Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3417/2021 02.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı mənzil kirayəsi xərcinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı “ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qanuni qüvvəsini aldığı gündən ona ödənilməli olan (hər il üçün 2.700 manat olmaqla) ümumilikdə 18.900 manat mənzil kirayəsi xərcinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən 1993-cü ilədək Hərbi məktəbə daxil olaraq, müharibənin qızğın vaxtında Ağdamın Novruzlu, Mərzili, Qarakənd kəndi ətrafında gedən döyüşlərdə ön cəbhədə iştirak etmişdir. Döyüşlərdə iştirak etdikdən sonra o, yenidən hərbi məktəbə qayıtmış və 1994-1995-ci ilin məlum hadisələrində də iştirak etmişdir. 1995-ci ilin mart hadisələri zamanı təşkil olunan əməliyyatların aktiv iştirakçısıdır. Müharibə veteranı və İİ-ci qrup əlildir. 7 ildən uzun bir müddətdə, o, kirayə haqqının ödənilməsi üçün sənədlərini qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikasının Culfa RİH-nə təqdim edərək dövlətdən ayrılan kirayə pulunun ona da verilməsini istəmişdir. Lakin, bu pulu əldə edə bilmədiyindən müxtəlif instansiyalara ərizə yazmalı olmuşdur. Ərizələrə verilən cavablardan sonra ona məlum olmuşdur ki, həmin kirayə pulu ona rayon icra hakimiyyəti tərəfindən deyil, Maliyyə Nazirliyi tərəfindən verilir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən əldə etdiyi xx.xx.2020-ci il tarixli 0204/507 nömrəli məktubdan isə görünür ki, "...Culfa RİH-nin xx xxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunan Culfa rayonu üzrə mənzil və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsini alanadək müvəqqəti yaşayış sahəsinin kirayə xərcləri ödənilən bəzi kateqoriyalı ehtiyyata və ya istefaya buraxılmış vətəndaşlar və onlarla birlikdə yaşayan ailə üzvləri haqqında məlumatda iddiaçının adını qeyd edilmişdir. Həmin siyahı üzrə qeyd olunan məlumatlar 2021-ci ildə ödənişlər aparılarkən nəzərə alınması üçün qəbul edilmiş və növbəti büdcə ilində planlaşdırılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq qaydada təqdim edilmişdir. Bundan əlavə həmin məktubda həmçinin o da qeyd edilmişdir ki, 2019-cu ilin İİ rübü üçün bu ödəniş iddiaçıya ödənilmişdir. Bu isə onun həmin ödənişi almağa hüququnun olduğunu sübuta yetirir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1) Bakı şəhərində - 150 manat; 2) Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat; 3) başqa şəhər və rayon mərkəzlərində - 75 manat; 4) digər yaşayış məntəqələrində -55 manat. Qərarın qüvvəyə mindiyi gündən ötən 8 illik müddət ərzində o, cəmi 1 ilin ödənişini əldə edə bilmiş, bundan əvvəlki müddət üçün isə ödənilməmişdir. Ödənişin aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının xətti ilə ödənildiyini nəzərə alaraq, o, hər iki inzibati orqanı cavabdeh qoymaqla məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim olunmuş və cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehlərin iddiaya dair yazılı etirazları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, xx.xx.1972-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa şəhərində doğulmuş Məmmədov X1 Muxtar Respublikası ünvan 1 mənzil 16 ünvanda qeydiyyatdadır. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli 02-04/507 №li məktubda göstərilmişdir ki, mövcud normalara uyğun olmaqla Naxçıvan Muxtar Respublikasında ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsi üçün kompensasiya başa çatmış il üçün ödənilir (2019-cu il üçün kompensasiyalar 2020-ci il ərzində, 2020-ci il üün kompensasiyalar isə 2021-ci il ərzində ödənilir). Növbəti büdcə ilində cari il üçün vəsaitlərin planlaşdırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarından rəsmi qaydada siyahılarla ehtiyatda və istefada olan hərbi qulluqçular və onlarla birlikdə yaşayan ailə üzvləri bardə məlumatlar alınır. Culfa rayon İcra hakimiyyətinin xx xxxx 2020-ci il tarixli məktubu ilə təqdim olunan Culfa rayonu üzrə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayə xərcləri ödənilən bəzi kateqoriyalı ehtiyata və istefaya buraxılmış vətəndaşlar və onlarla birlikdə yaşayan ailə üzvləri haqqında məlumatda adı (iddiaçının) qeyd edilmişdir. Həmin siyahı üzrə qeyd olunan məlumatlar 2021-ci ildə ödənişlər aparılarkən nəzərə alınması üçün qəbul edilmiş və növbəti büdcə ilində planlaşdırılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafqi qaydada təqdim edilmişdir. Göründüyü kimi, Naxçıvan MR Maliyyə Nazirliyinin hüquqi hərəkətləri yerli icra hakimiyyəti orqanlarının müraciətindən sonra başlanr. Culfa rayon İH tərəfindən hər il təqdim olunan siyahılarda bu il xaricində onun barəsində əlavə məlumat əlavə edilməmişdir. Qeyd olunanlara baxmayaraq müraciəti nəzərə alınmış Naxçıvan MR MN-də ötən (2019) ilin rübü üçün ödənilən vəsait haqında tərtib olunmuş müvafiq siyahıya onun adı və məlumatları əlavə edilmiş, 2019-cu ilin İİ rübü üçün ödəniş ona şamil edilmişdir. Kompensasiya məbləğlərinin ödənişi təmin edilmiş, müvafiq siyahı icra üçün yerli maliyyə orqanına, eyni zamanda Culfa rayon İH-yə göndərilmiş və ödəniş məbləği onun bank hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyat və yaşayış ünvanı Naxçıvan Muxtar Respublikası olduğundan işə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi nəzərə alınsın. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə qarşı mənzil kirayəsi xərcinin ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3417/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3417/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver