Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-342/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı2 Ağalar qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, yaşa və əlilliyə görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 Ağalar qızı və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdehin xx.xx.2019-cu il tarixli imtinasını qanunsuz hesab edilərək, iddiaçıların əlilliyə və yaşa görə pensiyasının bərpa edilməsi və pensiya bərpa edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul xahiş etmişlər. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı1 1981-ci ildən əlilliyə görə pensiya alır. Pensiya məbləğinin artırılması nəticəsində son dəfə 61 manat əlilliyə görə pensiya alırdı. xx.xx.1939-cu il təvəllüdlü İddiaçı2 isə yaşa görə 73 manat pensiya alırdı. İddiaçı2 həyat yoldaşı, İddiaçı1 atası X3 xx.xx.2018-ci ildə vəfat etmişdir. Bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə müraciət edilmişdir. Müraciət qismən təmin edilmişdir. Belə ki, İddiaçı1 1981-ci ildən əlilliyə görə aldığı pensiya kartı və İddiaçı2 isə yaşa görə aldığı pensiya kartı ləğv edilmiş və ailə başçısı X1 pensiyası (169 manat) İddiaçı2 verilmişdir. xx.xx.2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə yenidən ərizə ilə müraciət edilərək İddiaçı1 əlilliyə və İddiaçı2 yaşa görə pensiyasının bərpa edilməsi xahiş edilmişdir. Lakin, sonuncunun xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubu ilə iddiaçılara imtina edilmişdir. İş üzrə 02 iyun 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X4 vəsatətlə çıxış edərək bildirdi ki, İddiaçı2 iddia ərizəsində qaldırdığı məsələ barəsində cavabdeh inzibati orqana müraciəti olmadığından və onun digər İddiaçı1 hüquqlarının həyata keçirilməsi ilə bağlı təmsiletmə səlahiyyəti olmadan inzibati orqana müraciət etməsi səbəbindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçıların iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İşdə olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilir ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd İddiaçı1 əvvəllər təyin edilmiş əlilliyə görə əmək pensiyasının və digər İddiaçı2 isə əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsindən ibarətdir. Halbuki, cavabdeh orqana ünvanlanmış müraciətin surətindən bəlli olur ki, həmin ərizədə İddiaçı1 əlillik pensiyasının bərpa edilməsi və qulluğa görə onun həyat yoldaşına müavinət verilməsi barədə müvafiq göstəriş verilməsi xahiş edilmiş, ərizə İddiaçı1 tərəfindən deyil, yalnız iddiaçı S. A. Bağırova tərəfindən imzalanmışdır. Göründüyü kimi, İddiaçı2 ona təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə məhkəməyədək cavabdeh inzibati orqana müraciət etmədən və cavabdehin imtinasını almadan məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, iddia ərizəsinin məzmunundan da göründüyü kimi digər iddia tələbi İddiaçı1 əlilliyə görə əmək pensiyasının bərpa edilməsindən ibarət olduğu halda, İddiaçı2 inzibati icraat qaydasında təmsiletmə səlahiyyəti olmadan İddiaçı1 adından inzibati orqana müraciət etmişdir. İddiaçı2 inzibati orqanlarda təmsiletmə ilə bağlı səlahiyyətlərin ötürülməsi iş materiallarında olan etibarnamələrlə də öz təsdiqini tapmır. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin cavab məktubu da ona aid hüquqların həyata keçirilməsi ilə bağlı olaraq İddiaçı1 deyil, onun nümayəndəsi olmayan İddiaçı2 ünvanlanmışdır. Beləliklə, iş materiallarından məlum olur ki, hazırki iddia tələbində qaldırılan məsələlərdən biri, İddiaçı1 əvvəllər təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi İddiaçı2 yox, məhz İddiaçı1 hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. İddiaçı1 isə işdə olan ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə istinadən xx.xx.1996-cı ildə 18 yaşı tamam olmaqla yetkinlik yaşına çatdığına görə, pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar müstəqil şəkildə istənilən orqana müraciət edə bilər və eləcə də, məhkəmədə öz adından iddia qaldıra bilər. O cümlədən, ona əvvəllər təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə öz adından müraciət etmək hüququndan istifadə edə bilər. Əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı bilavasitə öz adından məhkəməyə müraciət etməsi üçün də subyektiv hüquq daşıyıcısı hesab olunur. İddiaçı2 da izah edilir ki, yetkinlik yaşına çatmış oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı öz adından yox, etibarnamə əsasında inzibati orqanlarda və məhkəmədə onu təmsil edə, hüquqlarını müdafiə edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin yuxarıda qeyd edilən hallarına görə məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən İddiaçı2 izah edilir ki, yetkinlik yaşına çatmış oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı öz adından yox, etibarnamə əsasında inzibati orqanlarda və məhkəmədə onu təmsil edə, hüquqlarını müdafiə edə bilər. Habelə, iddiaçı tərəfə izah edilir ki, qaldırmış məsələ ilə bağlı yuxarıda göstərilmiş pozuntulara yol vermədən cavabdeh orqana müraciət etməli, xahişləri təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-342/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-342/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver