Məhkəmə qərarları › İş №2-1(112)-3413/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3413/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3413/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X16 üzrə Baş İdarəsinə qarşı “vergi məsuliyyətinə cəlb edilmə haqqında qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X16 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7898 nömrəli, xx.xx.2021-ci il tarixli və 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7879 nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin noyabr ayında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətinə düşmüşdür. Götürdüyü obyektin təmir işlərini yekunlaşdırdıqdan sonra sənədləşdirmə işləri ilə məşğul olmağa başlamış, sahibkarlıqla ilk dəfə məşğul olduğu üçün sənədləşdirmə işlərində ona bu işdən başı çıxan dostları köməklik etmişdir. Obyekti vergi orqanında qeydiyyata qoyduqdan sonra yeni nəsil nəzarət-kassa aparatının (NKA) alınması üçün bu işlə məşğul olan qurumlara müraciət etmiş, onlar hazırda əllərində tələb olunan NKA-nın olmadığını bildirərək bir az gözləməsini xahiş etmişlər. Bundan sonra "xxxx" ASC-dən posterminalla birlikdə olan NKA ala biləcəyi barədə məlumat almış və bunun üçün ora müraciət etmişdir. "xxxx" ASC qısa müddətdə obyektin kassa aparatı ilə təmin olunacağını bildirmiş, bundan əlavə həm də obyekdə işləyəcək münasib işçiləri tapıb komplektləşdirməklə məşğul olmuşdur. Bir neçə nəfərlə ilkin olaraq razılığa gəlmiş və onları obyektə dəvət etmişdir. Onlar bir neçə gün idi ki, obyektə gəlib getmişlər. İddiaçı da qanunvericiliyin tələbinə görə onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron məlumat bazasına daxil etmək üçün şəxsiyyət vəsiqələrinin surətini dekabrın 17-si və 18-i tarixlərində bu işləri görə biləcək şəxsə votsap vasitəsilə göndərmişdir. Həmin şəxs də işçiləri sistemə daxil etmək üçün cəhd etmiş, amma sistemdə xəta çıxması səbəbindən bunu edə bilməmişdir. Dekabrın 18 və 19-u qeyri-iş günləri olduğu üçün 1-ci gün, yəni dekabr ayının 20-də sistemə salmışdır. Həmin gündə də 6-7 nəfər vergi işçisi obyektə gəlmişlər. Onlardan biri içmək üçün su istəmiş və oradakı nümayəndə ona su şüşəsini açaraq vermişdir. Həmin şəxs suyun pulunu vermək istədikdə ona, burada satış həyata keçirilmədiyi üçün pula ehtiyac olmadığını bildirilmiş və pul götürülməmişdir. Belə olanda vergi işçisi cibindən 1 manat çıxararaq masanın üstünə atmışdır. Bundan sonra vergi işçiləri iddiaçıya zəng edərək obyektə gəlməsini tələb etmişlər. İddiaçı obyektə gəldiyi zaman onlar ona bir neçə sənədə imza atdıraraq narahat olmamasını bildirmişlər. İddiaçı da sadəlövhcəsinə sənədləri imzalamış və bir pozuntu varsa, ona onları düzəltmək üçün vaxt veriləcəyini düşünmüşdür. Üstündən xeyli keçəndən sonra xx.xx.2022-ci il tarixdə bankda iddiaçının hesabına 7350 manat məbləğində pulun silinməsi barədə sərəncam qoyulması haqqında məlumat alarkən vergi orqanı tərəfindən ona cərimə yazılmasını bilmişdir. Sonradan cərimə barədə qərarların xx.xx.2021-ci il tarixdə elektron ünvanına göndərildiyini öyrənmişdir. Aydın olmuşdur ki, vergi əməkdaşları ona obyektdə gördükləri 3 nəfərə görə hərəsinə 2000 manat olmaqla 6000 manat, içdikləri suyun əvəzinə isə 1000 manat məbləğində cərimə yazmışlar. 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7898 nömrəli, xx.xx.2021-ci il tarixli və 1000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7879 nömrəli, xx.xx.2021-ci il tarixli qərarlardan yuxarı orqana verdiyi şikayətlərə formal olaraq baxılaraq təmin edilməmişdir. Ona görə də hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sözügedən qərarların hər ikisini qanunsuz hesab edir. Belə ki, vergi əməkdaşlarının əsas kimi götürdükləri Vergi Məcəlləsinin 58.10-cu maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bu maddənin dispozisiyası dəqiq formulə edilməmişdir. Burada Əmək Məcəlləsi ilə əmək müqaviləsinin bağlanması tələb olunan hallarda ifadəsi göstərilmədiyi üçün bu maddə ilə iş yerinə elektrik lampasının dəyişdirilməsi üçün dəvət edilən şəxsə görə də 2000 manat maliyyə sanksiyası tətbiq etmək olar. Məsuliyyətin yaranması üçün şərt hesab olunan gəlirin gizlədilməsinə şərait yaradılması ifadəsi də xeyli qeyri-müəyyəndir. Qanunvericilikdə şərait yaratmanın nədən ibarət olması barədə heç bir normativ sənəd yoxdur. Belə çıxır ki, işə götürmək istədiyin şəxslərlə məsləhətləşmələri iş yerində aparmaq çox təhlükəlidir. Çünki, hər an vergi işçiləri gəlib yuxanda qeyd edilən ittihamla (şərait yaratma) nə az, nə çox, hər şəxsə 2000 manat sanksiya tətbiq edə bilərlər. Əgər bir iş yerində qeydiyyatda olan işçilərlə yanaşı, bir də qeydiyyata salınmayan və əmək haqqı alan şəxslər olarsa, bunu hardasa obyektiv olaraq gəlirlərin gizlədilməsinə şərait yaratma kimi qiymətləndirmək mübahisə doğurmaz. Qeyd edilən halda isə obyektdə heç bir iş prosesi olmamış və həmin şəxslər heç bir gəlir əldə etməmişlər. Həmin vaxtda obyektdə işlərin başlanmasına hazırlıq hərəkətləri olmuş, obyekt normal iş fəaliyyətində olmamışdır. Obyekt tam olaraq boş olmuş və vergi işçiləri də orada heç bir müştəri müşahidə etməmişlər. İşçi olaraq adlandırılan şəxslər gələcək iş yerləri ilə tanış olmaq, görəcəkləri işlər və alacaqları məvacib barədə məsləhətləşmək üçün həmin an orada olmuşlar və iddiaçı tərəfindən onların qeydiyyata alınmaları yönündə hərəkətlər edilmişdir...Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldmasını işəgötürənə maliyyə sanksiyası tətbiq edilməsi üçün əsas olaraq götürən Vergi Məcəlləsindən fərqli olaraq İXM-nin 192.1-ci maddəsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimə tətbiqini nəzərdə tutmuşdur və bu səlahiyyət əmək müfəttişlərinə aiddir. İXM-nin qeyd edilən maddəsi vergi əməkdaşları tərəfindən gəlirlərin gizlədilməsinə şərait yaradılması faktının olub-olmamasını araşdırmadan sistemdə qeydiyyata alınmamış hər işçi zənn etdikləri şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsinin qanunsuz olmasının bir başqa sübutudur. Vergi əməkdaşları tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə tətbiq edilən 1000 manat məbləğində maliyyə sanksiyası da tamamilə qanunsuzdur. Yuxarıda qeyd edildiyi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı düşündüyü obyekt iaşə obyekti idi. Orada ərzaq mallarının satışı nəzərdə tutulmamışdı və belə bir fəaliyyət də həyata keçirilməyib. Vergi işçisi yoxlama üçün gəlib və içməyə su istəyib. Ona su verilib, amma pul alınmayıb. O isə masanın üzərinə 1 manat pul atıb, sonra da bu əməliyyatı əhali ilə nəqd pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi qiymətləndirərək 1000 manat məbləğində sanksiya tətbiq edib. Orada isə əhali adına heç kim olmayıb. Vergi işçilərinin aktından başqa orada faktı təsdiq edəcək heç bir sübut yoxdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, uçot-baza məlumatına əsasən fərdi sahibkar İddiaçı xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin "restoranlar tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. İşin halları ilə bağlı bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********5280 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında yerləşən "VAYT RABBİT" restoranında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 005404 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" aktın tərtib edildiyi, və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********7898 nömrəli "Vergi ödəyicisinirı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Təlabnamə vergi ödəyıcilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********627100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:22-də oxunduğu müəyyən edilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 15:45-də həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı sifariş olunmuş 1 (bir) ədəd “Vita 1000" içkisi üçün müştəri tərəfindən ödənilmiş 2 manat məbləğə görə çek təqdim edilmədiyi, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı aşkar edilmiş, nəzarət tədbirinin nəticəsinin xx.xx.2021-ci iİ tarixli DVX seriyalı 011253 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli, **********7875 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********107200 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2022-ci il tarixdə saat 10:22-də oxunmuşdur. İddiaçı ərizəsində obyektdə iş prosesi olmadığını, işçi adlandırılan şəxslərin gələcək iş yerləri ilə tanış olmaq, görəcəkləri işlər və alacaqları məvacib barədə onunla məsləhətləşmək üçün həmin an orda olduqlarını, və onun tərəfindən işçilərin qeydiyyata alınmaları yolunda hərəkətlər edildiyini bildirmişdir. Eyni zamanda iddiaçı ərizəsində vergi işçisinin yoxlama üçün gəlib içməyə su istədiyini, ona su verilib pul alınmadıqda 1 manatı masanın üzərinə atıb, sonra da bu əməliyyatı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi qiymətləndirərək 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edildiyini bildirmişdir. Bildirilir ki, operativ vergi nəzarəti tədbiri zamanı aktda adları qeyd olunmuş 3 nəfər şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan və "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiklərini etiraf etmiş, eləcə də İddiaçı xx.xx.2021-ci il tarixli izahatında 3 nəfər işçi ilə əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmiş, nəzarət tədbirindən sonra həmin şəxslərdən 3 nəfərin əmək müqaviləsi bildirişlərini qeydiyyata almış, bununla da fiziki şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə onların gəlirlərinin gizlədilməsinə şərait yaratmış, həmçinin Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarını pozmuşdur. Eyni zamanda İddiaçı obyektdə iş prosesi olmadığını, işçi adlandırılan şaxsiərin gələcək iş yerləri ilə tanış olmaq, görəcəkləri işlər və alacaqları məvacib barədə onunla məsləhətləşmək üçün ora gəldiyini bildirsə də, 3 nəfər şəxsin əmək müqaviləsi bildirişlərində müqavilənin başlama tarixi operativ vergi nəzarəti yoxlaması tədbirindən əvvəlki tarix (xx.xx.2021-ci il) göstərilmişdir. İşçi Yekibaşova Havva Əsədullah qızı xx.xx.2021-ci il tarixli etirafedici izahatında 10 gün olar ki, “xadimə” vəzifəsinə işə götürüldüyünü, əmək haqqının gündəlik 13-15 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişir. X1 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən “aşbaz” vəzifəsinə işə götürüldüyünü, gündəlik əmək haqqının 15 manat təşkil etdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Yekibaşova Havvanı tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişir. X8 xx.xx.2021-ci il tarixli etirafedici izahatında xx.xx.2022-ci il tarixindən İddiaçı tərəfindən “barmen” vəzifəsinə kömək etmək üçün işə dəvət olunduğunu, gündəlik əmək haqqının 10 manat olmaqla nağd şəkildə Ə.Məzdəkdən aldığını, obyektdə özündən başqa işləyən işçilərdən xadimə Zeynəbi, aşbaz Siracətdini tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Bundan əlavə İddiaçı xx.xx.2009-cu il tarixində vergi ödəyicisi kimi uçota alınmasına, obyektinın (təsərrüfat subyektinin) xx.xx.2021-ci il tarixində vergi orqanında qeydiyyata alınmasına baxmayaraq, operativ vergi nəzarəti aparılan günədək obyektdə nəzarət kassa aparatının quraşdırılmadığı müəyyən edilmiş və bu hal da müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı vergi orqanına verdiyi izahatında da aktların düzgün tərtib edilməməsi ilə bağlı sübutlarının olmadığını bildirməklə, yol verilmiş pozuntu faktlarını etiraf etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanının qərarının ləğvi ilə bağlı xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********650900 nömrəli) inzibati şikayət verilmiş və vergi orqanının 19 aprel 2022-ci il tarixli **********774300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci tarixli **********7898 nömrəli və **********7879 nömrəli qərarlarının ləğv olunması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə subuta yetirilməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 16.1.7-2, 16.1.9, 23.1.1, 23.2, 24.0.1, 24.0.2, 36.2, 50.1.3, 50.1.7, 50.4, 58.7, 58.7.1, 58.7.2, 58.7.3, 58.10 maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edın iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə əvvəlki iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X16 üzrə Baş İdarəsinin operativ vergi nəzarəti idarəsinin operativ nəzarət şöbəsinin böyük Dövlət vergi müfəttişi X2 verdiyi ifadəsində bildirmişdir ki, aparılmış əməliyyat zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydasında nöqsanlar aşkar edilmişdir. Belə ki, onlar restorana müştəri qismində daxil olmuş, orada üç işçinin olduğunun şahidi olmuşlar. Restoranın qapıları açıq, işıqları yandırılmış vəziyyətdə olmuşdur. Restoran işlək vəziyyətdə olmuşdur. Restoran sahibi İddiaçı restoranda olmamış, şəxslərdən izahatlar könüllü şəkildə alınmışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X16 üzrə Baş İdarəsinin operativ vergi nəzarəti idarəsinin operativ nəzarət şöbəsinin Dövlət vergi müfəttişi X7 verdiyi ifadəsində bildirmişdir ki, onlar obyektə müştəri qismində daxil olmuş, onlar tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydasında nöqsanlar aşkar edildiyi, restoranın işçiləri tədbir zaman restoranda işlədiklərini, hətta əmək haqqı aldıqlarını bildirmişlər. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, İddiaçı tanıyır. İddiaçı məxsus “Vayt Rabbit” restoranında operativ vergi nəzarəti həyata keçirilərkən orada olub. Restoranın mətbəxi və barı işləmirdi. Aşpaz işləməsi üçün dəvət olunmuşdu. İddiaçı ona maaş ödənilməyib. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X18 verdiyi izahatında bildirdi ki, iaşə obyektlərində barmen kimi çalışır. “Vayt Rabbit” restoranı barəsində tanış barmenlər arasında yartatdıqları vatsap qrupu vasitəsilə məlumat alıb. İddiaçılə maaş barəsində razılaşmışdı. İddiaçı ona bir dəfə 20 manat zəhmət haqqı verib. Operativ vergi nəzarəti keçirilən vaxt restoranda olmuşdur. Həmin vaxt aşpaz və digər əməkdaşlar öz işlərini görürdülər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin mahiyyəti ilə bağlı gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi qeydyyatdan keçərək ********** №li VÖEN əldə etmişdir. -“Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə” **********5282 nömrəli tələbnamədən görünür ki, İddiaçı oğlundan vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin təqdim edilməsi tələb edilmişdir. -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 20 dekabr 2021-ci il tarixli, **********5284 nömrəli Qərardan görünür ki, İddiaçı nəzarət kitabçası, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin götürülməsi qərara alınmışdır. -“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********5280 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanda yerləşən İddiaçı (VÖEN: **********) məxsus “Vayt Rabbit” restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti keçirilməsi nəzərdə tutulmuşdur. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211700122 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı cari fəaliyyətinin operativ vergi nəzarəti qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır. -DVX seriyalı 005404 nömrəli, 20 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanda yerləşən “White Rabbit” restoranında fərdi sahibkar İddiaçı iştirakı ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, saat 15:55-də şəxsiyyət vəsiqələrinin kserosurətləri və digər ictimai iaşə xidmətlərinin yerinə yetirilməsinə cəlb olunmuş 3 nəfər fiziki şəxsdən 3 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı VM-in 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Aktın doğruluğu İddiaçı tərəfindən də imzalanaraq təsdiq edilmişdir. -Qeyd olunan akta xx.xx.2021-ci il tarixli 005404 saylı akta əlavənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus “White Rabbit” restoranında aparılmış operativ vergi nəzarəti nəticəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısına Yekibaşova Havva Əsədullah qızı (FİN 23229XG), X5 (FİN 1B0L2MF) və X18 (5V1J54N) daxildir. Qeyd oluna Əlavə vergi orqanının nümayəndələri və vergi ödəyicisi İddiaçı tərəfindən imzalanmışdır. -İddiaçı xx.xx.2021-ci il tarixdə verdiyi yazılı izahatdan görünür ki, o, təqribən 10 gün olar ki, icarəyə götürdüyü Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanda yerləşən “White Rabbit” restoranında ictimai iaşə fəaliyyəti göstərmək üçün hazırlıq işi gördüyünü, bu müddət ərzində bir neçə dəfə dostlarının xeyir-dua vermək məqsədilə restorana gəldiklərini, obyektə cəlb etdiyi işçiləri tez-tez dəyişdiyindən onlarla əmək müqaviləsinin bağlamadığını, həqiqətən də onların hansı birini işə götürəcəyini bilmədiyini, lakin Yekibaşova Havva Əsədulla qızını xadimə, X3 aşbaz, X13 barmen vəzifəsinə götürülməsi üçün xx.xx.2021-ci il tarixində göstəriş verdiyini, lakin buna baxmayaraq qeydiyyatın xx.xx.2021-ci il tarixdə həyata keçirildiyini, xx.xx.2021-ci il tarixdə saat 15:45də 1 qutu meyvə şirəsinin satışı zamanı kassa çekinin təqdim olunmadığını və həmin şirənin yalnız 2 AZN olan maya dərənin götürüldüyünü, bunun səbəbinin isə xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə kassa aparatının alınması üçün müraciət olunduğuna baxmayaraq, hələ də quraşdırılmadığını bildirmişdir. -Yekibaşova Havva Əsədulla qızı xx.xx.2021-ci il tarixli (saat 15:48) yazılı izahatında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10 gün olar ki, müdiriyyət tərəfindən işə götürülmüş, işəgötürənlə arasında heç bir müqavilənin bağlanılmamış, əmək müaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti ona təqdim edilməmiş, əmək haqqını gündəlik olaraq 13-15 manat məbləğində alır. İş vaxtı 11:30-23:00, gündəlik iş saatı 12, həftəlik iş saatının 84 saatdır. Obyektdə digər işçilərdən aşpaz Siracı tanıyır. -X5 xx.xx.2021-ci il tarixli (saat 15:50) yazılı izahatında verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən “White Rabbit” restorana sınaq müddətinə aşpaz vəziyyətinə işə götürüldüyü, işəgötürənlə arasında heç bir müqavilənin bağlanılmadığı, iş vaxtının 12:00-18:00, həftəlik iş saatının 30 saat olduğu, əmək haqqını gündəlik olaraq 15 manat məbləğində aldığı, vergi orqanında qeydiyyatdan keçmədiyi, sabit qəbz almadığı, obyektdə digər işçilərdən H.Yekibaşovanı tanıyır. -X10 20 dekabr 2021-ci il tarixli (saat 15:48) yazılı izahatında verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən barmen vəzifəsinə kömək etmək üçün işə dəvət olunmuş, işəgötürənlə arasında heç bir müqavilənin bağlanılmamış və bu barədə ona bildiriş təqdim edilməmişdir. İş vaxtı 12:00-22:30, həftəlik iş saatının 56 saat olduğu, əmək haqqını gündəlik olaraq 10 manat məbləğində İddiaçı nağd şəkildə aldığı, aşbaz Siracəddini, xadimə Zeynəbi tanıdığını, adına VÖEN olduğu, lakin taksi fəaliyyəti üçün istifadə etdiyini qeyd etmişdir. -İddiaçı tərəfindən verilən 20 dekabr 2021-ci il tarixli iltizamdan görünür ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsinin və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Tərəfindən 5 iş günü ərzində əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması təmin ediləcəyi qeyd edilmişdir. -DVX seriyalı 011253 nömrəli, 20 dekabr 2021-ci il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanda yerləşən “White Rabbit” restoranında operativ vergi yoxlaması zamanı müştəri tərəfindən alınmış “Vita 1000” viski içkisinə görə 2 AZN (iki manat) nağd pulun ödənildiyi və müştəriyə kassir tərəfindən NKA çekinin verilmədiyi və həmin mağazada NKA-nın olmadığı və quraşdırılmadığından müştəri tərəfindən nağd qaydada ödənişin və dövriyyədən yayındırılmış həmin məbləğin bərpa edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, tarixli **********7879 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7898 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 13 sentyabr 2022-ci il tarixli, 69 nömrəli qərarından görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 19 aprel 2022-ci il tarixli **********774300 nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə toplanmış sənədlər əsasında baxaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında" 19 aprel 2022-ci il tarixli **********774300 nömrəli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli **********7879 və **********7898 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -X11 tərəfindən Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 801/2023 saylı iş üzrə verdiyi izahatında aşağıdakıları bildirmişdir: “ Bildirirəm ki, həqiqətən xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında qeydiyyata salınması üçün bir neçə şəxsin şəxsiyyət vəsiqələrinin surəti mənim istifadəmdə olan telefonun votsap nömrəsinə göndərilmişdir. Həmin tarixdə sistemdə xəta olduğu üçün qeydiyyat aparıla bilməmiş, sonrakı günlər də istirahət günləri olduğu üçün 1-ci iş günü, yəni xx.xx.2021-ci il tarixdə qeydiyyata qoyulmuşdur. Qeyd etdiyim məlumatlar hələ də telefonumun yaddaşında qalmaqdadır. Bu izahatdakı imzamı notarial qaydada təsdiq etdirmək üçün notariat orqanlarına müraciət etsəm də, onlar məhkəmə araşdırması ilə əlaqədar sənədlərdə imza təsdiqini həyata keçirmədiklərini bildirdilər. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununda gücləndirilmiş elektron imzanın şəxsin kağız daşıyıcısı üzərində və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulması göstərilmiş, eyni zamanda hüquq məsuliyyət və öhdəliklər doğuran sənədlərin də elektron qaydada imzalanaraq təqdim edilməsinin qanuniliyi təsbit edilmişdir. Ona görə də izahatımı mənə məxsus asan imza ılə elektron qaydada imzalayaraq təqdim edir və məhkəmə baxışı zamanı nəzərə almağınızı xahiş edirəm.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən nəhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildiririşləri barədə məlumatlardan görünür ki: -işəgötürən İddiaçı ilə Yekibaşova Havva Əsədulla qızı arasında bağlanmış əmək müqaviləsi müqavilənin başlanğıc tarixinin xx.xx.2021-ci il qeyd olunmaqla, xx.xx.2021-ci il tarixdə, saat 16:57-də; -işəgötürən İddiaçı ilə X5 arasında bağlanmış əmək müqaviləsi müqavilənin başlanğıc tarixinin xx.xx.2021-ci il qeyd olunmaqla xx.xx.2021-ci il tarixdə, saat 16:46-da; -işəgötürən İddiaçı ilə X18 arasında bağlanmış əmək müqaviləsi müqavilənin başlanğıc tarixinin xx.xx.2021-ci il qeyd olunmaqla xx.xx.2021-ci il tarixdə, saat 16:48-də sistemə daxil edilmişdir. Göründüyü kimi iddiaçı cavabdeh inzibati orqanın tərəfindən onun barəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7898 nömrəli və **********7879 nömrəli qərarlarını mübahisələndirərək ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 may 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2- 3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 44-cü maddəsinin 2-ci bəndinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 49-cu maddəsinin1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə ilk öncə cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********7879 saylı qərarına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X20), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********7879 saylı qərarı qanunazidd hesab oluna bilməz. Əvvəla, ona görə ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli, KY211700122 nömrə ilə qeydiyyata alınmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 15:45-də həmin obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı sifariş olunmuş 1 (bir) ədəd "Vita 1000” içkisi üçün müştəri tərəfindən ödənilmiş 2 manat məbləğə görə çek təqdim edilmədiyi, obyektdə nəzarət-kassa aparatının quraşdırılmadığı aşkar edilmiş, nəzarət tədbirinin nəticəsi xx.xx.2021-ci il tarixli DVX seriyalı 011253 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmiş, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və nüsxəsinin qəbul edildiyi müəyyən edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7879 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə iddiaçı tərəfindən mübahisələndirilən sözügedən vergi qərarının əsassızlığı ilə bağlı iddia ərizəsində hər hansı əsaslı dəlil irəli sürülməmiş, əksinə məhkəmə sorğuları əsasında əldə edilmiş yuxarıda istinad olunan məlumatlar və şahid ifadələrindən qərarın əsaslı olması sübuta yetirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********7898 saylı qərarına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********7898 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb etmişdir. Göründüyü kimi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. İşin faktiki hallarına əsasən İddiaçı 3 nəfər işçi ilə - Yekibaşova Havva Əsədullah qızı, X5, X18 ilə əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən özünə məxsus iaşə obyektində müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Əmək Məcəlləsinin tələblərinin pozulmasının aşkar edildiyi üçün cavabdeh tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən 6000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı operativ vergi nəzarəti zamanı verdiyi 20 dekabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, icarəyə götürdüyü obyektdə içilərdən hansı birini işə götürəcəyini müəyyən etməmiş, lakin Yekibaşova Havva Əsədulla qızını xadimə, X3 aşbaz, X13 barmen vəzifəsinə götürdüyünü etiraf etmiş, xx.xx.2021-ci il tarixindən həmin şəxslərin işə götürülməsi barədə göstəriş vermişdir. Lakin məhkəmə araşdırması zamanı sorğu əsasında əldə edilən məşğulluq alt sistemi məlumatlarından iddiaçının sözügedən şəxsərlə əmək müqaviləsinin xx.xx.2021-ci ildə, yəni operativ vergi nəzarətinin baş tutmasından sonra bağlandığı və müqavilənin başlanğıc tarixinin xx.xx.2021-ci il tarixdə qeyd olunduğu aydın şəkildə müəyyən edilir. Həmçinin sözügedən şəxslərin inzibati orqana verdikləri izahatlardan müəyyən edilir ki, həmin şəxslər restoranda işçi kimi fəalliyyət göstərmiş, biri-birilərini tanımış və əmək haqqlarını İddiaçı nəğd yolla almışlar. Bu hal onu deməyə əsas verir ki, iddiaçının icarəsində olan iaşə obyekti cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanmadan restoran kimi fəaliyyətdə olmuş, müştərilərə xidmət göstərilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən sözügedən şəxslərin işçi qismində işlərin yerinə yetirilməsinə cəlb edilməsi iddiaçının özünün etirafedici izahatı ilə əsaslı formada sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən icarəsində olan restoranda sözügedən şəxsləri müxtəlif işlərin görülməsinə cəlb etdiyindən, bununla da Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən haqlı olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya 6000 manat maliyyə sanksiyası tətbiq edildiyi qənaətindədir. Beləliklə də, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, mübahisələndirilən inzibati aktları qəbul etmiş inzibati orqan həmin aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7898 və **********7879 nömrəli Qərarlarının ləğv edilməsinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar