Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3415/2023 12.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı firmasının nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı firması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri X5 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Firma barəsində 1810,76 manat borcun hesablanmasına dair 23 avqust 2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 23 avqust 2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması" barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində firmaya 1810,76 manat hesablama aparılmışdır. Həmin məbləğ əsassız olaraq hesablandığından həmin qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdeh göstərmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı firmanın "xxxx" QSC-yə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixə 36215,27 manat kreditor borcunun olması, QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə 1989-2014-cu il maliyyə illəri üzrə yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borclarının silinməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 208-ci “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir" adlı sətrində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Onlar cavabdehə “Azərbaycan Dəmir Yolları" QSC ilə heç vaxt hər hansı iqtisadi əməliyyat aparmadığını bildirsə də, cavabdeh QSC-nin xx.xx.2022-ci il tarixli onlara cavab məktubuna istinad edərək, guya borcun silindiyini iddia etmişdir. Firmanın QSC-yə iddia edilən borcu ilə bağlı tərəflərindən QSC-yə xx.xx.2022-ci il tarixdə müraciət edilərək, onların QSC-yə hansı əsasla borclarının yaranması, bu məsələyə aydınlıq gətirilməsi xahiş olunmuşdur. QSC həmin məktuba xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərmişdir ki, QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcları silinmişdir. Sərəncama əsasən borc məbləği ADY-nin uçot məlumatlarından çıxarılmışdır. Məktuba həqiqətən də əməkdaşlıqları və yarandığı iddia edilən borc barədə hər hansı sübut əlavə edilməmiş, sadəcə ümumi sözlərlə guya borc məbləğinin uçot məlumatlarından çıxarılması qeyd edilmişdir. Göründüyü kimi QSC-nin bu məktubunda iddia edilən borc məbləği barədə hər hansı konkretləşmə aparılmamış-həmin borcun yaranma əsası və sair hallar barədə dəqiq məlumatlar göstərilməmişdir. Cavabdeh isə inzibati orqan kimi həqiqətən də onların 36215,27 manat kreditor borcunun olmasını, əgər həqiqətən də həmin borc mövcud olmuşdursa, həmin məbləğə münasibətdə gəlir və xərcləri necə müəyyən etməsini, həmin məbləğdən vergini hansı qaydada çıxarmasını-hesablamasını göstərmədən, hər hansı sübutlar əlavə edilməyən, dəqiq məlumatlar göstərilməyən, qeyri-müəyyənliklərlə dolu adi bir məktuba istinad etməklə, Firma barəsində əsassız hesablamalar apararaq, sözügedən qərarı qəbul etmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1, 24.2 və 24.3-cü maddələrinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür.Tərəflərindən cavabdehə müraciət edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə onların şikayət təmin edilməmiş və cavabdehin əvvəlki qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2022-ci il tarixli **********563900 №li yazılı etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən Firmanın xx.xx.1998-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyətdən ibarət olduğu, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 368 kv. metr olan “İcarə obyekti" adlı təsərrüfat subyektinin vergi orqanında adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Firmanın 2021-ci İl ərzində kreditorlar tərəfindən 36215,27 manat məbləğində kreditor borcununun silinməsi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 208-cİ “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar Firmaya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********225200 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 1810,76 manat vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********903400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Sonradan Firma tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə müvafiq dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin mövcud uyğunsuzluq aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə yenidən 1810,76 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********155100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-cİ il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********903100 nömrəli), xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********150100 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********497500 nömrəli) inzibati şikayətlər verilmiş və vergi orqanının xx.xx.2022-ci il tarixli **********718700 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İnzibati araşdırma nəticəsində Firmanın "xxxx" QSCyə (VÖEN: **********) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar xx.xx.2021-ci İl tarixə 36215,27 manat kreditor borcunun olduğu, "xxxx" QSC-nin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyi müəyyən edilmişdir. İddiaçı öz ərizəsində və vergi orqanına ünvanlandığı müraciətində "xxxx" QSC ilə heç bir iqtisadi əməliyyatının olmadığını bildirsə də, həmin Cəmiyyətə ünvanladığı xx.xx.2022-ci il tarixli sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda Firmanın borcunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncama əsasən silindiyi bildirilmişdir. Eyni zamanda araşdırma zərurəti ilə əlaqədar "xxxx" QSC-yə xx.xx.2022-ci ıl tarixli **********608100 nömrəli "Sənədlərin təqdim edilməsi haqqında" məktub göndərilərək kreditor borc ilə bağlı təsdiqedici sənədlərin (müqavilələr, təhvil-fəslim aktları, ödəniş sənədləri, üzləşmə aktları və s.) təqdim edilməsi xahiş edilmiş, xx.xx.2022-ci il tarixli **********321000 nömrəli cavab məktubunda borcun öz aktuallığını itirdiyi və sənədlərin saxlama müddətinin bitdiyi bildirilmişdir. Kameral vergi yoxlaması zamanı Firmanın Cəmiyyətə olan 36215,27 manat məbləğində silinmiş kreditor borc məbləği satışdankənar gəlir hesab edilməklə 2021-ci il üçün mənfəəl vergisi bəyannaməsinin gəlirlər hissəsində 208-ci “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində qeyd edilərək mikrosahibkarlıq subyektinin meyarları üzrə 75% güzəşt nəzərə alınmaqla 1810,76 manat (36215,27*25%*20%) hesablama aparılmışdır. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə Firmaya xx.xx.2022-ci il tarixli **********499600 nömrəli, xx.xx.2022-ci il tarixli **********839300 nömrəli və xx.xx.2022-ci il tarixli **********119500 nömrəli “Araşdırmada iştirak barədə" məktublar göndərilərək xx.xx.2022-ci il tarixə Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, lakin araşdırmada iştirak təmin edilməmiş, araşdırmaya heç bir təsdiqedici sənəd təqdim olunmamış və bu hal aktla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş İdarəsinin İddiaçı Firmasının kameral vergi yoxlaması ilə hesablanmış (mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********702000 nömrəli qərarla) vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli inzibati şikayətinin araşdırılmasının nəticəsinə dair “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********718700 nömrəli qərarı 27 sentyabr 2022-ci il tarixdə qəbul etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə (şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan (xx.xx.2022-ci il) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində) yəni, xx.xx.2022-ci il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
İşin halları. İş materiallarında olan; Nizamnamənin surətindən müəyyən olunur ki, İddiaçı firması 1995-ci ildə hüquqi şəxs kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 24/80 № ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, X9 küçəsi 50 ünvanı göstərilmişdir. Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb (Mənfəət vergisi, vergi dövrü xx.xx.2021xx.xx.2021, bəyannamə növü: cari) edilməsi haqqında məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində kreditorlar tərəfindən 36215,27 manat məbləğində kreditor borclarının silinməsi müəyyən edilməsinə baxmayaraq müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 208-ci “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi bəyannaməsinin və ya ətraflı izahat məktubunun 5 (beş) gün müddətində vergi orqanına təqdim olunması tələb olunmuşdur. Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********903400 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müyyən olunur ki, İddiaçı firması barədə 2021-ci ilin “Mənfəət vergisi” üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 67,63 manat göstərildiyi; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqının 1.878.39 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində kreditorlar tərəfindən 36215,27 manat məbləğində vergi ödəyicisinin kreditor borcununun silinməsi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 208-cİ “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kameral vergi yoxlaması nəticəsində firmaya əlavə 1.878.39 manat məbləğində vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. "xxxx" QSC tərəfindən İddiaçı firmasına ünvanlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli məktubda (surəti) göstərilmişdir ki, "xxxx" QSC-nin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli sərəncamı (Sərəncam) ilə 1989-2014-cü il maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan 2021-ci il 01 yanvar tarixinə mövcud olan ümidsiz debitor borcları silinmişdir. Sözügedən Sərəncama əsasən müraciətində göstərilən borc məbləği ADY-nin uçot məlumatlarından çıxarılmışdır. İddiaçı firması tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdeh vergi orqanına 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********702000 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müyyən olunur ki, İddiaçı firması barədə 2021-ci ilin “Mənfəət vergisi” üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 67,63 manat göstərildiyi; vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqının 1.878.39 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində kreditorlar tərəfindən 36215,27 manat məbləğində vergi ödəyicisinin kreditor borcununun silinməsi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 208-cİ “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kameral vergi yoxlaması nəticəsində firmaya əlavə 1.878.39 manat məbləğində vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. Eyni zamanda qeyd olunan qərara əsasən əvvəlki (**********903400, ********) qərar ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********718700 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin İddiaçı Firmasının kameral vergi yoxlamasl ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********903100 nömrəli), xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********150100 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********497500 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən - İddiaçı Firmasının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli inzibati şikayətlərinin təmin edilməməsi; Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" QSC-nin mühasibat hesabatlarında İddiaçı firmasının debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin, İddiaçı Firmasının 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debirot borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Qeyd edilən borcu təsdiq edən hər hansı bir sənəd olmadığından ümidsiz hesab olunaraq "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli sərəncamı ilə silinmişdir.
Məhkəmənin mövqeyi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 maddəsinə əsasən; - 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən; - 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar (67.1.3); - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar (67.1.4); - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar (67.1.5); - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar (67.1.6); - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri (67.1.8); - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar (67.1.9). Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı firmasının xx.xx.2021-ci il tarixə "xxxx" QSC-yə yaranmış 36215,27 manat kreditor borcu "xxxx" QSC-nin (ADY) debitor borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamına əsasən 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borc kimi silinmişdir. Sərəncama əlavə olunmuş "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının Siyahısında İddiaçı firmasının (borc məbləği 36215,27 manat) adı qeyd olunmuşdur. Mübahisələndirilən qərardan görünür ki, İddiaçı firması barədə 2021-ci ilin “Mənfəət vergisi” üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı təqdim edilmiş bəyannamə, hesabat üzrə firma tərəfindən hesablanmış vergi və ya sığorta haqqının 67,63 manat göstərildiyi; kameral yoxlama nəticəsində vergi və ya sığorta haqqının 1.878.39 manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində kreditorlar tərəfindən 36215,27 manat məbləğində vergi ödəyicisinin kreditor borcununun silinməsi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 208-ci “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş kreditor borcları üzrə gəlir” adlı sətrində gəlir məbləğinin göstərilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək, firmaya əlavə 1.878.39 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 13.12. gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. 13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar: vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən; bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən; xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. 16.1.3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 108.1 Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
134. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. 106.1.20. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, vergi orqanının mübahisələndirilən qərarı maddi hüquq normalarının da tələblərinə əməl olunmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: vergi yoxlaması materiallarına (83.2.3). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev