara qiymət qoyulmuşdur. Bütün bu qeyd olunanlar yoxlayıcılar tərəfindən tərtib edilmiş aktda öz əksini tapmışdır. Təbii ki, bu akt iddiaçı tərəfindən qəbul edilməmiş və Vergi Məcəlləsinin 44.7.1 və 44.7.2-ci maddələrinə əsasən akta etiraz vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən təyin edilmiş birinci ekspert olan "xxxx" MMC vergi orqanının istədiyi qiyməti yazmaqdan imtina etdiyi üçün məcbur olub təkrar ekspertiza üçün Real Prays MMC seçilmişdir. Etiraz əlaməti olaraq ekspertin dəyişdirilməsi ilə bağlı vergi orqanına "xxxx" ASC tərəfindən vəsatət verilmiş, lakin vəsatətlərin heç bir tutarlı əsas gətirilmədən rədd edilmişdir. Nəticədə də "xxxx" MMC tərəfindən qeyd olunan əmlaklara vergi orqanının istədiyi qiymət qoyulmuşdur. Belə ki, "xxxx" MMC-nin nümayəndələri tərəfindən nə əmlaklara baxış keçirilmiş, nə də ki, həmin dövrdə həmin parametrlərə uyğun real alqı-satqı müqaviləsi nümunələri təqdim edilməmişdir. Əvvəlki yanaşmaya uyğun olaraq "xxxx" MMC-nin baza məlumatları əsasında qiymət qoyulmuşdur. Bu absurd və şişirdilmiş qiymətlər "xxxx" ASC tərəfindən qəbul olunmayıb. Bundan başqa, "xxxx" ASC yuxarıda qeyd edilən “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə müvafiq olaraq kredit təşkilatında olan bank hesabına 2,649,473.46 manat məbləğində pul vəsaitini investisiya məqsədilə yerləşdirmiş və həmin kredit təşkilatı (bank) ləğv edildiyindən, göstərilən pul vəsaiti ümidsiz borc qismində xərcə salınmışdır. Həmin bankın müflis elan olunması ilə bağlı məhkəminin qərarı da vergi orqanına təqdim olunub. Lakin yoxlamanı həyata keçirən vergi orqanı həmin ümidsiz borcu cəmiyyətin xərclərindən çıxarmışdır. Halbuki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Ümidsiz borclar kimi silinən vəsaitlər sığorta haqlarından formalaşıb və onlar qazanılmış gəlir kimi balansda tanınıblar və onlara görə mənfəət vergisi ödənilib. Nəticədə həmin vəsaitlərin ümidsiz borc kimi silinməsi nəticəsində müvafiq zərər tanınıb. Vergi orqanı cəmiyyət tərəfindən satılmış 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablamışdır. Hesablamaya münasibətdə iddiaçı ilk öncə qeyd edir ki, "xxxx" ASC maliyyə institutu olduğu üçün fəaliyyəti ƏDV-yə cəlb edilmir. Belə ki, VM-nin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. İddiaçı qeyd edir ki, "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” AR Qanununa müvafiq olaraq öz vəsaitini investisiya etmək məqsədilə xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811 800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almışdır. Daha sonra ləğv prosesində sığorta portfelin ötürmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Gördüyümüz kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017 və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə desək, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilir və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilir. Digər tərəfdən 3 əmlakın alışı ƏDV- dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Bundan başqa, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Sadalananlardan aydın olduğu kimi, vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Digər tərəfdən, vergi orqanı 3 əmlakın bazar qiymətini müəyyən etmək məqsədilə VM-nin 142-ci maddəsinə istinad etmişdir ki, həmin norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-nə münasibətdə tətbiq edilə bilməz. Vergi orqanı cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə aktivlərin səhmdarlar arasında bölgüsünə əsasən “Nurgun Grup’’ MMC-yə ötürülmüş 1 020 018.18 manat dəyərində “CİTY MALL” əmlakına görə 183603.27 manat ƏDV hesablamışdır. Qeyd edilir ki, cəmiyyətin mülkiyyətində olan əmlakların ləğv zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Amma hazırkı halda "xxxx" ASC səhmdara əmlak verməklə hər hansı gəlir əldə etməmişdir. X19 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığını nəzərə alsaq, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. Vergi orqanı 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat, 2021-ci ildə ləğv edilmiş 12978.93 manat əsas vəsaitlərə görə VM-nin 159.5-ci maddəsinə müvafiq olaraq ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyət tərəfindən 2020 və 2021-ci illərdə qeyd olunan əsas vəsaitlərin silinməsi həyata keçirilməmişdir. Sadəcə olaraq əsas vəsaitlərin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir və vergi orqanının aşkar etdiyi fərq məhz yenidən qiymətləndirmədən yaranan fərqdir. VM-nin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Normadan aydın olduğu kimi, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) aktivlərin dəyərinə aid edilmir və ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Bilindiyi kimi əmlakların dəyəri bazar qiymətinə əsasən müəyən olunur. VM-nin 14.1-ci maddəsinə əsasən “bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir”. 14.2ci “bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Odur ki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsindən əvvəlki müddəaların tədbiq edilməsi mümkündür. Ləğetmə zamanı əmlakların bölünməsi nəticəsində səhmdarlara ötürülən aktivlərlər təqdim etmə hesab olunmur. Vergi orqanı tərəfindən təqdim edilən etirazda göstərilmiş Vergi Məcəlləsinin 145-ci maddəsi mənfəət vergisinə aiddir. ƏDV ilə bağlı belə bir qanunvericilik tələbi mövcud deyil. Bundan başqa etirazda Vergi Orqanı tərəfindən istinad edilən 159.1-ci maddə kənd təsərrüfatı məhsullarına aiddir və Sığorta fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, "xxxx" ASC xx.xx.19987-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. -“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC-yə X23 ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat X23nə görə 181107,23 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 332 414.71 manat X23nə görə 166207,36 manat maliyyə sanksiyası, əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilərək, əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -xx.xx.2023-cü il tarixli, **********160218 №-li səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159724 saylı qərarına əsasən X21 İdarəsinin Maliyyə sahəsi üzrə şöbəsi tərəfindən ləğv prosesində olan "xxxx" ASC (VÖEN **********) üzrə yol vergisi – 2019-201; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2019-4-cü rüb 2019-cu il; əmlak vergisi-2019-2021-ci il; MDSS- muzdlu işləyənləri işə götürən sığortaedənlər-3-cü rüb 2019-4-cü rüb 2019; ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2019-3-cü rüb 2022; torpaq vergisi - 2019-cu il-2021-ci il; X23 avqust 2019–iyul 2022; mənfəət vergisi 2019-cu il–2021-ci il; sadələşdirilmiş vergi 3-cü rüb 2019–3-cü rüb 2022; muzdlu işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4-cü rüb 2019; aksiz vergi avqust 2019-iyul 2022; mədən vergisi avqust 2019-iyul 2022; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2020-3-cü rüb 2022-ci il məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyənnaməsi (hesabatı) üzrə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: “Mənfəət vergisinin yoxlanılması üzrə: Cəmiyyət yoxlanılan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama müqavilələrə, bank sənədlərinə, əmlakların alqı-satqı sənədlərinə, əmlakların alış və satışnın bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunan ekspert rəyinin məlumatlarına elektron foyllara və xərc sənədlərinə əsasən aparılmışdır. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Belə ki, cəmiyyət tərəfindən 2019-cu il üzıə hesablama metodu ilə vergi orqanlarına təqdim edilmiş və vergi orqanları tərəfindən kaıııeral qaydada yoxlanılmış mənfəət vergisi bəyannaməsində sığorta fəaliyyətindən gəlirlər 3 380 956.18 manat, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 15 495.0 manat, faiz gəlirləri 365 062.64 manat, (o cümlədən bank fəaliyyətindən faizlər 239.536.0 manat, digər faiz gəlirləri 125 526.64 manat), nəticədə çıxılmadan sonra ümumi gəlir 3 761 513.82 manat, gəlirlin əldə edilməsi ilə bağlı cəmi xərclər 3 509 586.27 manat, (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 451 054.82 manat, sosial sığorta haqları 76 391.6 manat, icarə haqqı 31 707.0 manat, norma daxilində ezamiyyə xərcləri 4 259.19 manat, enerji xərcləri 5 577.59 manat, yanacaq xərcləri 12 526.0 manat, su və kanalizasiya xərcləri 970.0 manat, rabitə xərcləri 7 129.39 manat, mühafizə xərcləri 8 113,8 manat, bank xidməti üzrə xərclər 4 157.39 manat, reklam xərcləri 23 512.54 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 304 444.91 manat, amortizasiya ayırmaları 285 028.96 manat, təmir xərci 403.2 manat, sığorta üzrə xərc 2 237 211.04 manat, (o cümlədən sığorta ehtiyatına ayırmalar 1 336 263.35 manat, təkrarsığortaya verilmiş sığorta haqlan 250 837.14 manat, sığorta fəaliyyəti üzrə sair xərclər 450.0 manat, ödənilmiş sığorta haqları 649 660.55 manat), istiqrazların alınması ilə bağlı xərclər 360.07 manat, gəlirdən çıxılan vergilər 56 738.77 manat (o cümlədən torpaq vergisi 520.0 manat, əmlak vergisi 52 297.69 manat, nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tunılmuş sadələşdirilmiş vergi 3 921.08 manat)) nəticə etibarilə vergiturma məqsədləri üçün mənfəət məbləği 251 927.55 manat göstərilmiş, lakin keçmiş illərin 251 927,55 manat zərəri çıxılmaqla mənfəət vergisi hesablanmamışdır. Qeyd etmək lazımdır ki, 2019-cu il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə kənarlaşma müəyyən edilməmişdir. Səyyar vergi yoxlaması ilə 2019-cu il üzrə sığorta fəaliyyətindən gəlirlər 3 380 956.18 manat, daşman və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 15 495.0 manat, faiz gəlirləri 365 062.64 manat, (o cümlədən bank fəaliyyətindən faizlər 239 536.0 manat, digər faiz gəlirləri 125 526.64 manat), nəticədə çıxılmadan sonra ümumi gəlir 3 761 513.82 manat, gəlirlin əldə edilməsi ilə bağlı cəmi xərclər 3 551 648.8 manat, (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 451 054.82 manat, sosial sığorta haqları 76 391.6 manat, icarə haqqı 31.707.0 manat, norma daxilində ezamiyyə xərcləri 4 259.19 manat, enerji xərcləri 5 577.59 manat, yanacaq xərcləri 12 526.0 manat, su və kanalizasiya xərcləri 970.0 manat, rabitə xərcləri 7 129.39 manat, mühafizə xərcləri 8 113.8 manat, bank xidməti üzrə xərclər 4 157.39 manat, reklam xərcləri 23 512.54 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 262 685.66 manat, amortizasiya ayırmaları 369 271.96 manat, təmir xərci 403.2 manat, sığorta üzrə xərc 2 237 211.04 manat, (o cümlədən sığorta ehtiyatına ayırmalar i 336 263.35 manat, təkrarsığortaya verilmiş sığorta haqlan 250 837.14 manat, sığorta fəaliyyəti üzrə sair xərclər 450.0 manat, ödənilmiş sığorta haqları 649 660.55 manat), istiqrazların alınması ilə bağlı xərclər 360.07 manat, gəlirdən çıxılan vergilər 56 317.55 manat (o cümlədən torpaq vergisi 520.0 manat, əmlak vergisi 51 876.47 manat, nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi 3 921.08 manat)) nəticə etibarilə vergitutma məqsədləri üçün mənfəət məbləği 209 865.02 manat göstərilmiş, lakin keçmiş illərin 209 865.02 manat zərəri çıxılmaqla mənfəət vergisi hesablanmamışdır. Beləliklə, cəmiyyətin gəlirdən çıxılan xərclərinin 2019-cu ildə 42 062.53 manat az göstərilməsi səbəbindən mənfəəti 42 062.53 manat artıq göstərilmişdir. Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Belə ki, cəmiyyət tərəfindən 2020-ci il üzrə hesablama metodu ilə vergi orqanlarına təqdim edilmiş və vergi orqanları tərəfindən kameral qaydada yoxlanılmış mənfəət vergisi bəyannaməsində sığorta fəaliyyətindən gəlirlər 3 022 613.3 manat, amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 1 088 350.0 manat, amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir 62 000.0 manat, daşman və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 8 000.ü manat, faiz gəlirləri 155 873.28 manat, (o cümlədən bank fəaliyyətindən faizlər 89 037.09 manat, digər faiz gəlirləri 66 836.19 manat), nəticədə çıxılmadan sonra ümumi gəlir 4 336 836.58 manat, gəlirlin əldə edilməsi ilə bağlı cəmi xərclər 11 796 811.76 manat, (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 499 353.85 manat, sosial sığorta haqları 81 884.97 manat, icarə haqqı 5.896.0 manat, norma daxilində ezamiyyə xərcləri 1 515.0 manat, enerji xərcləri 4 788.51 manat, qaz xərcləri 200.0 manat, yanacaq xərcləri 11 646.0 manat, su və kanalizasiya xərcləri 2 148.2 manat, rabitə xərcləri 7 221.11 manat, mühafizə xərcləri 9 783.55 manat, bank xidməti üzrə xərclər 1 062.86 manat, reklam xərcləri 87 430.59 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 283 896.39 manat, ümidsiz borclar 2 649 473.46 manat, amortizasiya ayırmaları 6 396 509.92 manat, təmir xərci 107.55 manat, sığorta üzrə xərc 1 710 026.85 manat, (o cümlədən təkrarsığortaya verilmiş sığorta haqları 90 607.58 manat, sığorta fəaliyyəti üzrə sair xərclər 2 844.50 manat, ödənilmiş sığorta haqları 1616 574.77 manat), gəlirdən çıxılan vergilər 43 866.95 manat (o cümlədən torpaq vergisi 520.0 manat, əmlak vergisi 42 682.85 manat, nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti uzrə tutulmuş sadələşdirilmiş vergi 664.1 manat)) nəticə etibarilə zərər məbləği 7 459 975.18 manat göstərilmişdir. Qeyd etmək lazımdır ki, 2020-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə kənarlaşma müəyyən edilməmişdir. Səyyar vergi yoxlaması ilə 2020-ci il üzrə sığorta fəaliyyətindən gəlirlər 3 022 613.3 manat, amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 3 094 720.34 manat, amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir 62 000.0 manat, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 8 000.0 manat, feiz gəlirləri 155 873.28 manat, (o cümlədən bank fəaliyyətindən faizlər 89 037.09 manat, digər faiz gəlirləri 66 836.19 manat), nəticədə çıxılmadan soma ümumi gəlir 6 343 206.92 manat, gəlirlin əldə edilməsi ilə bağlı cəmi xərclər 6 768 703.1 manat, (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 499 353.85 manat, sosial sığorta haqları 81 884.97 manat, icarə haqqı 5 896.0 manat, norma daxilində ezamiyyə xərcləri 1 515.0 manat, enerji xərcləri 4 788.51 manat, qaz xərcləri 200.0 manat, yanacaq xərcləri 11 646.0 manat, su və kanalizasiya xərcləri 2 148.2 manat, rabitə xərcləri 7 221.11 manat, mühafizə xərcləri 9 783.55 manat, bank xidməti üzrə xərclər 1 062.86 manat, reklam xərcləri 87 430.59 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 266 823.26 manat, amortizasiya ayırmaları 4 035 369.07 manat, təmir xərci 107.55 manat, sığorta üzrə xərc 1 710 026.85 manat, (o cümlədən təkrarsığortaya verilmiş sığorta haqları 90 607.58 manat, sığorta fəaliyyəti üzrə sair xərclər 2 844.50 manat, ödənilmiş sığorta haqları İ 616 574.77 manat), gəlirdən çıxılan vergilər 43 445.73 manat (o cümlədən torpaq vergisi 520.0 manat, əmlak vergisi 42 261.63 manat, nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaiti üzrə tutulmuş sadələşdirilmiş vergi 664.1 manat)) nəticə etibarilə zərər məbləği 425 496.18 manat göstərilmişdir. Beləliklə, cəmiyyətin gəlirlərinin 2020-ci ildə 2 006 370.34 manat az və gəlirdən çıxılan xərclərinin 5 028 108.66 manat artıq göstərilməsi (ümumilikdə 2020-ci ildə zərərin 7 034 479.0 manat artıq göstərilməsi) müəyyən edilmişdir. Yoxlama ilə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Belə ki, cəmiyyət tərəfindən 2021-ci il üzrə hesablama metodu ilə vergi orqanlarına təqdim edilmiş və vergi orqanları tərəfindən kameral qaydada yoxlanılmış mənfəət vergisi bəyannaməsində sığorta fəaliyyətindən gəlirlər 2 141 396.8 manat, qiymətli kağızların satışından əldə edilən gəlirlər 11 964.88 manat, digər faiz gəlirləri 17 165.27 manat, nəticədə çıxılmadan sonra ümumi gəlir 2 170 526.95 manat, gəlirlin əldə edilməsi ilə bağlı cəmi xərclər 1 617 464.58 manat, (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 171 736.0 manat, sosial sığorta haqları 32 716.01 manat, norma daxilində ezamiyyə xərcləri 868.0 manat, enerji xərcləri 1 934.4 manat, qaz xərcləri 400.0 manat, yanacaq xərcləri 3 130.39 manat, su və kanalizasiya xərcləri 416.0 manat, rabitə xərcləri 1 965.24 manat, mühafizə xərcləri 4 733.76 manat, bank xidməti üzrə xərclər 1 682.76 manat, reklam xərcləri 434.45 manat, amortizasiya ayırmaları 59 378.51 manat, nəqliyyat xərci 60.0 manat, sığorta üzrə xərc 1 284 103.76 manat, (o cümlədən təkrarsığortaya verilmiş sığorta haqları 2 424.16 manat, sığorta fəaliyyəti üzrə sair xərclər 18 723.43 manat, ödənilmiş sığorta haqları 1 262 956.17 manat), digər xərclər 48 980.27 manat, gəlirdən çıxılan vergilər 7 601.2 manat (o cümlədən torpaq vergisi 520.0 manat, əmlak vergisi 7 081.2 manat) və ümumi gəlirdən çıxılmayan xərclər 2 676.17 manat) nəticə etibarilə vergitutma məqsədləri üçün mənfəət məbləği 553 062.37 manat göstərilmiş, lakin keçmiş illərin 553 062 37 manat zərəri çıxılmaqla mənfəət vergisi hesablanmamışdır. Qeyd etmək lazımdır ki, 2021-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kamcral vergi yoxlaması ilə kənarlaşma müəyyən edilməmişdir. Səyyar vergi yoxlaması ilə 2021-ci il üzrə sığorta fəaliyyətindən gəlirlər 2 141 396.8 manat, qiymətli kağızların satışından əldə edilən gəlirlər 11 964.88 manat, digər fiıiz gəlirləri 17 165.27 manat, nəticədə çıxılmadan sonra ümumi gəlir 2 170 526.95 manat, gəlirlin əldə edilməsi ilə bağlı cəmi xərclər 1612 655.06 manat, (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 171 736.0 manat, sosial sığorta haqları 32.716.01 manat, norma daxilində ezamiyyə xərcləri 868.0 manat, enerji xərcləri 1 934.4 manat, qaz xərcləri 400.0 manat, yanacaq xərcləri 3 130.39 manat, su və kanalizasiya xərcləri 416.0 manat, rabitə xərcləri 1 965.24 manat, mühafizə xərcləri 4 733.76 manat, bank xidməti üzrə xərclər 1 682.76 manat, reklam xərcləri 434,45 manat, amortizasiya ayırmaları 56 731.53 manat, nəqliyyat xərci 60.0 manat, sığorta üzrə xərc 1 284 103.76 manat, (o cümlədən təkrarsığortaya verilmiş sığorta haqları 2 424.16 manat, sığorta fəaliyyəti üzrə sair xərclər 18 723.43 manat, ödənilmiş sığorta haqları 1 262 956.17 manat), digər xərclər 46 816.74 manat, gəlirdən çıxılan vergilər 7 602.19 manat (o cümlədən torpaq vergisi 520.0 manat, əmlak vergisi 7 082.19 manat) və ümumi gəlirdən çıxılmayan xərclər 2 676.17 manat) nəticə etibarilə vergitutma məqsədləri üçün mənfəət məbləği 557 871.89 manat göstərilmiş, lakin keçmiş illərin 557 871.89 manat zərəri çıxılmaqla mənfəət vergisi hesablanmamışdır. Beləliklə, cəmiyyətin gəlirdən çıxılan xərclərinin 2021-ci ildə 4 809.52 manat artıq göstərilməsi müəyyən edilmişdir. Ümumilikdə cəmiyyətin gəlirlərinin 2020-ci ildə 2 006 370.34 manat az və gəlirdən çıxılan xərclərinin 2019-cu ildə 42 062.53 manat az, 2020-ci ildə 5 028 108.66 manat və 2021-ci ildə 4 809.52 manat artıq göstərilməsi (ümumilikdə xərclər 4 990 855.65 manat çox göstərilmişdir) müəyyən edilmişdir. Yuxanda qeyd olunanların səbəbləri Vergi Məcəlləsinin 14.3-cü və 104-cü maddələrinə əsasən cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə istifadə olunmuş ekspert rəyinin məlumatlarına əsasən 2020-ci ildə əmlakların alış dəyərinin 2 332 001.0 manat və satış dəyərinin 2 006 370.34 manat azaldılması (Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. Müvafiq qaydada alış və satış tarixləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 14.3-cü maddənin tələbləri əsasında cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə dəvət edilmiş ekspertin rəyinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətlı və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox fərqləndiyi üçün əmlakların alış dəyərinin 2 332 001,0 manat və satış dəyərinin 2 006 370.34 manat (ƏDVsiz) azaldıldığı, nəticədə əmlak satışından 2020-ci ilin zərərinin 4 338 371.34 manat artıq göstərildiyi müəyyən olunmuşdur), Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən sair və digər xərclərin tərkibində göstərilmiş 60 995.91 manat (o cümlədən 2019-cu il üzrə 41 759.25 manat, 2020-cı il üzrə 17 073.13 manat və 2021-ci il üzrə 2 163 53 manat) məbləğində depozit faizləri, qiymətli kağızların kupon ödənişləri üzrə ödəmə mənbəyində tutulan vergi və içməli suyun alınması xərclərinin gəlirin əldə edilməsi ilə bağlı olmaması, pul vəsaitlərinin nağdlaşdırıİmasına görə 1% sadələşdirilmiş vergi və təmir xərcinin gəlirdən çıxılan xərclərə təkrar aid edilməsi. Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən binalar, tikililər və qurğular üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat az hesablanması, 2020-ci ildə satılmış əmlaklara amortizasiyanın 29 098.52 manat artıq hesablanması, yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə 2020-ci ildə 41.35 manat, 2021-ci ildə 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə 2021-ci ildə 860.08 manat məbləğində amortizasiyanın anıq hesablanması, Vergi Məcəlləsinin 108 və 111.1-ci maddələrinə əsasən ləğv olunmuş banklardakı bank hesablarında qalmış və tələb hüququ xx.xx.2021-ci ildə "xxxx" MMC-yə keçmiş 2 649 473.46 manat məbləğində pul vəsaitinin düzgün olmayaraq ümidsiz borc kimi xərcə aid edilməsi və Vergi Məcəlləsinin 201.6-cı maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə artıq hesablanmış əmlak vergisinin xərclərə 2019-cu ildə 421.22 manat və 2020-ci ildə 421.22 manat artıq aid edilməsi və 2021-ci ildə 0.99 manat az aid edilməsi olmuşdur. Yoxlanılan dövr üzrə təqdim edilmiş ƏDV dövriyyələri ilə mənfəət vergisi bəyannamələrinin hesablama metodu ilə müəyyən edilmiş gəlirləri arasında yaranmış fərqin səbəbi cəmiyyətin ƏDV qeydiyyatına xx.xx.2020-ci il tarixdə alınması və sığorta ehtiyatlarının qaytarılmasından əldə edilən gəlirlərin mənfəət vergisi bəyannaməsində nəzərə alınması olmuşdur. Mənfəət vergisi bəyannamələrindəki əmək haqqı xərcləri ilə 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə illik və 2020-2021-ci illərin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlan üzrə rüblük bəyannamələrində olan əmək haqqı ödənişləri arasındakı fərqin yaranmasına səbəb işçilərin gəlirdən çıxılmayan digər xərclərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergiyə cəlb edilməsi olmuşdur. Cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi nəticəsində gəlirlərin azaldılması və xərcin artıq göstərilməsinin səbəbləri aşağıdakılardan ibarət olmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 m2 sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN **********) 2 000 000.0 manata, xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyriyaşayış sahəsi X3 811 800.0 manata (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir) və xx.xx.2019-cu ildə ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X3 3 876 840.0 manata alınmışdır (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir). Cəmiyyət tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu. Babək prospekti. 28d ünvanında yerləşən 378.9 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X10ma 265 230.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 224 307.0 manat hissəsi “Nurgün Grııp" MMC-yə ötürülüb), xx.xx.2020-ci ildə ünvan 2 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X6 139 400.0 manata (cəmiyyətin ləğv tarixinə dəyəri tam ödənilib) və xx.xx.2020-ci ildə ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən 391,6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X6 665 720.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 602 423.23 manat hissəsi debitor borc kimi "xxxx" MMC-yə ötürülüb) satılmışdır. Əmlakların alış və satışnın bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün təqdim olunmuş ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyəri 1 854 698.0 manat, satış dəyəri 1 401 930.00 manat (ƏDV-siz satış dəyəri 1.188.076.27 manat), ünvan 2 ünvanında yerləşən əmlakın alış dəyəri 287 082.0 manat, satış dəyəri 270 600.0 manat (ƏDV-siz satış dəyəri 229 322.03 manat), Bakı şəhəri, Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi, 96,98, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünv anında yerləşən əmlakın alış dəyəri 2.153.800.0 manat, satış dəyəri 1.958.000.0 manat (ƏDV-siz satış dəyəri 1.659.322,03 manat) müəyyən edilmişdir. Ekspert rəyi nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyərində fərq olmamış, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 922 846.27 manat, ünvan 2 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 524 718.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 89 922 03 manat, Bakı şəhəri. Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsi, 96,98, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq İ 723 040.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 993 602.03 manat təşkil etmişdir. Beləliklə 3 əmlakın alış dəyərlərində fərq 2 247 758.0 manat, yoxlama ilə satılmış əmlaklar üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manal artırılmasını nəzərə alaraq əmlakın alış dəyərlərində fərq 2 332 001.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 2.006.370,34 manat təşkil etmişdir (cədvəl akta əlavə edilir). X19 yoxlanılması üzrə: Cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş X23 hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni Milli Gəlirlər Baş İdarəsinə təqdim etmiş və cı il tarixli **********2 saylı ƏDV ödəyicisınin qeydiyyat bildirişi almışdır. Bildiriş xx.xx.2020-ci il tarixdən qtivvəyə minmişdir. Yoxlanılan dövr ərzində aşağıdakı hallar cəmiyyətdə aşkar olunmadı: -Malların haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə əmək haqqı və digər ödənişlər əvəzinə verilməsi; Barter əməliyyatları; ƏDV ödəməklə əldə edilmiş və müvafiq əvəzləşdinnə aparılmış malların iş və xidmətlərin qeyri-kommersiya məqsədləri üçün. Vergi Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuş qaydada gəlirdən çıxılmayan xərclər və gəlirdən çıxılması məhdudlaşdırılan xərclərin normadan artıq hissəsi üçün habelə ƏDV-dən azad olan əməliyyatların həyata keçirilməsi üçün istifadə edilməsi, malların itməsi, xarab olması, əskik gəlməsi və oğurlanması; Hər hansı borc öhdəliyi əvəzinə malların təqdim edilməsi; Vergi Məcəlləsinin 165.1.2-ci maddələrinə əsasən ƏDVnə cəlb edilməyən və ya sıfir (0) dərəcə ilə vergi tutulan əməlliyatlar çərçivəsində əldə edilən malların müəyyən olunmuş şərtləri pozmaqla digər məqsədlər üçün istifadə edilməsi; Yoxlanılan dövrdə bəyannamələr vergi orqanına vaxtında təqdim olunmuşdur. Digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi; -Qanunvericiliyə müvafiq olaraq vergitutma obyekti hesab edilməyən əməliyyatların aparılması; Yoxlanılan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinin düzgüngünlüyünü yoxlayarkən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 43 851.56 manat X23 hesablanmışdır Yoxlama zamanı verginin 746 827.62 manat olduğu müəyyən edildi. Beləliklə fərq 702 976.06 manat təşkil etmişdir. Fərqin səbəbi cəmiyyət tərəfindən satılmış 3 əmlakın dəyəri ilə əmlakların alış və satışnın bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunan ekspert rəyinin məlumatları (ƏDV nəzərə alınmadan) arasındakı 2 006 370.34 manat fərqdən Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən 2020-ci ilin iyun ayında 361 146.66 manat məbləğində X19 hesablanmaması, dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1 067.79 manat məbləğində X19 hesablanmaması, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat əsas vəsaitlərin dəyərindən 2020-ci ilin dekabr ayında 6 010.69 manat və 2021-ci ildə ləğv edilmiş 12 978.93 manat əsas vəsaitlərin dəyərindən 2 336.21 manat məbləğində X19 hesablanmaması və 06.09 2021-ci il tarixdə LPO “Rəvan Sığorta" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mail (262,4 kv m) əmlakın 1 020018 18 manat dəyərindən 183 603.27ınanat və bu aktın “mənfəət vergisinin hesablanması hissəsi"ndə qeyd olunmuş cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat məbləğində X19 lıesablanmamasından ibarət olmuşdur. Beləliklə, X19 702 976.06 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 351 488.03 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Əmlak vergisinin yoxlanılması üzrə - Cəmiyyət tərəfindən əmlak vergisinin hesablanmasının düzgünlüyü təqdim edilmiş sənədlər və elektron feyllar əsasında yoxlanılarkən müəyyən edildi ki, 2019-2021-ci illərdə 102 061.74 manat əmlak vergisi hesablanmışdır. Yoxlama zamanı əmlak vergisinin 101 220.29 manat olduğu müəyyən edildi. Beləliklə əmlak vergisi 841.45 manat artıq hesablanmışdır.Fərqin səbəbi Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın (yoxlama ilə artırılmışdır) ilm sonuna qalıq dəyərini dəyişdirdiyinə görə əmlak vergisinin 2019-cu ildə 422.21 manat və 2020-ci ildə 422.21 manat artıq hesablanması və 2020-ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 41.35 manat və bu aktın "mənfəət vergisinin hesablanması hissəsi”ndə göstərilmiş satılmış əmlaklara 29 098.52 manat amortizasiyanın artıq hesablanması. 2021 -ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya ayırmalarının 860.08 manat artıq hesablandığı üçün əmlakın qalıq dəyərinin və əmlak vergisinin 0.99 manat azaldılması olmuşdur. Beləliklə, 2021-ci ilin əmlak vergisi 0.99 manat azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 0.5 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Torpaq vergisinin yoxlanılması üzrə- yoxlanılan dövrdə cəmiyyət torpaq vergisinin ödəyicisi olmuş və 2020-2021-ci illərdə 1 040.0 manat vergi hesablamışdır. Yoxlama zamanı kənarlaşma müəyyən edilmədi. Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Aksiz vergisinin yoxlanılması üzrəyoxlanılan dövrdə cəmiyyət aksiz vergisinin ödəyicisi olmamışdır. Mədən vergisinin yoxlanılması üzrə- yoxlanılan dövrdə cəmiyyət mədən vergisinin Ödəyicisi olmamışdır. Yol vergisinin yoxlanılması üzrə-yoxlanılan dövrdə cəmiyyət yol vergisinin ödəyicisi olmamışdır. Sadələşdirilmiş verginin yoxlanılması üzrə - muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının yoxlanılması üzrə; Cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasının düzgünlüyü yoxlantlarkən müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 184 449.57 manat vergi və sığorta haqları hesablanmışdır. Yoxlama zamanı bu vergi və haqların 186 083.33 manat olduğu müəyyən edildi. Beləliklə vergi və sığorta haqları 1 633.76 manat az (1634.93 manat az və 1.17 manat artıq) hesablanmışdır. Vergi və sığorta haqlarmın az hesablanmasının səbəbi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun 14-cü maddəsinə əsasən cəmiyyət tərəfindən təqdim edilmiş "Muzdlu işlə əlaqədar ödəınə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində göstərilmiş gəlirin məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş gəlir məbləğindən az olduğu üçün 1 462.76 manat məcburi dövlət sosial sığorta haqqı və 171.0 manat işsizlikdən sığorta haqqının hesablanması və texniki səbəblər olmuşdur. Beləliklə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 817.47 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə Cəmiyyət tərəfindən ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanılarkən müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə 1 444 52 manat vergi hesablanmışdır. Yoxlama zamanı kənarlaşma müəyyən edilmədi. Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Yoxlama zamanı MDSS-muzdla işləyənləri işə götürən sığortaedəıılər üzrə (0112) 2019-cu ilin 3-cii və 4-c(i rüblərində 62 070.22 manat ayırmanın düzgün hesablandığı müəyyən olundu.Yoxlama zamanı kənarlaşma müəyyən edilmədi.Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Yoxlama zamanı işsizlik sığortası üzrə xx.xx.2019-xx.xx.2019-cu ildə 2 482.8 manat ayırmanın düzgün hesablandığı müəyyən olundu.Yoxlama zamanı kənarlaşma müəyyən edilmədi Yoxlanılan dövrdə kameral yoxlama ilə əlavə hesablama aparılmamışdır. Cəmiyyotdn vergi öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti yoxlanarkən müəyyən edildi ki, yoxlanılan dövr ərzində büdcəyə və büdcədənkənar fonda çatası vəsaitlərin aidiyyatı üzrə ödənilməsi təmin edilmişdir. Vergi orqanından şəhadətnamə-dublıkat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri ücün qeyri-rezident bank idarələrində və digər qeyrirezident kredit təşkilatlarında hesabların açılması aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 702 976.06 manat məbləğində X19, 1 462.76 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının və 171.0 manat məbləğində işsizlikdən sığorta haqqının bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə ümumilikdə 352 306.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur. Eyni zamanda əmlak vergisinin 841.45 manat artıq hesablandığı nəzərə alınmalıdır. Vergi və digər hüquq pozuntularına dair müəyyən edilmiş digər faktlar haqqında ümumiləşdirilmiş məlumatlar: Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixli **********115000 saylı xidməti məlumata əsasən təyin edilmişdir. Yoxlama zamanı xidməti məlumatda göstərilən faktlar araşdırıldı və yoxlama aktında öz əksini tapmışdır. Yoxlama zamanı digər qanun pozuntusu aşkar edilmədi. Mühasibat uçotunda lazımi dəyişikliklər edilməlidir. Yoxlamanın nəticəsi üzrə müəyyən edilmiş nöqsanlar aradan qaldırılsın. Yoxlama zamanı müəyyən edilmiş nöqsanlara cəmiyyətin mühasibatlığında müvafiq miixabirləşmələr verilməklə dürüstləşdirmələr aparılsın. Azərbaycan Respublikasının Vergi Məcəlləsində yoxlama zamanı aşkar olunmuş vergi pozuntularına görə məsuliyyət nəzərdə tutulmadığı üçün inzibati xəta haqqında protokollar tərtib olunmadı.” Aktda qeyd olunan azaldılmış vergi məbləği və tətbiq ediləcək maliyyə sanksiyasının büdcəyə ödənilməsi, mühasibat müxabirləşmələri verilməklə aktda qeyd olunan uyğunsuzluqların aradan qaldırılması təklif edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 96, 98 (yeni qaydalarla: AZ 1072, ünvan 4 ünvanında yerləşən 391.60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-28 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28 D ünvanında yerləşən, ümumi sahəsi 378.9 kv.metr olan qeyri-yaşayış sahəsini "xxxx" ASC-yə satmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 82 kv.metr olan qeyri-yaşayış sahəsinin özünə məxsus hissəsini "xxxx" ASC-yə satmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-384 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 391.60 kv.metr olan qeyri-yaşayış sahəsini "xxxx" ASC-yə satmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-519 reyestr nömrəli qalıq daşınmaz əmlakla əlaqədar olan tələb hüququnun ləğv edilən hüquqi şəxsin iştirakçısına güzəşt edilməsi haqqında müqavilənin 1.1, 1.2, 1.3, 1.4 , 1.6 və 3-cü bəndlərinə əsasən birinci tərəf "xxxx" ASC qalıq əmlakının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61-ci maddəsinin tələbləri nəzərə alınmaqla iştirakçılar arasında ləğvetmə balansı və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planın əks etdirən hesabata uyğun bölünməsi və bu bölgünün tərkib hissəsi kimi daşınmaz əmlakın (və ya daşınmaz əmlakın əsas öhdəlik müqavləsi üzrə ikinci tərəfə təqdim olunması nəticəsində yaranan tələb hüququnun) üçüncü şəxsə "xxxx" MMC-yə vermiş, üçüncü tərəf yeni kreditora çevrilməklə əsas öhdəliyin icrasını ikinci tərəfdən (X8) tələb etmək hüququnu əldə etmişdir. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-28 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 391.60 kv.metr olan qeyri-yaşayış sahəsini X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 8797.4 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsi "xxxx" ASC-nin adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28 D ünvanında yerləşən 378.9 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli, KY221752508 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciətini olması əsası ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Ekspertizanın təyin edilməsi haqqında 03 avqust 2022-ci il tarixli **********160716 saylı Qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Maliyyə İnstitutlarının auditi şöbəsi tərəfindən “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranması əsası ilə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- nin eksperti dəvət edilmiş, ekspertə “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) tərəfindən yoxlanılan dövr ərzində təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə bazar qiymətlərinin müəyyənləşdirilməsi həvalə edilmişdir. -Ekspertizanın təyin edilməsi haqqında 31 avqust 2022-ci il tarixli **********161675 saylı Qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Maliyyə İnstitutlarının auditi şöbəsi tərəfindən “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranması əsası ilə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- nin eksperti dəvət edilmiş, ekspertə “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) tərəfindən yoxlanılan dövr ərzində təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə bazar qiymətlərinin müəyyənləşdirilməsi həvalə edilmişdir. -Ekspertizanın təyin edilməsi haqqında 13 iyun 2023-cü il tarixli **********173064 saylı Qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Maliyyə İnstitutlarının auditi şöbəsi tərəfindən “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranması əsası ilə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- nin ekspertləri dəvət edilmiş, ekspertə “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) tərəfindən yoxlanılan dövr ərzində təqdim edilmiş əmlakların alış və satışının bazar qiymətlərinin müəyyən edilməsi həvalə edilmişdir. -“X14 və Sığorta Ekspertizası” tərəfindən verilmiş qiymətləndirmənin nəticəsinə dair yekun rəydən görünür ki, 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin adından "xxxx" MMC-yə müradət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə sifariş verilmiş, sifariş üzrə tərəflər arasında 16 iyun 2023-cü il tarixli FŞ müqavilə bağlanmışdır. Qiymətləndirmə xidməti xx.xx.2023xx.xx.2023-cü illər dövrünü əhatə etməklə aparılmışdır. Qeyd: Sifariş əsasında qiymətləndirilən əmlakın 21119 (sentyabr-noyabr ayı üzrə), 2020 (may-iyun ayı üzrə) və 2023-cü (avqust) ayları üzrə bazar dəyəri hesablanmış və bazar dəyəri ilə 2019-cu ilin sentyabr-noyabr ayları üzrə 287.082.00, 2020-ci ilin may-iyun ayları üzrə 270.600,00 manat, 2023-cü ilin iyun ayı üzrə 295.200,00 manat oolaraq qiymətləndirmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında Müstəqil Məhkəmə Ekspertizası tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli 191, 192, 193 nömrəli Ekspert Rəylərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il 774Ne-li Fərmanı ilə təsdiq ediimiş “Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq: -"xxxx" MMC-nin ekspertləri tərəfindən “Rəvan Sığorta" ASC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvanında inşa edilmiş monolit dəmir-beton konstruksiyalı bir mərtəbəli qeyri-yaşayış binasının sərbəst bazar qiymətinin müəyyən edilməsi məqsədilə, 12 iyun 2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, "xxxx" ASC-yə məxsus, Baki şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvaninda yerləşən 0,0457 ha torpaq sahənin 0,04245 ha tikintialtı sahəsinin üstündə inşa edilmiş ümumi sahəsinin 378.9 kv.metr olan orta təmirli qeyri-yaşyış binasının hazırki orta bazar nelikvid dəyəri 265230 manat (iki yüz altmış beş min iki yüz otuz) müəyyən edildiyi barədə rəy verilmişdir. Rəyin qeyd hissəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvanında yerləşən və ona yaxın ərazidə yerləşən, söküimə durumunda olan qeyriyaşayış binasının daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən, tələblə-təklifdən və eləcə də bazar qiymətinə təsir edən digər amillərdən (obyektin təmir səviyyəsindən, istifadə təyinatından, rentabellik səviyyəsindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmədiyi qeyd olunmuşdur. -"xxxx" MMC-nin ekspertləri tərəfindən “Rəvan Sığorta" ASC-yə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 96/98 yeriəşən qeyri-yaşayış sahəsinin sərbəst bazar qiymətinin müəyyən edilməsi məqsədilə, 12 iyun 2020-ci il tarixdə qeyriyaşayış sahəsinə baxış keçirilmiş, "xxxx" ASC-yə məxsus, ünvan 10 ünvanında yerləşən, 2016-cı ildə inşa edilmiş monolit dəmir-beton konstruksiyalı on mərtəbəli binanın birinci mərtəbəsindəki ümumi sahəsi 82.0 kv.metr və xidmət sahəsi, yardımçı otaq, kassa otağından ibarət olan, orta təmirli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar dəyəri 139400 manat (yüz otuz doqquz min dörd yüz) müəyyən edildiyi barədə rəy verilmişdir. Rəyin qeyd hissəsində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində və ona yaxın ərazidə yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən, tələblə-təklifdən və eləcə də bazar qiymətinə təsir edən digər amillərdən {obyektin təmir səviyyəsindən, istifadə təyinatından, rentabellik səviyyəsindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmədiyi qeyd olunmuşdur. -"xxxx" MMC-nin ekspertləri tərəfindən “Rəvan Sığorta" ASC-yə məxsus, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sərbəst bazar qiymətinin müəyyən edilməsi məqsədilə, 12 iyun 2020-cı il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, “Rəvan Sığorta" ASC-yə məxsus, ünvan 10 ünvanında yerləşən, 2016-cı ildə inşa edilmiş monolit dəmir-beton konstruksiyalı on mərtəbəli binanın birinci mərtəbəsindəki, sahəsi 391,6 kv.metr, xidmət sahəsi, yardımçı sahə və sanitar qovşaqdan ibarət olan, orta təmirli qeyriyaşyış sahəsinin hazırkı orta bazar dəyərinin 665720 manat (atı yüz altmış beş min yeddi yüz iyirmi) müəyyən edildiyi barədə rəy verilmiş, Rəyin qeyd hissəsində Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsində və ona yaxın ərazidə yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən, tələblə-təklifdən və eləcə də bazar qiymətinə təsir ədən digər amillərdən (obyektin təmir səviyyəsindən, istifadə təyinatından, rentabellik səviyyəsindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmədiyi qeyd olunmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli, **********159724 saylı qərarına əsasən ləğv prosesində olan "xxxx" ASC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. xx.xx.2023-cü il tarixli, **********160218 nömrəli səyyar vergi yoxlaması aktı əsasında - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli Qərarı qəbul edilərək iddiaçıya: -ƏDV vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat, 2021-ci il üzrə 332 414.71 manat, ümumilikdə 694 629.16 manat əlavə vergi məbləği hesablanmış və 347 314.59 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, -Əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli qərarını mübahisələndirərək qərarın, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. -24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. -38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi hallarından biri kimi nəzərdə tutulmuşdur. -58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, sığortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur: ... 63.1.3 daşınmaz əmlak... Həmin Qanunun 64.1-ci maddəsinə əsasən,sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur: ... 64.1.3. daşınmaz əmlak... İddiaçının 2020-ci il üzrə ƏDV bəyannamələrinin düzgüngünlüyünün yoxlanması nəticəsində iddiaçı “Rəvan Sığorta" ASC tərəfindən satılmış 3 əmlakın: Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvanındakı bir mərtəbəli qeyri-yaşayış binasının (ümumi sahəsi 378.9 kv.metr olan), Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 96/98 yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 82.0 kv.metr) və Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 391,6 kv.metr olan) ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat və dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1067.79 manat, ümümilikdə 362214.45 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən satılmış yuxarıda qeyd olunan 3 ədəd daşınmaz əmlak obyektinin ekspert tərəfindən müəyyən edilmiş alış və satış fərqinə görə ƏDV hesablanmasına münasibətdə məhkəmə hesab edir ki, iddiaçının əsas fəaliyyəti sığorta ximətlərinin göstərilməsi olduğundan qanunvericiliyə əsasən onun fəaliyyəti ƏDV-yə cəlb edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" ASC xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811.800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almış, daha sonra ləğv prosesində öhdəliklərini icra etmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə dedikdə, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilməli və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilməlidir. Qeyd edilən 3 əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı Cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin Cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-in 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablanmaası əsaslı deyildir və ləğv edilməldir. 2020-ci ilin iyul ayında 1 067.79 manat ƏDV hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsində bu hesablamanın əsassız olması ilə bağlı heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə araşdırması zamanı da bu hesablamanın əsassız olması ilə bağlı hər hansı hal müəyyən edilməmiş, iddiaçı Cəmiyyət tərəfindən də bu qənaəti təkzib edə biləcək hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Belə ki, SVY aktına əsasən Cəmiyyət tərəfindən dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5932.2 manat məbləğdən büdcəyə catası ƏDV-nin hesablanmaması müəyyən edilmişdir. Odur ki, iddaçıya 2020-ci ilin iyul ayında 1 067.79 manat ƏDV hesablanması əsaslıdır. 2021-ci il üzrə ƏDV bəyannamələrinin düzgüngünlüyünü yoxlanması nəticəsində cəmiyyət tərəfindən 06.09 2021-ci il tarixdə LPO “Rəvan Sığorta" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mall (262,4 kv m) əmlakın 1 020018 18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat, ümümulikdə 2021-ci il üzrə 362 214.45 manat əlavə vergi məbləği hesablanmışdır. Bu hesablamaya münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsinin X23nə cəlb olunan əməliyyat hesab edilmir. Belə ki, Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Lakin cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi ilə hər hansısa gəlir əldə etməsi müəyyən edilməmişdir. X19 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığı nəzərə alındıqda, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş etirazda Vergi Məcələsinnin 145.2-ci bəndinə istinad edilərək bildirilmişdir ki, vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hüquqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, VM-nin 145.2-ci maddəsinə nəzərdə tutulan norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-yə münasibətdə tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir k, 2021-ci il üzrə 362 214.45 manat əlavə vergi məbləğinin ( ƏDV) hesablanması əsaslı deyildir və ləğv edilməldir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasının əsassız olması ilə bağlı iddia ərizəsində heç bir dəlil irəli sürülməmişdir. Məhkəməa araşdırması zamanı da bu hesablmanın əsassız olması ilə bağlı hallar müəyyən edilməmişdir. Belə ki, SVY aktına əsasən cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 184 449.57 manat vergi və sığorta haqları hesablanmış, yoxlama zamanı bu vergi və haqların 186 083.33 manat olduğu müəyyən edilmiş, vergi və sığorta haqları 1 633.76 manat az (1634.93 manat az və 1.17 manat artıq) hesablandığı müəyyən edilmişdir. Odur ki, iddaçıya 1634.93 manat vergi və sığorta haqları hesablanması hesablanması əsaslıdır. Əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləğinin hesablanmasının əsassız olması ilə bağlı iddia ərizəsində heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə araşdırması zamanı da bu hesablmanaınn əsas olması ilə bağlı hallar müəyyən edilməmişdir. İddaçıya 2020-ci ilin iyun ayına 361146.66 manat, 2021-ci il üzrə 362 214.45 manat ƏDV vergisi üzrə əlavə vergi məbləğinin hesablanması əaslı hesab edilmədiyindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin hesablamalara müvafiq olaraq tətbiq edilmiş maliyyə sanksiyaları da ləğv edilməlidir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli Qərarı 2020-ci il üzrə 361146,66 manat məbləğində ƏDV və ona müvafiq maliyyə sanksiyası, 2021 -ci il üzrə 332414,71 manat ƏDV və ona müvafiq maliyyə sanksiyası hesablanması hisəsində əsaslı olmadığından ləğv edilməli qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********177269 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı 2020-ci il üzrə 361146,66 manat məbləğində ƏDV və ona müvafiq maliyyə sanksiyası, 2021-ci il üzrə 332414,71 manat ƏDV və ona müvafiq maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3407/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3407/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver