Məhkəmə qərarları › İş №2-1(112)-3409/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3409/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3409/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı, “Vergilərin, sosial sığorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 938779,49 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 910618,39 manat, xx.xx.2019-cu il tarixdə 2019-cu ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 361792,46 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 354037,51 manat, xx.xx.2019cu il tarixdə 2019-cu ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 354319,64 manat göstərilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 333429,29 manat, xx.xx.2020-ci il tarixdə 2019-cu ilin noyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyənin 992683,43 manat göstərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan dövriyyə azaldılaraq 904728,05 manat göstərilmişdir. Lakin dövriyələrin azalması ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə ətraflı izahat məktubu təqdim edilməmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 5069,0 manat, 2019-cu ilin avqust ayı üzrə ƏDV bəyannaməsi üzrə 1395,89 manat, 2019cu ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 3760,27 manat və 2019-cu ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi üzrə 15831,97 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********329400, xx.xx.2021-ci il tarixli **********720100 və **********771300, xx.xx.2021-ci il tarixli **********658900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi ödəyicisinə 2018-ci ilin dekabr 2019cu ilin avqust, sentyabr və noyabr ayları üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə aparılmış hesablamalara yenidən baxılması, eyni zamanda minimum dövriyəsinin dəqiqləşdirilməsi məqsədilə ƏDV qeydiyyatının qüvvəyə minmə (xx.xx.2017ci il) tarixindən xx.xx.2019-cu il tarixədək olan dövr üçün nəzarət kassa aparatlarının “Z” çıxarışları, banklarda açılmış manat və valyuta hesablarından, o cümlədən biznes kart hesablarından bank tərəfindən rəsmi (möhürlü, imzalı) təsdiq edilmiş çıxarışlar, kassa mədaxil-məxaric sənədləri və zəruri hesab etdiyi digər sənədlərin araşdırmaya təqdim edilməsi üçün xx.xx.2022-ci il tarixli **********764100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən bununla əlaqədar heç bir sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2019-cu ilin fevral ayı ƏDV üzrə təqdim edilmiş bəyannamə ilə bağlı cavabdeh tərəfindən uyğunsuzluq aşkar edilmiş və bununla bağlİ iddiaçıya xx.xx.2019-cu il tarixdə **********137600 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin fevral ayı ƏDV üzrə 237,97 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********413600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən yenidən eyni hesabat dövrü üzrə bir neçə dəfə xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə müvafiq kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğini azalmayla bəyannamə təqdim etmişdir. Həmin bəyannamə üzrə uyğunsuzluq götürülməmiş və cavabdeh xx.xx.2021-ci il tarixli qərar qəbul edərək iddiaçının 2019-cu ilin fevral ayı ƏDV üzrə 307,55 manat əlavə ödəməli olduğu məbləği müəyyən etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********329400 saylı qərarın surətindən görünür ki, dekabr 2018-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 5.069,00 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********658900 saylı qərarın surətindən görünür ki, noyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 15.831,97 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********771300 saylı qərarın surətindən görünür ki, sentyabr 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 3.760,27 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********720100 saylı qərarın surətindən görünür ki, avqust 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1.395,89 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********433100 saylı qərarın surətindən görünür ki, fevral 2019-cu il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 307,55 manat təşkil etmişdir; Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (mübahisələndirilən qərarların qəbul edildiyi zaman qüvvədə olmuş redaksiya): 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir; 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır; 6.1 və 6.1.3-cü maddələrinə əsasən, əlavə dəyər vergisi dövlət vergilərinə aid edilmişdir; 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir; 154-cü maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir; 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir; Əlavə dəyər vergisinin anlayışına nəzər yetirdikdə qeyd olunmalıdır ki, ƏDV hüquqi şəxslərdən və fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdən tutulan əsas dolayı vergi növlərdən biri hesab edilir və dövlət büdcəsinə ödənilir. ƏDV-nin ödəyiciləri, obyekti, dərəcəsi, hesablanması, əvəzləşdirilməsi, ödənilməsi qaydası bu vergi ilə bağlı güzəştlər, qeydiyyat, hesabatın verilməsi və digər oxşar məsələləri tənzimləyən normalar VM-in Xİ fəslində cəmləşmişdir. Cavabdeh inzibati orqanın qəbul etdiyi “avqust 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********720100 saylı, “sentyabr 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********771300 saylı, “noyabr 2019” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********658900 saylı, “dekabr 2018” hesabat dövrü üzrə 8 oktyabr 2021-ci il tarixli, **********329400 saylı, “fevral 2019” hesabat dövrü üzrə 30 sentyabr 2021-ci il tarixli, **********433100 saylı inzibati aktların qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktlarda Vergi Məcəlləsinin 37, 67 və 83-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Sözügedən qərarlar maddihüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, avqust, sentyabr və noyabr ayları üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyənnamələr ilə bağlı uyğunsuzluq aşkar edilmiş və bu barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaİdırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən bəyannamələr təqdim edilsə də uyğunsuzluq aradan qaldırılmadığından qəbul edilmiş qərarlar ləğv edilməklə yuxarıda qeyd edilən dövrlər üzrə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Məhkəmənin qənaətinə görə, göstərilən qərarlar qanuna zidd sayıla bilməz. Məhkəmə araşdırması zamanı qeyd olunan halları təkzib edəcək heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar