Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-342/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin hüquq şöbəsinin böyük mütəxəssisi, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olan qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ərizə “güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli növbəlik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat alması üçün güzəştli avtomobil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizə ilə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə SHXÇDX-nin Xətai rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1993-cü il tarixdə düşmənin atdığı mərmi nəticəsində ağır yaralanmış, xx.xx.1993-cü il tarixdən, xx.xx.1993-cii il tarixədək Zəngilan rayonu Mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. "Qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, orta ağır dərəcəsi” diaqnozu verilmişdir. Müalicə və müayinə olduğdan sonra yenidən döyüş bölgəsinə qayıtmış, yenidən döyüş bölgəsində xx.xx.1994-cü ildə yaralanmışdır. 16.011994-cü ildən xx.xx.1994-cü ilə dək 12576 saylı hərbi hospitalda müalicə və müayinə olmuş yaralanma diaqnozu ”sol budun orta 1/3-nin yumşaq toxunmasının dəlib keçən güllə yarası” diaqnozları hərbi hospital tərəfindən verilmişdir, nəticədə 2-ci qrup əlildir. Hərbi xidmət keçərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən, aldığı travma nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2007-ci il tarixdə 184 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0004 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına onlayın sistemdə göndəriş verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaliəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin avtomobil və motorlu araba ilə təmin olunması haqqında 88 nömrəli qərara əsasan iddiaçının avtomobil və motorlu araba ilə təmin edilməsinə dair tibbi göstəriş meyarında imtina verilmişdir...İddiaçı cavabdeh tərəfindən edilən imtinanı əsassız hesab edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələb qanunsuz və əsassızdır. Cavabdeh qeyd edir ki, “Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, İİ dünya müharibəsi əlillərin və onlara bərabər tutulanlar tibbi göstəriş olduğu halda pulsuz minik avtomobili ilə təmin olunurlar. İddiaçı avtomobilə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin 2773003AABJ7 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın Əlavəsində nəzərdə tutulmadığından səhiyyə müəssisəsinin 2773003AABJ7 göndərişində əsas diaqnoz kimi qeyd edilmiş “S06.8 Digər kəllədaxili travmalar. Keçirilmiş kəllə-beyin travmasının (xx.xx.1993) qalıq əlamətləri” avtomobilə tibbi göstərişin təyininə əsas vermir. Göstərilənləri nəzərə alaraq, cavabdeh məhkəmədən iddiaçının tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki hazırlıq icraatı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, İddiaçı avtomobilə tibbi göstərişin təyinindən imtina qərarının əsaslı verildiyini, iddiaçıya avtomobilə tibbi-göstərişin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini bildirərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirak olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz olaraq digər kəllədaxili travmalar, keçirilmiş kəllə-beyin travmasının (xx.xx.1993) qalıq əlamətləri, eplepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-7 dəfə).Kəllədaxili travmaların nəticələri, posttravmatik ensefalopatiya göstərilmişdir. İşdə olan 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən maşın almaq üçün İddiaçı adına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 2773003AABJ7 saylı göndərişdən görünür ki, iddiaçı müayinə olunaraq “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən verilmiş müayinə məlumatından görünür ki, İddiaçı “S06.8 Digər kəllədaxili travmalar. Keçirilmiş kəllə-beyin travmasının (xx.xx.1993) qalıq əlamətləri” göstərilmişdir. Həmin məlumatın avtomobil və motorlu araba ilə təmin olunması haqqında müayinə məlumatları qrafasında; 413 saylı qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarına əsasən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. “Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın 1-ci bəndindən görünür ki, tibbi göstərişlər üzrə xüsusi nəqliyyat vasitəsi almaq hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin olunması bu məqsədlə ayrılmış fond daxilində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən növbə qaydasında həyata keçirilir. Həmin Təlimatın 2-ci bəndinə əsasən əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyası (TSEK ) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə”dən istifadə edirlər. Təlimatın 8-ci bəndinə əsasən Əlillərin TSEK-dən keçirilməsi müalicə profilaktika müəssisələrinin göndərişi əsasında həyata keçirilir. Müalicə müəssisəsi xüsusi avtonəqliyyat almaq üçün əlili tam ətraflı müayinə edib, psixiatr, göz və qulaq-boğaz həkiminin müayinə nəticələri göstərilməklə, ona TSEK-na göndəriş verir. Təlimatın 9-cu bəndinə əsasən TSEK tibbi sənədlərin öyrənilməsi və əlilin müayinəsi əsasında, xüsusi avtonəqliyyata tibbi göstərişləri və onun idarə edilməsinə əks göstərişləri müəyyən edir. Qərar qəbul edilərkən müalicə-profilaktika müəssisələrinin göndərişi 88 №-li forma və əlillik dərəcəsi, səbəbi barədə TSEK arayışının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti əsas götürülür. İşdə olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda ikinci dərəcəli əlildir. O, xx.xx.2016-cı il tarixdə tibbi-sosial ekspert komissiyasında “S09-başın travmaları, kəllədaxili travma, S06.8-digər kəllədaxili tra travmalar” səbəbi ilə 5 il müddətinə, sonradan müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyi olan şəxs kimi avtomobil verilməsi ilə əlaqədar tibbi göstəriş verilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən verilmiş 2773003AABJ7 saylı göndərişlə cavabdehə müraciət olunmuş, cavabdeh tərəfindən həmin göndəriş xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək, tibbi göstərişin təyin edilməsindən imtina olunmuşdur. Lakin iddiaçı həmin imtina ilə razılaşmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” Əsasnamənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 avqust 1993-cü il tarixli 433 saylı Qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Təlimatın tələbləri əsasında ona avtomobil verilməli olmasına istinad edir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 163 №li Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın Əlavəsinin 57-ci bəndinə əsasən avtomobillər aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; ağciyər çatışmazlığı, İİ dərəcəli; bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; hər iki aşağı ətrafın fillik xəstəliyi; hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; hər iki bud-çanaq oyna-ğının ankilozu; onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Göründüyü kimi iddiaçı barəsində avtomobil verilməsi üçün tibbi göstəriş verilməsinə dair tibbi müəssisə tərəfindən cavabdehə göndərilmiş göndərişdə əsas diaqnoz kimi təyin edilmiş “S06.8 Digər kəllədaxili travmalar. Keçirilmiş kəllə-beyin travmasının (xx.xx.1993) qalıq əlamətləri” xəstəliyi istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması məyyarlarına dair” Əsasnamənin 5-ci bəndinə (“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli 163 №li Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5-ci hissəsi ləğv edilmişdir.), istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın Əlavəsinin 57-ci bəndinə əsasən avtomobil verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısına daxil deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın Əlavəsinin 57-ci bəndi üzrə avtomobil verilməli olan xəstəliklərin diaqnozları sadalanmışdır. İddiaçıya təyin edilmiş “S06.8 Digər kəllədaxili travmalar. Keçirilmiş kəllə-beyin travmasının (xx.xx.1993) qalıq əlamətləri” diaqnozu avtomobil verilməsi üçün sadalanmış həmin xəstəliklərin hər hansı birinə uyğun gəlmədiyindən cavabdeh tərəfindən avtomobil verilməsi üçün tibbi göstərişin təyin olunmasından haqlı olaraq imtina olunmuşdur. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçıya avtomobil verilməsi üçün tibbi göstərişin təyin olunmasından imtina olunması qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-342/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-342/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver