Məhkəmə qərarları › İş №2-1(112)-3419/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3419/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3419/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olaraq, respublikaya qida məhsulları, meyvə, tərəvəz idxal edir. İddiaçı MMC 23 sentyabr tarixində İran İslam Respublikasından ölkəyə kartof idxal etmişdir, yəni, kartof məhsulu yük avtomobilində xx.xx.2021-ci il tarixində gömrük postunu keçərək ölkəyə daxil olmuşdur. Cavabdeh müəssisənin əməkdaşlarının sınaq üçün kartof məhsulunu haradan, kimin yanında hansı maşından götürdükləri iddiaçıya bəlli deyil. Həmçinin cavabdeh müəssisənin xx.xx.2021-ci il tarixli, AZ-21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokolunun tərtibatı üçün sınaqdan keçirdikləri kartofu haradan almaları da məlum deyil. İddiaçıya sonradan məlum olmuşdur ki, cavabdeh 07 oktyabr 2021-ci il tarixli qərar qəbul etmişdir, qərar iddiaçıya xx.xx.2021-ci il tarixdə verilmişdir. Qərardan görünür ki, qərarın sayı və kim barəsində qəbul edildiyi müəyyən deyil. Məhsulun ölkəyə daxil olduğu tarix kimi nümunənin götürüldüyü tarix göstərilməmişdir. xx.xx.2021-ci il tarixli, AZ- 21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokolu üçün götürülmüş nümunənin harada, nə vaxt, kimin iştirakı ilə götürülməsinə dair hər hansı bir sənəd, yazı, sübut yoxdur. Bunlarla yanaşı, xx.xx.2021-ci il tarixində ölkəyə daxil olmuş kartof, yük avtomobilində uzun müddət, cavabdehin deməsinə görə 14 gün qala bilməzdi. Odur ki, 4 gün saxlandıqdan, gözlənildikdən sonra kartof satılmışdır. İddiaçı hesab edir ki, hazırkı qərar əsassız və qanunsuz olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası X7 xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçı 23 sentyabr 2021-ci il tarixli İD********** nömrəli elektron ərizə ilə İran İslam Respublikasından idxal etdiyi 23.800 kq ərzaqlıq kartof məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Agentliyin Bakı regional bölməsinə müraciət etmişdir. Qanunvericiliyə uyğun olaraq Agentliyin regional bölməsinin əməkdaşı və ərizəçinin nümayəndəsinin iştirakı ilə 25 sentyabr 2021-ci il tarixində məhsuldan nümunə götürülmüş və normativ sənədin tələblərinə uyğun olmasının müəyyən edilməsi məqsədilə X5 İnstitutunun laboratoriyasına təqdim edilmişdir. Laboratoriya nəticələrinə əsasən sınağa təqdim edilmiş məhsulda karantin tətbiq edilən edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar edildiyindən Bakı Regional bölməsinin 07 oktyabr 2021-ci il tarixli 12/Fn saylı qərarı ilə idxal edilmiş məhsul partiyasının ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilmişdir. İddia ərizəsində sınaq üçün nümunələrin harada, nə zaman və kimin iştirakı ilə götürülməsinə dair sübutların olmadığı qeyd edilmişdir. 2021-ci il 25 sentyabr tarixli “məhsul nümunələrinin götürülməsinə dair” tərtib edilmiş aktda "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Gülnarə Abdullayevanın nümunələrin götürülməsi zamanı iştirak etdiyi müəyyən olunur. Eyni zamanda həmin aktda nümunəsi götürülmüş məhsulu dəqiq müəyyən etməyə imkan verən məlumatlar, o cümlədən nəqliyyat vasitəsi ilə bağlı məlumat öz əksini tapmışdır. Qeyd edilənlərdən başqa 2021-ci il 25 sentyabr tarixli “mallara (məhsullara) toxunulmaması barədə” aktda nümunələrin götürüldüyü yer ilə bağlı məlumatlar qeyd edilmişdir. Bundan başqa iddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnsititutunun 2021-ci il 5 oktyabr tarixli AZ-21010733 nömrəli sınaq protokoluna və Azərbaycan Respublikası X4 2021-ci il 7 oktyabr tarixli 12/FN nömrəli “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə” Qərarına dair formal tələblər pozulmuşdur. Etiraza əlavə edilmiş həmin sənədlərə baxdıqda görmək olar ki, iddia ərizəsində qeyd edilən pozuntuların heç biri mövcud deyildir. Belə ki, həmin qərarda qərarın nömrəsi, barəsində qərar qəbul edilən hüquqi şəxsin ünvanı, adı və digər məlumatlar öz əkisini tapmışdır. Bundan başqa qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən sertifikat alınmadan kartof məhsulunun idxalı nəticəsində qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən tərtib edilən 2021-ci il 5 oktyabr tarixli AZ-21010733 nömrəli Sınaq protokoluna əsasən müəyyən etmək olar ki, yoxlanılan təhlükəsizlik göstəricilərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarında qeyd olunan Azərbaycan Respublikasında aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına daxil olan Ralstonia solanacearum (kartofun qonur çürüməsi) bakteriyası aşkar edilmişdir. “Yeyinti məhsulları haqqında” Qanunun 16-cı maddəsinə əsasən qida təhlükəsizliyi sahəsində müvafiq texniki normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən qida məhsulları götürülür, zərərsizləşdirilir və ya məhv edilir. Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh olan Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlverişsiz nəticə yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki,iş materiallarından görünür ki, İddiaçı Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrə ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Qurumun qanuni təmsilçisi X2r. İşdə olan idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi ilə əlaqədar elektron ərizədən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək İran İslam Respublikasından idxal etdiyi 23800 kq ərzaqlıq kartofa qida təhlükəsizliyi sertifikatının verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin baş məsləhətçisi X9 və İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi kimi göstərilmiş Abdullayeva Gülnarənin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ********** nömrəli məhsul nümunələrinin götürülməsi haqqında aktdan görünür ki, İran mənşəli “ərzaqlıq kartof” adlı məhsuldan zərərli orqanizmlərin molekulyar bioloji üsulla (real vaxtda PZR üsulu ilə) təyini məqsədi ilə nümunə götürülmüşdür. Aktı tərtib edənlər öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. xx.xx.2021-ci il tarixli mallara (məhsullara) toxunulmaması barədə aktdan görünür ki, X4 səlahiyyətli nümayəndəsi və İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi kimi göstərilmiş Abdullayeva Gülnarənin iştirakı ilə tərtib edilmiş akt əsasında Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Meyvəli ticarət mərkəzindən Laborator müayinə (ekspertiza) məqsədilə nümunələr seçilərək laboratoriyaya təqdim etmək üçün götürülmüşdür. 23700 kq ərzaqlıq kartofa toxunulmaması müəssisənin rəhbərinin nəzərinə çatdırılmışdır. Aktı tərtib edənlər öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. AZ-21010733/LAB03-21026-T-026 nömrəli sınaq protokolundan görünür ki, xx.xx.2021-ci ildə nümunələr laboratoriyaya təqdim edilmiş, sınaq xx.xx.2021-ci il tarixdə başlanmış və xx.xx.2021-ci il tarixdə başa çatmış, ərzaqlıq kartof məhsulunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısında göstərilən karantin tətbiq edilən “Ralstonia solanaceraum” təyin edilmişdir. Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, 12/FN nömrəli qərarından görünür ki, İddiaçı MMC tərəfindən İran İslam Respublikasından idxal olunması nəzərdə tutulan ümumi çəkisi 23.800 kq olan ərzaqlıq kartof məhsulunda xx.xx.2021-ci il tarixli AZ- 21010603/LAB03-21026-T-026 nömrəli sınaq protokoluna əsasən karantin tətbiq edilən edilən zərərli orqanizm “Ralstonia solanaceraum” aşkar olunmuş, İddiaçı MMC tərəfindən İran İslam Respublikasından idxal olunması nəzərdə tutulan ümumi çəkisi 23.800 kq olan ərzaqlıq kartof məhsulunun Bakı Regional Bölmənin əməkdaşlarının iştirakı ilə ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi qərara alınmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli qərar qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"na əsasən: - 2.1. Ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X7 (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır. - 2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Agentlik tərəfindən ekspertizadan keçirilir. - 2.10. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. - 2.11. Ekspertizanın keçirilməsi üçün Agentliyin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. - 2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq ekoloji, sanitariya, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”na əsasən: - 2.1.12. mal sahibi - mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxsdir. - 3.1. Yoxlama zamanı malların müəyyən edilmiş tələblərə uyğun olması barədə əsaslandırılmış şübhələr yaranarsa, həmin malların tədqiqi (sınağı) və bu məqsədlə malların nümunələrinin götürülməsi həyata keçirilir. - 3.5. Mallar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən tədqiq (sınaq) edilir və tədqiqin (sınağın) nəticələri əsasında yoxlayıcı orqan tərəfindən mallar barədə qərar qəbul olunur. Həmçinin yeyinti məhsullarından götürülən nümunələrin tədqiqi (sınağı) Azərbaycan Respublikası X4 tabeliyindəki laboratoriyalarda aparılır. - 3.6. Malların tədqiqinin (sınağının) nəticələri protokolla rəsmiləşdirilir. - 3.7. Malların tədqiqinin (sınağının) nəticələri əsasında onların aşağıdakı vəziyyətləri təyin edilir: 3.7.1. birbaşa təyinatı üçün istifadəyə yararlılığı; 3.7.2. birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsızlığı; 3.7.3. təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlər üçün yararlılığı. - 5.1. Birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsaəsn: - 5.1. Nümunə götürülməsi, səlahiyyətli orqanın müfəttişləri tərəfindən aparılan baxış və ya ekspertiza üçün nümunə vahidlərinin seçilməsi prosesidir. Yüklərə və ya partiyalara fitosanitar baxış zamanı nümunələrin götürülməsi, seçilmiş vahidi əvəz etmədən aparılır. Aşağıdakı nümunəgötürmə üsullarından istifadə edilir: - 5.1.1. əl ilə; - 5.1.2. xüsusi texniki avadanlıq və ya vasitələr ilə (mexaniki və yaxud silindrik nümunəgötürücülər, çalovlar, şuplar, sınaq şüşələri, kağız paketlər, zərflər və ya qutular və s.) - 6.1. Yüklərin karantin tətbiq edilən zərərli orqanizmlər, eləcə də, təhlükəli zərərvericilərlə yoluxmasının aşkarlanması üçün əvvəlcə nəqliyyat vasitələrinin içərisinə, yəni yükün daşındığı hissələrə və ümumi sahəsinə, qapılara, o cümlədən qablaşdırma və arakəsmə materiallarına və yükün səthinə baxış həyata keçirilir. Müfəttiş ilk növbədə zərərvericilərin rast gəlinməsi ehtimalı yüksək olan yerlərdən (töküntülər, ovuntular, çatlardakı toz yığınları, yarıqlar, nisbətən çox isinən yerlər və s.) nümunələr götürülməlidir. - 6.5. Yüklərdən nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməlidir. İstinad olunan normalardan görünür ki, ölkəyə idxal edilən yeyinti məhsulları qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Məhsullar sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilməli, bunun üçün məhsuldan nümunə götürülməlidir. Qanunvericilik nümunələrin götürülməsi zamanı yük sahibinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakını imperativ tələb kimi müəyyən edir. İşdən görünür ki, cavabdeh nümunə götürərkən yuxarıda istinad olunan bu normanın tələbini pozmuşdur. Belə ki, işdən məlum olur ki, məhsuldan nümunənin götürülməsində iştirak edən Gülnarə Abdullayeva iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Cavabdeh bununla bağlı məhkəməyə iddiaçının qanuni nümayəndəsi tərəfindən Gülnarə Abdullayevaya verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməni təqdim etsə də, həmin etibarnamədən görünür ki, etibarnamə Zeynəb Abdullazadə tərəfindən, iddiaçı müəssisənin qanuni təmsilçisi kimi deyil, fiziki şəxs kimi verilmişdir. Belə olan halda həmin sənəd hüquqi şəxs olan iddiaçı tərəfindən verilmiş etibarnamə kimi, Gülnarə Abdullayeva isə iddiaçının səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda isə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi fərqli qərar qəbulu imkanını istisna etmir. Belə ki, iddia ərizəsində iddiaçı nümunələrin haradan, kimin yanında hansı nəqliyyat vasitəsindən götürülməsinin məlum olmadığını, bununla da nümunə götürülmüş məhsulun onlara aid olmadığını bildirir. Məhkəmə hesab edir ki, cavabdeh icraat zamanı iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən bu dəlili təkzib edən əsaslı sübut təqdim etməsi mümkünsüzdür. Digər tərəfdən, işdən görünür ki, cavabdehin mübahisələndirilən qərarı qəbul etməsinə əsas olan AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokolunda onun məhz iddiaçıya məxsus məhsulun sınağı barədə olmasını göstərən heç bir eyniləşdirici rekvizit yoxdur. İşdən görünür ki, iddiaçıya məxsus olduğu iddia edilən məhsuldan nümunələr xx.xx.2021-ci il tarixli akt əsasında götürülsə də, həmin sınaq protokolunda nümunələrin xx.xx.2021-ci il tarixli akt əsasında götürüldüyü qeyd olunmuşdur. Bundan başqa, mübahisələndirilən qərarda iddiaçıya məxsus məhsulun sınağına dair cavabdeh tərəfindən təqdim edilən AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokoluna deyil, AZ-21010603/LAB03-21026-T-026 saylı sınaq protokoluna istinad olunmuşdur, hansı ki həmin sınaq protokolu iş materiallarında mövcud deyil və həmin nömrəli protokolun ((sınağın) nəticəsi də məhkəməyə məlum deyil. Belə olan halda, işdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısında göstərilən karantin tətbiq edilən “Ralstonia solanaceraum”un aşkar edilməsi barədə AZ-21010733/LAB03-21026-T-026 saylı sınaq protokolunda göstərilən nəticələrin məhz iddiaçının idxal etdiyi məhsuldan götürülən nümunə əsasında əldə edilməsi əsaslı şübhə doğurur. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırda cavabdeh mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirməməklə yanaşı, yaranmış əsaslı şübhələri təkzib edən mötəbər sübutlar təqdim edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar müvafiq icraatın aparılması qaydalarını pozmaqla qəbul edildiyindən qanunsuzdur və ləğv olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin xx.xx.2021-ci il tarixli, 12/FN nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar